Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3346/2023 05.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı əmək haqqı və ödənilməyən müavinətlərin tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı əmək haqqı və ödənilməyən müavinətlərin tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il il tarixli, 2(004)-1046/2022 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsinə işə qəbul edilərkən (03 iyun 2014-cü il) ona əmək müqaviləsinə xitam verilənədək (24 noyabr 2021-ci il) ödənilmiş əmək haqqı məbləğinin, 14 sentyabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 25 yanvar 2008-ci il tarixli 1-4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5” və 14 sentyabr 2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun elm və elmi xidmət müəssisəsi (idarəsi, təşkilatı) rəhbərinin aylıq vəzifə maaşının faizi nisbətində əmək haqqı məbləği ilə hesablanmamasından və ödənilməməsindən ibarət AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun hərəkətlərinin qanunsuz sayılması və İddiaçı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində işlədiyi bütün dövr üzrə (03 iyun 2014-cü ildən 24 noyabr 2021-ci ilədək) “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5”nda (14 sentyabr 2017-ci il tarixədək qüvvədə olan və 14 sentyabr 2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan) müəyyən olunmuş qaydada, yəni “Elmi müəssisənin (təşkilatın) rəhbərinin müavini” üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və rəhbərin aylıq vəzifə maaşının faizi nisbətində ödənilməyən əmək haqqı borcunun və əmək haqqına mütənasib həmin dövr ərzində Vahid X2 uyğun olmayan şəkildə ödənilməyən hər il üçün nəzərdə tutulmuş məzuniyyət pullarının, mükafatların və illik müavinət məbləğlərinin yenidən hesablanaraq ödənilməsi vəzifəsinin AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il il tarixli, 2(004)- 1046/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli X4, Etnoqrafıya və Antropologiya İnstitutunda ümumi işlər üzrə direktor müavini kimi ödənilmiş əmək haqqı məbləğinin 14 sentyabr 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 25 yanvar 2008-ci il tarixli 1-4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5” və xx.xx.2017-ci il tarixdən hal-hazıradək qüvvədə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 30 avqust 2017-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X5” üzrə həmin vəzifə üçün müəyyən edilmiş 17-19 ödəniş dərəcə diapazonu ilə və həmin dərəcəyə uyğun əmək haqqı məbləğinin hesablanaq ödənilməməsi qanunsuz hesab edilmiş, İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə, 01 yanvar 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixinədək ödənilməmiş əmək haqqının qalıq hissəsi 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğdə pulun cavabdeh AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan tutularaq İddiaçı ödənilməsi, İddiaçı 2021-ci il üzrə aylıq əmək haqqı məbləği 724 manat müəyyən edilməklə həmin əmək haqqı məbləğinə uyğun ödənilməmiş məzuniyyət, illik müavinət və mükafat məbləğinin qalıq hissələrinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Milli X4, Etnoqrafıya və Antropologiya İnstitutunun üzərinə qoyulması qət edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Milli X4, Etnoqrafıya və Antropologiya İnstitutu tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2023-cü il il tarixli, 2(004)- 1046/2022 nömrəli qərardadı ilə şikayət, bunun üçün nəzərdə tutulmuş prosesual müddət buraxılmaqla verildiyindən geri qaytarılmışdır.
5. Cavabdeh qətnamədən yenidən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət təqdim edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il il tarixli, 2(004)-1046/2022 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Vəsatətin əsaslarına görə, cavabdeh qətnamədən razı qalmadığı üçün apellyasiya şikayəti verməyi qərara almış və cavabdeh olaraq elektron imzalarında problem yarandığından apellyasiya şikayətini kağız daşıyıcı formasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin dəftərxanasına müraciət edildikdə, dəftərxanadan bildirmişlər ki, bunu elektron və ya asan imza vasitəsilə vermək lazımdır. Cavabdeh elektron imza və asan imzada problem yaşandığını bildirmiş və ona görə də qətnamədən apellyasiya şikayəti vermə müddəti ötməsin deyə 10 fevral 2023-cü il tarixdə İnstitutun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini öz “asan imza”sı ilə göndərmişdir və vaxtında da Bakı şəhəri Yasamal Rayon Məhkəməsi apellyasiya şikayətini almışdır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il il tarixli, 2(004)- 1046/2022 nömrəli qərardadı ilə vəsatət təmin edilməmiş, şikayət geri qaytarılmışdır.
8. Qərardadın əsaslarına görə, məhkəməyə buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı əsaslı sübutlar təqdim edilməmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Milli X4, Etnoqrafıya və Antropologiya İnstitutu qərardaddan şikayət verərək, ləğv edilməklə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlilləri buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri ilə eynilik təşkil edir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 2(004)- 1046/2022 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qətnaməsi 05 yanvar 2023-cü il tarixdə nümayəndəsi Nümayəndə elektron kabinetinə yerləşdirilməklə cavabdehə çatdırılmış, cavabdehin apellyasiya şikayəti isə 10 fevral 2023-cü il tarixdə təqdim edilmişdir.
15. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi elektron imzalarında problem yarandığını göstərmişdir. Lakin, bu halı təsdiq edəcək hər hansı sübut cavabdeh tərəfindən işə baxan məhkəmələrə təqdim edilməmişdir. Bu o halda üzrlü səbəb kimi qəbul edilə bilərdi ki, cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət daxilində belə bir texniki nasazlığın yarandığını, bu nasazlığın davam etdiyi müddəti, bunun aradan qaldırılması üçün cəhdlər göstərdiyini sübut edə bilsin. Hazırkı halda isə, bu xüsusatların heç biri öz təsdiqini tapmır.
16. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Milli X1, Etnoqrafiya və Antropologiya İnstitutunun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il il tarixli, 2(004)- 1046/2022 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 mart 2023-cü il il tarixli, 2(004)- 1046/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev