Məhkəmə qərarları › İş №2(103)-3168/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3168/2024

02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3168/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qızıl-ziynət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4509/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X2 doğulmuş, nikah Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3050/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı "qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyat yoldaşı Cavabdeh evdən gedərkən onun xəbəri və icazəsi olmadan özü ilə apardığı ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyün, ona yadigar qalmış və ona məxsus kişi qızıl saatının, reket toxunma qızıl boyunbağının, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağının cavabdeh tərəfindən ona məxsus olmadığından geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabedh ilə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X2 anadan olmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 3050/2019 nömrəli qətnaməsi ilə oğlu nikah pozulmuşdur. Hal-hazırda cavabdeh oğlu ilə birlikdə valideynlərinin yaşadığı ünvanda yaşayır. Qeyd etmək istəyir ki, keçmiş həyat yoldaşı evdən gedərkən ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyü, ona yadigar qalmış və ona məxsus kişi qızıl saatı, reket toxunma qızıl boyunbağı, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağını onun xəbəri və icazəsi olmadan özü ilə aparmışdır. Cavabdeh evə gəlin gələrkən yuxarıda qeyd etdiyi ona məxsus olan 1 ədəd qaşlı kişi üzüyü və atasından yadigar qalmış ona məxsus kişi qızıl saatı evdə idi. Hesab edir ki, keçmiş həyat yoldaşı evdən gedərkən onun xəbəri və icazəsi olmadan özü ilə apardığı yuxarıda qeyd etdiyi ona məxsus olan 1 ədəd qaşlı kişi üzük, atasından yadigar qalmış ona məxsus kişi qızıl saatı, reket toxunma qızıl boyunbağı, pul əvəzi 2012-ci ildə ona verilən ağ və sarı qızılın qarışığı olan qadın üçün qızıl boyunbağı Cavabdeh tərəfindən ona məxsus olmadığından ona geri qaytarılmalıdır.

4. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən dəlillər həqiqəti əks etdirməyən məlumatlara əsaslanmaqla mötəbər deyildir. Belə ki, iddiaçının iddia ərizəsində sadaladığı qızıl-ziynət əşyalarından yalnız atasından ona yadigar qalmış kişi qızıl saatı cavabdeh tərəfdədir və həmin saat iddiaçı ilə cavabdehin birgə nikahdan doğulmuş X1 iddiaçı tərəfindən yadigar olaraq hədiyyə verilmişdir. İddiaçının yeganə sübut növü kimi təqdim etdiyi telefon yazışmalarına gəldikdə isə həmin yazışmalarda hansı növ qızıl əşyalarından söhbət getdiyi məlum deyil. Ümumiyyətlə, iddia ərizəsində qeyd olunan əşyaların istehsal nişanələri barədə hər hansı bir məlumat göstərilməmişdir. İddia ərizəsi yalnız ümumi sözlərdən ibarət olmaqla əsaslandrılmamışdır.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4509/2023 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh kişi qızıl saatın alınaraq İddiaçı verilməsi, kişi qızıl saatın qaytarılmasının mümkün olmadığı halda, likvid dəyərinin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, Cavabdeh etirazda kişi qızıl saatının onda olmasını etiraf etmiş və bildirmişdir ki, həmin saat onun oğluna hədiyə verilmişdir. Lakin cavabdeh tərəfindən həmin saatın onun oğluna hədiyyə verilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə iddia tələbinin kişi qızıl saatının qaytarılması hissəsində hesab etmişdir ki, təmin edilməli və kişi qızıl saatı Cavabdeh alınaraq İddiaçı verilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29.3-cü maddəsinə, Ailə Məcəlləsinin 32.1, 34.1 maddələrinə, Mülki Məcəlləsinin 225.2-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 220.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələblərini pozmaqla iddiaçı tərəfindən kişi qızıl saatın cavabdehin himayəsində olan övladına hədiyyə olaraq verdiyini nəzərə almamışdır. Cavabdeh iddiaçı ilə ayrı yaşadığı vaxtdan bu günədək uşağın saxlanmasını özü təmin etmiş və bu hal alimentlə bağlı tərəflər arasında baş verən məhkəmə mübahisələri ilə də öz təsdiqini tapmışdır. İş materiallarından da görünür ki, hazırki iş üzrə irəli sürülmüş iddia tələbi məhz alimentlə bağlı mübahisədən qaynaqlanmışdır. Qeyd olunan hüquq normaları baxımından həmin normalara zidd olaraq birinci instansiya məhkəməsi işin bu faktiki hallarını düzgün qiymətləndirməmişdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara hərtərəfli və obyektiv baxmadan hüquqi qiymət vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, ekspert rəyi ilə razıdır. Ona verilmiş suala cavab olaraq bildirdi ki, ona məxsus olan saat “Mayak” markalı olmuşdur.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “kişi qızıl saatın qaytarılması” hissəsində dəyişdirilməlidir.

20. İşdən müəyyən olunur ki, tərəflərin xx.xx.2008-ci il tarixdə rəsmiləşdirilmiş nikahı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)-3050/2019 nömrəli qətnaməsi ilə pozulmuşdur.

21. İddiaçı ona məxsus kişi qızıl saatının cavabdeh tərəfindən ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh həmin saatın iddiaçı tərəfindən cavabdehin himayəsində olan övladına hədiyyə verildiyini bildirmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli saatın iddiaçı tərəfindən övladına hədiyyə verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmamışdır.

23. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kişi qızıl saatın qaytarılması ilə bağlı məsələ düzgün həll edilsə də, Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinin tələbləri nəzərə alınmamışdır.

24. Belə ki, həmin maddəyə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamənin nəticə hissəsində göstərir.

25. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6798 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən analoji mallara uyğun olaraq, ekspertiza təyini haqqında qərardadda və iş materialında olan (cild i.v. 128) məlumatda göstərilən kişi qızıl qol saatlarının (1963-cü il istehsal tarixli, qızıl qol saatı, 583 əyar, çəkisi 30-32 qram, toxunma və əqrəbləri qızıldandır) əyarı, çəkisi və istifadədə olması nəzərə alınmaqla hazırkı orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd “Mayak” markalı kişi qızıl qol saatı – 2.500 manat, - 01 ədəd “Zarya” markalı kişi qızıl qol saatı – 2.500 manat. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.

26. Belə olan halda kollegiya iş materiallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddiaçının məhkəmə iclasında bildirdiyi 1963-cü il istehsal tarixli, 583 əyar, çəkisi 30-32 qram olan “Mayak” markalı kişi qızıl saatı, saatın qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.500 manat Cavabdeh tutularaq İddiaçı verilməlidir.

27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-4509/2023 nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin.

1963-cü il istehsal tarixli, 583 əyar, çəkisi 30-32 qram olan “Mayak” markalı kişi qızıl saatı, həmin saatın qaytarılması mümkün olmadığı halda onun dəyərini təşkil edən 2.500 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat Cavabdeh alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar