Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3207/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Səyavuş oğluna qarşı “aliment” tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpası barədə ərizə təmin edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5284/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2(010)- 5284/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2(010)- 5284/2022 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5284/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formada və qaydada məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır.
4. İddiaçı nümayəndəsi və vəkili Vəkil prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini onunla əsaslandırmışdır ki, həmin qətnamədən qanunvericiliklə müəyyən edilmiş müddət çərçivəsində apellyasiya şikayəti vermişdir. Lakin şikayəti qanunvericiliklə müəyyən edilmiş formada və qaydada məhkəməyə təqdim edilmədiyindən geri qaytarılmışdır. Yol verilmiş səhvləri düzəltdikdən sonra hazırda yenidən müaciət edilmişdir. Ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5284/2022 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-5284/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin ötürülməsi üzrlü hesab edilmiş və İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi müəyyən edilmişdir.
6. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2(010)-5284/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin, bu qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə - qanunvericiliklə nəzərdə tutulmuş 1 ay şikayət vermə müddəti keçdikdən sonra məhkəməyə daxil olmuşdur. İddiaçı tərəf daha əvvəl də həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin apellyasiya şikayəti verməsi məhkəmə icraatını yubatmağa yox, işə yenidən baxılmasına xidmət edir. Bu səbəbdən məhkəməyə çatımlılıq hüququnun təmin edilməsi üçün məhkəmə hesab edir ki, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-5284/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-5284/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı əsassız olaraq və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəf vəkillə təmsil olunur və apellyasiya şikayətini vaxtında və düzgün formada verə bilərdi.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-5284/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5284/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. Azərbaycan Respublikası MPM-nin 10-1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
13. Həmin Məcəllənin 133.1-ci maddəsində qeyd edilir ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Həmin Məcəllənin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
15. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
16. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir.
18. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2(010)-5284/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.
19. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən ilkin olaraq apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə verilmiş, lakin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş formada və qaydada təqdim edilmədiyindən geri qaytarılmışdır.
20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 25 yanvar 2023-cü tarixdə yerləşdirilmişdir və ona sənədin elektron sistemə yerləşdirilməsi ilə bağlı bildiriş göndərilmişdir.
21. Bundan sonra İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2023-cü il tarixdə hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
22. Göründüyü kimi, iddiaçı tərəfindən ilkin olaraq apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən, lakin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi üçün tələb olunan forma və məzmunda verilməmişdir. İddiaçının məhkəmənin 23 yanvar 2023-cü il tarixli qərarardadını əldə etdikdən sonra qərardadda göstərilən nöqsanların dərhal aradan qaldırılması üçün imkanı olduğu halda iddiaçının tərəfindən hazırkı apellyasiya şikayəti kifayət qədər müddət ötürülməklə məhkəməyə təqdim edilmişdir.
23. Kollegiya qeyd edir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir.
24. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun.
25. İddiaçı ilkin şikayətdə verilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar mübahisələndirilən qətnamədən verilmiş apelyasiya şikayəti üzrə müddətin ötürüldüyünü bildirmiş və bu halın üzrlü hesab edilərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Kollegiya bu hala qiymət verərək hesab edir ki, hazırkı şikayəti məhkəmənin qərardadı əldə edilikdən kifayət qədər müddət keçdikdən sonra verildiyi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması halı üzrlü səbəb kimi qəbul edilə bilməz. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı vəkillə təmsil olunur, belə olanda halda prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsi sui-istifadə halı kimi qiymətləndirilməlidir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə İddiaçı ərizəsinin təmin edilməsi barədə qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir.
27. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5284/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “aliment” dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, e-2(010)-5284/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosesual müddətin bərpası barədə İddiaçı ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev