Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3137/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)-16141/2017 saylı qərardadından “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “Bank VTB (Azərbaycan) ASC borclu İddiaçı qarşı məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən “Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 136072-1-164781 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 06 oktyabr 2017-ci il tarixində Banka borclu olduğu 3417,50 ABŞ dolları məbləğində əsas borc, 384,23 manat faiz borcu, 12,84 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 3814,57 ABŞ dolları pul məbləğinin (əmrin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 azn dövlət rüsumunun İddiaçı tutularaq, “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-16141/2017 saylı məhkəmə əmrindən görünür ki, xx.xx.1985-ci il Ermənistan, Vardenis rayonunda doğulmuş, ünvan 1 ünvanında yaşayan İddiaçı 3417,5 ABŞ dolları məbləğində əsas borc, 384,23 ABŞ dolları məbləğində faiz borcu, 12,84 ABŞ dolları pul məbləğinin(manatın ödəniş gününə olan məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq, “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri icra edilməsi üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2018-ci il tarixli, 9155 saylı icraata başlamaq haqqında qərarla, iş üzrə icraata başlanılması və borcluya tələbin 10 gün müddətində könüllü icrası barədə təklif edilməsi qərara alınmışdır. Kreditor xx.xx.2024-cü il tarixində yalnışlığın düzəldiməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi Rayon Məhkəməsinin 2(001)-16141/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrində 3417,50 manat əsas, 384,23 manat faiz, 12,84 manat cərimə borcu olmaqla, cəmi 3814,57 manat kimi göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan) ASC borclu İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.2015-ci il tarixli, 136072-1-16478 saylı “Kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma üzrə xx.xx.2017-ci il tarixə banka borclu olan 3417,50 manat əsas, 384,25 manat faiz borcu, 12,84 manat cərimə, cəmi 3814,57 manat pul məbləğinin texniki səhv edərək, dollar kimi göstərərək və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manatın İddiaçı alınaraq, “Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-16141/2017 saylı məhkəmə əmrində borc məbləği düzgün göstərilsə də, valyuta düz göstərilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-16141/2017 saylı qərardadına əsasən Kreditor “Bank VTB (Azərbaycan) ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-16141/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrində yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-16141/2017 saylı qərardadından kreditor tərəfindən verilmiş şikayət həmin məhkəmənin 09 aprel 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bank tərəfindən təqdim edilmiş kredit müqaviləsində, maliyyə arayışında, hesabdan çıxarışda və digər sübutlarda borcun valyutası manat kimi göstərilsə də, iddia ərizəsində texniki səhv olaraq dollar göstərilmişdir. Məhkəmə əmrində texniki səhvin buraxılması nəticəsində cavabdehin maddi vəziyyətinin ağırlaşdırılması, məhkəmə əmrinin icrasının qeyri-mümkün olması, mülki prosesin ümumi ruhuna uyğun olmamaqla qeyri-münasib təcrübə yaratmaqla, məhkəmə icraatının səmərəliliyini azaldır, məhkəmə icraatının qənaəti prinsipinə ziddir və məhkəmənin iş yükünün əsassız olaraq artmasına səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)- 16141/2017 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, kreditor “Bank VTB (Azərbaycan) ASC borclu İddiaçı qarşı məhkəmə əmrinin verilməsi ilə bağlı müraciət edən zaman borcludan ümumilikdə 3814,57 ABŞ dolları məbləğində vəsaitin tutulması xahiş edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş əmrdə də borcludan ümumilikdə 3814,57 ABŞ dollar vəsaitin manatın ödəniş gününə olan məzənnəsi ilə tutulması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası qeyd edir ki, kreditorun ərizəsində tutulmalı olan vəsaitin valyutası ilə bağlı texniki yalnışlığın olması məhkəmə aktında da anoloji olaraq texniki yalnışlıq olduğu hüquqi nəticəsini yaratmır. Məhkəmə kollegiyası qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)-16141/2017 saylı qərardadından “Bank VTB(Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş ərizə əsassız olduğundan düzgün olaraq təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kreditor “Bank VTB (Azərbaycan)” ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(001)- 16141/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3137/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3137/2024
07.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver