Məhkəmə qərarları › İş №2(103)-3322/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3322/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3322/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3322/2025 (Açar sözlər: nikahın pozulması, uşağın himayəsi və aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı «nikahın pozulması, uşaqların atanın himayədə saxlanılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 3-16-5/7-H-12/2-1415/2023 nömrəli arayış). Birgə nikahlarından iki övladı doğulmuşdur: xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4. (3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, AZ-T 254423 və xx.xx.2023-cü il tarixli, AZ-T 254424 nömrəli doğum haqqında şəhadətnamə).

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2017-ci il tarixli, 4207 saylı nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh X7 arasında nikah haqqında 14 dekabr 2017-ci il tarixidə 4207 saylı akt 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Birgə nikah dövründən xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 dünyaya gəlmişdir. İlk vaxtlar iddiaçı və cavabdeh arasında normal ailə münasibətləri mövcud olmuşdur. Xüsusilə İddiaçı ailə başçısı, ər və ata kimi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişdir. Lakin cavabdehin müəyyən hərəkətləri ailə münasibətlərinə ciddi xələl gətirmişdir (sübutlar məhkəmə iclasında təqdim ediləcək) və İddiaçı Cavabdeh ilə arasında bağlanmış 14 dekabr 2017-ci il tarixli nikahın pozulması qərarına gəlmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Cavabdeh ailəyə hörmətsizlik nümayiş etdirən hərəkətləri mövcuddur. Brigə nikahdan dünyaya gəlmiş hər iki övlad-xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 azyaşlıdır. Cavabdeh öz analıq məsuliyyətini dərk etmədən, azyaşlı övladlarının tərbiyəsi və inkişafına vurduğu zədəni görməzdən gəlməkdədir. Bütün bu göstərilən amillər azyaşlı xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 gələcək inkişafına, onların düzgün tərbiyə olunmasına mənfi təsir göstərir. İddiaçı hər iki övladını qayğı ilə əhatə edir, onların təlim və tərbiyəsi ilə məğul olmağa kifayət qədər maraqlıdır. İddiaçı şəxsi əmlaka malik olmaqla hər iki övladının normal şəraitdə böyümələri üçün geniş imkanlara malikdir. Hesab edir ki, Cavabdeh davranışları azyaşlı övladlarının təlim və tərbiyəsinə ciddi zərər vuracağından, hər iki azyaşlının əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının təmin edilməsi, eləcə də bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə İddiaçı ilə birlikdə, cavabdehin himayəsində yaşamaları məqsədəmüvafiqdir. Məsələnin həll edilməsi üçün mediasiyaya da müraciət edilmişdir. Lakin cavabdeh ailə münasibətlərinin normallaşdırıla bilməsi üçün belə mediasiya prosessində iştirak etməmişdir.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Aslanova) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 4207 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 Cavabdeh yanında qalmaları, 29 may 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində alimentin tutulması hissəsində dərhal icra edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-143/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti alimentin hazırkı qətnamənin icrası zamanı nəzərə alınması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34cü maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 21.1, 22.1, 22.2, 75.1, 75.2, 78.1, 101.2, 110.2, və 112.1-ci maddələri, “Uşaq hüquqları haqqında” AR Qanununun 19-cu, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsi, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.3-cü maddələrinə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il 15 saylı qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, sonuncu məhkəmə iclasında cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyasının rəyinə dair suallar hazırlamışdır. Həmin hazırladığı o suallara cavab tapılmadan, mülki işə sədrlik edən hakim uşağı son olaraq məhkəmə iclasında fərdi qaydada dindirmədən yekun məhkəmə aktı qəbul etmişdir. Qəyyumluq orqanı cavabdehin mənzil şəraiti ilə maraqlanmadan, baxmadan və buna dair müayinə aktı tərtib etmədən birtərəfli rəy vermişdir. Yalnız iddiaçının mənzil şəraiti ilə bağlı müayinə aktı tərtib edilmişdir. Həmçinin cavabdehin şəxsi həyatında qeyri-etik davranışlar nümayiş etdirməsinə dair dəlil və sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq, bunlara hüquqi qiymət verilməmişdir. Cavabdehin bilavasitə məqsədi aliment əldə edilməsindən ibarət olmaqla, uşaqlara qayğı niyyəti daşımamaqdadır. Həmçinin cavabdehin atasının CM-nin müvafiq maddəsi ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrum edilməsi faktı da nəzərə alınmamışdır. Belə ki, uşaqları ananın himayəsinə veriləcəyi təqdirdə, qeyd olunan şəxslə ünsiyyətdə olmaları “zərurəti” meydana gələcək və bununla da onların sosial-psixoloji inkişafı üçün ciddi təhlükə yaranacaqdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qismən ləğv edilməsi və iddia tələbinin təmin edilməyən hissədə tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9 Apellyasiya baxışı zamanı iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

12. Maddə 17. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

13. Maddə 34. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

14. Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

15. Maddə 21.1. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

16. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

12. Maddə 22.2. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır.

14. Maddə 56.1 Valideynlər öz uşaqları barədə bərabər hüquq və vəzifələrə malikdirlər.

15. Maddə 58.2. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar.

18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

21. Maddə 101.2. Məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir.

22. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.

23. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.

25. Bənd 7. Nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

26. Bənd 7.1 Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

27. Həmin Qərarın 7.6-cı bəndinə əsasən məhkəmələrə tövsiyə edilsin ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

28. Həmin Qərarın 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırılığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi aydınlaşdırılmalıdır.

29. Maddə 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minumum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minumum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minumum əmək haqqı məbləğinin 0.74 mislində (345x0.74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsində “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidirlər..)

30. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.

24. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

“Uşaq hüquqları haqqında” Konvensiya

25. Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırda iddiaçı tərəfindən qətnamə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 Cavabdeh yanında qalmaları hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

37. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayədarlıq məsələləri üzrə Komissiyası tərəfindən verilmiş 5-13/2-172/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubun, müvafiq rəyin və həmin rəyə əlavə edilmiş mənzil-məişət vəziyyətinin müəyyən edilməsi barədə aktların məzmunundan görünür ki, İddiaçı Cavabdeh dörd aydan çoxdur ayrı yaşayır, azyaşlılar X6 və X4 anaları Cavabdeh, yanında və himayəsindədirlər. İddiaçı və Cavabdeh bir neçə şəxslə xəyanət etdiyini bildirmişdir. İddiaçı qızının ona Cavabdeh ona xəyanət etməsi ilə əlaqədar məhkəməyə təqdim etdiyi foto və səs yazıları Komissiya tərəfindən araşdırılmışdır. Foto və səs yazıları Cavabdeh təqdim edilmişdir. Cavabdeh fotolarda olan şəxsin özü olduğunu etiraf etmiş, lakin həmin fotoların həyat yoldaşı İddiaçı göndərmək üçün çəkdiyini bildirmişdir. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 2 ünvansız fərdi evdə bacısı, kürəkəni, bacısının övladı ilə birgə yaşayır. Ümumi sahəsi 136 m2 olan mənzil üç otaqdan ibarətdir. Mülkiyyət sahibi İddiaçı kürəkənidir. Mənzil təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. İddiaçının verdiyi şifahi məlumata əsasən o, "Bibi-Heybət" NQÇİ- də ilməçi işləyir. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 3 ünvanında atası, anası, azyaşlı övladları X6 və X4 ilə birgə kirayə yaşayır. Ümumi sahəsi 94 m2 olan mənzil üçotaqdan ibarətdir. Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən bütün normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. Cavabdeh şifahi məlumatına əsasən o, işsizdir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qayyumluq və himayədarlıq məsələləri üzrə komissiya"sının üzvləri tərəfindən İddiaçı və Cavabdeh ilə söhbət aparılmış, azyaşlı övladlarının gələcəyi naminə valideynlik borcu, onların mənəvi tərbiyəsi və sağlamlığının, eləcə də psixoloji durumunun təmin olunması ilə bağlı məsləhətlər verilmişdir. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli 1386 saylı qətnaməsi ilə elan edilmiş "Uşaq hüquqları Bəyannaməsi"nin 6-cı prinsipində qeyd olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün qayğıya və başa düşülməyə möhtacdır. O mümkün olduqda valideynlərinin himayəsində, onların məsuliyyəti altında və hər halda, qayğı və mənəvi-maddi təminat mühitində böyüməlidir. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qayyumluq və himayəçilik məsələləri üzrə komissiya"sı təqdim olunmuş sənədlərlə tanış olaraq, yerində aparılan araşdırma və söhbətlərin nəticəsində əldə olunmuş məlumatları, azyaşlıların mənafeyini, psixoloji durumunu, bir-birinə olan bağlılığı və digər zəruri halları nəzərə alaraq, yuxarıda adıçəkilən BMT qətnaməsinin humanist prinsiplərini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci və 63-cü maddələrinin tələblərinə uyğun, 03 aprel 2018-ci il təvəllüdlü X3 və 21 sentyabr 2019-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında və himayəsində saxlanılmasını daha məqsədəuyğun hesab edir.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 11/457 nömrəli ekspert rəyinə əsasən, tədqiqatın 1-ci sualı üzrə xx.xx.2018-ci il təvəllüdlü X6 psixi cəhətdən normal etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. xx.xx.2019-cu il təvəllüdlü X2 yaşı ilə əlaqədar (5 yaşı tamam olmadığından) onunla məhkəmə-psixoloji ekspertizasının keçirilməsi mümkün deyildir. Tədqiqatın 2-ci və 3-cü sualları üzrə İddiaçı və Cavabdeh halhazırda fərdi-psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Tədqiqatın 4-cü sualı üzrə xx.xx.2018-ci il təvəllüdlü X3 anası Cavabdeh və atası İddiaçı bağlılığı müəyyən olunmaqla, anası Cavabdeh bağlılığı daha çoxdur. xx.xx.2018-ci il təvəllüdlü X3 normal psixi inkişafı baxımından hər iki valideyni ilə mütəmadi olaraq ünsiyyətdə olması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Tədqiqatın 5-ci və 6-cı sualları üzrə valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2018-ci il təvəllüdlü X3 emosionaliradi sferasına neqativ təsir göstərmişdir. xx.xx.2018-ci il təvəllüdlü X3 psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamağı seçməsilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur.

39. Beləliklə, birinci instansiya məhkəməsi icraatı zamanı alınmış qəyyumluq və himayəçilik orqanının rəyindən, həmçinin iş üzrə təyin edilmiş psixoloji ekspertizanın rəyindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X2 yaşı ilə əlaqədar fikri alınması mümkün olmamış, xx.xx.2018-ci il təvəllüdlü X3 hər iki valideyni ilə münasibətləri yaxşı olmaqla anası Cavabdeh bağlılığı müəyyən edilmişdir. Cavabdeh öz apellyasiya şikayətində xx.xx.2018-ci il təvəllüdlü X3 apelyasiya icraatı zamanı artıq 7 yaşının tamam olduğunu bildirsə də, kollegiya qeyd edir ki, ilk növbədə Ailə Məcəlləsinin müvafiq maddələrinin tələblərinə görə zəruri hallarda 7 yaşına çatmış uşağın da fikri alına bilər. Həmçinin diqqət yetirilməlidir ki, apellyasiya baxışı zamanı sübutların tədqiqində həm işin qəyyumluq və himayəçilik orqanına göndərildiyi, həm də psixoloji ekspertizanın keçirildiyi zaman xx.xx.2018-ci il təvəllüdlü X6 hər iki rəydə onun öz fikirlərini rahat və heç bir təsir altında qalmadan ifadə etdiyi müşahidə olunmuş, hər iki valideynini istədiyini bildirmişdir.

40. O cümlədən apellyasiya baxışı zamanı cavabdehin və dolayısı ilə hazırda onun himayəsində olan yetkinlik yaşına çatmayan övladının iştirakının təmin olunması üçün cəhd edilsə də və məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

41. Qeyd edilənlərə əsasən kollegiya xx.xx.2018-ci il təvəllüdlü X1 olaraq hansı valideyni ilə qalmaq istədiyini seçməməsi və yuxarıda qeyd edilən orqanların da rəylərində bunun öz əksini tapması, həmçinin xx.xx.2019-cu il təvəllüdlü X2 yaşı ilə əlaqədar həmin orqanlar tərəfindən fikrinin alınmasının mümkünsüzlüyü səbəbindən mübahisəyə özü qanunvericiliyin və işin halları baxımından qiymət verməyi məqbul hesab edir.

42. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən ilk növbədə BMT Baş Məclisinin xx.xx.1959-cu il tarixli, 1386 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı prinsipi nəzərə alınmalıdır. Həmin prinsipə görə azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

43. Həmçinin qeyd olunmalıdır ki, ailə institutu AR Konstitusiyasında qeyd olunduğu kimi ailə cəmiyyətin özəyi olmaqla, dövlətin himayəsindədir. O cümlədən, uşaq hüquqlarına münasibətdə “publik maraq” subyekti kimi dövlət öz tənzimləyici vasitələrindən istifadə etməlidir.

44. Konstitusiyada qeyd olunan vasitələr bir qayda olaraq, 15 yaşına çatmamış uşaqlar işə götürülməsinin qadağan edilməsi, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan edilməsi və Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsinə verilməsində ehtiva edir. Həmçinin, dövlət uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimi öhdəlikləri valideynlərin vəzifəsi kimi ali aktda təsbir etmiş və öz nəzarəti altına almışdır.

45. Məhkəmə hesab edir ki, iş üzrə tərəflərin dəlilləri və işin müəyyən edilmiş halları məhz bu prinsip baxımından qiymətləndirilməlidir. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür: ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsidir.

46. Məhkəmə hazırkı iş üzrə Cavabdeh münasibətdə sadalanan müstəsna halların hər hansı birinin mövcudluğunun müəyyən edilmədiyini, uşaqların ana nəvazişinə və qayğısına ehtiyacının olmasını, o cümlədən sonuncu qəyyumluq rəyini və iş üzrə mövcud olan bütün sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanması ilə bağlı gəldiyi qənaət qanuni və əsaslı olmuşdur, qətnamənin həmin hissədə ləğv edilməsinə hər hansı əsas mövcud deyildir.

47. Kollegiya apelyasiya şikayətinin cavabdehin atasının cinayət məsuliyyəti ilə təqsirləndirilməsi, bu səbəbdən uşaqların cavabdehə verilməsinin sosial-təhlükəlilik amilləri nəzərə alınaraq təmin edilməməsi mülahizəsinə münasibətdə qeyd edir ki, qeyd olunan hallar uşaqların ananın himayəsinə verilməsinə maneə təşkil etmir.

48. Belə ki, iş materiallarından görünür ki, adıçəkilən şəxs 2001-ci il tarixdə cinayət məsuliyyəti ilə təqsirləndirilmiş və 7 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza tədbiri ilə cəzalandırılmışdır. Bu müddət ərzində tərəflər birgə nikah dövründə olmuş və qeyd olunan təhlükə amilləri şəxslərin nikahı müddətində yaşanmamışdır. Bununla da bir daha görünür ki, iddiaçı tərəfindən irəli sürülən mülahizələrin hər hansı əsası yoxdur.

49. Kollegiya iddiaçının aliment təyin edilərkən onun əməkhaqqısının nəzərə alınmaması və qeyd edilən məbləğin əsassız təyin edilməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

50. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.

51. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.

52. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir.

53. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunvericinin də mövqeyindən anlaşıldığı kimi aliment təyin olunan zaman tərəflərin maddi və ailə vəziyyətləri və digər diqqətəlayiq məqamlar nəzərə alınmalıdır. Həmçinin uşaqların saxlanmasında hər iki valideynin birgə iştirakı təmin olunmalıdır.

54. Kollegiya yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarındakı indeksasiya ilə bağlı mövqeyi də nəzərə almaqla müəyyən etdiyi hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində sabit pul məbləğində aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Maddi vəziyyətinin aşağı olması və müəyyən olunan məbləğin ədalətsiz olması barədə iddiaçının apellyasiya şikayətinin dəlilərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hallar onu cavabdeh ilə bağlanmış nikahlarından dünyaya gələn övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir və həmin uşaqların layiqli həyat səviyəsində yaşamaları, əvvəlki yaşayış şərtlərinin maksimum həddə qorunması hazırki mübahisənin həlli ilə bağlı ən mühüm məsələdir.

55. Qeyd edilənlərə əsasən kollegiya işin bütün faktiki hallarına məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual normaların tətbiqi ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

60. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməlidir.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-21/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar