Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3413/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-458/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı X7 Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “atalığın mübahisəsi və doğum haqqında şəhadətnamədə ata adının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2006-cı il təvəllüdlü X4 atası İddiaçı olmamasının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə uşağın atası kimi yazılmış iddiaçının adının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuş və bu münasibətlərindən övladları olmamışdır. Cavabdeh ona bildirmişdir ki, bacısı uşaq evində işləyir və istəyir ki, qeyri-rəsmi bir uşaq götürüb saxlasın. Həmin vaxt o, cavabdehlə rəsmi nikahda olmamış və uşağı saxlamağa etiraz etməsə də uşaq evindən götürülmüş xx.xx.1999-cu il təvəllüdlü Rəhimov Murada dair atalığı qəbul etməmiş və bununla bağlı razılıq verməmişdir. Sonradan 19 aprel 2003-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olub yaşasa da övladları olmamış və o, 2004-cü ilin sonlarından Rusiya Federasiyasına gedərək orada işləyib qalmışdır. Bir neçə il sonra Bakıya qayıtdıqda cavabdehin başqa şəxsdən xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsul adında ikinci uşağının olduğunu görmüş və bununla bağlı aralarında mübahisə yaranmışdır. Cavabdehin xəyanətindən sonra Rusiya Federasiyasına qayıtmış və cavabdehlə əlaqə saxlamamışdır. Cavabdeh bundan istifadə edərək 1999-cu il təvəllüdlü Rəhimov Murad və xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsul adlı uşaqlara doğum haqqında şəhadətnamə almış və rəsmi nikahda olduqları üçün uşaqların ataları kimi onun adını vermiş və doğum haqqında şəhadətnamədə uşağın atası kimi onun adı yazılmışdır. xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsulun anadan olmasından 9 ay əvvəl o Azərbaycanda olmamışdır və həmin müddətə cavabdehdə Azərbaycandan kənarda olduğundan uşağın atasının o olması istisnadır. Bununla bağlı AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyi tərəfindən DNT testi keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsulun bioloji atasının iddiaçının olması inkar olunmuş, bu əvvəlki məhkəmə qətnamələrində öz əksini tapmışdır.
3. Nizami Rayon Məhkəməsinin 2(007)-458/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaması müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X4 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydi ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
4. İddiaçı qətnamə ilə razılaşmış, onu mübahisələndirməmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, işdən də göründüyü kimi 2006-cı il təvəllüdlü Rəsul Rəhimzadə anadan olarkən tərəflər nikah münasibətlərində olmuşlar. Qanunvericiliyin tələbinə uyğun olaraq da Nəriman Rəhimov onun atası kimi qeyd olunmuşdur. Əgər fərz edilsə ki, X16 Rəhimzadənin bioloji atası deyildir, bu qədər uzun müddət ərzində onun bütün bu olanlardan xəbərinin olmaması qeyri-mümkündür. Çünki iddiaçı özü də iddia ərizəsində qeyd edir ki, qohumlarının onun ailəsinə gediş-gəlişi olmuşdur. 2006-cı il tarixdən 2018-ci il tarixədək onun heç bir qohumunun, tanışının evdə ikinci bir uşağı olması ilə bağlı heç bir fikir bildirməməsi, bütün bu olanlardan Nərimanın xəbərinin olmaması absurddur. Bu göstərilənlər onu təsdiq edir ki, Nəriman Rəsulun atası olmadığını fərz etsə belə, buna etirazını bildirməmiş və eyni ilə digər uşağı Muradın məsələsində olduğu kimi, uşağın atası olduğunu qəbul etmişdir. İddiaçı sadəcə olaraq cavabdehin ona qarşı irəli sürmüş olduğu aliment tələbindən və həmin tələb əsasında yaranmış küllü borcdan əsəbiləşərək cavabdehdən qisas almağa çalışmaqdadır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Rayon məhkəməsi isə qanunun istinad olunan normaların tələblərinə əməl etməmişdir. İş materiallarından da görünür ki, hazırkı mülki mübahisə üzrə uşağın mənşəyinin müəyyən olunması üçün iki ekspertiza təyin edilmişdir. İşdə 324/2019 -MTBŞ nömrəli tibbi-bioloji ekspertiza rəyi və 647/2019-MTBŞ nömrəli məhkəmə genetik ekspertiza rəyi mövcuddur. Bir ekspertiza rəyində uşağın atasının Rəhimov Nəriman olmasının inkar olunmadığı, digərində isə inkar olunduğu qeyd olunmuşdur. Bakı şəhəri Nizami rayon Məhkəməsi isə sadəcə olaraq məhkəmə-genetik ekspertizası rəyinə istinad etmiş, tibbi bioloji rəyi niyə qəbul etmədiyini, hansı səbəbə tənqidi yanaşdığını qətnaməsində bir cümlə ilə belə əsaslandırmamışdır. İddiaçı qeyd edir ki, guya o, “xx.xx.2006-cı il təvəllüdlü Rəhimzadə Rəsulun anadan olmasından 9 ay əvvəl Azərbaycanda olmamışdır və həmin müddətdə cavabdeh də Azərbaycandan kənarda olduğundan uşağın atasının o olması istisnadır”. Lakin iş materiallarına baxdıqda görünür ki, iddiaçının həmin müddət ərzində ölkə xaricində olması ilə bağlı hər hansı bir sübut mövcud deyildir, bunula da iddiaçı ölkə xaricində olması ilə bağlı dediklərini sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçı heç bir sübut olmadan uşağın ona aid olmadığını bildirir. Ekspert rəyindən görünür ki, uşağın atasıdır. Uşağın birinin 17, digərinin 24 yaşı var, 24 ildir belə bir iddia etməmişdi. Miqrasiya idarəsindən əldə olunmuş sənəddən də görünür ki, şəxsin ölkə ərazisində olmaması ilə bağlı dedikləri yalandır. İddiaçı onlara pul göndərib, ev də alıb. Uşaq olandan 6 ay sonra gəlib, onların yaşaması üçün tam şərait yaradıb, hətta uşaqlara baxılmasında ona kömək etməsi üçün bacısı qızını da onun yanına gətirmiş, uşaqlarla fotoşəkilləri də mövcuddur. İddiaçının bu tələbi irəli sürməsi ondan irəli gəlir ki, o, yığılıb qalmış 25000 manatlıq aliment borcunu ödəməsin və onlar üçün aldığı evi də satıb pulunu götürsün. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, bu məsələyə dair üç ekspert rəyi mövcuddur. Həmin rəylər ilk baxışdan ziddiyyətli görünsə də, əslində xx.xx.2019-cu il tarixli genetik rəydə uşaqla iddiaçının testə uğradılan bütün STR lokuslar arasında tam şəkildə uyğunluğun aşkarlanmadığı qeyd edilmişdir. Demək ki, tam şəkildə uyğunluğun aşkarlanmaması, hələ tam uyğunsuzluğun olması hesab oluna bilməz. xx.xx.2019-cu il tarixli 324/2019-MTBŞ nömrəli rəyinə əsasən, X8 adlı uşaq barəsində X3 atalıq faktı inkar olunmadığı müıyyən olunmuşdur. Hazırkı icraat zamanı əldə olunmuş xx.xx.2023cü il tarixli ekspert rəyi ilə də iddiaçının həmin uşağın atası olması inkar olunmamışdır. Belə olan vəziyyətdə, bura həm də hazırkı işin tədqiq olunmuş digər hallarını əlavə etdikdə, onda, iddiaçının tələbinin əsassız olması müəyyən olunur. Belə ki, iddiaçının ərizəsindəki yeganə dəlili ondan ibarətdir ki, o, uşaq doğulmamışdan 9 ay qabaq ölkədən çıxmışdır. İddiaçı bunu sübut edə bilməmişdir, əksinə, cavabdeh uzun müddət göstərdiyi səylərdən sonra miqrasiyadan rəsmi məlumat əldə edib. Həmin sənədə əsasən müəyyən olunur ki, iddiaçı ölkə ərazisini 2007-ci il tarixində tərk etmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi həmin dəlil, hətta əsaslı olmuş olsaydı belə, onun hazırkı iddiası təmin oluna bilməzdi, çünki onun istinad etdiyi həmin hal ona elə həmin vaxt məlum olmuşdur, demək ki, o, 10 ildən artıq bir müddətdə bunu mübahisələndirməmiş, ona öz uşağı kimi baxmış (işdə olan fotofotoşəkillər də bunu təsdiq edir), yalnız cavabdeh ona qarşı aliment tələbi irəli sürdükdən sonra bu “fakt” onun yadına düşmüşdür. Hazırkı mülki işin materiallarına əlavə olunmuş və qüvvədə olan məhkəmə qətnamə və hökümləri də bunu təsdiq edir. Bununla da məlum olur ki, iddiaçı cavabdehlə aralarında aliment borcuna görə yaranmış ixtilafla bağlı aşkar qərəzli olaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi isə araşdırılan işin digər xüsusatları ilə yanaşı, həm də nəzərə almamışdır ki, bu məsələ hər şeydən əvvəl üstün mühafizə olunmalı uşaq hüquqları ilə bağlı olan bir məsələdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, hazırkı ekspert rəyi konkret deyil, genetik ekspertiza rəyində isə onun uşağın atası olmadığı müəyyən edilir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bidirdi ki, hazırkı ekspertiza keçirilməsinin dəyəri 120 manatdır. Rayon məhkəməsində keçirilən genetik analizin 2500 manat dəyəri var idi. Qeyd etmək istəyir ki, genetik ekspertizanın nəticəsindən görünür ki, iddiaçı uşağın atası deyil, yəni konkret olaraq inkar olunmuşdur. Hazırki rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı ekspertizaya təqdim olunmuş uşaq X8 barəsində atalıq inkar olunmadı, yəni Rəsul adlı uşağın atası ola bilər. Rəydə qeyrimüəyyənlik var, bu nəticə dəqiq deyil. Rəy birbaşa olaraq uşağın şəxsə aid olduğunu təsdiq etmir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
11. xx.xx.2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı ilə Cavabdeh Bakı şəhəri, Nizami rayon VVADQ şöbəsində xx.xx.2003cü il tarixdə rəsmi nikaha girmişlər.
12. xx.xx.1999-cu il tarixdə doğulmuş Murad adlı və 30 iyun 2006-cı il tarixdə anadan olmuş Rəsul adlı uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında “X7”, ana qrafasında isə “Cavabdeh” yazılmışdır.
13. Nizami Rayon Məhkəməsinin 2(007)-370/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən edilərək cavabdehdən 11 mart 1999-cu ildə anadan olmuş X10 və 30 iyun 2006-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 100 manat olmaqla alimentin və yardıma ehtiyacı olan arvadı Cavabdeh xx.xx.2009-cu il tarixdən əmək qabiliyyətli hesab edildiyi tarixədək hər ay sabit pul məbləğində 65 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Həmin qətnamədən görünür ki, mülki iş materiallarında olan köçürmə ərizələrindən məlum olur ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2005-ci il tarixdə 618 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2005-ci ildə 309 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2006-cı ildə 1000 ABŞ dolları, xx.xx.2006-cı ildə 500 ABŞ dolları, xx.xx.2007-ci ildə 1000 ABŞ dolları və xx.xx.2007-ci ildə 1000 ABŞ dolları məbləğində pul köçürülmüşdür (i/v 79).
14. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5461/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-370/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsi “İddiaçı Cavabdeh görə hər sabit pul məbləğində 65 manatın xx.xx.2009-cu il tarixdən Cavabdeh xeyrinə tutulması” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (i/v 90).
15. Həmin qətnamədən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-7029/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5461/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə, “Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 11 mart 1999-cu ildə anadan olan X6 və 30 iyun 2006-cı il təvəllüdlü X4 doğum haqqında şəhadətnamələrinin ata qrafasında valideyin kimi onun adının qeyd olunmasının etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020- ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 30 iyun 2006-cı il təvəllüdlü X4 doğum akt qeydinə müvafiq düzəlişlər edilməklə doğum haqqında şəhadətnaməsinin ata qrafasında valideyin kimi İddiaçı adının qeyd olunmasının etibarsız sayılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
17. Həmin qətnamədən iddiaçı və cavabdehin verdiyi apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ə.Qürbətov (sədrlik edən və məruzəçi), A.İmanov, V.Sadıqov) 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. İddiaçı və Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 915/2022 saylı, 03 mart 2022-ci il tarixli qərarı ilə (hakim Ələsgər Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər Mehparə Əhmədovadan və İsmayıl Xəlilovdan ibarət tərkibdə) təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8511/2021 nömrəli iş üzrə 31 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
19. Bundan sonra işə təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Kərimli, A.İskəndərov) 2(103)-3730/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti isə təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X3 Cavabdeh qarşı doğum haqqında şəhadətnamədə ata qrafasında qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
20. Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü ilə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli 20 levral 2018-ci il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)-271/2018 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmündən məhkum edilmiş şəxs X1 müdafiəçiləri X9 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasika şikayətləri qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü dəyişdirilmiş, məhkum edilmiş şəxs İddiaçı AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına qədər azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)- 271/2018 saylı qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, «məhkum edilmiş şəxsin müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərinə və məhkumun söylədiklərinə uyğun çıxış edərək əlavə etdi ki, məhkum edilmiş şəxsin həbsdə qalması və bunun nəticəsində uşaqların alimentdən məhrum olunması, əslində məhz həmin uşaqların məhrumiyyətlərə düçar olmasına gətirib çıxaracaqdır. Məhkum edilmiş şəxs 11 mart 1999-cu ildə anadan olmuş Rəhimov Murad və 30 iyun 2006-cı ildə anadan olmuş Rəhimzadə Rəsul adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtı-vaxtında ödəyəcəyinə söz verir. Buna görə də Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli hökmünün ləğv edərək, İddiaçı Feyzulla oğluna ittihamla elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə bəraət verilməsi barədə məhkəmə kollegiyası qərar qəbul edə bilmədiyi təqdirdə, məhkum edilmiş şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməklə Kürdəmir Rayon Məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş etdi». Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri məhz İddiaçı dediklərinə əməl edəcəyini nəzərə alaraq, hökmdə dəyişiklik edərək, onun cəzasını 6 ay azaltmışdır.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2019-cu il tarixli 324/2019-MTBŞ nömrəli rəyinə əsasən, X8 adlı uşaq barəsində X3 atalıq faktı inkar olunmadı.
22. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli 647/2019 nömrəli rəyinə əsasən, X3 ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olması inkar olunmuşdur.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə tibbi-bioloji ekspertiza təyin edilmiş, ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: X7 xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh doğulmuş X4 bioloji atasıdırmı?
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” PHŞ-in xx.xx.2023-cü il tarixli 9/689 nömrəli rəyinə əsasən, X3 ekspertizaya təqdim olunmuş X8 barəsində atalıq faktı inkar olunmadı. Tətbiq edilən maddi hüquq normaları:
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
26. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi
27. 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
28. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
29. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
30. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
31. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
32. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
33. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
34. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
35. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
36. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu:
37. Maddə 4.Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
38. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
39. Uşaq hüquqları haqqında Konvensiya (BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilib)
40. Maddə 7.1. 1. Uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir.
41. Maddə 8.İştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər.
42. Əgər uşaq öz fərdiliyinin ünsürlərinin bir qismindən və ya hamısından qanunsuz məhrum edilirsə, iştirakçı dövlətlər onun fərdiliyinin ən tez zamanda bərpa edilməsi üçün ona lazımi köməyi və müdafiəni təmin edirlər.
43. Maddə 18.1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.
44. Bu Konvensiyada şərh olunmuş hüquqlara təminat verilməsi və həyata keçirilməsinə yardım göstərilməsi məqsədilə iştirakçı dövlətlər valideynlərə və qanuni qəyyumlara uşaqların tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməkdə lazımi kömək edir və uşaq tərbiyə müəssisələri şəbəkəsinin inkişafını təmin edirlər Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
47. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
53. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları
54. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
55. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
56. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
57. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.
58. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
61. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
62. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
63. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
64. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
65. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
66. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
67. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
68. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
69. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
70. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində, yəni “İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X4 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydinin ləğv edilməsi” hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
71. Məhkəmə kollegiyası mülki iş materiallarını, gəlmiş tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə, qismən iddia tələbinin təmin edilən, yəni “İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X4 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydinin ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi (həmin hissədə) təmin edilməməlidir.
72. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən mübahisənin düzgün həlli hər şeydən əvvəl ilkin olaraq iddia tələbinin qanuni əsasının tapılmasından asılıdır.
73. Baxılan işin halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh Nizami rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin nikahdan 30 iyun 2006-cı il tarixdə onların oğlan uşağı - X8 doğulmuşdur.
74. İddiaçı bildirir ki, o, həmin uşağın atası deyil, başqa sözlə, həmin uşaq ondan deyil, başqa şəxsdən törəmişdir, iddiaçı məhkəmə qaydasında bu halın müəyyən olunmasını tələb edir. Belə olan halda məlum olur ki, iddiaçının hazırkı tələbinin qanunu əsasını Ailə Məcəlləsinin birlikdə götürülmüş 44.2-ci və 47.1-ci maddələri təşkil edir.
75. Həmin Məcəllənin 44-cü maddəsi uşağın mənşəyinin müəyyən edilməsi ilə bağlı məsələləri tənzimləyir.
76. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
77. Hazırkı işdə uşağın iddiaçı ilə cavabdehin nikahda olduqları vaxt doğulması işin mübahisələndirilməyən halıdır. Belə olan halda qanunun istinad olunan normasının tələbinə əsasən bəlli olur ki, nikah vaxtı doğulmuş uşagın ata və anası nikah şəhadətnaməsində qeyd olunan şəxslərdir. Bununla da müəyyən olunur ki, nikahda olan şəxslərdən döğulan uşağın valideynlərinin nikah şəhadətnaməsində qeyd edilən şəxslərin olmasına dair qanuni prezumpsiyası mövcuddur. Prezumpsiya dedikdə, əksi sübut edilməyənədək mötəbər sayılan ehtimal başa düşülür. Bu isə o deməkdir ki, qanunun tələbinə görə iddiaçı ilə cavabdeh Nizami rayon VVADQ şöbəsində xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olduqdan sonra onların həmin nikahdan 30 iyun 2006-cı il tarixdə doğulan oğlan uşağının - X4 atası iddiaçı hesab olunur. İddiaçı həmin uşağın ondan törəmədiyini iddia edir, Ailə Məcəlləsinin 47.1-ci maddəsi ona belə bir imkan, yəni uşağın atası olmadığını mübahisələndirmək imkanı tanıyır. Prezumpsiya əksi sübut edilə bilən ehtimal olduğundan, bunun əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumsiyanı aradan qaldıra bilər. Demək ki, iddiaçı sübut etməlidir ki, cavabdehlə nikahda olduğu vaxtda - 30 iyun 2006-cı ildə doğulmuş uşağın atası o deyildir.
78. İddiaçı bununla bağlı məhkəməyə öz izahatını, bir də tərəflər arasında bundan əvvəl olmuş məhkəmə mübahisəsi zamanı əldə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” ETT Birliyinin xx.xx.2019-cu il tarixli 647/2019 nömrəli ekspert rəyini təqdim etmişdir.
79. Cavabdeh iddiaya qarşı etiraz edir və bildirir ki, iddiaçı uşağın atasıdır, o özü də bunu yaxşı bilir, lakin uzun müddət yığılıb qalmış küllü miqdarda aliment borcunu ondan tələb etməsi zəmnində tərəflər arasında mübahisə yaranmış, məhz həmin borcu ödəməkdən yayınmaq üçün iddiaçı (uşağın doğulmasından 10 ildən artıq bir müddət keçdikdən sonra) qərəzli olaraq belə bir iddia qaldırmışdır. Cavabdeh etirazının əsası kimi öz izahatından başqa qüvvədə olan məhkəmə aktlarına, iddiaçının uşağın körpə olduğu vaxta aid birgə fotoşəkillərinə, eləcə də iki fərqli vaxtlarda əldə olunmuş ekspert rəylərinə istinad etmişdir.
80. MPM-in 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübut hesab edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə isə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
81. Bu baxımdan qiymətləndirildikdə iddiaçının izahatı onun tələbinin təmini üçün əsas vermir, çünki o izahatında uşağın doğulmasından 9 ay qabaq ölkədən getdiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut verə bilməmişdir.
82. İddiaçının təqdim etdiyi digər sübut- xx.xx.2019-cu il tarixli 647/2019 nömrəli genetik ekspert rəyi ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Əvvala qeyd olunmalıdır ki, həmin rəy bilavasitə bu iş üzrə deyil, hazırkı tərəflər arasında olan başqa bir iş üzrə verilmişdir, bununla belə, məhkəmə kollegiyası hesab edir ki, həmin rəy hazırkı mübahisənin həlli baxımından sübut kimi qəbul olunaraq qiymətləndirilməlidir. Rəyin özünə gəldikdə isə qeyd olunmalıdır ki, rəyin nəticə hissəsində iddiaçının ekspertizaya təqdim olunmuş X8 adlı uşağın bioloji atası olmasının inkar olunmasına baxmayaraq, onun əsaslandırıcı hissəsində uşaqla iddiaçının testə uğradılan bütün STR lokusları arasında tam şəkildə uyğunluğun aşkarlanmadığı qeyd edilmişdir. Məlum məsələdir ki, tam uyğunluğun olmaması, hələ, ümumiyyətlə uyğunluğun olmaması demək deyildir. Cavabdehin vəkili də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin rəyin əsaslandırıcı hissəsi ilə nəticə hissəsində olan bu xüsusatı qeyd etmişdir. Bunula belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təkcə qeyd edilən xüsusat öz-özlüyündə həmin rəyin nəzərə alınmaması üçün əsas hesab oluna bilməz.
83. Hazırkı işin hallarından da göründüyü kimi, cavabdeh iddiaya qarşı etiraz etmişdir. Cavabdeh etirazının əsası kimi öz izahatından başqa, həm də qüvvədə olan məhkəmə aktlarına, iddiaçının uşaqla birgə olan fotoşəkillərinə, eləcə də iki fərqli vaxtlarda əldə olunmuş ekspert rəylərinə istinad etmişdir. Belə olan halda cavabdehin iddiaya qarşı etiraz dəlilləri yoxlanılmalıdır.
84. Nizami Rayon Məhkəməsinin 2(007)-370/2009 nömrəli, xx.xx.2009-cu il tarixli qətnaməsindən məlum olur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin tutulması” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən edilərək cavabdehdən 11 mart 1999-cu ildə anadan olmuş X10 və 30 iyun 2006-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün, hər ay 100 manat olmaqla alimentin və yardıma ehtiyacı olan arvadı Cavabdeh xx.xx.2009-cu il tarixdən əmək qabiliyyətli hesab edildiyi tarixədək hər ay sabit pul məbləğində 65 manat pul vəsaitinin tutulması qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən olunur ki, hazırkı İddiaçı ölkə xaricində olduğu müxtəlif vaxtlarda arvadı Cavabdeh xx.xx.2005-ci il tarixdə 618 ABŞ dolları, xx.xx.2005ci ildə 412 ABŞ dolları, xx.xx.2005-ci ildə 309 ABŞ dolları, xx.xx.2005-ci ildə 412 ABŞ dolları, xx.xx.2006-cı ildə 1000 ABŞ dolları, xx.xx.2006-cı ildə 500 ABŞ dolları, xx.xx.2007-ci ildə 1000 ABŞ dolları və xx.xx.2007-ci ildə 1000 ABŞ dolları məbləğində pul köçürmüşdür (i/v 79).
85. Kürdəmir Rayon Məhkəməsininxx.xx.2017-ci il tarixli 3(041)-14/2017-ci il tarixli qərarı ilə Nəriman Rəhimov İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün inzibati qaydada həbs edilmişdir.
86. Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü ilə alimentin ödənilməsinə dair qüvvədə olan məhkəmə qətnaməsini icra etmədiyinə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.
87. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)-271/2018 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmündən məhkum edilmiş şəxs X1 müdafiəçiləri X9 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasika şikayətləri qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 20 fevral 2018-ci il tarixli 1(041)-16/2018 saylı hökmü dəyişdirilmiş, məhkum edilmiş şəxs İddiaçı AR CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına qədər azaldılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2018-ci il tarixli 1(106)- 271/2018 saylı qərarının 3-cü səhifəsində qeyd edilmişdir ki, «məhkum edilmiş şəxsin müdafiəçisi X5 apellyasiya şikayətinin dəlillərinə və məhkumun söylədiklərinə uyğun çıxış edərək əlavə etdi ki, məhkum edilmiş şəxsin həbsdə qalması və bunun nəticəsində uşaqların alimentdən məhrum olunması, əslində məhz həmin uşaqların məhrumiyyətlərə düçar olmasına gətirib çıxaracaqdır. Məhkum edilmiş şəxs 11 mart 1999-cu ildə anadan olmuş Rəhimov Murad və 30 iyun 2006-cı ildə anadan olmuş Rəhimzadə Rəsul adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtıvaxtında ödəyəcəyinə söz verir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası həmin qərarı ilə İddiaçı barəsində olan hökm (müdafiə tərəfinin həmin dəlilləri nəzərə alınmaqla) dəyişdirilərək onun cəzası 6 ay azaldılmışdır.
88. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2019-cu il tarixli 324/2019-MTBŞ nömrəli rəyinə əsasən, X8 adlı uşaq barəsində X3 atalıq faktı inkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya” PHŞin xx.xx.2023-cü il tarixli 9/689 nömrəli rəyinə əsasən də X3 ekspertizaya təqdim olunmuş X8 barəsində atalıq faktı inkar olunmadı. Göründüyü kimi, iki müxtəlif vaxtlarda keçirilmiş bioloji ekspert rəyləri ilə iddiaçının 06 iyun 2006-cı ildə doğulmuş X4 atası olması inkar olunmamışdır.
89. Beləliklə də, cavabdehin iddiaya etirazında istinad etdiyi: -uşaqlara görə alimentin tutulmasına dair qüvvədə olan məhkəmə qətnaməsi; -həmin qətnamə ilə müəyyən olunmuş iddiaçının ölkədən kənarda olduğu müxtəlif vaxtlarda davamlı olaraq cavabdehə (uşaqlarına) dolanışıq xərci göndərməsi; -alimentin ödənilməsinə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə İXM-in 528.1-ci maddəsinə əsasən inzibati həbs olunması; - alimentin ödənilməsinə dair məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə CM-in 306.1-ci maddəsi əsasən məhkum olunması; -həmin hökmdən verdiyi apellyasiya şikayətinə baxılarkən himayəsində iki uşağının olmasını, həbsinin uşaqların taleyinə mənfi təsiri olacağının nəzərə alınmasına, eləcə də 30 iyun 2006-cı ildə anadan olmuş Rəhimzadə Rəsul adlı uşaqlarına görə azadlığa çıxdığı təqdirdə alimenti vaxtı-vaxtında ödəyəcəyinə dair bəyanatları; Eləcə də, iki müxtəlif vaxtlarda keçirilmiş bioloji ekspert rəyləri ilə iddiaçının uşağın atası olmasının inkar olunmaması kimi, biri digərini tamamlayan və uyğun gələn əhəmiyyətli hallar iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli 647/2019 nömrəli genetik (DNK) ekspert rəyinə tənqidi yanaşılması üçün tam əsas verir. MPM-in 103.1-ci maddəsidə də təsbit olunmuşdur ki, ekspert rəyi məhkəmə üçün məcburi deyildir və Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
90. Məhkəmə araşdırmaları zamanı həm də iddiaçı ilə uşağın körpə vaxtlarından doğma ata övlad münasibətlərində olması (cavabdehin izahat, təqdim olunmuş fotoşəkillər) müəyyən olunmuşdur. İddiaçı bu halı inkar etməmişdir.
91. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-26/2021 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı 06 iyun 2006cı ildə birgə nikahdan doğulmuş uşağı Rəsulun atalığı ilə bağlı mübahisəni 12 il sonra qaldırmışdır.
92. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının hazırkı tələbi yoxlanılarkən, həmin tələbin məhz uşaq hüquqları ilə bağlı olması səbəbindən yuxarıda qeyd olunan xüsusatlarla yanaşı, həmin uşağın hazırda 17 yaşının olması kimi mühüm məqamı da mütləq nəzərə alınmalıdır. Çünki (başqa sözlə desək) iddianı təmin olunması həm də o anlama gəlir ki, 2006-cı ildə doğulmuş və hazırda 17 yaşı olan uşaq bundan sonra özünə “yeni ata tapmalıdır”. Bunun isə həmin uşaq üçün qeyri-müəyyən və eyni dərəcədə də müşkül olan hüquqi tərəfindən başqa, həm də hansı ağır mənəvi, psixoloji sarsılntılara, eləcə də gələcək həyatına münasibətdə bədgümanlığa səbəb olacağı bəri başdan görünəndir. Belə bir vəziyyətin isə həm daxili qanunvericilik, həm də beynəlxalq hüquqi aktlarda təsbit olunmuş uşaq hüquqlarının yüksək qorunmasına verilən təminat baxımından yolverilməz olduğu şəksizdir.
93. Məhkəmə Kollegiyasının qənaətincə oxşar tarixi, mədəni, dini, əxlaqi və mental dəyərlərə sahib olan qonşu Türkiyə Respublikasının bu sahədəki qanunvericiliyi də əhəmiyyətlidir.
94. Belə ki, Türkiyə qanunvericiliyinə görə, ər atalığın mübahisələndirilməsi barədə iddianı doğumu, ata olmadığını və ya ananın hamilə qaldığı vaxt başqası ilə əlaqədə olduğunu öyrəndiyi tarixdən bir il ərzində, hər halda doğumdan başlayaraq beş il ərzində qaldırmalıdır (X18, maddə 289). Sonradan Anayasa Məhkəməsinin 25/6/2009 tarihli ve E.: 2008/30, K.: 2009/96 saylı qərarı ilə həmin Qanunun “hər halda doğumdan başlayaraq beş il ərzində” hissəsi ləğv edilmiştir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, bu istinad başqa dövlətin qanunvericiliyinin tətbiqi olmayıb, sadəcə olaraq, uşaq hüquqları kimi sərhədlərlə məhdudlaşdırıla bilməyən və ümumbəşəri dəyərlərə malik məsələnin həllinə yönəlik və uşaqların üstün mənafeyinin təmin olunması baxımından önəmli olan məqamın təsbitinə yönəlmişdir.
95. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhəkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin maddənin 4-cü bəndinə əsasən isə iştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Beləliklə, ...valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır.
96. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], §135; X Latviyaya qarşı [BP], §96).
97. Uşaqların üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], §66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], §134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir.
98. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
99. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər.
100. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
101. Beləliklə də, yuxarıda şərh olunan hazırkı işin müəyyən olunmuş faktiki hallarına istinad olunan maddi hüquq normalarının tətbiqi zamanı belə qənaət hasil olur ki, iddiaçının bu tələbi təmin oluna bilməz. Çünki iddiaçı tələbinin əsaslığına dair məhkəməyə biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və əsaslı şübhədənkənar sübut verə bilməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin tələblərinə əsasən bu halda sübutetmə yükü məhz iddiaçıya aiddir.
102. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
103. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün qiymətləndirilmədiyindən, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən, nəticədə uşağın üstün mənafeyinin pozulmasına səbəb olan düzgün olmayan qətnamə qəbul edildiyindən, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə, qismən iddia tələbinin təmin edilən hissəsində, yəni “İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X4 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydinin ləğv edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi (həmin hissədə) təmin edilməməlidir.
104. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıdan cavabdehin xeyrinə tutulmalı, digər məhkəmə xərcləri isə iddiaçının özünə aid edilməlidir.
105. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nizami Rayon Məhkəməsinin 2(007)-458/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi, qismən iddia tələbinin təmin edilən, yəni “İddiaçı xx.xx.2006-cı il təvəllüdlü X4 atası olmaması müəyyən edilməsi və xx.xx.2006-cı il təvəllüdlü X4 doğum akt qeydinin ata qrafasında "İddiaçı" qeydinin ləğv edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi (həmin hissədə) təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı X2 alınaraq Cavabdeh verilsin, digər məhkəmə xərcləri isə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Aytən Oruczadə