Məhkəmə qərarları › İş №2(103)-3404/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3404/2021

11.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3404/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1, 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “etibarnamənin və onun hüquqi nəticələrinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən zor tətbiq etməklə Sabirabad rayon Asan Xidmət Mərkəzinin notariat ofisində xx xxxxxx 2020ci il tarixdə ondan alınmış və reyestrdə 7E-1186 reyestr nömrəsi ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş AR-İ 984378 nömrəli etibarnamənin, həmçinin etibarnamə üzrə səlahiyyətlərin xx xxxxxx 2020-ci il tarixdə X2 verilməsi barədə 7E-2773 reyestr nömrəsi ilə qeyd edilmiş və xx xxxxxx 2020-ci il tarixdə etibarnamə üzrə səlahiyyətlərin X1 verilməsi barədə 2794 reyestr nömrəsi ilə təsdiq edilmiş etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0490 ha torpaq sahəsinin cavabdehin adına keçirilməsi barədə olan və 5 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində reyestrdə 4Ə-312 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş xx xxxxxx 2020-ci il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına xx xxxxxx 2020ci il tarixdə **********74-10301 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0490 ha torpaq sahəsinə dair İddiaçı adından hərəkət edən X3 ilə Cavabdeh1 arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində bağlanmış və reyestrdə 4Ə-312 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, xx xxxxxx 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0490 ha torpaq sahəsinin Cavabdeh1 xüsusi mülkiyyətinə keçməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə **********74-10301 nömrəli reyestrdə aparılmış ********** nömrəli qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə baxılması üçün məhkəmə prosesi xx.xx.2021-ci il tarixinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəməyə ərizə ünvanlayan Cavabdeh1 apellyasiya şikayətindən imtina etdiyini bildirməklə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3326/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən onun imtinası qəbul edilsin və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar