Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3217/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, onların nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizələrinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və müstəqil tələb irəli sürən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Rahatlığın Məkanı" MMC ilə X8 arasında bağlanmış xx.xx.2019- cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3- cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X5 verilmiş qeydiyyat sənədinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdeh “Rahatlığın Məkanı“ MMC ilə aralarında, söküləcək mənzilin əvəzinə yeni inşa edlmiş binada mənzil verilməsinə dair, müqavilə bağlanmışdır. Müqaviləyə əsasən yeni binanın inşa edilməsi məqsədilə onlara məxsus Bakı şəhəri. Ə.Hacıyev küçəsi, ev 34- də yerləşən 4 və 6 saylı mənzillərin boşaldılıb MMC-yə təhvil verilməsi və əvəzində ünvan 2 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili istifadələrinə verilməsi qeyd edilmişdir (müqavilə 1.1., 1.2.). İnşaat işlərinə başlanılandan 3 ay ərzində təmirli mənzili istifadələrinə verilməsi cavabdehin vəzifəsi kimi müqavilədə müəyyən edilmişdir (müqavilə 2.2.1.). Müqavilə bağlandıqdan dərhal sonra, yəni xx.xx.2017-ci il də qeyd olunan mənzili onlara təhvil verdilər və 6 ay təmir işləri gördükdən sonra, yəni dəqiq desək 15 iyul 2017-ci ildə həmin mənzilə köcdülər və hal-hazıra qədər həmin mənzildə yaşayirlar. Bir müddət sonra (həmin şirkətlə bağlı məhkəmə cəkişmələri zamanı) məlum oldu ki, mənzilin onlara xx.xx.2017-ci il tarixində təhvil verilməsinə baxmayaraq 2 il sonra, yəni xx.xx.2019-cu il tarixində "xxxx" MMC-nin təsisçisi X4 adına sənədləşdirmişlər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən alınmış sənədə əsasən "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair sonuncunun adına ilkin qeydiyyat sənədi alınmış və hazırda mülkiyyətindədir. Yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdeh saxtakarlığa yol verərək mənzilə dair aralarında müqavilənin mövcud olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdə E.Mustafayevlə eyni mənzilə dair yeni müqavilə bağlanmış, nəticədə DƏDRX tərəfindən sonuncuya mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Nəticədə onun mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. Bu səbəbdən “Rahatlığın Məkanı" MMC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə və bunun hüquqi nəticələri olaraq DƏDRX tərəfindən ünvan 1 ünvanında tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 nömrəli mənzilə dair X5 verilmiş qeydiyyat sənədi ləğv edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və "xxxx" MMC ilə X6 və İddiaçı2 ilə ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında, 3-cü mərtəbə, 3 saylı təmirli mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmşdır ki, İddiaçı1 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan və hazırda qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(007) - 7800/2018 saylı qərardadı ilə təsdiqlənən barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə "xxxx" MMC qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli vəziyyətdə mənzil alıb verməlidir. Həmin qərardadın 2.2-ci bəndinə əsasən saziş notarial qaydada təsdiq olunduqdan sonra tərəflər tələblərindən imtina edir və iddia tələbləri ödənilmiş hesab olunur. Həmin qərardadın 2.3cü bəndində göstərilir ki, tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırdıqda məcburi icraya yönələcəkdir. Hazırda həmin qərar Nizami rayon İcra və Probasiya şöbəsində məcburi icra icraatındadır. 23 dekabr 2016-cı il tarixdə həmin barışıq sazişi notarial qaydada təsdiqlənib. Lakin cavabdeh tərəf köçməyə razı olduğu mənzil barəsində mövqe bildirməməsi səbəbindən mənzilin alınıb cavabdehlərin mülkiyyətinə verilməsi ilə əlaqədar öhdəliyin icrası indiyədək mümkün olmamışdır. "xxxx" MMC ilkin iddiada iddiaçıların mülkiyyət hüquqlarını pozmamaq məqsədi ilə sökülən otaqların istifadəçiləri olan İddiaçı1 və İddiaçı2 ilə 03 yanvar 2017- ci il tarixli müqavilə imzalayaraq ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili cavabdehlərin müvəqqəti istifadəsinə verib. İlkin iddiada iddiaçılar X6 və İddiaçı2 iddia ərizələrində ünvan 13 ünvanında tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilin "xxxx" MMC-nin Fizuli və Bella Məmmədovların mülkiyyətinə verildiyi göstərilib. Halbuki, həmin mənzil cavabdehlərin mülkiyyətinə deyil, istifadəsinə verilib. Mənzilin məhz cavabdehlərin istifadəsinə verilməsi ilə bağlı xüsusat tərəflərin imzaladığı müqavilənin 1.2-ci maddəsində birmənalı şəkildə qeyd olunub. Yuxarıda qeyd olunduğu kimi, cavabdehlərin yataqxanada istifadəsində olan otaqların ümumi sahəsi 41.8 kv.m. olub. Mövcud praktikaya və Məmmədovlarla "xxxx" MMC arasında bağlanan 03 yanvar 2017-ci il tarixli müqavilənin preambulasının sonuncu abzasına əsasən, sakinlərə tikilən binalarda əvvəl istifadə etdikləri sahədən 20 faiz artıq, yəni maksimum 50 kvm. həcmində yaşayış sahəsi verilə bilər. Cavabdehlərin hazırda istifadə etdikləri mənzilin sahəsi isə 83 kvadratmetrdən artıqdır. Bundan əlavə, həmin mənzilə bitişik 53.78 kvm. sahədə yarısı üstüörtülü, digər yarısı üstüaçıq teras mövcuddur. Bu mənzil terasla birlikdə "xxxx" MMC-nin mülkiyyətidir və şirkətlə Məmmədovlar arasında bağlanan barışıq sazişi üzrə öhdəliklər yerinə yetirilənədək Məmmədovların müvəqqəti istifadəsinə verilib. İşin hallarından görünür ki, cavabdehlər əslində mülkiyyətçisi olmadıqları, yalnız istifadə etdikləri yataqxanadakı ümumi sahəsi cəmi 41.8 kvm. olan 2 otaq əvəzinə ümumi sahəsi həmin mənzildən üç qat artıq olan mənzil əldə etmək niyyətinə düşüblər və bununla əlaqədar olaraq heç bir hüquqi əsas olmadan guya "xxxx" MMC tərəfindən qeyri-qanuni tikinti aparılmasına dair əsası olmayan məhkəmə iddiası qaldırıblar. Həmin iddia təmin edilməyib. Bununla əlaqədar, "xxxx" MMC-nin rəhbərliyi Məmmədovlara dəfələrlə bildirişlə müraciət edərək onların istifadəsində olan ünvan 4 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzilin "xxxx" MMC-yə təhvil verilməsini tələb etmişdir. Həmçinin Məmmədovlar ailəsinin nəzərinə çatdırılıb ki, "xxxx" MMC qarşı tərəflə imzaladığı barışıq sazişininin tələbinə əsasən üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzil alaraq onların mülkiyyətinə verməyə hazırdır. Lakin cavabdehlər bu müraciəti müzakirə etməkdən imtina ediblər. Bundan sonra, Rahatlığın Məkanı" MMC-nin rəhbərliyi ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzili X1 və hazırda həmin mənzil onun mülkiyyətindədir. Yuxarıda qeyd olunan işin hallarına məcmu halda qiymət verərək belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 ilə 03 yanvar 2017-ci il tarixli ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzili cavabdehlərin istifadəsinə verilməsinə dair müqavilə aşağıda qeyd olunanlara əsasən bağlandığı andan etibarsız sayılmalıdır:
1. İddiaçı1 və İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanan və hazırda qanuni qüvvədə olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli, 2(007) - 7800/2018 saylı qərardadı ilə təsdiqlənən barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə "xxxx" MMC qarşılıqlı iddiada cavabdehlər İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı təmirli vəziyyətdə mənzil alıb verməlidir. Hazırda həmin qərar Nizami Rayon İcra və Probasiya Şöbəsində məcburi icra icraatındadır. Cavabdehlərin iddia etdikləri kimi, əgər barışıq sazişi ilə əlaqədar müvafiq qərardad qüvvədə olduğu halda, 41 kv.m yaşayış sahəsinin əvəzinə sahəsi 83 kv.m təmirli mənzilin Məmmədovların mülkiyyətinə verilməsi sağlam məntiqlə izah oluna bilməz. Bu halda, cavabdehlərə iki otağın əvəzinə iki ədəd iki otaqlı mənzilin verilməsi öhdəliyi yaranır. "xxxx" MMC üzərinə belə öhdəlik götürməyib və götürə də bilməzdi.
2. ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı təmirli mənzilin cavabdehlərin istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilə qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb. Belə ki, mənzilin istifadəyə verilməsinə dair müqavilə əslində icarə müqaviləsidir və bu müqavilənin bağlanması şərtləri qanunvericilikdə dəqiq müəyyən edilib. Müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi icarə müqaviləsində nəzərə alınmadığı, icarənin müddəti müqavilə ilə müəyyənləşdirilməli olduğu müəyyən edilmədiyindən müqavilə şərtlərinə əməl olunmayıb. Müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" MMC-yə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və ünvan 5 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X12 ogluna təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin rəhbərliyi ilə onun arasında bağlanan müqaviləyə əsasən o, ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzil almış və hazırda həmin mənzil onun mülkiyyətindədir. Həmin mənzil heç vaxt cavabdehlərin mülkiyyətinə verilməyib, yalnız istifadəsinə verilib. Mülki qanunvericiliyin tələbinə əsasən, əmlakın icarəyə verilməsi bu əmlak üzərində mülkiyyət hüququnun verilməsinə səbəb olmur. Qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi və ünvan 6 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X5 təhvil verilməsi vəzifəsinin X3 və İddiaçı2 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin və qeydiyyat sənədinin ləğv edilməsi” tələbinə dair ilkin iddiasının təmin edilməsi, "xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və bunun hüquqi nəticəsi olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacyev küçəsi 2439məhəllə, ev 40A, mənzil 3. Yeni qaydalarla: AZ 1060, ünvan 7 ünvanında tikilmiş mənzilə dair X5 29 dekabr 2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “03 yanvar 2017ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və "xxxx" MMC-yə qarşı “mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək onun ləğv edilərək, ilkin iddianın rədd edilməsi və "xxxx" MMC ilə X6 və İddiaçı2 arasında ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı təmirli mənzilin X2 və İddiaçı2 istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilənin baglandıgı andan etibarsız sayılması, ünvan 5 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X12 ogluna təhvil verilməsi vəzifəsinin X6 və İddiaçı2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Qətnamədən, həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X8 apellyasiya şikayəti verərək onun ləğv edilərək, ilkin iddianın rədd edilməsi və "xxxx" MMC ilə X6 və İddiaçı2 arasında ünvan 13 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə, 3 saylı təmirli mənzilin X2 və İddiaçı2 istifadəsinə verilməsinə dair 03 yanvar 2017-ci il tarixli müqavilənin baglandıgı andan etibarsız sayılması, ünvan 5 ünvanındakı 2 otaqlı mənzilin boşaldılaraq X12 ogluna təhvil verilməsi vəzifəsinin X3 və İddiaçı2 həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüş, əlavə olaraq göstərmişdir ki, Məmmədovlarla "xxxx" MMC aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə mənzil onların istifadəsinə verilib. İstifadə hüququ Məmmədovlara həmin mənzilə köçüb yaşamaq hüququ verir, lakin mənzilə sərəncam hüququ vermir. Bu mənada qeyd olunan müqavilənin alqı-satqı müqaviləsi kimi xarakterizə edilməsi yanlışdır. Çünki, həmin müqavilə üzrə Məmmədovlara mənzilə mülkiyyət hüququ verilməyib. Təcrübədə dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrı-ayrı hüquqi və fiziki şəxlərə müddətli və ya daimi istifadəyə verilməsi halı geniş yayılıb. Lakin heç bir halda istifadəyə verilən həmin torpaq sahəsi istifadəçi tərəfindən özgəninkiləşdirilə bilməz. Başqa sözlə, daşınmaz əmlak üzərində istifadə hüququ qeydə alınan fiziki və ya hüquqi şəxsin həmin əmlak üzərində sərəncam vermək hüququ, yəni, mülkiyyət hüququ yoxdur. Eyni qaydada, Məmmədovların xx.xx.2017-ci il tarixli müqavilə üzrə onların istifadəsinə verilən mənzilə mülkiyyət hüququ birmənalı şəkildə yoxdur. Bu halda, xx.xx.2017-ci il tarixli müqavilənin həmin mənzilin satılması ilə əlaqədar Elnur Mustafayevlə bağlanan müqavilədən əvvəl və ya sonra bağlanmasının əhəmiyyəti yoxdur. Müqavilənin hansı şəxsə əvvəl və ya sonra satılması halı mövcud məhkəmə təcrübəsində bir qayda olaraq bir mənzilin iki və ya daha artıq şəxsə satılması üzrə işlərdə nəzərə alınır. Konkret bu halda, mənzil bir dəfə, Elnur Mustafayevə satılıb. Həmin mənzilin satılmazdan əvvəl Məmmədovların istifadəsində olması halı Elnur Mustafayevlə bağlanan müqavilənin etibarsız sayılması üçün heç bir hüquqi əsas yaratmır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər və onların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürən üçüncü şəxs X8 məhkəməyə səbəbləri barədə məlumat vermədən gəlmədiyindən işə onun iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, 03 yanvar 2017-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru Acalov İsmayil ilə sakin İddiaçı2 və İddiaçı1 arasında ünvan 9 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 41.8 kv.m olan mənzilin sakin tərəfindən MMC-yə təhvil verilməsinə, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasında 3-cü mərtəbə 3 saylı mənzilinin isə MMC tərəfindən sakinə verilməsinə dair müqavilə bağlanmışdır. 03 yanvar 2017-cı il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin nümayəndəsi X7, Ə.Hacıyev 34 № 4/6 otağının istifadəçisi İddiaçı2 Şaqenovna və İddiaçı1 tərəfindən sözügedən mənzilin mövcud vəziyyətdə ümumi sahəsinin 41.8 kv.metr olduğu müəyyənləşdirildi və sxem tərtib edildi. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin **********62 nömrəli, 21 may 2020-ci il tarixli ünvan 10 ünvanlamış məktubundan görünür ki, ünvan 11nvanında yerləşən mənzilə dair müvafiq məlumatların verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli, 260887 saylı sorğuya baxılmışdır. Sorğu ilə əlaqədar olaraq, ünvan 5 ("xxxx" MMC ilə X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə əmlakın ünvanı ünvan 12ın 3-cü mərtəbəsindəki 3 nömrəli mənzil şəklində qeyd edilmişdir) X4 adına ilkin qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 23 dekabr 2016-cı il tarixli barışıq sazişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı2 və İddiaçı1 arısında Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq olunmaqla barışıq sazişi bağlanmışdır. xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında Qərardan görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7800/2016 nömrəli, xx.xx.2017-ci il tarixdə qərardadının icrası üçün vermiş icra vərəqəsinin əsasında icra sənədi üzrə icraata başlanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın "xxxx"MMC-nə qarşı qanunsuz tikilinin sökülməsinə dair ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx"MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna asında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsi Rahatlığın Məkanı”MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılaraq "xxxx"MMC-nə təhvil verilməsi vəzifəsi İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovna həmin mənzildən çıxarılması, onların mənzildən çıxarılmaları və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsi eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qaradadından görünür ki, İddiaçı1 və İddiaçı2 Şaqenovna tərəfindən verilmiş Apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC ilə Məmmədov Mirzəli oğlu və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbinin təmin edilməsi hissəsində ləğv edilmiş, "xxxx" MMC-nin həmin iddia tələbləri üzrə icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-169/2019 saylı iş üzrə 05 fevral 2019-cu il tarixli qətnaməsi "xxxx" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi 40 ünvanda tikilmiş 1 saylı yaşayış binasının 3cü mərtəbəsindəki 3 saylı mənzilin boşaldılıb "xxxx" MMC-yə təhvil verilməsi vəzifəsinin İddiaçı1 və İddiaçı2 Şaqenovnanın üzərinə qoyulması, İddiaçı1 və İddiaçı2 Şaqenovnanın həmin mənzildən çıxarılmaları, onların mənzildən çıxarılmalarının və Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasında 2 otaqlı mənzilə köçürülməsinin eyni vaxtda icra edilməsi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunması, "xxxx" MMC-nin həmin iddia tələbləri təmin edilməməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması (müvafiq qərardadla "xxxx" MMC-nin "xxxx" MMC ilə İddiaçı1 və İddiaçı2 Şaqenovna arasında bağlanmış 23 dekabr 2016-cı il tarixli barışıq sazişinə əsasən sökülən otaqların əvəzinə Bakı şəhərinin Nizami rayonu ərazisində Leninqrad layihəli yaşayış binasından 2 otaqlı mənzilin alınaraq İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətinə verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması” tələbi üzrə icraata xitam verildiyi və qətnamənin həmin hissədə ləğv olunduğu nəzərə alınmaqla), apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci qismində 200 manat İddiaçı1 və İddiaçı2 Şaqenovnadan müştərək qaydada tutularaq dövlət büdcəsinə, mütəxəssis rəyinin xərci qismində 200 manat “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onların özlərinə aid olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtlərinə görə: 2.1. "xxxx" MMC 2 ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2-otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2mn mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hə birinin sahəsi 24,0 kv.m olan 4 və 6 saylı mənzillərinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürür. 2.2. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxanda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər birbirlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir. 2.3. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldiləcəkdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-7800/2016 saylı 22 dekabr 2016cı il tarixli barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtlərinə görə: 2.1."xxxx" MMC 2 ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad proyekti olan binadan 2-otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri Nizami rayonunun Əlif Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hə birinin sahəsi 24,0 kv.m olan 4 və 6 saylı mənzillərinin sökülməsi üçün Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürür. 2.2. Bu barışıq sazişi notariat qaydada təsdiq olunaraq bağlandığı və yuxanda sözügedən müqavilə imzalandığı (notariat qaydasında təsdiq olunduğu) andan tərəflər bir-birlərinə qarşı qaldırdıqları iddialardan imtina edir və bütün iddia tələblərini ödənilmiş hesab edir. 2.3. Məhkəmədə olan iddia tələbləri üzrə ödənilmiş dövlət rüsumu tərəflərin hər birinin özünə aid edilir. Tərəflərə izah olunur ki, barışıq sazişinin şərtlərinə əməl edilmədikdə və yaxud bundan qəsdən boyun qaçırıldıqda məcburi icraya yönəldilməsi qərara alınmışdır. 12 yanvar 2019-cu il tarixli müqavilədən görünür ki, "xxxx" MMC-nin direktoru X9 ilə X8 arasında alqı-satqı müqaviləsi bağlanmışdır və "Cəmiyyət" ünvan 13 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzili "Alıcı" -ya verməyi, "Alıcı" isə həmin mənzili qəbul etməyi və əvvəlcədən müəyyənləşdirilmiş mənzilin dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. Tikinti altı satış sahəsi 105.21 m2 -dir. Yaşayış sahəsi 39.64 m2 -dir. Göstərilən mənzil 2 otaqdan ibarətdir. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X4 (şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd AZE №18591903 ASAN 5 xx.xx.2018) Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev 40A ünvanında tikilən çoxmərtəbəli yaşayış binasında 3 №-li mənzilə görə borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, Ə.Hacıyev küçəsi, 2439-məhəllə, ev 40A, mənzil 3 yeni qaydalarla AZ1060, ünvan 15 ünvanı X4 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyestr kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli 04/44557 invertar nömrəli texniki psportundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəs, bina 40 A, mənzil 3 (yeni qaydalarla: ünvan 16 ünvanı X4 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 saylı evin (yataqxananın) 4 və 6 saylı otaqları Fizuli və Bella Məmmədov(a)ların istifadəsində olmuş, həmin ərazidə "xxxx" MMC tərəfindən çoxmənzilli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan sakinlərə müvafiq mənzil verilməsi şərtilə istifadə etdikləri yaşayış sahələrini boşaltmaq təklif olunmuş, ilkin iddiaçılar bu təkliflə razılaşmadıqları üçün MMC onlara qarşı “mənzildən çıxarılma” tələbi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmiş, sözügedən işə baxılarkən tərəflər arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 50 saylı notariat kontorunda Barışıq sazişi bağlanmiş, sazişin 2.1-ci bəndinə əsasən “Rahatlığın Məkanı" MMC 2 ay ərzində Bakı şəhəri Nizami rayonu ərazisində Leninqrad layihəli binadan 2 otaqlı mənzili təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 Şaqenovnanın mülkiyyətlərinə verməyi, sonuncular isə yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra istifadələrində olan Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində yerləşən 34 nömrəli evin (yataqxananın) hər birinin sahəsi 24.0 kv.metr olan 4 və 6 saylı mənzillərini sökülməsi üçun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 15 aprel 2014-cü il tarixli 158 saylı sərəncamı ilə sözügedən binanın ərazisinin istifadəçisi olan "xxxx" MMC-yə təhvil verməyi öhdələrinə götürmüşlər. Eyni məzmunlu barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunmuş və xx.xx.2016-cı il tarixli qərardadla işin icraatına xitam verilmişdir. Həmçinin, işin hallarından aydın olur ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 Şaqenovna və İddiaçı1 arasında müqavilə bağlanmış, müqavilənin 5.2-ci bəndində “müqavilə imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya istinad hüquqlarını itirdikləri" vurğulanaraq “Müqavilənin Predmeti” başlıqlı bəndə əsasən ilkin iddiaçılar istifadələrindəki mənzilləri MMC-yə təhvil verməyi (mad 1.1), MMC isə bunun əvəzində evin sökülməsindən sonra onun yerində inşa ediləcək 1 saylı yaşayış binasının 3-cü mərtəbəsində 3 saylı təmirli mənzili onların istifadəsinə verməyi (mad 1.2) öhdələrinə götürmüşlər. Məmmədovlar mübahisəli mənzildə şirkət tərəfindən edilmiş təmirdən əlavə müəyyən qədər təmir işləri apararaq faktiki olaraq həmin mənzildə yaşayırlar. Bundan başqa, ünvan 13 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzilin alqı-satqısına dair 12 yanvar 2019-cu il tarixdə "xxxx" MMC ilə X8 arasında alqısatqı müqaviləsi bağlanmışdır və qeyd olunan mənzil X4 mülkiyyətinə verilməklə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq, Daşınmaz əmlakın dövlət reyestrində 3299 nömrəli reyst kitabının 308448 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Fizuli və Bella Məmmədov(a)lar xx.xx.2017-ci il tarixli müqavilə bağlandıqdan sonra mübahisəli mənzili təmir edərək faktiki olaraq orada yaşayırlar. "xxxx" MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, Məmmədovlar həmin mənzildə yaşadıqları üçün Cəmiyyət 300 manat kirayə haqqını onlara ödəmir. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə gəldiyi nəticə üzrə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə qeyd olunan «xx.xx.2017-ci il tarixli müqavilədə onun əvvəllər mövcud olan hər hansı anlaşma və ya əqdi əvəz etdiyinin vurğulanması və müqavilənin sözügedən barışıq sazişinin icrası ilə şərtləndirilmədən bağlanması, ilkin iddiaçıların həmin müqavilənin predmeti olan mənzildən çıxarılmaları və mənzilin MMC-yə təhvil verilməsi tələbinin təmin olunmasını mümkünsüz edir. Nəzərə alınmalıdır ki, xx.xx.2017-ci il tarixli müqavilənin imzalanması ilə tərəflər arasında müvafiq barışıq sazişində razılaşdıqlarından fərqli olan yeni razılaşma əldə olunmuş və əslində onlar barışıq sazişində təsbit edilmiş öhdəliklərinə xitam vermişlər. Belə ki, Mülki Məcəllənin 531.1-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.» əsaslanması ilə məhkəmə kollegiyası mübahisəyə hüquqi qiymət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-83/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsindən "xxxx" MMC tərəfindən verilmiş Kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası xx.xx.2021-ci il tarixdə baxaraq, "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 83/2021nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə 2(102) 3837/2021 nömrəli Qərar qəbul etmişdir. Kollegiyanın mövqeyinə görə, İddiaçı1 və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında 03 yanvar 2017-ci il tarixində müqavilə bağlandığından və həmin müqaviləyə xitam verilmədiyi müddət ərzində eyni mənzilin alqı-satqısı ilə bağlı X8 arasında 29 dekabr 2019-cu il tarixli müqavilə bağlana bilməzdi. Və bunun nəticəsi olaraq mənzilin E.Mustafayevin mülkiyyətinə verilməsi və bununla bağlı verilmiş çıxarış əsassızdır. xx.xx.2017-ci il tarixli müqavilənin 5.2-ci bəndində “onun imzalandığı andan tərəflərin aralarında əvvəllər bağladıqları hər hansı anlaşma və ya əqdə istinad hüquqlarını itirdikləri” qeyd olunduğundan aydın olur ki, tərəflər arasında bağlamış xx.xx.2016-cı il tarixli barışıq sazişi xx.xx.2017-ci il tarixli müqavilə bağlandığı andan qüvvədən düşmüş hesab olunur. Məhkəmə kollegiyası qarşılıqlı iddia ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2017-ci il tarixli müqavilə kirayə müqaviləsi yox alqı-satqı müqaviləsidir. Və həmin müqavilənin etibarsız hesab olunması və ya ləğvi üçün əsaslar mövcud olmadığından iddia əsassdır. Digər tərəfdən müəyyən olunur ki, "xxxx" MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixli müqavilənin və onun əsasında verilmiş qeydiyyat sənədinin ləğv edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2017-ci il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarı) Kollegiyanın qənaətinə görə iddiaçı MMC həm də əqdin etibarsızlığı ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Müqavilə 2017-ci ildə bağlanmışdır və müqavilənin 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir. Cəmiyyət müqavilə bağlandığı andan 1 il müddətində müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməli idi. Həmçinin, Kollegiya müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin əsassız olduğunu vurğulayır və onun da apelyasiya şikayətinə əsasən eyni mövqedən çıxış edərək qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, X8 "xxxx" MMC-nin təsisçisidir. Və aydın olur ki, o, Cəmiyyətin təsisçisi olduğu üçün İddiaçı1 və İddiaçı2 ilə Cəmiyyət arasında baglanmış xx.xx.2017-ci il tarixli müqavilə barədə və qeyd olunan şəxslərin orada yaşamalarından məlumatlı idi. Lakin buna baxmayaraq xx.xx.2019-cu il tarixdə Cəmiyyətlə alqı-satqı müqaviləsi bağlayaraq ünvan 13 ünvanında inşa olunan 1 saylı binasının 3-cü mərtəbəsindəki 3 №-li mənzili, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəsi ilə Çıxarış alaraq xüsusi mülkiyyətinə çevirmişdir. E.Mustafayev Cəmiyyətin təsisçilərindən biri olduğu üçün iddia etdiyi kimi mənzil Məmmədovlara istifadəyə verilmiş olsa idi, aralarındakı mübahisə uzun müddət davam etdiyi üçün hazırki tələbi ilə daha öncə məhkəməyə müraciət etmiş olardı. İddia ərizəsindən görünür ki, Mustafayev Elnur müstəqil tələb irəli sürən üçüncü şəxs kimi ilkin iddianın maraqlarına toxunduğunu əsas gətirərək yalnız 17 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-862/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov