Məhkəmə qərarları › İş №2(103)-3377/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3377/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3377/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçının vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə, Cavabdeh2ə, Cavabdeh3, 3 saylı Bakı “ASAN Xidmət” X3, Bakı şəhəri Cavabdeh5nə, Daşınar və Daşınmaz Əmlakların X1rşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə, Cavabdeh2ə, Cavabdeh3, 3 saylı Bakı “ASAN Xidmət” X3, Bakı şəhəri Cavabdeh5nə, Daşınar və Daşınmaz Əmlakların X1rşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanından yerləşən mənzilin 3 saylı Bakı “AsAN Xidmət” X2 xx.xx.2014-cü il tarixdə bağlanılmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddianı təminetmə tədbirinin tədbiq edilməsinə dair ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı olan iddiaçı şikayətlə məhkəməyə müraicət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən qərardad çıxarılarkən, yəni ki, ərizəsi rədd edilərkən iddianı təmin tədbirinin tətbiq edilməsinin zəruriliyinə dair sübut göstərilməməsi qeyd olunmuşdur. Hesab edir ki, bu əsasla iddianı təmin tədbiri barədə ərizəsi rədd edilməməli idi. Çünki qanunvericiliyə və vahid məhkəmə təcrübəsinə əsasən iddianı təmin tədbiri müvəqqəti xarakter daşıyan, lakin təcili və təxirəsalınmadan tətbiq edilən bir prosedurdur ki, onun vaxtında tətbiq edilməməsi iddianın təmin edildiyi təqdirdə qətnamənin gələcəkdə icrasını mümkünsüz olması hallarından qarantiyaya alır. Yəni ki, hərracın keçirilməsinə əgər qadağa qoyulmasa, iddianın gələcəkdə təmin ediləcəyi və ipoteka müqaviləsinin etibarsız hesab ediləcəyi təqdirdə qətnamənin icrasını mümkünsüz edəcək və sözügedən mənzili hərracda alan şəxsə qarşı yenidən iddia qaldırılmasına səbəb olacaqdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X7 şikayətin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya şikayətə gəlməyən digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Həmin məcəllənin 158.1.3-cü maddəsinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Ona görə də, iddianı təmin tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların, mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Məhz bu məqamda iddianı təmin tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, iddianı təmin etmə tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, hazırki iddianın predmetinə uyğun olaraq tərəflərin ərizəsi qətnamənin icrasının təmin edilməsinə yönəlmişdir, bu isə iddianı təmin etmə tədbirlərinin məqsədi ilə həmin tədbirlərin tətbiqinin zəruriliyi meyarlarına uyğun hesab edilməlidir. Lakin, nəzərə alınmalıdır ki, iddianı təmin etmə tədbirinin tədbiq edilməsi üçün əsas iştirak edən şəxsin ərizəsidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadında iddiaçı tərəfindən iddianı təminetmə tədbirinin tədbiq edilməsinə dair ərizə təqdim edilməsi göstərilsə də, iş materialları araşdırılarkən həmin ərizə iş materiallarında müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunmalı, göstərilən hallar nəzərə alınmaqla iddiaçı Nuriyeva Phiruza tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçıtərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2104/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv olunsun. Göstərilən hallar nəzərə alınmaqla İddiaçı tərəfindən verilmiş şikayət yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinin göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar