Məhkəmə qərarları › İş №2(103)-3264/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3264/2024

04.06.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3264/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 İB və qeyrilərinə qarşı “zərərli iş şəraitinə görə əmək haqqına əlavənin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “zərərli iş şəraitinə görə əmək haqqına əlavənin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 İB və Cavabdeh1 İB Təmir-Tikinti İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB TəmirTikinti İdarəsinin 1 saylı Təmir Quraşdırma Sahəsində yerinə yetirdiyi X6raşdırılması (XBKQ-sı) peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə zərərli iş olduğundan verilmiş 4 faiz əlavə ödənişin xx.xx.2016-xx.xx.2023-cü illər üçün hesablanıb aldığı əmək haqqına əlavə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və HT-1-2463600 əmək kitabçası vardır. xx.xx.2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. 1994-2012-ci illərdə SOCAR, Azərbaycan Respubikası Dövlət Neft Şirkəti sistemində qüllə quraşdırışı peşəsində çalışmışdır. Köçürmə yolu ilə əmək fəaliyyətini X3 davam etdirmişdir. 18 il neft şirkətində 4 ildə Azəriqaz İstehsalat birliyində çalışdığı müddətdə zərərli iş şəraitinə görə əmək haqqına 4 (dörd) faiz əlavə ödənişi almışdır. Təqribən 22 il eyni vəzifədə işlədiyi zərərli iş şəraitinə görə ödənilən 4 faiz əlavə Azəriqaz İstehsalat birliyində 2016cı ilin may ayından dayandırılmışdır. Bunun heç bir əsası yoxdur. Belə ki, işlədiyi X6raşdırıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriçilərin siyahısında göstərilmişdir. Güzəştrlə şərtlərlə əmək pensiyası alsa da iş fəaliyyətini dayandırmamışdır. xx.xx.2023cü ildə 65 yaşının tamam olması ilə əlaqədar əmək pensiyası yenidən hesablanmış və aylıq 610 manat 19 qəpik olduğu xx.xx.2023-cü il tarixdə bildirilmişdir. Hesablanmış pensiyanın aylıq məbləği azdır. Bunun da səbəbi yuxarıda qeyd etdiyi 4 faiz əlavənin hesablanıb nəzərə alınmamadıdır. X4 birliyinin təmir tikinti idarəsinin 1 saylı Təmir Quraşdırma sahəsinin X6raşdırıcısı (XBKQ) peşəsi 2016-cı ilə qədər zərərli iş kimi qiymətləndirilmiş və buna görədə 4 % əlavə ödəniş təyin edilmişdir. Bu barədə ARDNŞin 14 sentyabr 2012-ci il tarixli 126 saylı əmri vardır. Qeyd edilən əmr Azərbaycan Respubiksı Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının tələbinə uyğundur. Lakn 2016-cı ildə SOCAR-ın iş yerlərinin ekspertiza şöbəsi tərəfindən aparılan ölçmələr nəticəsində "Şirkətin idarəetmə strukturasına daxil olan qurumlarda əmək normalarının, onların təşkilatı strukturasının və gəlir və xərclər smetasının müəyyən edilmjəsi üzrə daimi fəaliyyət gtöstərən Komissiya" SOCAR-ın X1 xx.xx.2016cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq və komissiyanın əsasnaməsini və SOCAR 27 may 2016-cı il tarixli qərarına əsasən çalışdığım peşənin zərərli peşə olması təsdiqləınməmiş və əlavə 4 % məbləğin ödənilməsi ləğv edilmişdir. Halbuki eyni təşkilata, yəni SOCAR-a tabe olmalarına baxmayaraq digər müəssisələr də zərərli işə görə 4% əlavə verildiyi halda. Azəriqaz İstehsalat birliyində bu əlavə verilmir. Hesab edirəm ki, bu Təmir Tikinti İdarəsinin 1 saylı təmir Quraşdırma sahəsinin öz təşəbbüsüdür. Azərbaycan Respublikasının Nazirlər Kabintinin qərarı qüvvədə olduğu halda hər hansı komissiyanın və ya müəssisənin onu dəyişdirmək və ya ləğv etmək hüququ varmı? Bu qanunsuz əməliin nəticəsində işləməyiǝ baxmayaraq iyun 2016-cıxx.xx.2023-cü illər ərzində zərərli işə görə 4 faiz əlavəni ala bilməmişdir. Nəticədə onun əmək haqqı sosial sığorta hesabına köçürülmüş məbləğ pensiya kapitalının məbləği, digər eyni işçiyə nisbətən az olmuşdur. Nəticədə təyin edilmiş aylıq pensiyanın məbləği aşağı olmuşdur. Belə qanunsuz yanaşma əmək və sosial təminat kimi Konstitutsiya hüquqlarını pozmuş, ailəsinin maddi vəziyyətini ağırlaşdırmışdır. Halbuki Azərbaycan vətəndaşının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin əsas ali məqsədidir. Zərərli iş kimi X6raşdırıcısı peşəsini yerinə yetirərkən quraşdırıcı işi ilə birlikdə eyni zamanda ilməsi və ya tekalajin işləri də görülür. Bu zaman iri həcmli boruların qaynaq edilməsi üçün saxlanılması, yüklənməsi və boşaldılması insan həyatı üçün hər an təhlükə mənbəyidir. Bu barədə Azəriqaz İstehsalat birliyinin Təmir-Tikinti İdarəsinin rəhbərliyinə yazılı və şifahi şəkildə müraciət etsə də peşənin ağırlığını əyani göstərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı nəzərə alınmamışdır.

3. Rayon məhkəməsində işə baxılarkən Cavabdeh1 İB cavabdeh, AR ƏƏSMN yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Qaradağ Rayon Məhkəməsinin 2(002)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının tələblərinin, SOCAR-ın X2 və Cavabdeh1 tərəfindən pozulmasına lazımi hüquqi qiymət verməmişdir. Halbuki, iddiaçının yerinə yetirdiyi zərərli işə görə 2016-cı ilə kimi əlavə 4 faiz almışdır. 2016-xx.xx.2023-cü illər arasında da həmin vəzifələri yerinə yetirmişdir. İş şəraiti dəyişməmiş, əl əməyini əvəz edən yeni texnika və texnologiya tətbiq edilməmişdir. Əmək Məcəlləsinin 156.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddədə zərərli və ağır şəraitli əməyə görə artımlar (əmsallar) nəzərdə tutulur ki, əmək haqqına belə artımlar (əmsallar) məbləğini müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respugblikası Nazirlər Kabineti təsdiq edir. Artımların (əmsalların) ləğv edilməsi də Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən həyata keçirilməlidir. Bundan başqa rayon məhkəməsi işə baxılarkən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın - X9 Xidmətinin nümayəndəsinin iştirakını təmin etməmişdir. Həmçinin işin faktiki halları göstərir ki, eyni sistemə daxil olan istehsalat sahələrində zərərli iş şəraitinin tətbiqində ayrı seçkiliyə yol verilmiş, istehsalat birliyinin mənafeyini fəhlə əməyinin qiymətləndirilməsindən üstün tutulmuşdur. Digər tərəfdən rayon məhkəməsi işə baxarkən iş üçün əhəmiyyətli olan halları sübut etməmiş, yalnız cavabdehlərin mülahizələri əsas götürülmüş və əsassız fikirlərinə istinad edilmişdir. İddiaçının uzun müddətli zərərli iş şəraitində işləməsi, iş yerində yerinə yetirilən işlərin insan həyatına təhlükə yaratması halları nəzərə alınmamışdır. Eyni zamanda rayon məhkəməsinin qətnaməsində göstərilmiş nəticə işin hallarına uyğun deyildir. İstinad edilmiş normativ hüquqi aktlardan cavabdehlərin mənafeyinə uyğun istifadə edilmiş, iddiaçının irəli sürdüyü dəlillərə əhəmiyyət verilməmişdir. Zərərli işə görə verilmiş 4 faizlik artırmaların (əmsalların) əmək şəraitinin dəyişmədiyi halda belə əmsalların struktur tərkibə daxil olan müəssisə tərəfindən ləğv edilməsinin əsassız olduğuna hüquqi mövqe bildirilməmişdir. Halbuki sistemə daxil olan digər istehsal müəssisələrində belə artımlar (əmsallar) vardır və fəhlə əməyinə tətbiq olunur. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. İddiaçı məxsus xx.xx.1998-ci il tarixli ИТ-İ ******* №-li əmək kitabçasından görünür ki, xx.xx.2014-cü il tarixli 143K №-li əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 1 saylı təmir quraşdırma sahəsinə 4-cü dərəcə betonçu peşəsinə keçirilib; xx.xx.2015-cil il 30K №-li əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən 1 saylı TQS-nə 5-ci dər. X6raşdırıcısı peşəsinə keçirilib.

9. Cavabdeh1 İB Təmir-Tikinti İdarəsinin 201-Ü №-li xx.xx.2016-cı il tarixli əmrinə əsasən Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarında əmək normalarının, onların təşkilati strukturununun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya” (Komissiya) SOCAR-ın Mərkəzi Attestassiya Komissiyasının 20 may 2016-cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq 27 may 2016-cı il tarixli ********************X00038 nömrəli Qərarı ilə təsdiq edilmiş Cavabdeh1 İB-in 31 may tarixli SOCAR**********40070517X00058 nömrəli məktubu ilə 2016-cı ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısı”-da göstərilən peşə və vəzifələrdə işləyən işçilərin aylıq (tarif) vəzifə maaşlarında zərərli əməyə görə müvafiq artım əmsallarının tətbiq edilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2016-cı il tarixdən Təmir-Tikinti İdarəsinin aşağıda qeyd edilən peşələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşarına zərərli əmək şəraitində işə görə göstərilmiş miqdarlarda əlavə artım əmsalı tətbiq edilmiş və həmin siyahıda X6raşdırılması peşəsi göstərilməmişdir.

10. İddiaçı zərərli iş şəraitinə görə əmək haqqına əlavənin ödənilməsi ilə bağlı ərizəsinə Cavabdeh1 Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2018 ci il tarixli cavab məktubundan görünür ki, onun TTİ-ndə XBKQ-sı peşəsində işlədiyi müddət ərzində ARDNŞ-in 14 sentyabr 2012-ci il tarixli 126 saylı əmri ilə təsdiq edilmiş "ARDNŞ-in strukturuna daxil olan müəssisə və təşkilatlarında iş yerlərinin (2012-2016) illərə uyğun olaraq Cavabdeh1 Təmir-Tikinti İdarəsi üzrə iş yerlərində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin müəyyən edilməsi üçün aparılmış instrumental ölçmə işləri nəticəsində xarici boru kəməri quraşdırıcısı peşəsi zərərli iş kimi qiymətləndirilmiş və həmin peşədə işləyən işçilərə (onada) 4% əlavə ödəniş təyin olunmuşdur. Lakin sonra 2016-cı ildə SOCAR-ın iş yerlərinin ekspertizası şöbəsi tərəfindən aparılan ölçmələr idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiya" SOCAR-ın Mərkəzi Attestasiya Komissiyasının 20 may 2016-cı il tarixli 31 nömrəli protokolunu rəhbər tutaraq və Komissiyanın Əsasnaməsini və SOCAR 27 may 2016-cı il tarixli ********************X000038 nömrəli qərarına əsasən Sizin peşənizin zərərli peşə olmadığından ödənilən 4% məbləğ ləğv edilmişdir. Bunun üçün də ona əlavə ödənişin verilməsi barədə heç bir əsas yoxdur.

11. Azəriqaz Təmir-Tikinti İdarəsinin 07 sentyabr 2020-ci il tarixli “İş yerlərinin attestasiyasının nəticələri” haqqında protokolundan görünür ki, SOCAR-ın xx.xx.2016-ci il tarixli SOCAR**********70010020A00106 nömrəli əmri ilə təsdiq edilmiş "SOCAR-ın strukturuna daxil olan müəssisə və təşkilatlarda iş yerlərinin attestasiyasının keçirilməsi qrafikinǝ (2016-2020)" uyğun olaraq, "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64cü maddəsinə və Nazirlər Kabinetinin "İş yerlərinin attestassiyasının keçirilməsi Qaydaları" haqqında xx.xx.2000-ci il tarixli 38 saylı qərarına əsaslanaraq, 2020-cı ilin mart ayında Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən İdarəmizin bütün struktur bölmələrində müayinə və laborator ölçmələr aparılmışdır, nəticədə 246 (iki yüz qırx altı) iş yeri attestasiya olunmuş və bunlardan 62 (altmış iki) iş yerində istehsalat amillərinin zərərli parametrlərinin səviyyəsinin normadan artıq olduğu müəyyən edilmişdir. X6raşdırılması peşəsi burada qeyd olunmamışdır.

12. Cavabdeh1 Təmir-Tikinti İB-in xx.xx.2024-cü il tarixli 14-2-2-2/2-9/2024 saylı arayışından görünür ki, İddiaçı "Azəriqaz” İstehsalat Birliyinin Təmir tikinti İdarəsində işlədiyi dövr ərzində xx.xx.2012-ci il tarixdən 2016-cı il iyun ayınadək işlədiyi peşə üzrə (betonçu və X6raşdırıcısı) "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən, tarif maaşına 1,04 artım əmsalı (zərərlilik əmsalı) tətbiq edilmişdir. Lakin, 2016 və 2020-ci illərdə SOCAR-ın Baş ofisi tərəfindən təyin edilmiş qrafik üzrə SOCAR-ın Əmək şəraiti normalarının işlənməsi İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh1 Təmir-tikinti İdarəsinin struktur bölmələrində keçirilən "İş yerlərinin attestasiyası"nda İddiaçı işlədiyi peşə (X6raşdırıcısı peşəsi) üzrə "İş yerlərinin əmək şəraitinin qiymətləndirilməsi cədvəli"ndə istehsalat mühitinin amillərinin nəticəsinə əsasən tarif maaşına 1,04 artım əmsalının (zərərlilik əmsalı) tətbiqi xx.xx.2016-cı il tarixdən dayandırılmışdır.

13. Cavabdeh1 Təmir-Tikintinin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 14-2-2-2/3-1K-264/2023 №-li əmrinə əsasən “ARDNŞ-in Cavabdeh1 İB-in Təmir-tikinti İdarəsinin 1 saylı təmir-quraşdırma sahəsi” bölməsində “X6raşdırıcısı” vəzifəsində İddiaçı Maxsud oğlu ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-in 75. “2d”–bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2023 tarixdən xitam verilməsi, işçisinin xx.xx.2012 tarixdən xx.xx.2023 tarixinə qədər istifadə edilməmiş 16.96 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

14. 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: ... əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi..

15. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.

16. 159-cu maddəsinə əsasən, xüsusi şəraitdə tətbiq edilən əmək haqqı. 1. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 2. Bu Məcəllənin 91-ci, 92 ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

17. 296-cı maddısinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

18. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

19. 296-cı maddəsinin 6-cı hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

20. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" xx.xx.2002ci il tarixli, 137 nömrəli Qərarının: 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin aşağı səviyyəsində-1,04; orta səbiyyəsdində-1,08; yuxarı səviyyəsində- 1,12. Əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin: aşağı səviyyəsində-1,16; orta səbiyyəsində-1,20; yuxarı səviyyəsində- 1,24.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi” Qaydalarının:

24. 1.2-ci bəndinə əsasən, müəssisədə mövcud olan bütün iş yerləri attestasiyadan keçməlidir.

25. 1.3-ci bəndinə əsasən iş yerlərinin attestasiyasının normativ əsasını Azərbaycan Respublikasının Əmək Məcəlləsi və qanunvericiliyə uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar, əməyin təhlükəsizlik standartları sistemi (ƏTSS), sanitar qaydaları, normaları və gigiyena normativləri təşkil edir.

26. 1.4-ci bəndinə əsasən bu qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri aşağıdakı məqsədlərlə istifadə olunur: qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və kompensasiyaların verilməsinin əsaslandırılması.

27. 1.5-ci bəndinə əsasən, attestasiyanın keçirilməsi müddəti 5 ildə bir dəfədən az olmayaraq, əməyin xarakterinin və şəraitinin dəyişməsindən asılı olaraq müəssisənin özü tərəfindən müəyyən olunur.

28. 1.6-ci bəndinə əsasən, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsini, əmək proseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunmasını müəssisənin laboratoriyası həyata keçirir. Bunun üçün müəssisədə lazımi texniki vasitələr və normativ sorğu bazası olmadıqda dövlət sanitariya nəzarəti orqanlarının, X9 Xidmətinin laboratoriyaları və bu sahədə göstərilən ölçülərin aparılması hüququna malik olan digər laboratoriyalar cəlb olunurlar. İş yerlərinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi müəssisələr tərəfindən müstəqil həyata keçirilir

29. 1.7-ci bəndinə əsasən, işəgötürən dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə iş yerlərinin attestasiyasının aparılması nəticələrinə dair bu Qaydaların 4.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş sənədlərin surətinin 10 (on) iş günü müddətində məlumat üçün X9 Xidmətinə təqdim olunmasını təmin etməlidir.

30. 2.1-ci bəndinə əsasən, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.

31. 2.2-ci bəndinə əsasən, əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti müəyyən olunur. Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir.

32. 3.4.5-ci bəndinə əsasən, iş yerində təhlükəli və zərərli istehsalat amillərinin olmadığı halda və yaxud onların faktiki göstəricilərinin optimal və yol verilən miqdarlara uyğun olması, eyni zamanda işçilərin zədə təhlükəsizliyi və fərdi mühafizə vasitələri ilə təminatı üzrə tələblərin yerinə yetirmədiyi halda, hesab edilir ki, iş yerlərində əmək şəraiti gigiyenik tələblərə və təhlükəsizlik tələblərinə uyğundur.

33. 3.5-ci bəndinə əsasən, istehsalat amilləri dərəcələrinin instrumental ölçülmələri, əmək prosesinin ağırlığı və gərginliyinin müəyyən edilməsi, iş yerinin zədə təhlükəsizliyinin qiymətləndirilməsi və işçilərin fərdi mühafizə vasitələri ilə təminatının qiymətləndirilməsi müvafiq protokolla rəsmiləşdirilir. Protokolların formaları bu və ya başqa amil göstəriciləri dərəcələrinin ölçülməsinin aparılması qaydasını təyin edən normativ sənədlərlə müəyyən olunur.

34. 5.4-ci bəndinə əsasən, iş yerlərinin attestasiya nəticələri haqqında məlumat müəssisənin işçilərinə çatdırılır.

35. 5.6-ci bəndinə əsasən, əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini X9 Xidməti həyata keçirir.

36. 5.7-ci bəndinə əsasən, əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin rəhbərliyi məsuliyyət daşıyır.

37. Azərbacyan Respublikası ƏƏSMN Kollegiyasının xx.xx.2002-ci il tarixli 15-4 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”nın:

38. 1-ci bəndinə əsasən, bu metodika “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına əsasən hazırlanıb, ağır və zərərli, xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitinin qiymətləndirilməsi, bu əmək şəraitli iş yerlərində çalışan işçilərin tarif (vəzifə) maaşlarına minimum artım əmsalının müəyyən edilməsi məqsədi ilə tətbiq edilir.

39. 2-ci bəndinə əsasən, əmək şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydaları”ndakı Əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi əsasında doldurulmuş “ İş yerində əmək şəraitinin qiymətləndirilməsi cədvəl”i əsasında müəyyən olunur ( əlavə 1).

40. 3-cü bəndinə əsasən, istehsalat mühiti amillərinin zərərliyi və işin ağırlığı dərəcələri bal üsulu ilə qüvvədə olan “X7”nda göstərilən meyarlar üzrə təyin olunur. İş yerində TBH və SBH artması əməyin mühafizəsi qaydalarının və normalarının pozulması hesab olunur, bu halda X5 və əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxslərin, həmkarlar ittifaqları təşkilatlarının nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətlərindən istifadəsi istisna edilmir. İş yerlərində TBH-dən və SBH-dən artıq zərərli amillərin müasir texnikasının digər vasitələrin və metodların tətbiqi ilə aradan qaldırılması mümkün olduqda tarif (vəzifə) maaşlarına artım əmsalının müəyyən edilməsi yol verilməzdir. İş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin ölçülməsinin aparılması üçün lazımi texniki vasitələrin və normativ məlumat bazanın olmadığı hallarda aidiyyəti təşkilatların mütəxəssisləri iş yerlərinin attestasiyası işinə cəlb edilirlər.

41. 4-cü bəndinə əsasən, hər bir amil üzrə balların kəmiyyəti iş yerində Əmək şəraitinin qiymətləndirilməsi cədvəlində qeyd olunur. Bununla yanaşı mövcud amilin əmək şəraitinin vəziyyətinə təsirinin qiymətləndirilməsi üçün iş vaxtı (növbəsi) ərzində onun təsirinin müddəti nəzərə alınmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

52. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

54. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

56. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı ərizəsi əsasında Cavabdeh1 Təmir-Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2015-cı il tarixli əmr ilə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən o, “betonçu” peşəsindən 1 saylı TQS-ə “5-ci dərəcəli X6raşdırılması” peşəsinə keçirilmişdir. Tərəflər arasında əmək münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

57. Bundan başqa iddiaçının əmək haqqına Cavabdeh1 İB Təmir-Tikinti İdarəsi tərəfindən 2016-cı ilə qədər işlədiyi peşənin zərərli olması ilə bağlı 4% əlavə ödənilmiş, həmin ildə SOCAR-ın Mərkəzi Attestassiya Komissiyasının xx.xx.2016-cı il tarixli 31 nömrəli protokolu, Komissiyanın Əsasnaməsi və SOCAR xx.xx.2016-cı il tarixli ********************X000038 nömrəli qərarına əsasən (sonradan Azəriqaz İB Təmir Tikinti İdarəsinin xx.xx.2020-ci il tarixli “İş yerlərinin attestasiyasının nəticələri” haqqında protokoluna əsasən) onun işlədiyi peşə zərərli peşə olmadığından ödənilən 4% məbləğ ləğv edilmişdir.

58. İddiaçı hazırkı iddia tələbində xx.xx.2016-xx.xx.2023-ci ilədək zərərli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsini xahiş etmişdir.

59. Rayon məhkəməsində işə baxılanda cavabdehlər tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

60. Mülki iş materiallarından görünür ki, zərərli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi barədə işəgötürənə müvafiq ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilə bilməyəcəyi ona bildirilmişdir.

61. Göründüyü kimi, hüququnun pozulması iddiaçıya ən geci 2018-ci il tarixdən məlum olmuşdur.

62. Beləliklə, işin qeyd olunan hallarından göründüyü kimi hazırkı mülki iş üzrə zərərli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi ilə bağlı işçinin müraciətinə xx.xx.2018-ci il müddətində rəsmi cavab verilsə də, iddiaçı zərəli iş şəraitinə görə əmək haqqına əlavə ödənilən 4% məbləğin ödənilməsi ilə məhkəməyə hər hansı müraciət etməmişdir.

63. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü və 6-cı bəndlərinin tələblərindən göründüyü kimi, işçi pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Rayon məhkəməsi icraatı zamanı iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş və buraxılmış müddətin bərpasına əsas ola biləcək obyektiv halların mövcudluğunu sübut etməmişdir.

64. İddiaçı apellyasiya şikayətində onun yerinə yetirdiyi zərərli işə görə 2016-cı ilə kimi əlavə 4 faiz almasını, 2016-xx.xx.2023-cü illər arasında da həmin vəzifələri yerinə yetirməsini, həmin müddətdə iş şəraitinin dəyişməməsini, əl əməyini əvəz edən yeni texnika və texnologiya tətbiq edilməməsinə istinad etməklə hesab etmişdir ki, Əmək Məcəlləsinin 156.1-ci maddəsinin tələbi pozulmuşdur. Həmin maddədə zərərli və ağır şəraitli əməyə görə artımlar (əmsallar) nəzərdə tutulur ki, əmək haqqına belə artımlar(əmsallar) məbləğini müvafiq icra hakimiyyəti orqanı yəni Azərbaycan Respugblikası Nazirlər Kabineti təsdiq edir. Hesab edir ki, artımların (əmsalların) ləğv edilməsi də Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən həyata keçirilməlidir.

65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə qeyd edir ki, rayon məhkəməsinin qeyd etdiyi kimi, Cavabdeh1 İB Təmir-Tikinti İdarəsi tərəfindən 2016 və 2020-ci illərdə qanunvericiliyin qeyd edilən tələblərinə uyğun attestasiya keçirilmiş və iddiaçının işlədiyi peşə “X6raşdırıcısı” zərərli peşələr siyahısına aid edilməmişdir.

66. İddiaçı tərəfindən attestasiyanın göstərilən nəticələri (həm 2016, həm 2020-ci il üzrə) inzibati qaydada mübahisələndirilməmiş, bununla bağlı inzibati icraat aparılmasına dair sübutlar iş materiallarına əlavə edilməmişdir, həmin attestasiya nəticələrinə dair qərarlar qüvvədədir.

67. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşə müvafiq attestasiya nəticələrinə əsasən zərərli iş kimi qiymətləndirilən peşələrin siyahısına daxil edilmədiyindən onun əmək haqqına əmək qanunvericiliyinin tələbinə əsasən əlavələrin hesablanması üçün əsaslar yoxdur. Odur ki, rayon məhkəməsi iddia tələbini Cavabdeh1nə münasibətdə təmin edilməməkdə haqlı olmuşdur.

68. Bundan başqa, rayon məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 Təmir-Tikinti İdarəsi hüquqi şəxsin struktur bölməsi olduğundan ona münasibətdə iddia tələbi rədd edilməlidir.

69. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» xx.xx.2024-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

70. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

71. Belə ki, MPM-in 385.2-ci maddəsində də təsbit olunmuşdur ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

72. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

73. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar