Məhkəmə qərarları › İş №2(103)-3203/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3203/2024

10.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3203/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Şəmilli Əkbər Teymur oğluna və Cavabdeh2 qarşı “mənəvi zərərə görə təzminatın ödənilməsi və cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunması” tələbinə dair ilk, iddiaçılar Şəmilli Əkbər Teymur oğlunun və Cavabdeh2 cavabdeh İddiaçı qarşı (“Sindo-ryu və Pençak Silat” Federasiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadından ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Şəmilli Əkbər Teymur oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər birindən 75.000 manat məbləğində olmaqla, cəmi 150.000 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlərin hərəkətində cinayət əlamətinin olub-olmamasını müəyyən etmək üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Bundan sonra Şəmilli Əkbər Teymur oğlu və Əhmədov X5 Abbas Balı oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 200.000 manat məbləğində maddi və mənəvi zərərin alınaraq onlara verilməsi barədə qətnamə və cavabdehin hərəkətində cinayət əlamətinin olub-olmamasını müəyyən etməklə xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən “Sindo-ryu və Pençak Silat” Federasiyası mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-396/2020 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı şəhər Xətai Rayon Prokurorluğunda işdə iştirak edən şəxslərlə əlaqədar aparılan araşdırma başa çatanadək dayandırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması davam etdirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Şəmilli Əkbər Teymur oğluna və Cavabdeh2 qarşı “mənəvi zərərə görə təzminatın ödənilməsi və cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunması” tələbinə dair ilk, iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 cavabdeh X4 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, mülki iş üzrə icraatın təzələnməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadı ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlunun və Cavabdeh2 ərizə təmin edilməmişdir. Həmin qərardaddan ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 ayrı-ayrılıqda şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdilər. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 şikayətlərini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə hazırki mülki iş üzrə icraatın dayandırılmasına əsas olmuş hallar aradan qalxmadığına görə onlar həmin mülki iş üzrə məhkəmə iclasında üzrülü səbəbdən iştirak etməmişlər. Belə ki, İddiaçı onlara qarşı etmiş oduğu cinayət xarakterli hərəkətləri ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində bir neçə dəfə araşdırma aparılmış və cinayət işi üzrə icraata xitam verilmişdir. Tərəflərindən verilmiş şikayətlərə əsasən həmin xitam qərarları ləğv edilmişdir. Onlar məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Tural Məşədiyevin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını Bakı şəhəri Xətai Rayon Məhkəməsindən xahiş etmişlər. Buna görə də, həmin şikayət üzrə bir neçə dəfə məhkəmə iclasları keçirilmiş və nəhayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6(011)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tərəfləridən verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Tural Məşədiyevin ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilmiş və qərar ləğv edilmişdir. Qərarda qeyd edilən xüsusatlar araşdırılmaqla, cinayət işinin ibtidai istintaqı davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin qərarından sonra onlar dəflərlə Bakı şəhəri Xətai RPİ-nin İŞ-də olsalarda işlə bağlı onlara heç bir məlumat verilməmişdir. Sadəcə olaraq işi araşdıran müstəntiq Tural Məşədiyev onlara bildirmişdi ki, “iş üzrə araşdırma aparılır”. Lakin, prosesin uzun sürməsini gördükdən sonra onlar müstəntiqdən qərarı tələb etmiş, buna görə də, xx.xx.2024-cü il tarixdə müstəntiq cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı onlara təqdim etmişdi. Həmin qərarı əldə etdikdən sonra onlar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-20/2023 saylı mülki iş üzrə icraatı təzələnməsini xahiş etmişdilər. Bununla belə, hesab edirlər ki, xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmələri üzürlü hesab edilməlidir. Göstərilənlərə əsasən hesab edirlər ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-20/2023 saylımülki iş üzrə qəbul edilmiş xx.xx.2024cü il tarixli qərardad ləğv edilməli və həmin mülki işin icraatı təzələnməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-20/2023 saylı qərardadı ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qərardadı dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyü təsbit edilmiş, eyni zamanda, bu vəziyyətin iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olduğu hallar dəqiqləşdirilmişdir. Belə ki, məhkəmə iclaslarında iştirak edən iddiaçının bir məhkəmə baxış iclasında iştirak etməməsi ərizənin dərhal baxılmamış saxlanılması üçün əsas yaratmır. Belə bir əsas yalnız eyni hal təkrarlandıqda, yəni işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmə iclasına təkrar gəlmədikdə yaranır. Daha geniş və sadə izaha əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı ən azı iki məhkəmə iclasında iştirak etməməlidir ki, onun iddia ərizəsi bu əsasla baxılmamış saxlanılsın. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, mülki iş üzrə icraat təzələndikdən sonra növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi bildiriş göndərilmişdir. Buna baxmayaraq, tərəflər, o cümlədən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 təyin edilmiş məhkəmə iclasında iştirak etməmişdilər. Həm iş üzrə icraatın təzələnməsi barədə ərizədə, həm də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardaddan şikayətdə bu şəxslər xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası barədə məlumatlı olduqlarını, lakin iş üzrə icraatın dayandırılmasına əsas olmuş halların aradan qalxmaması səbəbindən məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiklərini bildirmişdilər. Bu baxımdan onlar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə, məlumatlı olmuşlar. Başqa sözlə, həmin vaxt onların məhkəmə iclasına gəlməmələrini və bu haqda məhkəməyə məlumat verməmələrini fiziki baxımdan qeyri-mümkün edən hər hansı bir hal olmamışdır. Buna baxmayaraq, onlar ərizədə və şikayətdə istinad etdikləri səbəbi əsas gətirərək, iş üzrə icraatın dayandırılması, habelə bu əsasla məhkəmə iclasının təxirə salınması barədə ərizə ilə məhkəməyə müraciət etməmişlər. Bununla belə, nəticə etibarı ilə onlar həm məhkəmə iclası, həm də həmin məhkəmə iclasının yekununda qəbul edilmiş məhkəmə aktı barədə məlumatlı olmasına baxmayaraq, yalnız 8 aydan sonra mülki işin təzələnməsini xahiş etmişdilər ki, mövcud vəziyyətdə onların istinad etdikləri hallar 8 ay əvvəl məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəbi kimi qiymətləndirilə bilməz. Göstərilənlər öz növbəsində Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinin tələblərinə uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadının ləğv edilməsini istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə icraatı təzələməmişdir. Bu səbəbdən ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Şəmilli Əkbər Teymur oğlu və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin ediməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-20/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar