Məhkəmə qərarları › İş №2(103)-3218/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3218/2025

13.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3218/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, birinci iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1 Məmmədvəli oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə, ikinci iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğluna qarşı (Cavabdeh4 və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilə mülkiyyət hüququnun tanınması və s.” tələbinə, üçüncü iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğlunun cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-262/2024 nömrəli 27 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iddia üzrə İddiaçı1 cavabdehlər Cavabdeh1 Məmmədvəli oğluna və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona etibarnamə ilə satılmış “Kia Sorento” markalı, **-KR-*** dövlət qeydiyat nişanlı avtomaşına ödədiyi 22.800 (iyirmi iki min səkkiz yüz) manat pulun, avtomaşının təmirinə verdiyi 350 manat pulun, ümumilikdə 23.150 manat pulun və iddia tələbinə görə ödənilmiş 160 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər- Cavabdeh1 Məmmədvəli oğlundan və Cavabdeh2 birdəfəlik tutulması və ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia üzrə İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğluna qarşı (Cavabdeh4 və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cənubi Koreyadan Azərbaycana gətirilmiş bütün xərcləri ümumilikdə 46.000 manat dəyərini ödədikləri, cavabdeh-Cavabdeh3 adına sənədləşdirdikləri “KİA Sorento” markalı, **-KN-*** dövlət qeydiyat nişanlı və Cavabdeh1 Məmmədvəli oğlunun adına sənədləşdirdikləri “KİA Sorento” **-KR-*** dövlət qeydiyat nişanlı avtomaşınların mülkiyyət hüquqnun adına keçməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-7018/2023 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğluna qarşı (Cavabdeh4 və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “avtomobilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdehlər Cavabdeh1 Məmmədvəli oğluna və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddiası üzrə 2(004)-5167/2023 saylı mülki iş birlikdə baxılmaları üçün bir icraatda birləşdirilərək Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İkinci iddia üzrə İddiaçı2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə verərək, Cavabdeh3 adına sənədləşdirilmiş “Kia Sorento” markalı, **-KN-*** dövlət nömrə nişanlı avtomobili, Cavabdeh1 Məmmədvəli oğlunun adına sənədləşdirilmiş “Kia Sorento” markalı, 2009-cu il istehsallı 99- KR-862 dövlət nömrə nişanlı, “Hundai Sonata” markalı, 2009-cu il istehsallı, **-KS-*** dövlət nömrə nişanlı avtomobillərin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi və qeyd edilən avtomobillər üzərində İddiaçı2 mülkiyyət hüququnun tanınaraq, müvafiq qaydada bu avtomobillərə dair qeydiyyat şəhadətnamələrinin verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinə əlavə qismən, yəni “Kia Sorento! markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı və “Kia Sorento” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillərə münasibətdə qəbul edilmiş, digər hissədə, yəni Hundai Sonata markalı, 2009-cu il istehsallı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə isə iddia tələbinin həcmi artırıldığından, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin həcminin artılıması qəbul edilməmiş, iddiaçıya həmin avtomobillə bağlı iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Üçüncü iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğlunun cavabdehlər İddiaçı2, İddiaçı1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “əmlak və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” minik markalı 2009-cu il buraxılışlı **-KS-*** dövlət nömrə nişanlı avtomobilin satılması nəticəsində əldə edilən 18.000 manat pulun cavabdehlər Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq onlara ödənilməsi, həmçinin mülkiyyətləridə olan “KİA Sorento” minik markalı 2009-cu il buraxılışlı **-KR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini və “KİA Sorento” minik markalı 2012-ci il buraxılışlı **-KN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdehlərdən əldə edilərək onlara verilməsi, bu mümkün olmadıqda isə avtomobillərin dəyərinin cavabdehlərdən müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-262/2024 nömrəli 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə birinci iddia üzrə İddiaçı1 iddia tələbi təmin edilməmiş; üçüncü iddia üzrə iddiaçı Cavabdeh3 və Cavabdeh1 Məmmədvəli oğlunun iddia tələbi təmin edilməmiş; ikinci iddia üzrə İddiaçı2 iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən üçüncü iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 may 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün 13 may 2025-ci il tarixə təyin edilmişdir. Bununla belə, işə apellyasiya qaydasında baxılarkən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən mülki işin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Belə ki, üçüncü iddia üzrə iddiaçı Cavabdeh1 Məmmədvəli oğlu tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(004)-262/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası hazırki məsələyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(004)-262/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğun olub-olmamasının yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 may 2025-ci il tarixli qərardadı ləğv edilməklə mülki iş apellyasiya baxışından çıxarılmalı və qeyd edilən məsələlərin həll edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(004)- 262/2024 saylı qətnaməsindən üçüncü iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 may 2025-ci il tarixli 2(103)-3218/2025 saylı qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 Məmmədvəli oğlunun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi şikayətinə münasibət bildirilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar