Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3398/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər “xxxx” ASC-yə və Sumqayıt şəhəri İcra İdarəsinə qarşı (Respublika Xammal və Əmtəə Birjasının “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və “hərrac nəticələrindən əldə edilmiş pul tələbi və onun bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1910/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat “xxxx” ASC-yə 36.000 manat və digər cavabdeh təşkilat Sumqayıt İcra İdarəsi isə 39.000 manat, cəmi 75.000 manat onun hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC xx xxx 2008-ci ildə "xxxx" MMC-nin direktoru A.T.İbrahimov ilə 039F saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən AR İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 5 il müddətinə, illik 7 faiz hesablanmaq şərti 150.000 manat kredit verilmişdir. 039F saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin təminatı kimi onun tam mülkiyyət hüququ üzrə adına olan Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində olan 0,12071 ha torpaq sahəsində yerləşən 10065,3 kv.m ümumi, 530 kv.m əsas, 534,4 kv.m köməkçi sahəsindən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. Kreditin qaytarılmasında problem yarandığına görə cavabdeh "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə sonuncunun iddiası qismən təmin edilərək, A.T.İbrahimovdan 150.000 manat məbləğində kredit borcu, 7554,13 manat faiz borcu və 7500 manat hesablanmış cərimə, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməsi, sonuncu ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin mülki iş üzrə qətnamənin icra olunması üçün Bakı şəhəri, Sumqayıt şəhəri İcra İdarəsinin sifarişi ilə iddiaçıya məxsus oian qeyri-yaşayış sahəsi 320.000 manat qiymətləndirilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar həmin yüklü edilmiş əmlak kredit saxlayan "xxxx" ASC tərəfindən qiymətləndirilmiş kredit əmlakının ilkin satış qiymətinə 15 faiz aşağı qiymətə hərraca çıxarılmış, alıcı olmadığına görə kredit əmlak, ikinci dəfə ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə hərraca çıxarılmışdır. Alıcı olmadığına görə kredit baş tutmamışdır. Sonda ipoteka saxlayan "xxxx" ASC ilkin satış qiymətindən, yəni əmlak komleksinin ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə, yəni 204.000 manata alına bilməsi barədə "xxxx" ASC-yə məlumat göndərilmişdir. Kreditin ödənilməsinin təminatı üçün 204.000 manatdan məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun 165.000 manat krediti saxlayan "xxxx" ASC-də saxlanılaraq, qalan pul 39.000 manat Sumqayıt İcra İdarəsinin depozitinə köçürülmüşdür. Hərrac əmlakının əldə edilmiş pulun ödənişinin bölüşdürülməsində aşağıda göstərilənlərə əsasən düzgün hesablanmamışdır. Belə ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiymətinin dəyəri 320.000 manat qiymətləndirilmişdir. Hərrac təşkilatı tərəfindən ipotekaya qoyulan əmlakın satılmasında aşağıda göstərilən nöqsanlara yol verilmişdir. Belə ki, hərrac təşkilatı ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti 320.000 manatla hərrac təşkilatı onu 3-cü dəfə hərraca çıxarılmasına aydınlıq gətirməmişdir. Hərrac təşkilatının xx.xx.2015-ci il tarixli, 26/1 saylı hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi rəsmiləşdirilmişdir. Göstərilən məbləğdən manat "xxxx" ASC-yə borc hesabına 165.000 manat çıxıldıqdan sonra qalan 36.000 manatdan 17.000 manat ona, qalan məbləği isə digər xidmətlərə ödənilmişdir. xx.xx.2015-ci il tarixli, 26/1 saylı, hərrac protokolunda ipoteka predmetinin ilkin satış qiymətinin 320.000 manat, "İpoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti isə 204.000 manat olduğu göstərilmişdir. Halbuki, 320.000 manatın 25 faiz aşağı olan qiyməti 204.000 manat deyil, 240.000 manatdır. İpotekaya qoyulan əmlakın dəyəri 320.000 manat qiymətləndirilmişdir. Onun 15 faizi borcun 48.000 manatdır. 320.000 manat məbləğinin isə 25 faizi yəni 80.000 manat hesabı ilə manatdır. Hərrac təşkilatı isə 240.003 manat əvəzinə 204.000 manatdan 165.000 manat kredit borcuna çıxmaqla qalan 39.000 manatı Sumqayıt şəhəri İcra İdarəsinin depozitinə köçürmüşdür. Sonuncu isə 39.000 manatdan 17.000 manat mənə qalan 22.000 manatı hərrac xidmətlərinə ödənilmişdir. Məhkəmənin həmin mülki iş üzrə qətnaməsinin icrası uzun müddət onun günahı olmadan məhkəmədə baxılması səbəbindən gecikdirilmiş və nəhayət xx.xx.2015-ci il tarixdə məhkəmənin qətnaməsi könüllü icra olunaraq, mübahisəli əmlak boşaldılaraq, "xxxx" ASC-yə təhvil verilmişdir. Beləliklə də məhkəmə qətnaməsi könüllü icra olunmuş və bu barədə akt tərtib edilmişdir. Buna görə də tutulmalı icra üçün 7 faiz pulun tutulması həmin qanununun tələblərinə ziddir. "İcra haqqında" Qanununun 78.2-ci maddəsinə əsasən icra ödənişi sənədi ilk dəfə icraya yönəldilərkən alınır. Həmin icra sənədinin yenidən icraya yönəldilməsi zamanı icra ödənişi alınmır. Cavabdeh tərəf birinci ilkin satış qiymətindən qalan məbləğdən ikinci hərracdan tələbindən 25 faiz çıxıldıqdan sonra qalan məbləğdən təkrar 25 faiz çıxılmasını və ümumi məbləğdən qalan pulun 272.000 manat pulu hərraca çıxarmışdır. Ümumi ödənişi manat - 15 faiz çıxıldıqdan sonra qalan 272.000 manat, bundan 25 faiz yəni manat çıxıldıqdan sonra qalan 204.000 manatdan 165.000 manatı hərrac təşkilatı özünə, qalan 39.000 manatı isə icra İdarəsinin depozitinə köçürülməsi tam qanunsuzdur. Göstərilənlərə əsasən cavabdeh təşkilatın ikinci hərracın keçirilməsindən 68.000 manat çox pul tutularaq, 240.000 manat ilkin qiymət hesab edilərək 36.000 manat çox pul tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1910/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını araşdırmadığını irəli sürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə sonuncunun iddiası qismən təmin edilərək, A.T.İbrahimovdan 150.000 manat məbləğində kredit borcu, 7554,13 manat faiz borcu və 7500 manat hesablanmış cərimə, o cümlədən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 manat məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməsi, sonuncu ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2012-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1857/2012 nömrəli xx xxxx 2012-ci il tarixli Qərarın surətinə əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxx 2012-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx” MMC tərəfindən Sumqayıt rayon İcra Şöbəsinə və qeyrilərinə ünvanlanmış xx.xx.2015-ci il tarixli, 01/1830 nömrəli məktubun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 (iki yüz dörd min) manat olmaqla, əmlakı əldə etməsi üçün 01/4189 saylı, xx.xx.2014-cü il tarixində rəsmi müraciət sizə göndərilmişdir. Lakin cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsində yuxarıda qeyd olunan icra sənədi ilə bağlı iddia daxil olduğundan əmlakın əldə olunması ünvanlanan məktubun icraatı müvəqqəti dayandırılmışdır. Hazırda məhkəmə prosesi yekunlaşdığından qısa müddət ərzində əmlakın əldə edilməsi üçün hərrac təşkilatına müraciət edilməsi bildirilmişdir. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx” MMC-nin açıq hərracın yekunları barədə 26/01 nömrəli, xx.xx.2015-ci il tarixli protokolunun surətinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin, Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2(82)-3125/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə, Sumqayıt şəhər İcra şöbəsinin 63-28 saylı, xx.xx.2013-cüi il tarixli sifariş məktubuna əsasən ilkin hərrac qiyməti 320.000 manat olan İddiaçı məxsus ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 manata ipoteka saxlayan "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X8 əldə etmişdir. “xxxx” MMC-nin xx.xx.2012-ci il tarixli, 526/2 nömrəli Sumqayıt İcra Şöbəsinə ünvanlanan “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ına əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 320.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri İcra İdarəsinin xx.xx.2015ci il tarixli, 3468 nömrəli İddiaçı, X2 və “xxxx” ASC-yə ünvanlanan xəbərdalığın surətindən görünür ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-192 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən X1 165074,13 manat pul tələbkar “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. X3 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ, Sahil qəsəbəsi, E.Quliyev prospektində istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 saylı, 1 mərtəbəli evin 2 saylı mənzilinə və X7 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə, 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Siz və ailə üzvləriniz tərəfindən ipoteka qoyulan Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) xx.xx.2015-ci il tarixdə açıq hərracdan satılaraq tələbkar “xxxx” ASC tərəfindən alınmışdır. Əmlak kompleksinin hərrac satışından əldə olunan vəsaitdən Sizə çatası 17170,70 manat pul Sumqayıt şəhəri üzrə icra idarəsinin “Kapital Bank” 1 saylı Sumqayıt filialındakı depozitinə köçürülmüşdür. Həmin məbləğin alınması üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə müraciət etməyiniz xahiş olunur. Sözügedən Sumqayıt, 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (malqara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 1 ay ərzində tərəfinizdən könüllü boşaldılması, əks təqdirdə boşaldılmanın məcburi qaydada həyata keçiriləcəyi barədə xx.xx.2015-ci il tarixdə Sizə xəbərdarlıq təqdim olunmuşdur. Qeyd olunan tarixdən kifayət qədər müddət keçsə də yuxarıda qeyd olunan ipoteka predmeti Siz tərəfdən könüllü boşaldılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq onlara yenidən xx.xx.2015-ci il tarixdə, saat 11:00-dək müddət verilərək ipoteka predmeti olan Sumqayıt şəh., 46-cı məh., 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 kv.m əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin (mal-qara kəsilməsi və ət; məhsullarının istehsal sahəsi) könüllü boşaldılması təklif olunmuş, əks təqdirdə sözügedən əmlak kompleksinin boşaldılması xx.xx.2015-ci il tarixində tərəflərindən məcburi şəkildə həyata keçiriləcəyi bildirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-264/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı cavabdehin Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətinin qanunsuz hesab olunması və cavabdehdən 2000 manat maddi ziyanın tutulması barədə iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1325/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, ilə iddiaçı X6 "xxxx” MMC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaya baxılmış, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(005)-574/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş, bundan apellyasiya şikayəti verilərək müstəqil tələblər irəli sürməyən 3-cü şəxslər «xxxx» ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmmiş, qətnamənin ləğv olunması və iddianın təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4114/2018 nömrəli xx xxxx 2018-ci il tarixli Qərarın surətinə əsasən İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 649/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi (Hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia rədd olunmuşdur) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Yuxarıda qeyd olunduğu kimi, ilkin hərrac qiyməti 320.000 manat olan İddiaçı məxsus ipoteka predmetini təşkil edən Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) 204.000 manata ipoteka saxlayan "xxxx" ASC əldə etmişdir. Belə ki, əmlak 15 faiz aşağı qiymət təkrar hərraca çıxarılmış, alıcı olmadığına görə əmlak sonradan 25 faiz aşağı qiymətlə ipoteka saxlayana satılmışdır. İddiaçı iddia tələbində əmlakın ilkin satış qiymətinin 204 000 manat deyil 240 000 manat olduğunu irəli sürsədə kollegiya bu arqumenti əsassız hesab edir. Belə ki, ilkin satış qiyməti 320 000 manat müəyyənləşdirilən əmlak ikinci dəfə 15 faiz aşağı qiymətə yəni, 272 000 manat hərraca çıxarılmış bundan sonra 25 faiz aşağı qiymətə yəni 204 000 (272 000 15%= 204 000) manata ipoteka saxlayana satılmışdır. Göründüyü kimi əmlakın satılmasında heç bir pozuntuya yol verilməmişdir. Kollegiya icra ödənişinin alınmalı olmaması barədə iddiaçının irəli sürdüyü arqumentləri də əsassız hesab edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Qanunun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri də, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 70.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Kollegiya hesab edir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən “İcra haqqında” Qanununun tələbinə əsasən icra məmuru tərəfindən borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişini almaqda haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi borclu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə könüllü icra edilməmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı, məhkəmənin əks nəticəyə gəlməsinə imkan verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1910/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3398/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3398/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver