Məhkəmə qərarları › İş №2(103)-3219/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3219/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3219/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)-5648/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan sabit pul məbləğində alimentin dəyişdirilərək əmək haqqının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1608/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların saxlanması üçün hər ay sabit pul məbləğində 2 uşaq üçün 308 manat alimentin tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş 308 manat alimenti hər ay aldığı əmək haqqından az olmasına baxmayaraq çətinliklə də olsa, vaxtında ödəyir və nəticədə özü maddi sıxıntılarla üzləşir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 2 saylı komandasında atıcı vəzifəsində işləyir və orta aylıq əmək haqqı 743 manat manat təşkil edir. Hazırki qazancı iş yerindən aldığı əmək haqqından ibarətdir və bu səbəbdən hər ay sabit pul məbləğində alimenti ödəyərkən çox ciddi maddi sıxıntılar keçirərək öz yaşayış həddini təmin edə bilmir. Aylıq sabit qazancı olduğuna görə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş iki uşaq üçün 308 manat sabit pul məbləğində aliment faktiki aldığı əmək haqqının təxminən yarısından çox hissəsini təşkil etdiyindən dəyişdirilərək aylıq qazancıından 1/3 hissədə tutulmalıdır. Alimentin yuxarıda qeyd edilən miqdarda azalması heç də övladlarının mənafeyinə ciddi təsir etməyəcək, ona görə ki, cavabdeh özü şəxsən işləməklə əmək haqqı alır və həmin əmək haqqı onların normal səviyyədə yaşaması üçün tam kifayət edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(004)- 5648/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, 308 manat aliment təyin edilərkən o, qeyri-rəsmi olaraq əlavə işlə məşğul olmuş və aylıq qazancı dəyişən olmuşdur, hazırda isə yeganə iş yerindən hesablanan əmək haqqı 743 manat təşkil edir ki, tutulmalardan sonra da aldığı əmək haqqı 610 manatdır, onun da 308 manatı aliment kimi tutulandan sonra qalan 302 manat onun sosial təminatını ödəmir. Xəstə və yaşlı anası onunla birlikdə yaşayır, anası hazırda əmək qabiliyyəti olmayan ahıl qadındır, hər hansı gəliri yoxdur, anasının da maddi və mənəvi problemlərinin hamısı tərəfindən qarşılanır. Nikahları pozulandan sonra cavabdeh cehiz əşyaları ilə birlikdə nikah müddətində alınmış məişət əşyalarını da özü ilə aparmış və buna görə məcbur qalıb kreditlə evə məişət əşyaları almışdır. Əmək haqqından qalan 302 manat pulun yarısını kredit borcuna ödəyir, yerdə qalan məbləğ isə onun mimimum yaşayış həddini ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, cavabdeh həkim işləyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qeyd etdi ki, iddiaçı hazırda işləmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Binəqədi rayon İcra və probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-1608/2018 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında qalması müəyyən edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X4 atası İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verilməsi, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixədək hər ay xx.xx.2011-ci il təvəllüdlü X5 görə sabit pul məbləğində 137 manat, xx.xx.2018-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 154 manat aliment, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün uşağın İddiaçı alınaraq anası Cavabdeh himayəsinə verildiyi müddətdən başlayaraq xx.xx.2018-ci il tarixədək hər ay sabit pul məbləğində 137 manat, xx.xx.2018-ci il tarixdən başlayaraq isə hər ay sabit pul məbləğində 154 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər 5 nömrəli Uşaq poliklinikasının xx.xx.2020-ci il tarixli arayışlarından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 xx.xx.2018-ci il tarixdən “Hemofiliya B, irsi ailəvi forma. Allergik bronxit, allergik rinit.”, xx.xx.2012-ci il təvəllüdlü X7 "Hemofiliya B, irsi ailəvi forma. Allergik bronxit, allergik rinit. Uşaq autizmi, Asperger sindromu. Davranış pozğunluqları" diaqnozları ilə poliklinikada qeydiyyatdadırlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin xx.xx.2020ci il tarixli arayışından görünür ki, xx.xx.2006-cı ildən həmin idarənin 2 saylı komandasında atıcı vəzifəsində işləyir və orta aylıq əmək haqqı 743 manat manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tələbini yetərincə əsaslandırmamış, öz maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişiklik olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin, qazancın və ya başqa gəlirlərin üçdə bir hissəsi miqdarında aliment uşaqların saxlanılmasına yetərli deyildir və yaşayış minimumu ilə uşağın saxlanılması üçün qanunla müəyyən edilən məbləğdən azdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinin mənasına görə, aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətində qeyd etdiyi himayəsində yaşlı və xəstə anasının olması, kredit borcunu ödəməsi kimi hallar yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimentin azaldılmasına əsas vermir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Uşaqlar üçün 2018-ci il üçün yaşayış minimumu 154 manat, 2019-cu il üçün 160 manat məbləğində müəyyən edilmişdir. 2020-ci il üçün bu məbləğ 170 manat, 2021-ci il üçün isə 175 manat müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilbəil artır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5648/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar