Məhkəmə qərarları › İş №2(103)-3420/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3420/2020

02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3420/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan «xxxxxxxx» KB ASC-yə qarşı «kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2707/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan «xxxxxxxx» KB ASC-yə qarşı «kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh «xxxxxxxx» KB ASC ilə X10 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi və «xxxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxx 2005-ci il tarixli ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ləğv prosesində olan «xxxxxxxx» KB ASC ilə fiziki şəxs Maraqlı şəxs1 arasında xx xxxx 2005-ci il tarixində kredit müqaviləsi bağlanaraq 60000 manat kredit götürülmüş, həmin kreditin təminatı kimi tərəfindən xx xxxx 2005-ci il tarixində ipoteka müqaviləsi bağlanmış, mülkiyyətində olan ünvan 2 «A» saylı evin 3 saylı mənzili ipoteka qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh «xxxxxx» MMC-yə və üçüncü şəxslər «xxxxxxxx» KB ASC-yə və Yasamal Rayon İcra Şöbəsinə qarşı «mənzilin qiymətləndirilməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilmiş, ünvan 1 «A» ünvanında yerləşən evin 3 saylı mənzilinin qiymətləndirilməsi barədə «xxxxxx» MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» hesabatın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, ünvan 2 «A» ünvanında yerləşən evin 3 saylı mənzilinin bazar qiyməti 102000 manat olduğu əsas götürməklə Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətləri həyata keçirilməsi qət edilmişdir. Lakin Maraqlı şəxs1 bütün məhkəmə prosesləri zamanı israrla ona bildirmişdir ki, onun bu kredit müqaviləsinə görə əslində cavabdeh «xxxxxxxx» KB ASC-yə borcu yoxdur, başqa kredit müqaviləsi üzrə faiz borcu qalmışdır. Amma bunları isbat edəcək rəsmi sənəd təqdim edə bilmədiyindən onun Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarış almasını tələb etmişdir. O, xx.xx.2016-cı il tarixində X7 X1 Reyestri Xidmətindən 195/2039 saylı Çıxarışını almış, həmin çıxarışda Maraqlı şəxs1 «xxxxxxxx» KB ASC-yə borcunun olmaması göstərilmişdir. Təkrarən 2018-ci ilin 01 oktyabr tarixində Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış istənildi, onu əvəz edən qurum, xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC Maraqlı şəxs1 verdiyi xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışda nəhayət həqiqət əks olunmuşdur. Belə ki, həmin arayışda Maraqlı şəxs1 tərəfindən xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən 60000 manat kredit aldığı və həmin kreditin hələ xx.xx.2013-cü il tarixədək tam bağlandığı, ancaq Maraqlı şəxs1 tərəfindən xx xxxxxx 2005-ci il tarixində «xxxxxxxx» KB ASC-dən götürdüyü kreditə görə 24025 manat faiz borcu qalmaqdadır. Maraqlı şəxs1 etiraf etmişdir ki, bankın sabiq müdiri Səxavət Səfərov onun qohumu idi və həqiqətən də onlar öz aralarında razılığa gələrək xx.xx.2005-ci il tarixli 60000 manatlıq kredit borcunu bağlayaraq xx xxxxxx 2005-ci il tarixində aşağı faizlə olan yeni kredit müqaviləsi bağlamışlar. Görünən odur ki, «xxxxxxxx» KB ASC-nin sabiq müdiri Səxavət Səfərov xx xxxxxx 2005-ci il tarixində aşağı faizli kredit müqaviləsi bağlasalar da bunu ondan gizli saxlamışlar və həmin kredit (xx xxxxxx 2005-ci il tarixli) müqaviləsinə görə ipoteka mənzil qoymamağına rəğmən əvvəlki və borcu bağlanmış kredit müqaviləsinə təminat kimi bağlanmış xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsini hansısa qeyri-qanuni yolla xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə təminat kimi bağlamışlar. Daha sonra Maraqlı şəxs1 tərəfindən xx xxxxxx 2005-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı krediti qaytarmayanda, onun ipoteka təminatı olmadığı üçün «xxxxxxxx» KB ASC məhkəməyə xx.xx.2005-ci il tarixli kredit müqaviləsini təqdim edərək həmin tarixli onunla bağlanmış ipoteka müqaviləsi ilə əlaqələndirərək iddiasının təmin olunmasına nail olmuşlar. Maraqlı şəxs1 illər sonra bunu ona bildirsə də, bank tərəfindən ona heç bir müqavilə və ya sənəd verilmədiyi bildirmişdir. Nəhayət Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək icra sənədinə xitam verilməsini istəmiş və eyni zamanda vəsatət verərək «xxxxxxxx» KB ASC tərəfindən Məhkəməyə təqdim edilməsi üçün xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsi üzrə verilən kredit məbləği, xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər, xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsi üzrə verilən kreditin bağlanıb-bağlanılmaması, əgər bağlanıbsa bağlanma tarixi barədə məlumat verilməsi üçün qərardad çıxarılmasını istəmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə verilmiş sorğuya xx xxx 2019-cu il tarixli D-464/19 saylı cavabla «xxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC bildirmişdir ki, xx.xx.2005-ci il tarixində Bank tərəfindən təqdim olunan məlumatda kreditin ilkin məbləği 60000 manat təşkil etmişdir. Bank tərəfindən həmin kredit məlumatı xx.xx.2011-ci il tarixində bağlı statusda məlumat bazasına göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Büroda məlumat təchizatçılarının («xxxxxxxx» KB ASC-nin) təqdim etdiyi informasiyalar yalnız texniki emal olunur və bu məlumatların hər birinin dəqiqliyi Büro tərəfindən yoxlanılır. AKB-nin bu cavabı bir daha bundan öncəki xx.xx.2018-ci ildə verdiyi Çıxarışı təsdiq edir. Nəzərə alınmalıdır ki, hər iki Çıxarış «xxxxxxxx» KB ASC-nin verdiyi rəsmi məlumatlar əsasında hazırlanmışdır. Belə olan halda «xxxxxxxx» KB ASC başqa (xx.xx.2005-ci il tarixli) müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi ilə ipoteka qoyulmuş mənzilini nə əsasla xx xxxxxx 2005-ci il tarixində bağlanmış kredit müqaviləsinə “sırıması” anlaşılan deyil. Bu faktla yanaşı «xxxxxxxx» KB ASC-nin nümayəndəsi, məhkəmə prosesində X7 X1 Reyestri Xidmətindəki məlumatın yanlış olduğunu bildirməsi «xxxxxxxx» KB ASC-nin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayətin əlamtlərinin olub-olmamasının araşdırılması məqsədilə prokurorluğa xəbər verilməsinə dair xx xxxx 2019-cu il tarixli 8(004)-226/2019 saylı xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilmişdir. Bu səbəbdən də hesab edir ki, xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli SF-8268 saylı Çıxarışa və xx.xx.2019-cu il tarixli D-464/19 saylı cavaba əsaslanaraq xx.xx.2005-ci il tarixində «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış kredit müqaviləsi və xx.xx.2005-ci il tarixində «xxxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2707/2019 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini - iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını,maddi və prosessual hüquq normalarının pozulmasını, iddia tələbinin təmin olunmalı olmasını və s. kimi göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İşdə olan sənədlərdən (məhkəmə qərarları və s.) görünür ki, «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 300.000.000 manat (AZM) məbləğində kredit verilmiş, hazırki iş üzrə İddiaçı xx.xx.2005-ci il tarixli «İpoteka Müqaviləsi» ilə həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 “A” saylı evin, 3 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə «xxxxxxxx» Kommersiya Bankının Maraqlı şəxs1 və İddiaçı qarşı «ipoteka qoyulan əmlakın boşaldılaraq açıq hərracdan satılması və satışdan əldə edilən gəlirin bankın hesabına daxil olması» tələbinə dair iddiası təmin edilərək, cavabdeh Maraqlı şəxs1 53746 manat məbləğində kredit borcu və 19,80 manat məbləğində dövlət rüsumunun tutulub «xxxxxxxx» Kommersiya Bankına ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, cavabdeh İddiaçı onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri Ə.Qasımzadə küçəsi, 22A ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılması, həmin mənzilin açıq hərracdan satılmaq üçün boşaldılması və satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borcunun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxx 2010-cu il tarixli, 2(103)-1403/2010 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi cavabdeh İddiaçı onun ailə üzvləri və digər şəxslərlə birlikdə Bakı şəhəri Ə.Qasımzadə küçəsi, 22A ünvanında yerləşən evin 3 saylı mənzilindən çıxarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2010-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası «xxxxxx» MMC-yə və üçüncü şəxslər «xxxxxxxx» Kommersiya Bankı ASC-yə və Yasamal Rayon İcra Şöbəsinə qarşı «mənzilin qiymətləndirilməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə» iddiası təmin edilərək, Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22A ünvanında yerləşən evin 3 saylı mənzilinin qiymətləndirilməsi barədə «xxxxxx» MMC-nin «Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» hesabatın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Ə.Qasımzadə küçəsi, 22A ünvanında yerləşən evin 3 saylı mənzilinin bazar qiymətinin 102000 manat olduğu əsas götürülməklə Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(004)- 51/2009 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. İşdə olan xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin xx.xx.2018-ci il tarixli, SF-8268 saylı çıxarışından görünür ki, borcalan Maraqlı şəxs1 haqqında tarixçənin açıldığı tarix xx.xx.2005-ci il göstərilmiş, sonuncu ödəniş tarixi xx.xx.2013-cü il, kreditin ilkin və son müqavilə ilə bitmə tarixləri xx.xx.2008-ci il, faizlərin gecikdirildiyi günlərin sayının 1607 gün olması göstərilmiş, nəticədə Maraqlı şəxs1 Yusif oğlunun 24,025.65 manat borcu olduğu göstərilmişdir. İddiaçı hazırki tələbində Maraqlı şəxs1 xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmamasını iddia edərək, kredit və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi - X7 X1 Reyestri Xidmətindən xx.xx.2016-cı il tarixli Çıxarışda kreditorun borcunun olmamasının qeyd edilməsini, Kredit Reyestri Xidmətindən xx.xx.2018-ci il tarixli Çıxarışda isə xx xxxxxx 2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən götürülmüş kreditə görə 24.025 manat faiz borcunun qalmasının göstərilməsini, həmçinin ipoteka qoyulmuş mənzilinin xx xxxxxx 2005-ci il tarixdə bağlanmış kredit müqaviləsinə aidiyyatının olmamasını və s. göstərmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2016-cı il tarixində X7 X1 Reyestri Xidmətindən Maraqlı şəxs1 adına verilmiş xx.xx.2016-cı il tarixli 195/2039 saylı Çıxarışında onun hər hansı öhdəliyi haqqında məlumatın olmaması göstərilsə də, xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin Maraqlı şəxs1 verdiyi xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışa əsasən borcalan haqqında tarixçənin açıldığı tarix xx.xx.2005-ci il, xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən 60.000 manat kredit alması, sonuncu ödəniş tarixi xx.xx.2013-cü il, kreditin verilmə tarixi xx.xx.2005-ci il və 24.025 manat faiz borcunun qalması qeyd edilmişdir. İddiaçı hər iki Çıxarışın Ləğv prosesində olan «xxxxxxxx» KB ASC-nin verdiyi rəsmi məlumatlar əsasında hazırlanmasını bildirməklə «xxxxxxxx» KB ASC-nin xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən bağlanmış ipoteka müqaviləsi ilə ipoteka qoyulmuş mənzilini xx xxxxxx 2005-ci il tarixində bağlanmış kredit müqaviləsinə aiddiyyatının olmamasını iddia etsə də, cavabdehin nümayəndəsi göstərilən tarixə, yəni xx xxxxxx 2005-ci il tarixdə «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında kredit müqaviləsinin bağlanmamasını və xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin verdiyi xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışda göstərilən məlumatların xx.xx.2005-ci il tarixdə Maraqlı şəxs1 «xxxxxxxx» KB ASC-dən 60.000 manat kredit alması ilə bağlı olmasını göstərmişdir. İddiaçı isə xx xxxxxx 2005-ci il tarixdə «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında kredit müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübutu (həmin müqavilənin surəti və s.) təqdim etməmiş, belə bir müqavilənin mövcudluğunu isə cavabdeh tərəf inkar etmişdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı xxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin verdiyi xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışa əsasən xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən Maraqlı şəxs1 60000 manat kredit aldığını və həmin kreditin hələ xx.xx.2013-cü il tarixədək tam bağlandığını göstərsə də, buna dair məhkəməyə heç bir sübut növü təqdim etməmiş, eləcə də qeyd etdiyi çıxarışda Maraqlı şəxs1 xx.xx.2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən aldığı 60.000 manat kreditin xx.xx.2013-cü il tarixədək tam bağlandığı deyil, bu tarixin kredit üzrə sonuncu ödəniş tarixi kimi göstərilməsinə diqqət yetirməmişdir. Həmçinin, xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışda faizlərin gecikdirildiyi günlərin sayının 1607 gün göstərilməsi və kredit üzrə sonuncu ödəniş tarixindən çıxarış verildiyi tarixə qədər olan dövrü əhatə etməsi, eləcə də çıxarışda borcalan haqqında tarixçənin açıldığı tarixin xx.xx.2005-ci il tarixi göstərilməsi və kreditin ilkin və son müqavilə ilə bitmə tarixlərinin xx.xx.2008-ci il göstərilməsi çıxarışda olan məlumatların məhz xx.xx.2005-ci il tarixli kredit müqaviləsi ilə bağlı olmasını bir daha təsdiq edir. Məhkəmə Maraqlı şəxs1 xx.xx.2018-ci il tarixli SF-8268 saylı çıxarışda xx xxxxxx 2005-ci il tarixdə «xxxxxxxx» KB ASC-dən götürdüyü kreditə görə 24.025 manat faiz borcu qalmasının qeyd edilməsinə qiymət verərək hesab etmişdir ki, göstərilən kredit müqaviləsinin tarixinin baza məlumatlarında texniki səhv olması, çıxarışda olan digər məlumatların məhz xx.xx.2005-ci il tarixli kredit müqaviləsinin məlumatlarına uyğunluğu ilə tam təsdiq edildiyindən, həmçinin sözügedən müqavilə (iddiaçının iddia etdiyi xx xxxxxx 2005-ci il tarixli müqavilə) təqdim edilmədiyindən, iddiaçının istinad etdiyi SF-8268 saylı çıxarışın iddianın əsaslı olmasına dair mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan sübutlar (məhkəmə qərarları və s.) «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında məhz xx.xx.2005-ci il tarixli kredit müqaviləsinin bağlanmasını və İddiaçı tərəfindən həmin kredit müqaviləsinin təminatı olaraq mülkiyyətdə olan ünvan 1 “A” saylı evin, 3 saylı mənzilin bank qarşısında ipoteka ilə yüklü edilməsini təsdiq edir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, «Maraqlı şəxs1 etiraf etmişdir ki, bankın sabiq müdiri Səxavət Səfərov onun qohumu idi və həqiqətən də onlar öz aralarında razılığa gələrək xx.xx.2005-ci il tarixli 60000 manatlıq kredit borcunu bağlayaraq xx xxxxxx 2005-ci il tarixində aşağı faizlə olan yeni kredit müqaviləsi bağlamışlar.» Göründüyü kimi, əgər həqiqətən 2005-ci ildə yeni kedit müqaviləsi bağlanmışdırsa (yəni, xx.xx.2005-ci il tarixli 60000 manatlıq kredit borcu bağlanaraq xx xxxxxx 2005-ci il tarixli yeni kredit müqaviləsi bağlanmışdırsa) bu hal 2013-2014-cü illərdə məhkəmələr tərəfindən xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə borc tələbinə baxılarkən müəyyən oluna bilərdi. Lakin, qanuni qüvvədə olan məhkəmə qərarları ilə Maraqlı şəxs1 xx.xx.2005-ci il tarixli kredit müqaviləsi öhdəliyinin (kredit borcunun) mövcudluğu təsdiq edilmiş, başqa kredit müqaviləsi (iddiaçının iddia etdiyi xx xxxxxx 2005-ci il tarixli müqavilə) və ipotekanın başqa müqavilə üzrə yüklü edilməsi və s. bu kimi hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarı üzrə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi, həmçinin Yasamal Rayon Məhkəməsinin «xxxxxxxx» KB ASC-nin əməkdaşlarının əməllərində Azərbaycan Respublikası CM-nin 308.1 və 313cü maddələrində nəzərdə tutulan cinayətin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə prokurorluğa xəbər verilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli xüsusi qərardadla bağlı hala da münasibət bildirərək göstərmişdir ki, cinayət mühakiməsi əsasında araşdırma zamanı yeni sübutlar (hallar) müəyyən olunarsa iddiaçının müvafiq tələb hüquqları istisna olunmur (məsələn, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması və s.). Hazırki vaxtda isə, əvvəlki məhkəmə qərarları hüquqi qüvvədə olmaqla, icraya yönəldilmişdir. Qeyd edilməlidir ki, ipotekaya xitam verilməsi halları «İpoteka haqqında» Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; «İpoteka haqqında» Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir («İpoteka haqqında» Qanunun 48.1.1-48.1.5-ci maddələri). İddiaçı isə hazırki vaxtda ipotekaya xtitam verilməsinə əsas ola biləcək hər hansı qanuni halın mövcudluğu ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində ümumi qaydada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527.1-ci maddəsinə istinad etmişdir ki, həmin norma da öhdəliyə müxtəlif əsaslarla xitam verilməsini (məsələn, icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə) tənzimləmişdir. Yuxarıda qeyd edildiyi kimi, öhdəliyə icra ilə bağlı xitam verilməsinə dair mötəbər sübutlar təqdim olunmamışdır. Normada göstərilən digər əsasların mövcudluğu ilə bağlı isə hər hansı əsaslandırma irəli sürülməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, «xxxxxxxx» KB ASC ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2005-ci il tarixli kredit müqaviləsi, həmçinin həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi İddiaçı ilə bağlanmış eyni tarixli ipoteka müqaviləsi ilə bağlı qanuni qüvvədə olan məhkəmə qərarları vardır ki, kredit borcu da məhz məhkəmə qərarının icrası qaydasında icra məmuru tərəfindən müvafiq qaydada həyata keçirilir. İcra zamanı məhkəmə qərarı qanunla müəyyən edilmiş qaydada icra olunduğu təqdirdə (və ya icraata digər əsaslarla xitam verilərsə) bununla bağlı icraata icra məmuru tərəfindən müvafiq qərarla xitam verilir. Belə ki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra haqqında» Qanunun 20-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. İddiaçının izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmaqla, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan «xxxxxxxx» KB ASC-yə qarşı «kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2707/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)- 2707/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafael Eyvazov Hakimlər: Ziya Şirinov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar