Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3353/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair işə baxılmasının ərazi aidiyyətinin mübahisələndirilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadına əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, Sabirabad rayonunun Xəlifəli kəndində yerləşən, mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinin və əmlak kompleksinin ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə hazırlıq iclası keçirilmiş, xx.xx.2023-cü il tarixdə baş tutan iclasda isə işin ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi özünün 13 aprel 2023-cü il tarixli qərardadı ilə ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının cavabdehlərdən biri olaraq müəyyənləşdirdiyi Əmanətlərin Sığortalanması Fondunun hüquqi ünvanı məhz Nəsimi rayonu ərazisində yerləşməkdədir (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 40). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Cavabdeh1nə və Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın girovdan çıxarılması” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-3353/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3353/2023
26.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver