Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3379/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı oğlunun Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “alimentin azaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X14, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı oğlu Cavabdeh qarşı “aliment azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının iddia tələbi üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilən aliment məbləğinin azaldılaraq, tərəflərin birgə nikahlarından olan X2 üçün İddiaçı oğlundan tutulan aliment məbləğinin hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu cavabdeh Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızı ilə 11 noyabr 2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Tərəflərin birgə nikahından 27 mart 2014-cü il tarixdə Ömər adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahlarından olan Ömər adlı uşağın anası, Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin həmin qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan X2 üçün İddiaçı oğlundan hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 (beş) misli miqdarında Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının xeyrinə aliment tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda cavabdehə bir uşağa görə hər ay 975 manat aliment ödəyir. Növbəti, 2023-cü il üzrə uşaqlar üzrə yaşayış minimumu artırılaraq, 220 manat məbləğdə müəyyən edilmişdir. Bu isə o deməkdir ki, növbəti ilin yanvar ayından iddiaçının ödəməli olduğu alimentin məbləği 1100 manat olacaq. Lakin iddiaçının həmin məbləği ödəmək imkanı yoxdur. İndiyədək aliment öhdəliklərini icra etmək üçün dəfələrlə kənar şəxslərdən borc almağa məcbur olub, lakin yenə də aliment məbləğini tam ödəyə bilməmişdir. Bu səbəbdən də iddiaçının xeyli miqdarda aliment borcu yığılıb qalmışdır. Bundan başqa, İddiaçı oğlu 16 sentyabr 2017-ci ildə X15 ilə rəsmi nikah bağlayaraq yeni ailə qurmuş, ehtiyacları daha da artmışdır. Həmçinin iddiaçının səhhətində də ciddi ptoblemlər var və mütəmadi olaraq müalicə alır. Səhhəti ilə əlaqədar iddiaçının çalışmaq imkanı da yoxdur. Buna görə də həftədə yalnız bir gün işə getməklə, “X18”ndə çalışır və həmin Mərkəzdən cəmi 150 manat məbləğdə əmək haqqı alır. Həyat yoldaşı isə işləmir və ailənin başqa qazanc yeri yoxdur. Buna görə də ailəni dolandırmaqda olduqca çətinlik çəkir. Ailənin maddi təminatını yaxın qohumlarının cüzi maddi köməyi hesabına, çox çətinliklə ödəyir. İddiaçı, valideyn olaraq övladına maddi yardım göstərməyə borclu olduğunu anlayır. Lakin maddi imkanı olmadığı üçün növbəti ilin yanvar ayından hər ay üçün 1100 manat məbləğdə müəyyən edilmiş aliment məbləğini ümumiyyətlə ödəmək imkanı olmayacaq. Buna görə də iddiaçıdan tutulan aliment məbləğinin azaldılmasına ehtiyac vardır. Bundan başqa, cavabdeh Əsgərova (Tatlımuhallebici) Nərgiz Eldar qızının iş yeri vardır. O, “Bakı medical plaza” tibb şəbəkəsinə aid olan “İnternational İVF” Mərkəzində süni mayalanma üzrə baş koordinator vəzifəsində çalışır və 1000 manatdan artıq məbləğdə əmək haqqı alır. Tərəflərin birgə nikahından olan uşağın maddi təminatının ödənilməsində valideyn olaraq o da iştirak etməyə borcludur və uşağın maddi ehtiyaclarının bir qismi də onun tərəfindən ödənilməlidir.
3. Yasamal Rayon Məhkəməsinin 2(004)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı oğlundan Cavabdeh xeyrinə tutulan alimentin miqdarının azaldılması, İddiaçı oğlundan xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 1 (bir) misli miqdarında, yəni 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi və alimentin qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulması qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəliləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, məhkəmə yanlış olaraq, iddiaçının ailə həyatı qurmasını aliment məbləğinin azaldılması üçün əsas götürmüşdür. Əslində isə birincisi, iddiaçı ilə cavabdeh 2016-cı ildə məhkəmə ilə boşanmışlar. Boşanma zamanı iddiaçının təklifi ilə tərəflər qarşılıqlı, aliment məbləğini ölkə üzrə yaşayış minimunun 5 misli kimi müəyyən etmişlər. Boşandıqdan dərhal sonra 2017-ci ilin may ayında iddiaçı digər şəxslə - X15 ilə nikaha daxil olur. Lakin həmin nikahdan onların ümumi övladı bu günə kimi yoxdur. İddiaçı uzun müddət, nikaha girdiyi tarixdən sonra belə, yəni 2016-dan etibarən 600 AZN civarında aliment ödəyir, tərəflər arasında bir problem yaşanmır. İddiaçı niyə bu məbləğdə aliment ödəyir? – çünki onun aliment məbləğini ödəmək imkanı olur, ailə vəziyyəti isə onun xərclərini artırmır. İkincisi, iddiaçının arvadı X15 hazırda X19 radioloq vəsifəsində işləyr və yüksək məbləğdə əmək haqqı alır. O, eyni zamanda, birinci nikahdan olan əri tərəfindən də aliment vəsaiti alır. Bununla bağlı məhkəməyə sübutlar təqdim edilsə də, məhkəmə yanlış olaraq, həmin sübutlara əhəmiyyət verməmiş, cavabdeh verdiyi Fidanın (iddiaçının hazırki arvadının) gəlirlərinin araşdırılması barədə vəsatətləri təmin etməmişdir. Üçüncüsü, iddiaçının 2-ci dəfə ailə qurması alimentin azaldılması üçün əsas ola bilməz. Belə ki, iddiaçı ikinci dəfə ailə qurarkən birinci nikahdan övladının olduğunu, onun qayğılarının həll edilməsi kimi vəzifəsinin olduğunu, aliment öhdəliyi daşıdığını bilirdi. İddiaçının kifayət qədər gəliri mövcuddur ki, o, yuxarıda qeyd olunanları dərk edərək, yenidən ailə qurmuşdur. Göründüyü kimi, işəbaxan birincin instansiya məhkəməsi yanlış olaraq, iddiaçının yenidən ailə həyatı qurmasını alimentin azaldıması üçün əsas kimi görmüşdür. Halbuki, iddiaçı ikinci dəfə 2017-ci ildə evlənmiş, həmin tarixdən bəri alimenti ödəmiş, ikinci nikahdan övladı olmamış, ikinci arvadı daim işləmiş və yüksək gəlirə sahib olmuşdur. Beləliklə, iddiaçının xərcləri artmamışdır.
5. Məhkəmə yanlış olaraq, iddiaçının “səhhətindəki problemləri” aliment məbləğinin azaldılması üçün əsas götürmüşdür. Halbuki iddiaçının təqdim etdiyi analiz sənədləri iddiaçının əmək qabiliyyətinin pozulmasına, itirilməsinə və yaxud işləyə bilməməsinə dəlalət etmir. Beləliklə, işə baxan 1-ci instansiya məhkəməsi yanlış olaraq, iddiaçının səhhətində olan uydurma problemləri alimentin azaldılması üçün əsas götürmüşdür.
6. Məhkəmə yanlış olaraq, iddiaçının gəlirlərini aliment məbləğinin azaldılması üçün əsas götürmüşdür. İddiaçı məhkəməyə iş yeri barədə “formal”, həqiqətə uğun olmayan iş yerindən arayış və əmək müqaviləsinin bağlanması barədə arayış təqdim etmişdir. Həmin arayışa əsasən, iddiaçı 2022-ci ilin 01 fevral tarixindən BioMedical Tibb Mərkəzinə guya həftədə 1 dəfə gəlməklə, aylıq 150 AZN maaş alır. birincisi, əmək müqaviləsi haqda bildirişə əsasən, həmin iş yeri “əlavə iş yeri” kimi göstərilib. Beləçıxır ki, əgər iddiaçının əlavə iş yeri varsa, deməli, onun əsas iş yeri də mövcuddur. İşə baxan məhkəmə isə, iddiaçının əsas iş yerini və real gəlirlərini araşdırmaq əvəzinə, həmin “formal” arayışa əsaslanmışdır. Halbuki, cavabdeh tərəf dəfələrlə bu məqamı məhkəmənin diqqətinə çatdırmış, iddiaçının real gəlirləri barədə məhkəmə sorğularının verilməsi üçün vəsatətlər vermiş və iddiaçının real gəlirlərini və iş yerini əks etdirən sübutları məhkəməyə təqdim etmişdir. İkincisi, həmin əmək müqaviləsinə və arayışa əsasən, iddiaçıya guya ki, 150 AZN maaş təyin edilib. Bu isə, qanunvericiliyə ziddir. Hazırda ölkədə minimum əmək haqqı 345 AZN təşkil edir. Bu məqam isə özü-özlüyündə iddiaçının iş yerinin formal olmasını və məhz alimentin azaldılması üçün bu əmək müqaviləsini formal olaraq bağlamasını göstərir. Üçüncüsü, iddiaçının bütün dövrlər ərzində harada işləməsi və necə gəlir əldə etməsi məsələsi məhkəmə tərəfindən araşdırılmamışdır. Necə olur ki, iddiaçı 2016-cı ildən 2022-ci ilə kimi heç yerdə işləməyə-işləməyə 600 AZN-ə yaxın alimenti, üstəlik yığılmış borcu bir dəfəyə ödəyə bilir?! Lakin, 2022-dən sonra 150 AZN–lik işə girdikdən sonra, əlavə gəlir əldə etdikdən sonra, həmin alimenti ödəyə bilmir?! İşin əsli isə odur ki, tərəflərin 2022-ci ildən etibarən münasibətləri kəskin şəkildə pisləşir. İddiaçı çox vaxt cavabdehi “mənimlə işin olmasın, yoxsa alimenti minimuma endirəcəm” kimi sözlərə hədələyir. Daha sonra, iddiaçı tanışı Nəsirov Yusif belə bir “formal” əmək müqaviləsi bağlayır və sonra da alimentin azaldılması ilə bağlı məhkəmə icraatına başlayır. İşə baxan məhkəmə öz qətnaməsini həmin əmək müqaviləsi barədə arayışla əsaslandırmış, lakin, həmin əmək müqaviləsinin məhz əlavə iş yeri üzrə bağlandığını nəzərə almamışdır. Məhkəmə, həmçinin, həmin əmək müqaviləsinin hansı tarixdən bağlandığını, formal xarakter daşımasını nəzərə almamış, iddiaçının əsas iş yeri üzrə gəlirlərini də araşdırmamışdır.
7. Göründüyü kimi, Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin azaldılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərt kimi məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə isə yanlış olaraq, iddiaçının təqdim etdiyi “formal” arayışa və əmək müqaviləsi haqda bildirişə əsaslanaraq, qanunsuz qətnamə qəbul etmişdir. Əslində isə, iddiaçı kifayət qədər cah-cəlallı həyat tərzi sürür: avtomobil idarə edir, öz biznesini qurmuş, şirkət açmış, il ərzində 3-4 dəfə xaricdə ailə ilə birlikdə istirahət edir. Bununla bağlı lazımi sübutlar da məhkəməyə təqdim edilmiş, lakin məhkəmə onları nəzərə almamışdır. Beləliklə, məhkəmə Ailə Məcəlləsinin 112.1-ci maddəsini düzgün tətbiq etməmişdir.
8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi üzrə tələbinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Lakin,məhkəmə 2016-cı ildən bəri, uşağın saxlanması üçün hər ay iddiaçının 600 AZN-ə yaxın alimentin ödənilməsini nəzərə almamışdır. 7 ildən çoxdur ki, uşaq 600 AZN aliment alır. Birdə-birə alimentin 3 dəfə azaldılması, 220 AZN-ə endirilməsi uşağın təminatında böyük problem yaradacaq. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, uşaq xəstədir, autizm sindromundan əziyyət çəkir. Digər uşaqlardan fərli olaraq, onun gündəlik, yemək, məktəb, geyim və s. tələbatları ilə yanaşı,xəstəliyi ilə əlaqədar (loqoped ilə görüşlər, psixoloq ilə seanslar, həkim qəbulları, xüsusi preparatlar, daimi müayinələr, analizlər və s.) üçün də xərclər çəkilir. Hesab edir ki, hazırkı iddia uşağınmənafeyini əhəmiyyətli dərəcədə pozmaqla, əvvəlki təminat səviyyəsinin azalmasına yönəldilmiş olar ki, bu hal da qəbuledilməzdir.
9. İşə baxan birinci instansiya məhkəməsi sübutlara və faktlara qərəzli və qeyriobyektiv baxmış, cavabdehin gətirdiyi dəlillərə və sübutlara diqqət yetirməmiş, onun vəsatətlərini təmin etməmişdir. Cavabdehin gətirdiyi dəlillərə əsasən, iddiaçı uzun zamandır öz şəxsi biznesi ilə məşğuldur, Elmas Medikal adlı bir şirkət qurmuş və onu idarə edir. O, xaricdən bahalı tibbi avadanlıqların Azərbaycana gətirilməsi və həmin avadanlıqların yerli tibbi müəssisələrə satmasından gəlir əldə edir. Buna hansı sübutlar dəlalət edir? - iddiaçının şəxsi Facebook səhifəsindən birbaşa əldə olunan şəkillər. Həmin şəkillərdən iddiaçının siması, oturduğu yer və ofis, təqdim etdyiavadanlıqlar, həmin avadanlıqların qiyməti, hətta iddiaçıya məxsus Elmas şirkətinin müxtəlif şöbələrinin olması aydın şəkildə görünür.
10. Cavabdeh tərəfin Dövlət Miqrasiya Xidmətindən əldə etdiyi cavaba əsasən, iddiaçının fəaliyyəti ilə bağlı məlumatların verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, cavabdeh tərəf vəsatət ilə məhkəməyə müraciət edərək, baxış iclasının təxirə salınmasını, və Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsini istəmişdir. Bundan əlavə, cavabdeh özü dəfələrlə məhkəmədən Dövlət Vergi Xidmətinə məhkəmə tərəfindən sorğuların göndərilməsini, alınan tibbi avadanlıqların gömrük bəyannamələrinin alınmasını məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə bu kimi vəsatətləri rədd etmiş və ya ümumiyyətlə reaksiya bildirməmişdir. Halbuki, vəsatətlər təmin olunsaydı, iddiaçının yüksək gəlir ilə kommersiya fəaliyyəti ilə məşğul olması rəsmi olaraq ortaya çıxardı.
11. Cavabdeh tərəf məhkəməyə iddiaçının ildə 4- 5 dəfə xaricə istirahətə getməsini açığa çıxarılması üçün Dövlət Sərhəd Xidmətinə məhkəmə sorğularının göndərilməsi barədə vəsatətlər vermiş, lakin məhkəmə vəsatətləri təmin etməmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
15. 06.12.2022-ci il tarixli İddiaçı “Uzmanlar” Tibb Mərkəzindən elektrokardioqrammasına əsasən müəyyən olunur ki, İddiaçı ürəyin arxa divarda çapıq mümkündür.
16. “Biomedicall” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildən halhazırki vaxta qədər “Biomedicall” Tibb Mərkəzində həftədə bir dəfə gəlməklə, aylıq 150 manat maaş alaraq çalışır.
17. 10 nömrəli Uşaq Poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X3 Asperger sindromu ilə 10 nömrəli Uşaq Poliklinikasında dispanser qeydiyyatdadır.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)- 9212/2016 saylı qətnaməsi ilə İddiaçı oğlu və X7 arasında 11 noyabr 2011-ci il tarixdə Bakı Nikah Evində bağlanılmış və 2350 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 27 mart 2014-cü il tarixdə doğulmuş X6 anaları X5 yanında qalmalarının müəyyən edilməsi, İddiaçı oğlu tərəfindən qarşılıqlı iddianın etiraf edilməsinin təsdiq olunması, 27 mart 2014cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan hər ay Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında X5 xeyrinə alimentin tutulması, alimentin tutulmasının 29 sentyabr 2016-cı il tarixdən X8 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, 27 mart 2014-cü il tarixdə doğulmuş X1 üçün İddiaçı oğlundan X5 xeyrinə 29 sentyabr 2016-cı il tarixdən 31 dekabr 2016-cı il tarixədək tutulan alimentin məbləği hər ay üçün 585 manat məbləğində müəyyən edilməsi, 01 yanvar 2017-ci il tarixdən başlayaraq X1 üçün İddiaçı oğlundan X5 xeyrinə tutulan alimentin hər il Azərbaycan manatı ilə ifadə olunan dəqiq miqdarının həmin il qüvvədə olan “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanunu ilə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunnun beş misli miqdarında alimentin X4 X5 xeyrinə tutulması qət olunmuşdur.
19. AZ-İİ 202814 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, Tatlımuhallebici X9 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmışdır. Nikahın bağlanılması akt qeydləri kitabında 1258 nömrə ilə qeyd edilmişdir.
20. 24.02.2023-cü il tarixli elektron sistemdən çıxarışa əsasən müəyyən olunur ki, Cavabdeh “X13-Bakı” Qapalı Səhmdar Cəmiyyətində qeydiyyatçı vəzifəsində işləyir, əmək haqqı 700 manatdır.
21. Əmək müqaviləsi bildirişinə əsasən əsasən müəyyən olunur ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən işə başlamaqla texniki servis mütəxəssisi vəzifəsində işləyir, əmək haqqı 150 manatdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
25. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
26. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
27. 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
28. 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
29. 76.1.3. 3 və daha çox uşağa görə-qeqazancın (başqa gəlirlərin) yarısı.
30. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
31. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
32. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
38. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
39. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
40. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
43. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
46. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər;
47. 385.1.Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
48. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.
51. Cavabdeh apellyasiya şikayətində iddiaçının biznes fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də, MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən, həmin dəlili ilə bağlı sübutları təqdim etməmişdir, bu səbəbdən, onun həmin dəlili əsassızdır.
52. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün zəruri olan maddi təminatının təmin edilməsinin həm də cavabdehin vəzifəsi olması, cavabdehin isə işləməsini, tərəflərin maddi vəziyyətini, diqqətəlayiq olan digər maraqlarını, habelə aliment təyin olunduqdan sonra keçən müddət ərzində iddiaçının maddi vəziyyətində əhəmiyyətli dərəcədə dəyişikliyin olmasını və sair nəzərə almışdır.
53. Məhkəmə həmçinin qeyd etmişdir ki, “Biomedicall” Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci ildən hal-hazırkı vaxta qədər “Biomedicall” Tibb Mərkəzində həftədə bir dəfə gəlməklə, aylıq 150 manat maaş alaraq çalışır. Həmçinin müəyyən olunur ki, iddiaçı yeni ailə qurmuş, Tatlımuhallebici X9 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanılmışdır. Əvvəlki məhkəmə qətnaməsi ilə alimentin məbləği uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 5 misli miqdarında müəyyən edilmişdir. Hazırda uşaqlar üçün yaşayış minimumu artaraq 220 manat olmuşdur. Bu hesabla iddiaçı 1100 manat aliment ödəməlidir. İddiaçının alimentin ödənilməsi ilə borcları yaranmış və hazırda 1100 manatı ödəmək imkanı yoxdur.
54. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
55. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
56. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 27 iyul 2016-cı il tarixli Qərarında da göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi, ailə vəziyyəti və diqqətəlayiq digər hallarını nəzərə almalıdır.
57. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, hazırkı işin müəyyən olunmuş faktiki hallarını, xüsusən də uşağın əvvəlki təminatının mümkün qədər saxlanmasınının zəruriliyini, müvafiq olaraq da maddi hüquq normalarının tələblərini nəzərə almamış, nəticədə isə uşağın üstün mənafeyi gözlənilməmişdir.
58. Belə ki, uşaq üçün hazıra kimi mübahisəsiz olaraq ödənilən aylıq alimentin məbləğinin 600 AZN olması nəzərə alınsa, hazırda isə hər ay üçün 220 manat müəyyən edilməsi, sözsüz ki, heç bir halda uşağın əvvəlki təminatının saxlanmasının zəruriliyi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
59. Bundan başqa, mülki iş materiallarında olan 10 nömrəli Uşaq Poliklinikası tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 39 nömrəli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X3 Asperger sindromu ilə 10 nömrəli Uşaq Poliklinikasında dispanser qeydiyyatdadır.
60. Beləliklə, Məhkəmə kollegiyası hazırkı işin halları və xüsusən də uşağın üstün mənafeyini nəzərə alınmaqla onun əvvəlki təminatının saxlanması baxımından qeyd edir ki, qətnamə dəyişdirilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 nömrəli, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği 400 manat müəyyən edilməlidir. Nəticə:
61. Yuxarıda işin müəyyən olunmuş hallarına və uşağın əvvəlki təminatının saxlanması baxımından Məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 saylı, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği 400 manat müəyyən edilməlidir.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
63. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı oğlundan alınaraq Cavabdeh ödənilməlidir.
65. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
66. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır (400-220=180x12=2160), qətnamədən yalnız cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-957/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilsin və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin 2(004)-9212/2016 nömrəli, 05 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği 400 manat müəyyən edilsin və hazırkı qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment İddiaçı oğlundan alınaraq Cavabdeh ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı oğlundan alınaraq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. . Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov