Məhkəmə qərarları › İş №2(103)-3283/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3283/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3283/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1727/2023 saylı mülki işi üzrə 11 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddiaçı və cavabdeh Şəki rayonu, Cəfərabad kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Buna görə də mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1727/2023 saylı işi üzrə 11 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh iddia ərizəsinin aidiyyəti üzrə məhkəməyə - Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1, 36.3-cü maddələrinə istinadən) təmin edilməməsi qərara alınmışdır. Qərardadda qeyd edilmişdir ki, iddiaçı himayəsində olan yetkinlik yaşına çatmayanla birlikdə Suraxanı rayonu, Yeni Günəşli, AB yaşayış sahəsi, ev 16, mənzil 128-də yaşayır. Ona görə də məhkəmə ərizəni əsassız hesab edib təmin etmir. Belə ki, istinad olunan prosessual normanın tələbinə əsasən alimentin alınmasına dair tələblər üzrə iddiaçıya öz seçiminə əsasən özünün yaşadığı yerə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ verilmişdir. Cavabdeh şikayət vermiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2023-cü il, 2(010)-1727/2023 saylı qərardadının ləğv edilməsi və tərəfindən verilmiş iddia ərizəsinin aidiyyatı üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 71,127; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 36.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 aprel 2023-cü il, 2(010)-1727/2023 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Belə ki, məhkəmə tərəfindən aidiyyat qaydaları pozulmuşdur. İddiaçının iddia ərizəsində yalan-yanlış məlumatlar əks etdirmiş və beləliklə saxta iddia ərizəsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən icraata götürülməsinə nail olmuş, məhkəmə tərəfindən də iddia ərizəsi icraata götürülərkən MPM-nin 35 və 36-cı maddələrinin tələbləri araşdırılmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində guya onun ünvan 1 ünvanında yaşadığını qeyd etmişdir. İddiaçı özü də iddia ərizəsində onun ünvanının ünvan 2 istər o, istərsə də iddiaçı Şəki rayonu Cəfərabad kəndində qeydiyyatda olmaqla orada yaşayır və ona görə də ona qarşı iddia onun rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə yəni Şəki Rayon Məhkəməsinə verilməli idi. MPM-nin 36.3-cü maddəsinə əsasən də yenə də hazırkı iddia ərizəsi yenə Şəki Rayon Məhkəməsinə verilməlidir. Şəxsin yaşayış yeri hər hansı bir MMC-nin saxta arayışı əsasənda müəyyən edilmir.Ümumiyyətlə iddiaçı tərəfindən təqdim edilmiş və 165 saylı MTK tərəfindən təqdim edilmiş arayışı həmin 165 saylı MTK-nın verməyə səlahiyyəti də yoxdur. Ümumiyyətlə MTK yəni Mənzil Tikinti Kooperativi nədir və səlahiyyətləri nələrdir? mənzil-tikinti kooperativlərinin hər-hansı bir şəxsi qeydiyyata almaq və qeydiyyatdan çıxarmaq səlahiyyətləri yoxdur. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunu ilə tənzilmənir və həmin qanunla da MTK-lara belə bir səlahiyyət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının rəsmi yaşayış yerinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, AB yaşayış sahəsi, ev 16, mənzil 128 olması sübuta yetirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 aprel 2023-cü il, 2(010)-1727/2023saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149-152, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, ərazi aidiyyətinin müəyyən edilməsi mülki prosessual qanunvericiliyinin tələbləri ilə müəyyən edilir. İddiaçı tərəfindən qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36-cı maddəsində qeyd edilmişdir ki, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər(36.1); Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər (36.3);İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər(36.5); Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur(36.13). Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Kollegiya hesab edir ki, hazırki iddia məhz aliment tutulması barədədir və birgə nikahdan olan uşaq iddiaçının yanındadır. Şikayətin dəlilləri şəxsin qeydiyyatı ilə bağlıdır və iddiaçının faktiki olaraq uşaqla Şəkidə yaşaması mötəbər sübutlarla təsdiq edilmir. Şəxsin qeydiyyatsız olaraq yaşaması isə inzibati xəta haqqında qanunvericiyin tələblərinə uyğun müvafiq icra hakimiyyəti orqanın səlahiyyətinə aid araşdırma predmeti ola bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1727/2023 saylı işi üzrə 11 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar