Məhkəmə qərarları › İş №2(103)-3142/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3142/2025

19.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3142/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2006cı il tarixdə 69 saylı aktla Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, TİM/70165/2024 saylı arayışda göstərilir ki, X5 UNEC-in bakalavriat səviyyəsi üzrə Maliyyə və mühasibat fakültəsinin Mühasibat ixtisasının dövlət sifarişli əyani təhsilinin İ il 444 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini xx.xx.2028-ci il tarixinədək bitirməsi nəzərdə tutulur.

3. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair əlumatın verilməsi barədə arayışda göstərilib ki, İddiaçı birinci qrup əlilliyi müəyyən edilmiş, orqanizm funksiyalarının pozulması faizi 90%-dir, onun əlillik müddəti müddətsizdir, əmək zəmanəti olaraq yüngül işlərdə işləyə bilər, əlilliyin qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il olmuşdur.

4. Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş arayışda göstərilib ki, İddiaçı C50.4- Süd vəzisinin yuxarı bayır kvadrantının bədxassəli yenitörəməsi pT2N0M1 mərhələ İV, GX diaqnozu qoyulmuşdur.

5. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlarda göstərilib ki, İddiaçı hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur, o, (əlilliyə görə) pensiya növündə 1450.52 manat məbləğində, həmçinin 200 manat məbləğində pensiya alır.

6. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlarda göstərilib ki, Cavabdeh "xxxx" MMC-də satış üzrə nümayəndə (sənaye məhsulları)vəzifəsində işləyir, əmək haqqı 850 manat təşkil edir.

7. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlarda göstərilib ki, Cavabdeh “ƏG - 2-ci qrup” (əlilliyə görə) pensiya növündə 1392.62 manat məbləğində pensiya alır.

Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən İ qrup əlil olduğu üçün saxlanması üçün hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiada göstərilib ki, xx.xx.2008-ci il tarixdən sağ süd vəzisinin xərçəng xəstəliyi ilə bağlı 15 saylı şəhər poliklinikası tərəfindən ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" barədə arayışa əsasən doğum tarixi xx.xx.1971-ci il olan İddiaçı əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən, müddətsiz birinci dərəcəli əlilidir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlar ilə müəyyən edilmişdir ki, tərəflər xx.xx.2006-cı ildə nikaha girmişlər, onların birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X5 anadan olmuş və tərəflər arasında olan nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının birinci dərəcəli əlilliyi vardır, orqanizm funksiyalarının pozulması faizi 90%-dir, onun əlillik müddəti müddətsizdir, əmək zəmanəti olaraq yüngül işlərdə işləyə bilər, əlilliyin qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il olmuşdur. Hazırkı işin halları iddiaçının özünün saxlanması üçün cavabdehdən alimentin tutulmasına hüquqi əsas yaratmır. Belə ki, qanunvericilikdə keçmiş arvadın (ərin) saxlanması üçün aliment tutulması aşağıdakı 3 halın mövcudluğundan asılı edilmişdir. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı mülki işdən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş X5 artıq yetkinlik yaşına çatmışdır. Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı mülki mübahisədə hər iki tərəfin izahatından (cavabdehin etiraz ərizəsindən) müəyyən edilir ki, tərəflərin birgə nikahlarından anadan olmuş X5 tam fəaliyyət qabiliyyətlidir. Bu faktı sual altına salan hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Hazırkı işdən görünür ki, tərəflər nikaha xx.xx.2006-cı ildə nikaha girmişlər və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1386/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanılmış nikah pozulmuşdur. Qeyd edilən müddəanın hazırkı münasibətlərə tətbiq edilməsi üçün iddiaçının əmək qabiliyyətinin itirməli, əmək qabiliyyətinin itirməsi faktı ya nikah dövründə, ya da ki, nikah pozulandan bir il sonra baş verməli və iddiaçının maddi yardıma ehtiyacı olmalıdır. Bu hallar ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə zəruri vəsaitə malik olan keçmiş ər üçün vəzifə yaradır. Lakin məhkəmə araşdırması zamanı isə iddiaçının ümumiyyətlə əmək qabiliyyətinin itirməsi faktı öz təsdiqini tapmamışdır ki, məhkəmə bu faktın tərəflərin birgə nikah dövründə olması və ya nikah pozulmasından 1 il sonra olmasını aydınlaşdırsın. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışından görünür ki, İddiaçı əlilliyinin qiymətləndirmə tarixi xx.xx.2024-cü il tarixdə olmuş, əlilliyin səbəbi ümumi xəstəlik olmuş, onun əlilliyinin müddəti müddətsiz müəyyən edilmiş, onun orqanizm funksiyalarının 90%-i pozulmuş, əmək zəmanəti olaraq isə onun yüngül işlərdə işləyə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə adıçəkilən sənədlərə münasibətdə qeyd edib ki, şəxsin əlilliyin müəyyən edilməsi onun əmək qabiliyyətinin itirməsi demək deyildir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Bundan başqa cavabdehin zəruri vəsaitə malik olması, iddiaçının da cavabdehdən gələn maddi yardıma ehtiyacı olması müəyyən edilmir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş iddiaçının gəlir məlumatları barədə çıxarışdan görünür ki, iddiaçının hazırda qüvvədə olan əmək müqaviləsi yoxdur, o, “ƏG - 2-ci qrup” (əlilliyə görə) pensiya növündə 1450.52 manat məbləğində, həmçinin 200 manat məbləğində pensiya alır, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş cavabdehin gəlir məlumatları barədə çıxarışdan görünür ki, o, "xxxx" MMC-də satış üzrə nümayəndə (sənaye məhsulları) vəzifəsində işləyir, əmək haqqı 850 manat təşkil edir.

Apellyasiya şikayətlərinin və onlara qarşı etirazların dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib şikayətində göstərir ki, iddia ərizəsinə əlavə etdiyi tibbi sənədlərdən müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdən sağ süd vəzisinin xərçəng xəstəliyi ilə bağlı ona 15 saylı şəhər poliklinikası tərəfindən ikinci dərəcəli əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışa əsasən doğum tarixi: xx.xx.1971 Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi: AA******* olan İddiaçı əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumata əsasən müddətsiz birinci dərəcəli əlilldir. xx.xx.2024-cü ildə orqanizmin funksiyalarının pozulması 90 % təşkil etmişdir. Nəzərə alsa ki, bu arayışın verilməsindən artıq 7 ay keçir, onda pozuntunun daha çox olma ehtimalı vardır. İddiaçının özünə məxsus olan daşınmaz əmlakı yoxdur və yaşayış yeri pul ilə kirayə götürdüyü ünvan 1 ünvanda yerləşən mənzildir. İddiaçı İ qrup əlil olaraq, ali təhsil aldığı üçün işləyə bilməyən 18 yaşlı övladı ilə kirayə mənzildə yaşayır, ağır xəstəliyi ilə əlaqədar müalicə xərcləri, işləyə bilməməyi, kirayə xərcləri ilə bağlı çətin maddi vəziyyətdə yaşayır. Cavabdeh kifayət qədər maddi vəsaitə malik olan imkanlı şəxsdir, onun aliment ilə bağlı bu vəsaitin ödənilməsində heç bir çətinliyi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

13. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsini xahiş edib göstərir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər yetirən zaman müəyyən olur ki, apellyasiya şikayətində qeyd edilən hallar tamamilə şifahi və əsası olmayan arqumentlərdən ibarətdir. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi halların əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinə əlavə edilərək təqdim edilən sənədlər işə birinci instansiya məhkəməsində baxılan zaman tədqiq edilmiş sübutlardır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində guya onun kifayət qədər imkanı olduğunu, maddi vəziyyətinin yüksək səviyyədə olduğunu, sanki onun bir oliqarx milyarder olduğunu qələmə verməklə məhkəmə kollegiyasında fikir formalaşdırmağa çalışmaqdadır. İddiaçı bu arqumetinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, əksinə, bu sübutların torplanmasının birinci instansiya məhkəməsinin borcu olduğunu qeyd etmişdir. Mülki prosessual qanunvericilikdə məhkəmənin sübut torplamaq kimi borcu və vəzifəsi yoxdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi sübutetmə vəzifəsini iddiaçının üzərinə qoymuşdur, məhkəmənin yox. Məhkəmə tərəflərin təqdim etdiyi və məhkəmə prosesində tədqiq edilən sübutlar əsasında mübahisəyə hüquqi qiymət verir. Apellyasiya şikayətində iddiaçı tərəfindən səsləndirilən arqumentlərə dair hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətinin hüquqi əsası və maddi hüquq normasının pozulması qismində Ailə Məcəlləsinin 85-ci maddəsinə istinad etmişdir. Halbuki, adıçəkilən norma iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Göründüyü kimi yuxarıda sadalanan normada qeyd edilən halların heç biri iddiaçıya aid edilə bilməz. İddia tələbinin Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinin təsir dairəsinə düşməsi üçün isə iddiaçının əmək qabiliyyətini itirən və yardıma ehtiyacı olan şəxs olması zəruridir. İş materiallarından görünür ki, iddiaçının əmək qabiliyyətini itirməsini təsdiq edən və buna görə onun yardıma ehtiyacı olmasını sübut edən heç bir mötəbər mövcud deyildir. Sadalanan hallardan göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin əsası kimi apellyasiya şikayətində qeyd etdiyi halların heç biri Ailə Məcəlləsinin 85-ci maddəsinin təsir dairəsinə düşmür. Belə olan halda, məhkəmə haqlı olaraq iddia tələbini rədd etməklə düzgün hüquqi mövqedə olmuşdur. Bundan əlavə, özü hazırda ailəlidir və himayəsində yetkinlik yaşına çatmayan övladı var.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

15. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində hazırkı və bundan sonra keçiriləcək məhkəmə iclaslarını iştirakı olmadan keçirməyi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); Maddə 86. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına 03 iyun 2019-cu il tarixli qərarında qeyd edilir ki: ........... Keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olub-olmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məcəllənin 85 və 86-cı maddələri sistemli əlaqədə olaraq aliment münasibətlərinin hər iki tərəfinin maraqlarının tarazlığını təmin etmək şərti ilə, istər aliment alanın, istərsə də onu ödəyənin zəruri həyat səviyyəsinin saxlanılmasına yönəlmişdir. Belə tənzimləmə Konstitusiyanın 34-cü maddəsinin İİİ hissəsinə müvafiq olaraq dövlətin analığın və uşaqlığın mühafizəsi ilə bağlı vəzifələrindən, habelə Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit edilmiş mütənasiblik prinsipindən irəli gəlir.

18. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanun:

«Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat məbləğində müəyyən edilmişdir.

19. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

22. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

24. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

25. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

26. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

27. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normanın dispozisiya şərtləri ilə qismən uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia qismən haqlı sayılır.

28. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

29. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

30. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq etdiyi maddi hüquq normasını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

31. Əvvəla məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir(MPM.m.14.1, 167.1).Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Ancaq işdən məhkəmənin bu hərəkətləri real olaraq etdiyi görünmür. Demək ki, məhkəmə iddiada göstərən halları müəyyən edə bilməsi üçün heç bir tədbir görməyib. Düzdü məhkəmə də işin mübahisəsiz halı kimi qeyd edib ki, iddiaçının birinci dərəcəli əlilliyi vardır, orqanizm funksiyalarının pozulması faizi 90%-dir, onun əlillik müddəti müddətsizdir, əmək zəmanəti olaraq yüngül işlərdə işləyə bilər, əlilliyin qiymətləndirmə tarixi isə xx.xx.2024-cü il olmuşdur. Ancaq hazırkı işin hallarının iddiaçının özünün saxlanması üçün cavabdehdən alimentin tutulmasına hüquqi əsas yaratmadığı qənaətinə gəlib.

32. Ailə Məcəlləsinin 85.1.3-cü maddəsinə əsasən nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş arvad zəruri vəsaitə malik olan keçmiş ərdən aliment tələb edə bilər. Tərəflərin xx.xx.2006-cı ildə nikah bağlaması və xx.xx.2021-ci il tarixli qətnamə ilə nikahın pozulması işin mübahisəsiz halıdır. Demək ki, iddiaçının hazırkı iddiasının faktiki əsası qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması üçün o, əmək qabiliyyətini itirməli, əmək qabiliyyətinin itirməsi faktı nikah pozulana qədər və ya nikah pozulandan bir il sonra baş verməli, maddi yardıma ehtiyacı olmalı və keçmiş ər zəruri vəsaitə malik olmalıdır. Bu dörd şərtin mövcudluğu iddianın təmin edilməsini uğurlu edir.

33. Birinci instansiya məhkəməsi iddiaçının əmək qabiliyyətini itirməsi faktı təsdiq olunmadığı qənaətinə gəldiyi üçün bunun nikah pozulana yaxud pozulandan bir il sonra baş verməsinin yoxlanılmasına da zərurət görməmişdir. Ancaq məhkəmənin bu qənaəti yanlış olub. Əvvəla ona görə ki, iddiaçıya mövcud xəstəliyi ilə əlaqədar ilk dəfə xx.xx.2008ci ildə ikinci dərəcəli əlillik təyin edilib, bundan sonra isə növbəti illərdə mütəmadi olaraq müayinələr nəticəsində ikinci dərəcəli əlilliyi qüvvədə qalmış, sonuncu xx.xx.2024-cü ildəki müayinə zamanı isə xəstəliyinin ağırlaşması ilə, yəni orqanizm funksiyalarının 90% həddində pozulması ilə əlaqədar ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bütün bu dövrlərdə ona ağır fiziki işlərin əks göstəriş olması, yüngül işlərdə işləyə bilməsi kimi əmək zəmanəti verilmişdir. Buna baxmayaraq, iddiaçı ilk dəfə əlilliyi aldığı vaxtdan peşəkar əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və imkanını tamamilə itirdiyi üçün əvvəlki işində işləyə bilməmiş və ona əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Demək ki, iddiaçının nikah dövründə əmək qabiliyyətini itirməsi bir fakt olaraq baş verib. Hətta əmək qabiliyyətinin olmaması peşəkar əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin yaxud imkanının qismən itirməsi zamanı da baş verir. Bununla əlaqədar, birinci instansiya məhkəməsi özü Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına istinad etsə də, nədənsə iddiaçının mövcud xəstəliyini və buna görə əlillik dərəcəsi almasını peşəkar əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və imkanının itirilməsi kimi dəyərləndirməmişdir. Başqa sözlə, məhkəmə iddiaçının mövcud xəstəliyi ilə əlaqədar 2008-ci ildən əlillik dərəcəsi alaraq peşəkar əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və imkanınını itirsə də ona yüngül işlərdə işləyə bilməsi kimi əmək zəmanətinin verilməsini əmək qabiliyyətini itirməməsi kimi qiymətləndirməsi yanlış olmuşdur. Çünki əlillik məhz əmək qabiliyyətinin itirilməsi nəticəsində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında da qeyd olunub ki, əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür.

34. Bundan başqa, birinci instansiya məhkəməsinin digər qənaətinə görə cavabdehin zəruri vəsaitə malik olması, iddiaçının da cavabdehdən gələn maddi yardıma ehtiyacı olması müəyyən edilmir. Məhkəmə bu qənaətə ona görə gəlib ki, iddiaçı əlilliyə görə 1450.52 və 200, cəmi 1650.52 manat pensiya alır. Ancaq bu vəsaitlə iddiaçı həm kirayədə yaşamağa, həm də yetkinlik yaşına çatsa da, əyani təhsil alan tələbə övladını saxlamaq məcburiyyətindədir, üstəlik orqanizmi funksiyasını 90 faizdən artıq itirdiyinə görə yaşamaq uğrunda mübarizə aparmalıdır. Cavabdeh olan keçmiş ər birgə nikahdan doğulsa da hətta tələbə övladının hər hansı qayğısını çəkdiyinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmənin mövqeyindən belə çıxır ki, iddiaçı cəmi 1650.52 manat vəsaitlə həm kirayə, həm özünün və övladının qida və digər zəruri xərclərini qarşılamalı, üstəlik orqanizminin funksiyasının tam pozulmasının mümkün qədər də olsa qarşısını almağa çalışmaq üçün müayinə və müalicəsini təmin etməlidir. Bütün bu hallar açıq-aşkar olduğu halda iddiaçını cavabdehdən gələn maddi yardıma ehtiyacı olmayan kimi qiymətləndirilməsi ədalətli yanaşma olmamışdır.

35. Bununla yanaşı, məhkəmənin “Elektron Məhkəmə” İnformasiya Sistemindəki məlumatlara əsasən cavabdehin "xxxx" MMC-də satış üzrə nümayəndə (sənaye məhsulları) vəzifəsində işlədiyini və əmək haqqı 850 manat təşkil etdiyini qeyd etsə də, 1392.62 manat pensiya da almasını göstərməmişdir. Deməli, iddiaçının daha çox gəlirə malik olmasına dair mötəbər sübut təqdim etmək imkanı olmasa da ən azından cavabdehin aylıq qazancının 2242.62 manat olduğu (1392.62+850=2242.62) mübahisə doğurmur. Bu cür vəziyyətdə iddianın qismən də olsa təmin edilməsi üçün əsas olsa da məhkəmə bunu təmin etməmişdir.

36. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə 8.4-1-ci yarımbəndi əlavə edilmişdir. Həmin yarımbəndin tələbinə görə məhkəmə tərkibi alimentin məbləğini 250 manat həddində müəyyən edir. Buna görə də Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir. Başqa sözlə, məhkəmə sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində göstərməlidir.

37. Məsələn, məhkəmə hazırkı işdə olduğu kimi 07 fevral 2025-ci ildən başlamaqla alimentin tutulması barədə iddiaya baxarkən alimenti 250 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,625 mislində (400 x 0,625 = 250 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini hazırkı işdə olduğu kimi “xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində (400 x 0,625 = 250 manat) sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.

38. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində (400 x 0,625 = 250 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2322/2025 saylı, 21 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar