Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3252/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 29 mart 2024cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 28 aprel 2016-cı il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmiş, ödəniş gününə olan məzənnə üzrə 14.753 ( on dörd min yeddi yüz əlli üç) ABŞ dolları əsas borc, 3.857 (üç min səkkiz yüz əlli yeddi) ABŞ dolları faiz borcu, cəmi 18.610 (on səkkiz min altı yüz on) ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş 20 manat dövlət rüsumun xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu və xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X1 müştərək qaydada tutularaq “Nikoyl” X2 xeyrinə verilmişdir. Borclu 18 mart 2023-cü il tarixdə yazılı etiraz təqdim edərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 28 aprel 2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən onun, yəni Borclu barəsində 2(001)-6366/2016 saylı 28 aprel 2016-cı il tarixli məhkəmə əmri qəbul edilmiş, həmin məhkəmə əmrinin qəbul edilməsindən məlumatı olmamış və bu məlumatı Tovuz Rayon İcra və Probasiya Şöbəsindən almışdır. Həmçinin qeyd edilən məhkəmə əmri ona rəsmi qaydada təqdim olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 28 aprel 2016-cı il tarixli məhkəmə əmri rəsmi qaydada 06 mart 2024-cü il tarixdə nümayəndəsi tərəfindən məhkəmədə imza atılmaqla qəbul edilmiş və nümayəndəsi iş materialları ilə tanış olmuşdur. İş materiallarından məlum olmuşdur ki, kreditor “Nikoyl” İKB-nin ərizəsi əsasında 2(001)-6366/2016 saylı 28 aprel 2016-cı il tarixli əmr verilmiş, əmrdə tutulmalı olan əsas və faiz borcları ərizəçi tərəfindən ərizədə necə yazılmışdırsa, həmin şəkildə məhkəmə tərəfindən də, qəbul edilmişdir. Məhkəmə əmrində göstərilən məbləğlər mübahisəlidir və ərizəçi tərəfindən düzgün hesablanmamışdır. Bununla yanaşı, iş materiallarında olan 04 may 2016-cı il tarixli poçt qəbzində məhkəmə əmrinin ünvan 1 ünvanına göndərilməsi aşkar olunsa da, məhkəmə əmrinin onun tərəfindən alınmasını təsdiq edən sənəd iş materiallarında aşkar olunmamışdır. Bu səbəbdən hesab edir ki, məhkəmə əmrinə etiraz vaxtında verilib və məhkəmə əmri ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 29 mart 2024-cü il tarixli qərardadı ilə etiraz təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 28 aprel 2016-cı il tarixli məhkəmə əmri Borclu 04 may 2016-cı il tarixdə göndərilmişdir. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli ərizədən görünür ki, Borclu nümayəndəsi X4 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı 28 aprel 2016-cı il tarixli məhkəmə aktının surətinin ünvan 3 ünvanına göndərilməsi xahiş olunmuş, 09 yanvar 2024-cü il tarixli məktuba əsasən məhkəmə tərəfindən sözügedən məhkəmə əmri ərizədə göstərilmiş ünvana göndərilsə də, həmin məhkəmə əmri 06 mart 2024-cü il tarixdə Borclu nümayəndəsi X4 tərəfindən ərizəyə imza edilməklə rəsmi qaydada qəbul edilmişdir. Bununla yanaşı, 2(001)-6366/2016 saylı icra işinin materiallarından görünür ki, 05 mart 2024-cü il tarixdə Borclu Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən izahatı alınmış, Borclu izahatında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı 28 aprel 2016-cı il tarixli icra sənədi barədə məlumatının olduğunu, “Nikoyl” İKB-nin hesabına ödənişlər etdiyini, hazırda maddi vəziyyətinin aşağı olması səbəbindən üzərinə götürdüyü öhdəlikləri icra edə bilmədiyini, hər ay hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Borclu məhkəmə əmrinə etirazla eyni məzmunda əsaslandırdığı şikayətdə verərək ləğv edilməsini və məhkəmə əmrinə etirazın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 19 aprel 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən, borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin Borclu məhkəmə əmrinə verdiyi etirazın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Çünki əmrə etiraz vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və iddia icraatına keçir. Borclu Tovuz rayon İcra və Probasiya şöbəsində verdiyi izahatında icra sənədindən xəbərdar olduğunu, üstəlik tələbkarın xeyrinə ödənişər etdiyini təsdiq etmişdir. Göründüyü kimi, borclunun qeyd olunan əmrdən verdiyi etiraz prosessual hüquqlarından sui-istifadə etməsi ilə əlaqədar olmuşdur. Əks halda səkkiz əvvəl çıxarılmış məhkəmə əmrində göstərilən məbləğ mübahisəli idisə və düzgün hesablanmamışdırsa bu müddətdə vaxtında etiraz verməsinə hər hansı bir maneə yox idi. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2024 saylı, 29 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6366/2016 saylı, 29 mart 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3252/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3252/2024
13.05.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver