Məhkəmə qərarları › İş №2(103)-3184/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3184/2024

30.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3184/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X1rşı əmək haqqı tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X1rşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-273/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X7 Mərkəzinin 15 mart 2019-cu il tarixli, 63/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, Quba X7 Mərkəzinin meşə mühafizə mühəndisi İddiaçı 15 mart 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır.

2. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X7 Mərkəzinin 16 iyul 2020-ci il tarixli, 143/k nömrəli əmrinə əsasən müəyyən edilir ki, İddiaçı 16 iyul 2020-ci il tarixdən X15 X5-Vələ meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin Quba rayonu üzrə meşə mühafizə mühəndisi vəzifəsindən azad edilmişdir.

3. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X7 Mərkəzinin 17 mart 2022-ci il tarixli, 046/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, X15 X5-Vələ meşəbəyliyinin meşəbəyi köməkçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 15 mart 2022-ci il tarixdən ləğv edilmiş və son haqq hesabın ödənilməsi əmr edilmişdir.

4. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Quba X7 Mərkəzinin 05 mart 2022-ci il tarixli, 086/k nömrəli əmrinə əsasən müəyyən olunur ki, İddiaçı 05 may 2022-ci il tarixdən Alpan meşəbəyliyinin 7 saylı dolayısına meşə gözətçisi təyin edilmişdir.

5. Quba X7 Mərkəzinin şəxsində direktor X9 ilə İddiaçı arasında bağlanmış 05 may 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı Alpan meşəbəyliyinin 7 saylı dolayısına meşə gözətçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə 05 avqust 2022-ci il tarixədək – 3 ay müddətinə bağlanmış və əmək haqqı 415 manat məbləğində razılaşdırılmışdır.

6. İddiaçı tərəfindən Quba X7 Mərkəzinin direktoru X4 ünvanlanmış və sadə əlyazma formasında tərtib edilmiş 24 may 2022-ci il tarixli ərizənin surətindən müəyyən edilir ki, o, 2019-cu ilin mart ayında işdən kənarlaşdırılması və yenidən işə bərpa olunsa da, 16 ay ərzində məcburi işburaxma dövründə əmək haqqının ödənilmədiyini, dolayısı ilə hüquqlarının pozulduğunu bildirərək müvafiq hərəkətlərin edilməsi üçün göstəriş verilməsini xahiş etmişdir.

7. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzi tərəfindən 27 noyabr 2023-cü il tarixli məktubla təqdim edilmiş Quba X7 Mərkəzinin 2022-ci il aprel ayı üzrə əmək haqqının hesablanması cədvəlindən müəyyən edilir ki, 2022-ci ilin aprel ayında İddiaçı 1835,68 manat məzuniyyət pulu hesablanmış, lakin vergilər və digər məcburi tutmalardan sonra cəmi 1467,01 manat ona ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprel ayında artıq hüquqlarının pozulduğu barədə məlumatlı olmuşdur. Hətta bununla bağlı 24 may 2022-ci il tarixli ərizəsində qeyd etmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzindən 15 mart 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixədək olan müddət üçün 4679 manat əmək haqqının və həmin dövr üçün olan 803,2 manat mükafat pulunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba X7 Mərkəzinin meşə mühafizə mühəndisi vəzifəsində işləmişdir. Nazirliyin 13 mart 2019-cu il tarixli, 201/ü saylı məktubunu əsas götürərək X11 Sultanovun 15 mart 2019-cu il tarixli, 63/k saylı əmri ilə AR ƏM-nin 62-ci maddəsinə əsasən işdən kənarlaşdırılmışdır. Onun işdən kənarlaşdırılmağına səbəb kimi AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqını göstərmişlər. İstintaqın yekununda qəbul edilən 21 avqust 2019-cu il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, əməlində cinayət tərkibi olmadığı və təqsiri olmadığı üçün, Mərkəzin direktoru Ramin Mursalov və digər şəxslərlə birlikdə iddiaçının barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İstintaq qərarından sonra iddiaçının işə qaytarılması məsələsi həll ediləndə ona bildirilmişdir ki, əvvəlki mühəndis ştatı ixtisara düşmüşdür və onu həmin işə qaytara bilməzlər. Buna görə də iddiaçıya bu barədə ərizə yazmışlar və Nazirliyin Meşələrin inkişafı Xidmətinin 16 iyul 2020-ci il tarixli, 117/k saylı əmri əsas götürülərək, X11 Sultanovun 16 iyul 2020-ci il tarixli, 143/k saylı əmrinə əsasən iddiaçı 16 iyul 2020-ci il tarixdən Mərkəzin Vəl-Vələ meşəbəyliyinə meşəbəyi köməkçisi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Mərkəzin Quba rayonu üzrə meşə mühafizəsi mühəndisi vəzifəsindən azad edilmişdir. X12 Baxışovun 17 mart 2022-ci il tarixli, 046\k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi 15 mart 2022-ci il tarixdən ləğv edilmiş və baş mühasibə ona son haqq hesabın ödənilməsi tapşırılmışdır. Mərkəzin direktor əvəzi Elvin Baxışovun 05 may 2022-ci il tarixli, 086/k saylı əmrinə əsasən iddiaçı Alpan meşəbəyliyinin 7 saylı dolayına meşə gözətçisi təyin edilmişdir. Hal-hazırda da orda işləyir. Bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə səbəb odur ki, təqsirsiz olaraq 15 mart 2019-cu il tarixdən 16 iyul 2020-ci il tarixədək işdən kənarlaşdırıldığı müddət üçün əmək haqqı və mükafatları bu günə kimi ödənilməmişdir. İddiaçı bu barədə dəfələrlə Mərkəzin Direktorlarına müraciət etsə də ona hər hansı bir cavab verilməmişdir. Ona görə də son olaraq Nazirə müraciət etmiş və cavabda ona bildirilmişdir ki, istintaqda olduğu üçün işdən kənarlaşdırılmağı qanuni olmuşdur və bu zaman həmin müddətə görə əmək haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Bu cavabda cavabdehin əsaslandırması qanunsuz olmuşdur. Belə ki, cavabda istinad edilən normalar barəsində cinayət işi olan təqsirləndirilən şəxslər barədədir. İddiaçı isə təqsirləndirilən şəxs olmamışdır, Nazirliyin təqdimatı əsasında barəsində araşdırma aparılıb və sonda əməlində cinayət tərkibi olmaması qərara alınmışdır. Bundan əlavə, hətta o, təqsirləndirilən şəxs olsa da sonda bəraət alsaydı yenə də cavabdeh həmin müddət üçün əmək haqqını ödəməli idi. Hazırda cavabdeh həmin müddət üçün əmək haqqını ödəmədiyi üçün məhkəməyə müraciət etmiş və belə hesab edir ki, göstərdiyi müddət üçün əmək haqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(004)- 273/2024 saylı qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamə onunla əsalandırılmışdır ki, iddiaçı tərəfindən Quba X7 Mərkəzinə ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətə əsasən müəyyən edilir ki, o, işdən azad edildiyi 16 ay ərzində ödənilməmiş əmək haqqının ödənilməsini xahiş etmişdir. Dolayısı ilə, iddiaçıya xx.xx.2019-cu il tarixdən, hansı əsasla işdən azad edilməsi və əmək haqqının ödənilməməsi aşkar olmuşdur. İddiaçı isə bu faktı məhkəmədə mübahisələndirməmişdir. Dolayısı ilə xx.xx.2022-ci il tarixdən ona əmək haqqı ödənilmədiyini iddiaçı aşkar etmişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla təqdim edilmiş Quba X7 Mərkəzinin 2022-ci il aprel ayı üzrə əmək haqqının hesablanması cədvəlindən müəyyən edilir ki, 2022-ci ilin aprel ayında İddiaçı 1835,68 manat məzuniyyət pulu hesablanmış, lakin vergilər və digər məcburi tutmalardan sonra cəmi 1467,01 manat ona ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprel ayında artıq hüquqlarının pozulduğu barədə məlumatlı olmuşdur. Hətta bununla bağlı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir. Buna baxmayaraq iddiaçı müvafiq mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı mediasiya təşkilatına gec müraciət etməsinin səbəbini digər məhkəməyə müraciət etməsi və onun iddia ərizəsinə əlavə edilmiş sənədlərinin məhkəmə tərəfindən vaxtında təqdim edilməməsi ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, iddiaçının digər məhkəməyə və müvafiq orqana müraciət etməsi onun məhkəməyə müraciət etməsi üçün müddətin axımının dayanmasına əsas ola bilməz. Belə ki, qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprel - may ayında artıq əmək haqqının ödənilməməsi ilə hüquqlarının pozulması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə müvafiq məhkəməyə deyil digər orqana - Quba X7 Mərkəzinə müraciət etmişdir. İş materialları ilə təsdiq olunur ki, iddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdür. İddiaçı həmçinin məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişdir ki, o, ilk öncə Sumqayıt İnzibai Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin qərarına əsasən ərizə geri qaytarılmışdır. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yanlış ünvana göndərildiyindən hazırkı iddia ərizəsi məhkəməyə gec daxil olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının digər rəsmi orqana müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına əsasən 294-cü maddəsinin 4-cü hissəsinə görə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə və müvafiq mediasiya təşkilatına müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 illik müddətin ötürülməsi səbəbini üzrsüz hesab etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. O da hüquqlarının pozulmasını bildiyi gündən ilk əvvəl cavabdeh təşkilatlara, sonra isə bir il tamam olmadan Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Sadəcə inzibati məhkəmə iddianı mümkünsüz hesab edərək bu iddia ilə rayon məhkəməsinə müraciət etməli olduğunu bildirdi. O da bundan sonra qanunvericliyin tələblərinə uyğun olaraq mediasiya proseslərini keçmiş və məhkəməyə müraciət etmişdir. Bu zaman müddətin keçməsi onun səhlənkarlığından deyil, qanunun tələblərinə görə olmuşdur. Qanuna əsasən də mediasiya prosesinin müddəti iddia müddətinə şamil edilmir. Məhkəmə isə bunu nəzərə almamışdır. Onun işində isə iddia müddəti üzürlü səbəbdən keçmişdir və o bu barədə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə etirazında ətraflı göstərmiş və bütün sübut əhəmiyyətli sənədləri də əlavə etmişdir. Lakin bütün bunlara baxmayaraq məhkəmə iddia müddətini tətbiq edərək iddiamı rədd etmişdir ki, bu da qanunsuz və əsassız hesab edilməlidir. Məhkəmə iddianın bir il müddətdən gec verilməsini üzürlü edən hallar barədə verdiyi məlumatları düzgün araşdırmamış, onun gecikmənin üzürlü səbəbdən baş verməsi barədə verdiyi ərizə və təqdim etdiyi sənədləri düzgün qiymətləndirməmiş, müddətin üzürlü səbəbdən buraxılması üçün irəli sürdüyü dəlilləri guya iddia müddətinin axımının dayanması kimi qiymətləndirmiş və belə hesab etmişdir ki, başqa orqanlara müraciət etmək iddia müddətinin axımını dayandırmır. Hansı ki, o ərizə və izahatlarında da bildirdi ki, 2022-ci lin iyulunda hüquqlarının pozulmasını bilmişdir və 2023-cü ilin yanvar ayında qanunla göstərilmiş 1 il müddətdə məhkəməyə müraciət etmişdir. Sonradan İnzibati məhkəmənin iddianı rayon məhkəməsinə verməli olduğu barədə qərardadının çıxması, həmin qərardadın ona verilməsi, sənədlərinin geri qaytarılması, mediasiya prosesinin keçilməsi və sairə səbəblərdən müddətin keçməsi isə artıq üzürlü səbəbdən baş vermişdir ki, məhkəmə bu hala düzgün qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

17. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.7 Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: Maddə 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 24.7. Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər Maddə 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: Maddə 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən; Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı X7 Mərkəzi tərəfindən 27 noyabr 2023-cü il tarixli məktubla təqdim edilmiş Quba X7 Mərkəzinin 2022-ci il aprel ayı üzrə əmək haqqının hesablanması cədvəlindən müəyyən edilir ki, 2022-ci ilin aprel ayında İddiaçı 1835,68 manat məzuniyyət pulu hesablanmış, lakin vergilər və digər məcburi tutmalardan sonra cəmi 1467,01 manat ona ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin aprel ayında artıq hüquqlarının pozulduğu barədə məlumatlı olmuşdur. Hətta bununla bağlı 24 may 2022-ci il tarixli ərizəsində qeyd etmişdir.

26. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı 2022-ci ilin aprel ayında artıq hüquqlarının pozulduğu barədə məlumatlı olunduğundan iddia müddətinin axımı da həmin vaxtdan başlamışdır. Buna baxmayaraq iddiaçı müvafiq mediasiya təşkilatına 28 iyul 2023-cü il tarixdə, yəni 1 il 3 ay sonra müraciət etmişdir. Bununla da o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddətini ötürmüşdür.

27. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

28. Mülki Məcəllənin tələblərinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş materiallarından da müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkməsində işə baxılarkən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi müddət ötürülməklə verildiyindən həmin xüsusatlar iddianın təmin edilməsi üçün əsas ola bilməz və məhz iddia müddəti keçdiyinə görə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmuşdur.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 2(004)- 273/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-273/2024 nömrəli, 05 fevral 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar