Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3213/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 899944 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2016cı il tarixdə Bakı şəhərində X7 adlı uşaqları anadan olmuşdur.
2. İş materiallarında olan 2 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ № 683937 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014cü il tarixdə Bakı şəhərində X8 adlı uşaqları anadan olmuşdur.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, 04 dekabr 2018-ci il təvəllüdlü X9 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi, 11 yanvar 2022-ci il tarixdən hesablanmaqla 27 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinilik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi, 04 dekabr 2018-ci il təvəllüdlü X3 faktiki Cavabdeh himayəsinə verildiyi tarixdən isə 04 dekabr 2018-ci il təvəllüdlü X3 və 27 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının 1/3 hissəsi miqdarında və əlavə olaraq hər ay uşaqların hər birinə görə 50 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 08 sentyabr 2014-cü il təvəllüdlü X4 və 31 mart 2016-cı il təvəllüdlü X5 ataları İddiaçı yanında qalnmalarının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2014-cü il təvəllüdlü X4 və 31 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 27 noyabr 2014cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 08 sentyabr 2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021ci il təvəllüdlü X6 adında dörd uşaqları doğulmuşdur. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da sonradan pozulmuş, 16 aprel 2021-ci il tarixdən etibarən faktiki olaraq ayrılmışlar. Onlar faktiki olaraq ayrıldıqdan sonra isə digər uşaq - xx.xx.2021-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. xx.xx.2021-ci il təvəllüdlü X6 qanunda nəzərdə tutulmuş yaş həddinə çatmadığına görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmək mümkün deyildir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-96/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən 08 sentyabr 2014-cü il təvəllüdlü X4 və 31 mart 2016-cı il təvəllüdlü X5 atası İddiaçı yanında qalmaları müəyyən edilmişdir.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 08 sentyabr 2014-cü il təvəllüdlü X4 və 31 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün, məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə iki uşağa görə 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qətnamənin dərhal icra olunması, Cavabdeh 32 manat dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Qanunun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 100.2-ci maddələrinə, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Belə ki, uşaqların maddi təminatı və tərbiyəsi ilə İddiaçı məşğul olur. Uşaqların bütün qayğısını ehtiyacını tamamilə İddiaçı şəxsən çəkir. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, iş üçün əhəmiyyət kəsb edən hallar sübut edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
“Uşaq hüquqları haqqında” Qanunun
11. Maddə 13 uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
12. Maddə 19. valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi valideynlərin əsas vəzifələridir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
13. Maddə 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Maddə 78.1 valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
13. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, istinad edilən maddi normalara görə tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər.
19. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə haqlı olaraq hesab etmişdir ki, uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin məbləği onun maddi vəziyyəti və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla, hər ay bir uşağa görə 50 manat müəyyən olunmalıdır.
20. Nəzərə almaq lazımdır ki, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsə də, cavabdehin ödəmə qabiliyyəti və uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olması nəzərə alınmaıdır.
21. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər diqqətəlayiq halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-62/2023 saylı 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.