Məhkəmə qərarları › İş №2(103)-3305/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3305/2021

10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3305/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1, "xxxx" ASCnin nümayəndəsi X2 və mütəxəssis X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı “fiziki şəxsin sağlamlığına vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 921/2020 saylı, 05.03.2020 tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik təyin olunduğu 03.07.2018-ci il tarixdən hesablanmaqla, hər ay 800 manat məbləğində pulun İddiaçı pensiya yaşına çatanadək cavabdehlər - hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, "xxxx" ASC-də sürücü işləyən İddiaçı, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X8” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X8” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-nin işçisi İddiaçı ağır xəsarətlər almışdır, ilkin halda onun xəsarətləri az ağır xəsarətlər kimi qiymətləndirilmişdir. Lakin İddiaçı həkimlərə müraciətləri davam etmişdir, çünki aldığı xəsarətlər onu mütamadi narahat etmişdir. Nəticədə, 03.07.2018-ci il tarixdə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3cü qrup üzrə əlillik verilmişdir. Əlilliyin verilməsinə səbəb, İddiaçı Cavabdeh4 mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh3 törətdiyi yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarətlər olmuşdur. İddiaçı "xxxx" ASC-də işlədiyi dövrdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Lakin onun aldığı xəsarətlər ilk öncə az ağır xəsarətlər kimi qiymətləndirildiyindən, ona cəmi 1800 (min səkkiz yüz) manat məbləğində sığorta ödənişi edilmişdir. Halbuki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini 50% həcmində itirmişdir və bu ona əlilliyin verilməsi ilə də birbaşa təsdiq edilir. Yol-nəqliyyat hadisəsi İddiaçı öz əmək funksiyalarını yerinə yetirərkən baş verdiyi üçün, həmin yol-nəqliyyat hadisəsi istehsalatda baş vermiş bədbəxt hadisə sayılır. Tərəflərindən, Dövlət Sığorta Kommersiya Şirkətinə və "xxxx" ASC-yə baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsinə sağlamlığına ziyan vurulmuş İddiaçı ödənilməli olan sığorta ödənişinin onun əlilliyinə uyğun hesablanaraq, ödənilməsi barədə müraciət olunsa da onların müraciətlərinin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Mülki Məcəllənin 1118 və 1119-cu maddələri ilə müəyyən edilmiş həddə sığorta ödənişi ödənilir. Lakin sığorta ödənişi İddiaçı sağlamlığına vurulmuş zərərin tam ödənilməsini təmin etmir. Bu səbəbdən də iddia ərizəsində Cavabdeh3 və Cavabdeh4 da iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı "xxxx" ASC-də işlədiyi son bir il ərzində əmək haqqısı 800 (səkkiz yüz) manat təşkil etmişdir. Bu səbəbdən də İddiaçı iş vaxtı baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində sağlamlığını itirdiyindən və əmək qabiliyyətindən məhrum olduğundan, pensiya yaşına çatanadək Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən onun aylıq əmək haqqısı cavabdehlərdən - hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən istehsalatda bədbəxt hadisənin baş verməsi nəticəsində Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı 3-cü qrup üzrə əlillik təyin olunduğu 03.07.2018-ci il tarixdən hesablanmaqla, hər ay 800 manat məbləğində pulun İddiaçı pensiya yaşına çatanadək cavabdehlər - hadisəni törətmiş Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, 05.03.2020 tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı orta aylıq əmək haqqının 50 faizi miqdarında pulun 03.07.2018-ci il tarixdən hesablanmaqla 03.07.2023-cü il tarixədək hər ay Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, iddianın Cavabdeh3 münasibətdə digər hissədə rədd edilməsi, iddianın cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti, "xxxx" ASC və Cavabdeh4 münasibətdə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva).

4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin iddianın təmin olunmaması hissəsində ləğv edilməsi üçün birinci əsas odur ki, birinci instansiya məhkəməsi, əsassız olaraq, cavabdehlər "xxxx" ASC-ni və Cavabdeh4 İddiaçı sağlamlığına dəyən və onu əmək qabiliyyətindən məhrum edən zərərə görə məsuliyyətdən azad etmişdir. Halbuki, sadalanan cavabdehlər baş vermiş istehsalat qəzasına görə ayrı-ayrılıqda məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi, İddiaçı işəgötürəni olan "xxxx" ASC-ni məsuliyyətdən azad edərkən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarında deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarını iş üzrə düzgün tətbiq etməmişdir. İşəgötürən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən öz işçilərini istehsalatda bədbəxt hadisələrdən sığortalamağa borcludur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 7.2-ci maddəsinə əsasən Sığortalının aşağıdakı vəzifələri vardır: 7.2.1. bu Qanunla müəyyən edilmiş qaydada sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamaq; 7.2.2. icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək; 7.2.4. sığorta hadisələrinin baş verməsinin qarşısının alınması sahəsində tədbirlər həyata keçirmək, habelə təhlükəsiz əmək şəraitini təmin elmək; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 907.1-ci maddəsinə əsasən İcbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur. Birinci instansiya məhkəməsində araşdırma aparılan zaman müəyyən edilmişdir ki, "xxxx" ASC İddiaçı Gliş oğlunu bu növ sığorta ilə sığortalamamışdır. Onlar, yalnız İddiaçı idarə etdiyi "xxxx" ASC-yə məxsus, “X8” yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalamışlar. Məhkəmənin öz qətnaməsində istinad etdiyi və İddiaçı ödənmiş olan 1800 (bir min səkkiz yüz) manat məbləğində sığorta ödənişi də məhz bu sığorta növünə görə ödənilmiş sığorta ödənişidir. Lakin birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsinin göstərilən halla bağlı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaSi” növü üzrə sığortalanması barədə açıq-aşkar ifadə verməsinə baxmayaraq, və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin məhkəmə iclasında və öz yazılı izahatında İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü ilə deyil, könüllü sığorta növü ilə sığortalandığını etiraf etməsinə baxmayaraq, iddia tələblərini cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin etməmişdir. Halbuki, iş üzrə cavabdeh olan "xxxx" ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamadığı üçün, baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması nəticəsində itirmiş olduğu qazancına görə tam məsuliyyət daşıyır. "xxxx" ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortalamadığı səbəbindən İddiaçı sağlamlığını itirməsi nəticəsində dəymiş zərəri ödəməli və sonradan özünün subroqasiya hüququndan istifadə etməlidir. "xxxx"-nin ASC İddiaçı İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta etdiyi halda, həmin sığorta şirkətinin İddiaçı sağlamlığını itirməsi nəticəsində dəymiş zərəri ödəyərək, subroqasiya qaydasında hadisənin baş verməsində günahkar olan şəxsdən ödənilən məbləği tələb etmək hüququ yaranacaqdı. Bundan əlavə, məhkəmə bir halı da gözdən qaçırmışdır ki, hadisə "xxxx" ASC- nin məsul şəxslərinin tapşırığına əsasən, İddiaçı öz əmək funksiyalarını icra edərək, "xxxx" ASC tərəfindən qanuna müvafiq qaydada verilmiş yol vərəqəsi əsasında idarə etdiyi X8” yük markalı **-JX-*** cövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba rayonundan yük (çınqıl məmulatı) götürərək, Salyan rayonuna daşımaq üçün Quba rayonuna gedən zaman, gecə saat 00:35-də baş vermişdir. Göründüyü kimi, hadisə Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş iş vaxtı olmayan saatda baş vermişdir. Bu hal isə, o deməkdir ki, "xxxx" ASC Əmək Qanunvericiliyinin tələblərini pozmuşdur və məhkəmənin "xxxx" ASC-ni məsuliyyətdən azad etmək üçün istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011 -ci il tarixli qərarı "xxxx" ASC-ni nəinki məsuliyyətdən azad edir, əksinə həmin Qərarla da müəyyən olunur ki, "xxxx" ASC İddiaçı baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması nəticəsində sağlamlığına dəymiş zərərə görə tam məsuliyyət daşıyır. Çünki, həmin Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin məcəllənin İ91-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır. Birinci instansiya məhkəməsi, cavabdehlərdən Cavabdeh4 İddiaçı sağlamlığına dəyən və onu əmək qabiliyyətindən məhrum edən zərərə görə məsuliyyətdən azad edərkən gəldiyi nəəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh3 yol-nəqliyyat hadisəsi törədərkən, nəqliyyat vasitəsini qanuni əsaslarla, yəni Cavabdeh4 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyindən, nəqliyat vasitəsinin mülkiyyətçisi Cavabdeh4 onun törətmiş olduğu hüquq pozuntusunu görə məsuliyyət daşımır. Qanunverici yüksək təhlükə mənbəyinin sahibinin həmin yüksək təhlükə mənbəyinin vurmuş olduğu zərərə görə məsuliyyətdən azad edilməsini, yalnız yüksək təhlükə mənbəyinin digər şəxslərin qanuna zidd əməlləri nəticəsində onun sahibliyindən çıxmasını sübut etməsi ilə şərtləndirir. Yəni, Cavabdeh4 özünün mülkiyyətində olan “HOWO ZZ33İ7N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin törətmiş olduğu hüquq pozuntusu nəticəsində vurulmuş ziyana görə məsuliyyət daşımaqdan yalnız o zaman azad ola bilərdi ki, həmin yük avtomobili Cavabdeh3 sahibliyinə üçüncü şəxslərin hansısa hüquqazidd əməli nəticəsində keçmiş olardı. Lakin məlum olduğu kimi, hazırkı halda Cavabdeh4, özünün mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hansısa üçüncü şəxsin qanuna zidd əməlləri nəticəsində sahibliyindən çıxmasını sübut etməmişdir. Cavabdeh4 öz mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **- CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin idarə edilməsi üçün Cavabdeh3 öz iradəsi ilə etibarnamə verməsi onu Cavabdeh3 törətdiyi qəza nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyana görə məsuliyyətdən azad etmir. Çünki, Qanunverici birmənalı olaraq yüksək təhlükə mənbəyinin sahibinin yalnız həmin mənbəyin qanunazidd əməl nəticəsində onun sahibliyindən çıxması halında vurulmuş ziyana görə məsuliyyətdən azad edir. Hazırkı halda isə, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə sahiblik edən iki şəxs vardır - Cavabdeh4 həmin yük avtomobilinə mülkiyyətçi hüququ ilə sahiblik edir, Cavabdeh3 isə, bu avtomobilə istifadə hüququ ilə sahiblik edir. Bu səbəbdən də Cavabdeh4 da digər cavabdchlər kimi Cavabdeh3 onun mülkiyyətində olan “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı sağlamlığına vurulmuş ziyana görə tam maddi məsuliyyət daşıyır. Qətnamənin ləğv edilməsi üçün digər əsas odur ki, birinci instansiya məhkəməsi, İddiaçı sağlamlığına vurulmuş ziyana görə ödənilməli olan məbləğin həcmini müəyyən edərkən də səhvə yol vermişdir. Belə ki, iş materiallarında, İddiaçı "xxxx" ASC-nin Abşeron filialına müraciət edərək, işlədiyi son 2 ay ərzində ona köçürülmüş əmək haqqının məbləği barədə Arayış mövcuddur. Həmin arayış əsasında müəyyən edilmişdir ki, 2017-ci ilin avqust və sentyabr ayları üçün İddiaçı 1052 (bir min əlli iki) manat 28 qəpik məbləğində əmək haqqı köçürülmüşdür. Köçürülən əmək haqqının üzərinə məcburi tutmaları əlavə etməklə və alman məbləği 2 aya bölməklə - aşağıda göstərilən qaydada hesablama aparmaqla İddiaçı orta aylıq əmək haqqı məbləğini müəyyən etmək olar: 1052,28+14% gəlir vergisi+3% sosial tutma+0,5% işsizlikdən sıgorla: 2 - 618,2145 manat. Beləliklə, Fizuli Xudiyvə təqdim edilmiş bank çıxarışı əsasında aparılan təxmini hesablamalar əsasında İddiaçı orta aylıq əmək haqqının 618,2145 manat olduğu müəyyən edilmişdir. Lakin, birinci instansiya məhkəməsi işin nəticəsində maraqlı olan cavabdeh "xxxx" ASC-nin arayışını əsas götürərək iddiaçının aylıq qazancı barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarında daha mötəbər sübut növü olan "xxxx" ASC-nin Abşeron filialının son 2 ay ərzində İddiaçı köçürülmüş əmək haqqının məbləği barədə Arayış mövcuddur. Lakin bu arayış məlikəmə tərəfindən sübutlar toplusundan kənarda saxlanılmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin ödənilməli olan məbləğin həcmini təyin edərkən yol vermiş olduğu digər səhv İddiaçı orta aylıq əmək haqqının 50 %-i həcmində ödənişin təyin olunmasıdır. Birinci instansiya məhkəməsi, bununla bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmək qabiliyyətini 50% həcmində itirmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmırıq. Belə ki, iş materiallarında olan sənədlərdən məlumdur ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı İİİ qrup əlillik verilmişdir. Lakin biz, əlillik qrupunun verilməsinə səbəb olmuş əmək qabiliyyətinin 50 % itirilməsi meyarının İddiaçı ödənilməli olan ödənclərə tətbiq edilməsini əsassız sayırıq. Belə ki, İddiaçı xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verənədək sürücü işləmiş və kifayət qədər yüksək əmək haqqı almışdır. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq əlil olması səbəbindən o, artıq əvvəlki kimi böyük şirkətlərdə sürücü işləyərək, həmin səviyyədə əmək haqqı ala bilmir. Belə ki, bu şirkətlər onun qəzada xəsarət alaraq əlillik almasını gördükdə İddiaçı işə qəbul etməkdən imtina edirlər. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq əlil olması səbəbindən İddiaçı faktiki olaraq öz qazancından tam məhrum olmuşdur. Bu səbəbdən də hesab edirik ki, İddiaçı sağlam vaxtı işlədiyi dövrdə əldə etdiyi qazancın 50 %-i həcmində deyil, 100 %-i həcmində ziyan ödənilməlidir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və iddianın tam təmin edilməsini xahiş etdilər.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi K.İsgəndərov iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə digər cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan 63812 saylı, 28.09.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “Avro-Asiya İnşaat” Korporasiyası "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Beynəlxalq Bankın Xaçmaz filialı vasitəsilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin adına 10000 manat məbləğində pul köçürülmüşdür.

12. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 47 nömrəli aktdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətində 8 dərəcəli sürücü vəzifəsində işləyən İddiaçı qapalı kəllə beyin travması, hər iki almacıq sümüyünün, burun sümüklərinin və əngin gəlpəli yerini dəyişən sınıqlar, sol oynaq başının yerini dəyişən sınığı diaqnozu ilə 19.10.2017-ci il tarixindən işdən azad edilmişdir.

13. Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” 27.03.2018-ci il tarixli qərarından görünür ki, 19.10.2017-ci ildə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində İddiaçı idarə etdiyi “X8” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə olan Cavabdeh3 idarə etdiyi “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X8” yük markalı avtomobilin sürücüsü İddiaçı xəsarət almışdır. Müstəntiq İddiaçı dəymiş ziyanın tam ödənildiyini, sonuncu tərəfindən Cavabdeh3 qarşı şikayət olmadığını nəzərə alaraq Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, qarşı yola çıxmaqla manevr qaydasını pozub toqquşmaya səbəb olduğundan barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi qərarına gəlmişdir. Şərh edilənlərə əsasən Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilmiş, Cavabdeh3 barəsində İXMnin 327.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti BDYPİ YPXA-ya göndərilmişdir. Qərardan aydın olur ki, iş üzrə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və 20.12.2017-ci il tarixli, 19722 saylı rəyə əsasən “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni zamanda məhkəmə tibbi ekspertizasının 23.12.2017-ci il tarixli, 1318 saylı rəyinə əsasən İddiaçı az ağır, 21.12.2017-ci il tarixli, 1302 saylı rəyi ilə Cavabdeh3 az ağır xəsarət almaları müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X9 tərəfindən İddiaçı barəsində tərtib edilmiş epikrizdən görünür ki, o, 19.10.2017-ci il tarixdə ağzın açılmasının, udqunmanın, tənəffüsün çətinləşməsi, sifət nahiyyəsində olan şişkinlik və ağrılardan ibarət şikayətlərlə daxil olmuşdur.

15. Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 1060 nömrəli epikrizində qeyd edilmişdir ki, xəstə - İddiaçı 02.04.2018-ci il tarixdə “Ağır qapalı kəllə-beyin travmasının, beyin silkələnməsinin davamlı nəticələnməsi, Posttravmatik ensefalepatiya, generalizə olunmuş tonik-lonik tutmalar” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur.

16. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin “Şəfa” Dövlət Tibbi Sığorta filialının həkim-eksperti İddiaçı barəsində 02.04.2018-ci il tarixli rəydən görünür ki, onun aldığı zədə əsas verir ki, 18% miqdarında sığorta məbləğinin verilməsi qərara alınmışdır.

17. Şəxsi Sığorta Departamenti tərəfindən Xaçmaz rayon filialının direktoruna ünvanlanmış 03-06/65 saylı, 04.04.2018-ci il tarixli məktubdan görünür ki, şirkətin ekspert həkiminin 02.04.3018-ci il tarixli rəyinə əsasən qüvvədə olan sığorta yardımlarının və sığorta məbləğinin ödənilməsinə dair metodiki göstərişinə əsasən ona sığorta məbləğinin 3a maddəsi üzrə 3%, 37qeyd 2 maddəsi üzrə 5%, 25 maddəsi üzrə 5%, 81a maddəsi üzrə 5%, cəmi 18% yəni 1800 manat müəyyən edilmişdir. Odur ki, sənədlər geri qaytarılaraq həmin məbləğin İddiaçı ödənilməsinin təmin edilməsi xahiş edilmişdir.

18. 10.04.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə İddiaçı hesabına 1800 (min səkkiz yüz) manat məbləğində pul köçürülmüşdür. 07.04.2018-ci il tarixli, KYP 117020 nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, sürücü Cavabdeh3 Bakı-Quba-Dağıstan sərhədi yolunun 141- ci kilometrliyində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydasına pozmuşdur. Onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilməsi qərara alınmışdır.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, 01.01.1968-ci il təvəllüdlü İddiaçı müayinə zamanı İİİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi oynaqların kontrakturası, İİ-İİİ-İV-V barmaqların açıcı kontrakturası sağ yuxarı ətrafın əlin funksiyasının kəskin pozulması, oynaqda ağrı, daimi kəskin ağrı sindromu ilə əlin funksiyasının kəskin pozulması Kəllədaxili travmaların nəticələri, ağır kəllə beyin travmasının qalıq əlamətləri Əl barmağının (barmaqlarının) dırnaq lövhəciyinin zədələnməsi ilə açıq yarası, əlin arxa səthinin trotfkanes pozulması yumşaq toxm defisiti sağalmayan yaradır. Əmək qabiliyyətinin itirilmə faizi 50%-dir. Əlillik müddəti 03.07.2023-cü il tarixədək müəyyən edilmişdir.

20. “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-nin 666/18 saylı, 22.10.2018-ci il tarixli məktubla İddiaçı bildirilmişdir ki, 19.10.2017-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona vurulmuş zərərin səbəbkarı şirkət deyil qarşı tərəf olduğundan ödənişlərin “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən icra edilməsi mümkün deyildir.

21. “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC tərəfindən təqdim edilmiş 29.01.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 21.08.2017-ci il tarixində “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC-yə sürücü işinə qəbul olunmuşdur. 19.10.2017-ci il tarixdən 09.08.2018-ci il tarixinə kimi əmək qabiliyyətinin olmaması vərəqələrini təqdim etmişdir. 10.08.2018-ci il tarixdən AR ƏM 74-cü maddəsinin “c” bəndinə əsasən (əlillik alması ilə əlaqədar) işdən azad olunmuşdur. İşlədiyi 21.08.2017-18.10.2017-ci il dövr üçün orta aylıq əmək haqqı vergilər daxil olmaqla 510,03 manat təşkil edir. Hüquqi dəyərləndirmə:

22. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC-də sürücü işləyən iddiaçı 19 oktyabr 2017-ci il tarixdə, saat 00:35 radələrində Bakı-Quba-Dağıstan sərhəd yolunun Quba rayonu ərazisindən keçən 141-ci kilometrliyində, idarə etdiyi "xxxx" ASC-yə məxsus “X8” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan, cavabdehlərdən Cavabdeh4 mülkiyyətində olan, Cavabdeh3 etibarnamə əsasında idarə etdiyi, “HOWO ZZ3317N3867V” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “X8” yük markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, "xxxx" ASC-nin işçisi İddiaçı xəsarət almışdır. Aldığı xəsarət az ağır kimi qiymətləndirilsə də, cinayət işinin başlanılması Cavabdeh3 tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə yetirilmiş zərər tam ödənildiyindən, ona qarşı heç bir şikayəti olmadığından Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyevin 27.03.2018-ci il tarixli qərarı ilə rədd edilmişdir. Daha sonra ekspert-həkimin 02.04.2018-ci il tarixli rəyinə əsasən İddiaçı 1800 manat məbləğində sığorta ödənişinin verilməsi qərara alınmışdır. Həmin məbləğdə pul Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən "xxxx" ASC-nin 2 saylı filialı vasitəsilə İddiaçı hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 03.07.2018-ci il tarixli məlumatdan görünür ki, müayinə zamanı 01.01.1968-ci il təvəllüdlü İddiaçı əmək qabiliyyətinin itirilmə faizinin 50% olduğu müəyyən edilmiş, növbəti müayinənin vaxtı 03.07.2023-cü il tarixə təyin edilmişdir.

23. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iş üzrə mütəxəssis cəlb edilmiş və mütəxəssis qarşısında 1) Şirkətin ekspert həkiminin 02.04.2018-ci il tarixli rəyinə əsasən qüvvədə olan sığorta yardımlarının və sığorta məbləğinin ödənilməsinə dair metodiki göstərişinə əsasən ona sığorta məbləğinin 3a maddəsi üzrə 5%, 25 maddəsi üzrə 5%, 81a maddəsi üzrə 5%, cəmi 18%, yəni 1800 manat müəyyən edilməsi düzgündürmü? və 2) Faydalanan şəxs olan İddiaçı ödənilməli olan sığorta məbləği nə qədər olmalıdır? sualları qoyulmuşdur. Verilmiş mütəxəssis rəyində 1-ci sualın cavablandırılması müqavilə şərtləri və ödəniş cədvəlinin olmaması səbəbindən mümkün olmamış, 2-ci suala cavab olaraq aylıq sığorta ödəniş məbləğnin 378.18 manat olması və 03.07.2018-ci il tarixindən hesablanmalı olması bildirilmişdir.

24. Məhkəmə kollegiyası işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və mütəxəssis rəyinə əsasən qeyd edir ki, İddiaçı 19 oktyabr 2017-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsinin baş verməsi nəticəsində bədən xəsarəti almış və ona 3cü qrup əlillik dərəcəsi verilmişdir. Baş vermiş hadisə, iddiaçının əmək müqaviləsi əsasında çalışdığı cavabdeh Evrascon ASC-yə məxsus avtomobillə öz əmək funksiyasını yerinə yetirən zaman baş vermişdir. Cavabdeh Evrascon ASC tərəfindən məhkəməyə yol vərəqəsi təqdim edilməsə də, hadisənin iddiaçının əmək funksiyasını yerinə yetirən zaman baş verməsi mübahisələndirilməmişdir.

25. İddiaçı öz əmək funksiyalarını yerinə yetirən zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığından, aldığı xəsarət nəticəsində əmək qabiliyyətinin 50%-ni itirdiyindən onun səhhətinə dəymiş zərərin əvəzinin ödənilməlidir.

26. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində onun səhhətinə dəymiş zərərin hadisəni törətmiş şəxs Cavabdeh3, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh4, işəgötürən "xxxx" ASC-dən və sığorta edən Dövlət Sığorta Kommersiya Şirkətindən tutulmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, iddiaçının səhhətinə dəymiş zərərin əvəzi işəgötürən "xxxx" ASC-dən tutulmalıdır.

27. Belə ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 3.1.1-ci maddəsinə görə, hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. İş materiallarından və cavabdeh Evrascon ASC-nin nümayəndəsinin kollegiya iclasında verdiyi izahatından aydın olmuşdur ki, iddiaçı icbari sığorta müqaviləsi üzrə sığorta olunmamışdır. Hətta cavabdehin nümayəndəsi işçini icbari həyat sığortası etməməsinə görə İnzibati Xətalar Məcəlləsinə müvafiq qaydada cərimə oldunduqlarını da bildirmişdir. Belə olan halda, sığorta ödənişi işəgötürən tərəfindən ödənilməlidir.

28. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, iddiaçıya daha əvvəl ödənilmiş 1800 manat məbləğində sığorta ödənişi könüllü fərdi qəza sığortası olub, icbari həyat sığortasının nəzərdə tutduğu təminatları özündə ehtiva etmir.

29. İddiaçının səhhətinə dəymiş zərərin məbləği ilə bağlı kollegiya qeyd edir ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 16.2-ci maddəsinə görə, aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır.

30. Həmin Qanunun 17.1-ci maddəsinə görə, aylıq sığorta ödənişinin məbləği sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin sığorta hadisəsi nəticəsində itirilmiş peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.

31. Qeyd edilən normalara və iş materiallarına əsasən Kollegiya qeyd edir ki, iddiaçı 03.07.2018-ci il tarixindən 5 il müddətinə əmək qabiliyyətini 50 % itirmişdir ki, bu da ona orta aylıq əmək haqqının 50%-i məbləğində ödəniş edilməsi barədə nəticəyə gəlməyə əsas verir. İş materiallarında olan əmək haqqı barədə arayışa əsasən İddiaçı orta aylıq əmək haqqının 756.36 manat olması müəyyən edilir. Belə olduğu halda, iddiaçıya həmin məbləğin 50% həcmində, yəni hər ay 378.18 manat məbləğində ödəniş edilməlidir.

32. Cavabdeh "xxxx" ACS apellyasiya şikayətinə etirazında və kollegiya iclasında nümayəndəsinin verdiyi izahatında hadisənin baş verməsi ilə bağlı İZ formalı aktın olmamasına və baş vermiş hadisənin cinayət hadisəsi olması səbəbindən istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunmaması hallarına istinad etmişdir.

33. Kollegiya qeyd edilənlərlə bağlı İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına istinad edilməsini zəruri sayır. Həmin Qaydaların 1.7-ci maddəsinə görə, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X5 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X5 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur.

34. Göründüyü kimi, baş vermiş hadisə ilə bağlı təhqiqatın aparılması üçün dərhal X5 Xidmətinə, Fövqaladə Hallar Nazirliyinə məlumat verməsi işəgötürənin vəzifəsi kimi müəyyən edilmişdir. Lakin iş materiallarında işəgötürən (cavabdeh) tərəfindən belə bir müraciətin olunması aşkar edilmədiyindən, cavabdeh hazırda İZ formalı aktın olmamasına istinad etməkdə haqlı deyildir. Çünki bədbəxt hadisənin təhqiqatının nəticəsi olaraq İZ formalı akt tərtib edilir. Lakin, bu hal bədbəxt hadisənin olmaması nəticəsinə gəlmək üçün əsas deyildir. Belə ki, hadisə ilə bağlı cinayət işinin başlanması ilə bağlı qərar olduğundan və həmin cinayət işinə tərəflərin barışması səbəbindən xitam verildiyindən hadisənin baş verməsi mübahisə doğurmur.

35. Baş vermiş hadisənin cinayət hadisəsi olması səbəbindən istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunmaması ilə bağlı cavabdehin apellyasiya şikayətinə etirazına münasibətdə kollegiya qeyd edir ki, İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.5-ci bəndinə görə, istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar qaldırılmış cinayət işi üzrə zərərçəkən şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı təqdirdə, bədbəxt hadisənin təhqiqatı işə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrinə uyğun olaraq xitam verildikdən sonra aparılmalıdır. Lakin, hazırki iş üzrə zərərçəkən İddiaçı cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs olmadığından, qeyd edilən Qaydaların 1.5-ci bəndinə əsasən hadisənin bədbəxt hadisə kimi təhqiqatının cinayət işinə xitam verildikdən sonra aparılmasına ehtiyac yoxdur.

36. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilərək 5 il müddətində hər ay İddiaçı maaşının 50% həcmində, yəni 378.18 (üç yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti Evroscon ASC-dən tutularaq İddiaçı ödənilməlidir.

37. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

39. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

40. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

41. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən, təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, 05.03.2020 tarixli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-921/2020 saylı, 05.03.2020 tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi Evroscon ASC-yə münasibətdə qismən təmin edilsin. 03.07.2018-ci il tarixindən etibarən 5 il müddətində hər ay İddiaçı maaşının 50% həcmində, yəni 378.18 (üç yüz yetmiş səkkiz manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti Evroscon ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar