Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3306/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-488/2023 nömrəli, 14 fevral 2023cü il tarixli qətnaməsindən cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2019-cu ildə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğv olunması və müqavilə əsasında cavabdehə ödədiyi 15000 manatın və ödənilmiş 135 manat dövlət rüsümün alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, ləğv etmə prosesində olan Cavabdeh ASC ilə iddiaçı arasında 22 iyul 2019-cu ildə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, müqaviləyə əsasən iddiaçının aldığı **-JS-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens 906AK35” markalı mikroavtobusun hərracdan satılması və satışda üstünlük hüququnun iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 iyul 2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Mersedes Benz 906AK35” mikroavtobus **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 35000 manata almaq şərti ilə ilkin 10000 manat ödəməklə almışdır. Mikroavtobusu aldıqdan sonra 5000 manat ödədikdən sonra cavabdeh müflis olunduğunu elan etdi və ləğv etmə prosesində olduğundan pulun ödənilməsi ləğvedici tərəfindən qəbul edildiyi bildirilmişdir. X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti əsl cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-488/2023 nömrəli, 14 fevral 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Ləğv etmə prosesində olan Cavabdeh ASC ilə İddiaçı arasında 22 iyul 2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi ləğv edilməsi, müqaviləyə əsasən İddiaçı aldığı **-JS-*** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 906AK35” markalı mikroavtobus hərracdan satılması və satışda üstünlük hüququnun İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-488/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki və mülki prosessual qanunvericiliyin qeyd olunan müddəaları tələb edir ki, müqavilə münasibətləri ilə bağlı tələb barədə məhkəməyə iddia verildikdə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sübutlar da təqdim olunmalıdır. Kollegiya tərəfindən işin halları əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 iyul 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya Mercedes Benz 906KA35 mikroavtobus markalı **-JS-*** dövlət qeydiyyat nişanlı (ili 2008, rəngi qara) avtomobili 35000 manata satmağı, iddiaçı isə həmin avtomobili qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Hazırda iddiaçı qeyd edir ki, mikroavtobusu aldıqdan sonra 5000 manat ödədikdən sonra cavabdeh müflis olunduğunu elan etdi və ləğv etmə prosesində olduğundan pulun ödənilməsi ləğvedici tərəfindən qəbul edildi. Belə olan halda iddiaçı həmin müqaviləsinin ləğvi üçün qanunvericiliyin tələbinə əsasən cavabdehi əvvəlcədən xəbərdar etməli olduğu halda, bu qaydaya əməl etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında bu qaydaya riayət olunması barədə məlumat əks olunmamış, xəbərdarlığın cavabdehə göndərildiyini və çatdırıldığını təsdiq edən sənəd, eyni zamanda, mübahisələndiriliən müqaviləsinin əsli (və ya notarial qaydada təsdiq edilmiş surəti) əlavə edilməmişdir. Birinci instansiya məhkəməsi isə məhkəməyə müraciət etmiş iddiaçı tərəfindən işin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barədə işin halını araşdırmadan, tərəflər arasında müqavilə münasibətlərinin davam etdiyi halda pretenziya qaydasına riayət edilməsi üçün cavabdehə xəbərdarlıq məktubunun göndərilməsini, cavabdeh tərəfindən rəsmi qaydada alınıb-alınmamasını müəyyən etmədən işə mahiyyəti üzrə baxmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin, kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi iddia ərizəsinə əlavə edilmiş iddiaçının sübut hesab etdiyi sənədlər kserosurət olmaqla qanunverciliyin tələblərinə uyğun qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-488/2023 nömrəli, 14 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-488/2023 nömrəli, 14 fevral 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3306/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3306/2023
31.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver