Məhkəmə qərarları › İş №2(103)-324/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-324/2021

15.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-324/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı Cavabdeh və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və Xətai rayon Qəyyumluq və Himayəçilik Komissiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "aliment tələbinə dair” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8067/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üzrə hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 75 manat məbləğində müəyyən edilmiş və ödənilməmiş alimentin- cəmi 1050 manat məbləğində pulun; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş və ödənilməmiş alimentin və onun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay üçün 30 manat vəsaitin - cəmi 4050 manat məbləğində pulun; 2017-ci ilin iyul ayından 2019-cu ilin sentyabr ayınadək olan dövr üzrə hesablanmaqla xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində müəyyən edilmiş və ödənilməmişcəmi 3240 manat məbləğində alimentin; 2019-ci ilin oktyabr ayırun 1-dən etibarən xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşırfa çatanadək saxlanılmaları üçün hər ay hər birinə 160 manat sabit pul məbləğində alimentin, xx.xx.2006-ci il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnamələri (səh.6-7), İddiaçı faktiki qəyyumluğu keçiriməsini nəzərə alıb Cavabdeh alimentin tutularaq ona ödənilməsinin təmin edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizə (səh.47), Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-11149/2016 saylı qətnaməsi (səh.14)Xətai Rayon İcra və Probasiya şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubu(səh.50)Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4478/2019 saylı qərarı (səh.52) sübut qismində tədqiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8067/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment, xx.xx.2006-ci il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat olmaqla, cəmi 350 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78, 79.1, 81.1, 81.2, 81.3, 100.2, 106.1, 106.2, 106.3; "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu; "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il qərarı; "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3, 20.5, 31 ;Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.1, 234.2, 234.2.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, yetkinlik yaşına çatmamış xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 mənafelərini, uşaqların hazırda nənələri olan İddiaçı himayəsində yaşamalarını və əvvəlki təminat səviyyəsini, mövcud qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini və iddiaçının alimenti sabit pul məbləğində tələb etməsini, həmçinin, xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun xəstəliyi ilə bağlı müalicəyə ehtiyacının olmasını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində aliment, xx.xx.2006-ci il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlunun müalicəsi ilə bağlı əlavə xərclərə görə hər ay 30 manat tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı, iddia ərizəsinin əvvəlki illərə görə ödənilməmiş alimentin tutulması hissədə aliment borclarının tutulması üzrə tələb icra məmurunun səlahiyyətlərinə aid olduğuna görə iddia ərizəsi həmin hissədə təmin olunmamalı, iddiaçya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə dair şikayətlə müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni qismən - iddianın təmin edilməmiş hissəsində ləğv edib, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndi; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 19; Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə istinadən qeyd edilmişdir ki, dəfələrlə Xətai Rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də heç bir nəticəsi olmamış, yalnız xx.xx.2018- ci ildə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Qasımovun imzası ilə cavab məktubda göstərilmişdir ki, qızı vəfat etdiyindən icra sənədinin icraatına xitam verilmişdir. Halbuki “İcra haqqında” qanunun 31-ci maddəsinin tələbinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. İcra məmuru əslində icraata xitam vermək əvəzinə, analoji qərar qəbul edərək alimentin uşaqların himayəsində olduğu şəxsə ödənilməsi barədə qərar qəbul edə bilərdi. Çünki qızının vəfatından sonra uşaqlar himayəsində qalmış və faktiki qəyyumluğu həyata keçirmiş və uşaqlar onun himayəsində qalmışdır. Qızının ölümündən sonra cavabdeh aliment ödənişini dayandırmış və 2017-ci ilin iyul ayından indiyədək uşaqların saxlanılması üçün heç bir vəsait ödəməmişdir. Cavabdeh hələ qızı sağ olduğu dövr - 2016-cı ilin sentyabr ayından 2017-ci ilin mart ayınadək olan dövr üçün də aliment ödəməkdən yayınmış, yalnız 2017-ci ilin aprel, may və iyun ayları üçün aliment ödəmişdir. xx.xx.2006-cı il təvəllüdlü Verdizadə Ömər Rüfət oğlu və xx.xx.2007-ci il təvəllüdlü X4 2014-cü ildən birlikdə yaşayır. Bütün ötən dövr ərzində onların gündəlik qayğıları ilə məşğul olmuş, maddi və mənəvi tələbatlarını ödəmiş, onların sağlam böyümələıri və yaxşı təhsil almaları üçün lazımi şəraiti təmin etməyə çalışmışdır. Bu işdə uşaqların atası tərəfindən heç bir köməklik göstərilməmiş, cavabdehin öz aliment öhdəliklərini icra etməkdən yayınması normal haldır və məhkəmə həmin yayınmaya hüquqi don geyindirməklə haqq qazandırır. Təkcə nəvəsi Verdizadə Ömər Rüfət oğlunun deyil, həmçinin digər nəvəsi X2 da müalicə xərclərini ödəyir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsi göstərilən faktların heç birini nəzərə almamışdır. Əvvəlki illərə görə ödənilməmiş alimentin tutulmasını uşaqların mənafeyi tələb edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3587/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Xətai rayon İcra və probasiya Şöbəsi və Bakı şəhəri Xətai rayon Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə (müvafiq rəylər nəzərə alınmaqla) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspertin xx.xx.2020-ci il tarixli vəsatəti təmin edilməyərək, təsdiqedici sənədlər təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdfaiə edərək, qarşı tərəfin təklifi ilə razılaşmadığını, ödənilməmiş aliment məbləğini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh öz mülahizəsini yazılı şəkildə məhkəməyə təqdim edərək, müəyyən edilmiş aliment məbləğindən əlavə aylıq olaraq 150 manat, ümumi 500 manat ödəməyə razı olduğunu, lakin bu məbləği övladlarını maneəsiz görə biləcəyi halda ödəyəcəyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və Xətai rayon Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Qanunu; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-79, 82, 99, 116, 136, 137,1 41; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-30, 33-35, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77.1, 80-82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ailə Məcəlləsinin 79.1-ci maddəsinə görə: valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Məcəllənin 116-cı maddəsinə əsasən: Valideyn himayəsindən məhrum olan uşaqlar ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar ailəyə) bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olan uşaqlar üçün sosial xidmət müəssisələrinə verilirlər; Müvafiq icra hakimiyyəti orqanı tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinin başqa formaları müəyyən edilə bilər. Məcəllənin 136.1-ci maddəsinə əsasən: Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara (bu Məcəllənin 114.1-ci maddəsi) onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur; Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllənin 35.1-ci maddəsinə görə: Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qeyd edilən qanunvericilik müddəalarının təfsirinə rəğmən iddiaçı uşaqların mənafeylərinin təmsilçiliyinin rəsmiləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Diqqətə çatdırılmalıdır ki, İddiaçının uşaqlara münasibətdə qanuni nümayəndəsi (qəyyum və ya himayəçi) olması və mərhum X3 varisi olması sübuta yetirilməsədə, cavabdeh isə qətnamədən şikayət vermədiyindən, habelə faktiki olaraq uşaqların iddiaçının yanında qalmaları mübahisə edilmədiyindən iddianın təmin edilən hissəsində qiymət verilməsi hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icrahatının hədləri baxımından yolverilməzdir. Bununla belə, atanın övladları qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsaslar olmasa da, qeyd edilən tələbin iddiaçı tərəfindən irəli sürülməsində subyektiv hüququ öz təsdiqi tapmadığından və müəyyən edilmiş aliment məbləğləri üzrə borcun icra icraatı ilə bağlı olduğundan təmin edilməyən hissədə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8067/2019 saylı işi üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar