Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3407/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-109/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2017-ci il tarixli, 3M-675 reyestr nömrəli İcarə müqaviləsinin ləğv edilməsi, İcarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərəriun, toplamda 480000 manat məbləğində pulun cavabdeh X1 tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı eləcə də iddianın təmini tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə mübahisənin gələcəkdə ədalətli həlli və çıxarılacaq qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyünü, o cümlədən mövcud olan əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması üçün mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmağı və istifadə etməyi cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2473/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına maneəsiz daxil olmaq və istifadə etmək cavabdeh X3 və 3-cü şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardaddan cavabdeh X2 verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 2(009)- 2473/2021 saylı, 23.09.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-10346/2021 saylı, 15.10.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 2473/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardaddan maraqlı şəxs X6 verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 2(009)- 2473/2021 saylı, 04.11.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11546/2021 saylı, 24.11.2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 2473/2021 saylı, 17.09.2021-ci il tarixli qərardadının ləğv edilməsi, maraqlı şəxs X6 verdiyi şikayətə yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-102/2022 saylı, 05.01.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi, məhkəmənin 17.09.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən istifadəyə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. Qərardaddan iddiaçının verdiyi şikayət Səbail Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1916/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)- 102/2022 saylı, 05.01.2022-ci il tarixli qərardadının ləğv edilməsi və işin iddianın təmini tədbiri barədə ərizəyə yenidən baxılması üçün Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. ünvan 1dı ilə iddiaçının iddianın təmini tədbiri haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı 30.03.2022-ci il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, ünvan 1dının ləğv edilməsini, iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət Məhkəmənin eynisaylı, 30.03.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 şikayəti ilə razılaşmayaraq təmin edilməməsinin xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin fikirlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır. Mülki-prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən ayrıca icraatda baxılmalıdır. Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, 22.11.2013-cü il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin ümumi sahəsi 155.0 kv.m. sahəsi olan 7 otaqlı 19, 20, 21, 22 saylı mənzilləri xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. X4 ilə İddiaçı arasında bağlanmış 27.12.2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin ümumi sahəsi 155.0 kv.m. sahəsi olan 19, 20, 21, 22 saylı mənzilləri 01.01.2017-ci il tarixindən 01.01.2022-ci il tarixinədək 5 il müddətinə icarəyə verir. X4 (etibarnamə üzrə nümayəndəsi X5) ilə X8 arasında bağlanmış 23.06.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin ümumi sahəsi 155.0 kv.m. sahəsi olan 19, 20, 21, 22 saylı mənzilləri 23.06.2021-ci il tarixindən 23.06.2024-cü il tarixinədək icarəyə verir. İddianın təmin etmə tədbirinin tətbiq olunmasının məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının məqsədi göstərilsə də, lakin bu tədbirlərin tətbiqinin zəruriliyinin meyarları müəyyən edilmir. Ona görə də hazırki iddianın təmin etmə tədbirinin tətbiq edərkən işin konkret hallarını nəzərə alaraq həmin məsələyə iddianın əsaslığı prezumpsiyası baxımından yanaşılmalıdır. İddianın təmin etmə tədbirlərini tətbiq edərkən məhkəmə belə bir mövqedən çıxış etməlidir ki, bu tədbirlərin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədi o halda realizə olunur ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, ilkin olaraq cavabdehlə aralarında bağlanmış İcarə müqaviləsinin ləğv edilməsi, icarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, mebellərin quraşdırılmasına və digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 05.01.2022-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinə əlavə təqdim edərək, icarə müqaviləsinə əsasən müəyyən edilmiş 150000 manat məbləğində kompensasiyanın, təmir-tikinti işlərinin aparılmasına, 48 adda mebellərin quraşdırılmasına, eyni zamanda digər təmir və yaxşılaşdırma işlərinin həyata keçirilməsinə çəkilən 250000 manat məbləğində xərclərin, əldən çıxmış faydaya görə 60000 manat məbləğində pulun, 20000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 480000 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” AR Konstitusiya məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən 1. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Rayon məhkəməsi hesab etmişdir ki, iddianın təmini tədbiri kimi tətbiq edilməsi xahiş olunan tədbir, yəni Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 48 saylı evin 4-cü mərtəbəsində yerləşən, 19, 20, 21, 22 saylı mənzillərdən ibarət icarə əmlakına iddiaçının maneəsiz daxil olmağı, həmin daşınmaz əmlaka daxil olmağın və oradan istifadə etməyin əmlakın mülkiyyətçisi olan cavabdeh X3 və 3-cü şəxslərə (o cümlədən icarə müqaviləsi olan maraqlı şəxsə) qadağan edilməsi irəli sürülmüş tələblərə mütənasib olmamaqla öz mülkiyyətində olan əmlaka mülkiyyətçinin və maraqlı şəxsun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər, ona görə də, iddianın təmini tədbiri barədə ərizə təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq hesab edir ki, ünvan 1dı əsaslıdır və dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə dair kifayət qədər əsas olmadığından, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-109/2022 saylı, 28 mart 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3407/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3407/2022
25.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver