Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3422/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızının və onun nümayəndəsi və vəkili Atakişiyeva Pərvanə İntiqam qızının, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Səfərzadə Namiq Sahib oğlunun və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-828/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Səfərova Şərifə Elbrus qızı Cavabdeh qarşı “cehiz əmlakının, qızıl-zinət əşyalarının qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cehiz əmlakın – 1) xalçalar: qonaq otağı üçün, yataq otağı üçün, dəhliz üçün; 2) 2 ədəd çilçıraq: qonaq otağı üçün, yataq otağı üçün; 3) bir ədəd ət çəkən, iki ədəd ütü, qaşıq dəstləri (30 ədəd, 18 ədəd, 12 ədəd, 6 ədəd), bıçaq dəsti, qazan dəsti, boşqab dəsti (12 nəfərlik), iki ədəd böyük bulud. 4 ədəd balaca bulud, 6 ədəd vaza, 6 ədəd dərin boşqab, böyük-orta-kiçik olmaqla 12 ədədli boşqab. 1 böyük boşqab olmaqla 6 ədəd boşqab - 3 qutu (18 ədədli), 6 ədəd göy zərli boşqab; 4) bir qutu 6 nəfərlik fincannəlbəki (göy rəngli), 1 qutu 6 nəfərlik armudu stəkan-nəlbəki, 4 qablı mürəbbə dəsti qaşığı ilə (gümüşü rəng), 12 ədəd billur(xrustal) çay stəkanı nəlbəki ilə, su qrafini 6 ədəd stəkanı ilə, mürəbbə qabı - 12 ədəd (gümüşü rəng), mürəbbə qabı -4 ədəd, 12 ədəd qədəh(Çexiya istehsalı), 6 ədəd balaca qədəh, bohemia rəngli 6 ədəd qədəh, bohemia 1 ədəd qrafin 6 ədəd stəkanı ilə, 2 ədəd böyük billur(xrustal) gül qabı, 1 ədəd bohemia güldan, 2 ədəd bohemia konfet qabı, Çexiya istehsalı iki ədəd meyvə qabı, 1 ədəd yumru dəmirli xrustal meyvə qabı, 2 ədəd billur (xrustal) yumru meyvə qabı, 2 ədəd xrustal meyvə qabı, 2 ədəd konfet qabı, bohemia dəst 1 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd meyvə qabı, 2 ədəd meyvə qabı. 2 ədəd qənd qabı. 1 ədəd böyük mürəbbə qabı, 12 ədəd böyük qədəh, 6 ədəd balaca qədəh, 2 ədəd balaca billur xrustal güldan; 5) 2 ədəd gecə lampası, 4 ədəd yorğan, 1 ədəd 2 nəfərlik nazik yorğan, 3 ədəd tək adamlıq yorğan, 2 ədəd yastıq 70x70 ölçüdə, 4 ədəd yastıq 50x70 ölçüdə, dəst olmaqla 1 ədəd döşək, 1 ədəd yorğan dəvə yunundan, 1 ədəd 2 nəfərlik yorğan atlas tikmə, çexol dəsti 2 nəfərlik 8 ədəd olmaqla, çexol dəsti 1 nəfərlik 2 ədəd, böyük dəsmal 10-12 ədəd, əl-üz dəsmalı 15-20 ədəd, yay yorğanı 1 ədəd, 2 ədəd balaca yastıq, yastıq üzü 4 cüt, ikili dəst çaydan, çaynik, 4 dəst çayniklər, soba üçün şüşə qab 3 dəst, 4 ədəd şüşə, podnos 3 dəst, 1 ədəd əlavə şirniyyat qabı, ləpə qabı 1 ədəd, süfrələr 1 ədəd, 1 ədəd pərdə ilə dəst villur, əlavə 4 ədəd süfrələr, suvenir stəkan nəlbəki, 1 ədəd balaca qazan, divar saatı, səyahət çantası içində paltarları olmaqla; 6) qızıllar: toqqa təxminən 50-70 qram qaşlı qırmızı, ağ qızıl komplekt dəsti ( 1 cüt sırğa, 1 ədəd üzük, 1 ədəd qolbaq, boyun bağı klon- 4600 manat), qızıl broşka 20 qram, ağ qızıl üzük və kulon dəst, sarı qızıl komplekt dəst (1 ədəd üzük, 1 cüt sırğa, boyunbağı kulon), qızıl şahməran, beşbarmaq qızıl gül formasında, paxlava formalı brilyant üzük, 1 ədəd setka formalı sarı qızıl üzük, boyun bağı gül formasında sarı qızıl, ürək formasında üzük; 7) paltarlar: qırmızı (tünd) olan üstü çiçəkli, şifon olan 2 ədəd - 1 ağ rəngli, 1 qara rəngli, ağ tül olan nikah geyimi, dəst enli şalvar və kofta, 2 ədəd ətək, ağ sadə kofta, ipli kofta, 2 ədəd şuba (xəz), köynək, şalvar, qırmızı don, sarı kofta, yun jaket, ev geyimi (1 ədəd kofta, yaşıl rəngdə şalvar, 1 ədəd qara idman şalvar), 3 dəst alt paltarı, 3 ədəd gecə geyimi, 2 dəst pijama, 2 ədəd hamam xalatı, 3 ədəd şərf, papaq –şərf dəsti, 1 ədəd bej ayaqqabı, 1 ədəd qara ayaqqabı, 1 ədəd qızılı baletka ayaqqabı, 4 fen, 1 ədəd toy üçün çanta, 1 ədəd tünd-qırmızı çanta, 1 ədəd bənövşəyi çanta, qırmızı rəng kosmetika çantası, güzgüdaraq, dırnaq alətləri və digər kosmetika əşyaları, 1 ədəd daraq dəsti, hamam dəsti, 5 cüt ev çəkələyinin və 1500 manat pulun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər 15.08.2019-cu ildə rəsmi nikah bağlamışlar. Həmin dövrdə iddiaçıya bir çox qızılzinıt əşyaları hədiyyə olmuşdur. Lakin tərəflər arasında olan nikah münasibətləri korlanmış və nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmşdur. Lakin cavabdeh iddiaçıya hədiyyə olunmuş və iddiaçının mülkiyyətində olan qızıl-zinət və digər əşyaları qaytarmaq niyyətində deyil. İddiaçı özünə məxsus əşyaları götürərkən qızılzinət əşyalarını və digər əşyalarını tələb etmiş, lakin cavabdeh və onun valideynləri həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Səfərov Cavabdeh Şərifə Elbrus qızına qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək dəyəri 600 manat, çəkisi 10 qram 1 ədəd nişan üzüyünün (kişi üçün) və dəyəri 300 manat, çəkisi 5 qram olan 1 ədəd bilərziyin (kişi üçün) və ya bu qızıl əşyalarının dəyəri olan 1100 manat məbləğində pulun Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsini xahiş etmişdir. Sonrdan Ş.Səfərovanın nümayəndəsi Yeganə Bağırova məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etmiş, həmçinin ekspert rəyində Vüsala aid olan qızıl əşyaların dəyəri ilə razılaşmadığını bildirərək qeyd ettmişdir ki, Vüsala hədiyyə edilmiş 585 əyyarlı nişan üzüyünü 470 manata, bilərziyi isə 170 manata almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-828/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Səfərova Şərifə Elbrus qızının Cavabdeh qarşı “cehiz əmlakı, qızıl-zinət əşyalarının, paltarların qaytarılması və pul” tələbinə dair ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh – 1) xalçalar: qonaq otağı üçün, yataq otağı üçün, dəhliz üçün; 2) 2 ədəd çilçıraq: qonaq otağı üçün, yataq otağı üçün; 3) bir ədəd ət çəkən, iki ədəd ütü, qaşıq dəstləri (30 ədəd, 18 ədəd, 12 ədəd, 6 ədəd), bıçaq dəsti, qazan dəsti, boşqab dəsti (12 nəfərlik), iki ədəd böyük bulud, 4 ədəd balaca bulud, 6 ədəd vaza, 6 ədəd dərin boşqab, böyükorta-kiçik olmaqla 12 ədədli boşqab, 1 böyük boşqab olmaqla 6 ədəd boşqab - 3 qutu (18 ədədli), 6 ədəd göy zərli boşqab; 4) bir qutu 6 nəfərlik fincan-nəlbəki (göy rəngli), 1 qutu 6 nəfərlik armudu stəkan nəlbəki, 4 qablı mürəbbə dəsti qaşığı ilə (gümüşü rəng), 12 ədəd billur(xrustal) çay stəkanı nəlbəki ilə, su qrafini 6 ədəd stakanı ilə, mürəbbə qabı - 12 ədəd (gümüşü rəng), mürəbbə qabı -4 ədəd, 12 ədəd qədəh (Çexiya istehsalı), 6 ədəd balaca qədəh, bohemia rəngli 6 ədəd qədəh, bohemia 1 ədəd qrafin 6 ədəd stəkanı ilə, 2 ədəd böyük billur (xrustal) gül qabı, 1 ədəd bohemia güldan, 2 ədəd bohemia konfet qabı, Çexiya istehsalı iki ədəd meyvə qabı, 1 ədəd yumru dəmirli xrustal meyvə qabı, 2 ədəd xrustal yumru meyvə qabı, 2 ədəd billur (xrustal) meyvə qabı, 2 ədəd konfet qabı, bohemia dəst 1 ədəd güldan, 2 ədəd konfet qabı, 1 ədəd meyvə qabı, 2 ədəd meyvə qabı, 2 ədəd qənd qabı, 1 ədəd böyük mürəbbə qabı, 12 ədəd böyük qədəh, 6 ədəd balaca qədəh, 2 ədəd balaca billur (xrustal) güldan; 5) 2 ədəd gecə lampası, 4 ədəd yorğan, 1 ədəd 2 nəfərlik nazik yorğan, 3 ədəd tək adamlıq yorğan, 2 ədəd yastıq 70x70 ölçüdə, 4 ədəd yastıq 50x70 ölçüdə, dəst olmaqla 1 ədəd döşək, 1 ədəd yorğan dəvə yunundan, 1 ədəd 2 nəfərlik yorğan atlas tikmə, çexol dəsti 2 nəfərlik 8 ədəd olmaqla, çexol dəsti 1 nəfərlik 2 ədəd, böyük dəsmal 10-12 ədəd, əl-üz dəsmalı 15- 20 ədəd, yay yorğanı 1 ədəd, 2 ədəd balaca yastıq, yastıq üzü 4 cüt, ikili dəst çaydan, çaynik, 4 dəst çayniklər, soba üçün şüşə qab 3 dəst, 4 ədəd şüşə, podnos 3 dəst, 1 ədəd əlavə şirniyyat qabı, ləpə qabı 1 ədəd, süfrələr 1 ədəd, 1 ədəd pərdə ilə dəst villur, əlavə 4 ədəd süfrələr, suvenir stəkan nəlbəki, 1 ədəd balaca qazan, divar saatı, səyahət çantası içində paltarları olmaqla; 6) Paltarlar: qırmızı (tünd) olan üstü çiçəkli, şifon olan 2 ədəd - 1 ağ rəngli, 1 qara rəngli, ağ tül olan nikah geyimi, dəst enli şalvar və kofta. 2 ədəd ətək, ağ sadə kofta, ipli kofta, 2 ədəd şuba(xəz), köynək, şalvar, qırmızı don, sarı kofta, yun jaket, ev geyimi (1 ədəd kofta, yaşıl rəngdə şalvar, 1 ədəd qara idman şalvar), 3 dəst alt paltarı, 3 ədəd gecə geyimi, 2 dəst pijama, 2 ədəd hamam xalatı, 3 ədəd şərf, papaq-şərf dəsti, 1 ədəd bej ayaqqabı, 1 ədəd qara ayaqqabı, 1 ədəd qızılı baletka ayaqqabı, 4 fen, 1 ədəd toy üçün çanta, 1 ədəd tünd-qırmızı çanta, 1 ədəd bənövşəyi çanta, qırmızı rəng kosmetika çantası, güzgü-daraq, dırnaq alətləri və digər kosmetika əşyaları, 1 ədəd daraq dəsti, hamam dəsti, 5 cüt ev çəkələyi; 7) qızıllar: ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, boyunbağı-kulon), 1 ədəd toqqa (kəmər) və 1500 (bir min beş yüz) manat borc pulun alınaraq iddiaçı Səfərova Şərifə Elbrus qızına verilsin. Qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda ağ qızıl komplekt dəsti ( sırğa, üzük, qolbaq, boyunbağı-kulon) 1550 manat, 1 ədəd toqqanın (kəmər) 60 manat olmaqla, ümumi qiyməti olan 1610 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Səfərova Şərifə Elbrus qızına ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Səfərova Şərifə Elbrus qızının özünə aid edilməsi, Cavabdeh Səfərova Şərifə Elbrus qızına qarşı “qızıl-zinət əşyalarının və ya dəyərinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Səfərova Şərifə Elbrus qızından 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü – 470 manat və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik-170 manat olmaqla, ümumi dəyəri 640 manat pul Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada Səfərova Şərifə Elbrus qızından 50 (əlli) manat, Cavabdeh 50 (əlli) manat tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbimin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə iş materiallarına əlavə edilmiş 13.10.2021-ci il tarixli, QXM/260 nömrəli qiymətləndirmə rəyi əsasında qiymətləndirilmiş qızıl-zinət əşyalarının geri qaytarılmasına düzgün qiymət verməmişdir. Belə ki, iddiaçınını evdən çıxma şəraiti açıq-aşkar sübut edir ki, siyahıda qeyd olunan qızıl-zinət əşyaları iddiaçı tərəfindən aparılmayıb. Məhkəmə prosesində dindirilən şahidlər və eləcədə cavabdeh tərəf etiraf edir ki, Səfərova Şərifə ilə Səfərov Namiq arasında söz-söhbət düşmüşdür. Daha sonra Namiq onu küçənin başında yola salmışdır. Evdən gedən zaman özü ilə gündəlik geyim əşyaları aparmışdır. Yəni o birdəfəlik gedəcəyini güman etmirmiş. Evlərində olan zaman sonradan fikrini toplamış və bir daha ər evinə qayıtmayacağını valideyinlərinə bildirmişdir. Toyu olan zaman iddiaçı tərəfə hədiyyə olunan qızıl-zinət əşyalarından yalnız qızıl başlıqlı kəmər cavabdeh tərəfindən məhkəməyə təqdim olunur və onun saxtalığını sübut etmək üçün mütəxəsis dəvət olunur və kəmərin saxta olduğu sübuta yetirilir. Kəmər Cavabdeh tərəfindən guya onun bacısına məxsus kimi gətirilir. Əslində həmin kəmər əvvəlcədən cavabdeh tərəfindən mütəxəssisin qeyd etdiyi kimi üst qatı qızıl suyuna çəkilmiş olunur və daha sonra məhkəməyə tədqiq olunması üçün gətirilir. Bununla da cavabdeh məhkəməni inandırmağa çalışıb ki, həmin kəmər əslində qızıl suyuna çəkilmiş büjüteriya imiş. Təəssüflər olsun ki, niyyətinə də çatmışdır, məhkəmə ona tam inanmışdır. Bir daha qeyd edir ki, rəydə qeyd olunan digər qızıl əşyaları cavabdehin əlindədir və o, onları geri qaytarmır. Qanunsuz olaraq bu gündə özündə saxlayır. Bunun əksi məhkəmədə sübutlarla özünü tapmayıb. İddiaçı məhkəməyə sübut kimi qiymətləndirmə rəyi, şahid ifadəsi təqdim edir ki, qızıl əşyaları ilə yanaşı geyim əşyaları və cehiz əşyaları onda deyil özü ilə aparmayıb. Bunları geri almaq üçün cavabdehin qapısına gəlirlər lakin cavabdehin atası tərəfindən yox cavabı aldıqdan sonra geri qayıdırlar. Hesab edir ki, məhkəmə qətnaməsində realıqda mövcud olan və məlum qiymətləndirmə rəyində də öz dəyərini əks etdirən əşyaların geri qaytarılmasını qət edən zaman siyahını tam göstərməməklə işin nəticəsinə təsir edə biləcək hala düzgün qiymət verməmişdir. İddiaçının anası və qanuni nümayəndəsi Yeganə Bağırova proses zamanı məhkəməyə şahid qismində dəvət olunan Səfiyeva Elmira Əlihüseyn qızının öz əlyazması ilə yazdığı və imzası ilə həqiqiliyini təsdiq etdiyi 06.10.2021-ci il tarixli ərizəni və əlavə sənəd kimi onun şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Lakin nədənsə heç bir əsaslı səbəb olmadan məhkəmə bu ərizəni götürməkdən imtina etmişdir. Belə ki, proses zamanı cavabdehin adamları (şahidlər) tərəfindən Səfiyeva Elmira Əlihüseyn qızının adı çəkilərək onun adından məhkəmədə realığı əks etdirməyən və öz mənafelərinə xidmət edən izahatlar verilmişdir. Bu səbəbdən iddiaçı tərəfin ərizəni təqdim etməkdə məqsədi məhkəmə tərəfindən məsələnin düzgün, obyektiv araşdırılmasında və daxili inamın formalaşmasında rol oynaması olmuşdur. Həmin qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın qızılların -ağ qızıl komplekt dəstinin (sırğa, üzük, qolbaq, boyunbağı-kulon), 1 ədəd toqqanın (kəmər), Cavabdeh alınaraq iddiaçı Səfərova Şərifə Elbrus qızına verilməsi, qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda ağ qızıl komplekt dəsti ( sırğa, üzük, qolbaq, boyunbağı-kulon) 1550 manat, 1 ədəd toqqanın (kəmər) 60 manat olmaqla, ümumi qiyməti olan 1610 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Səfərova Şərifə Elbrus qızına ödənilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü – 470 manat və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik-170 manat olmaqla, ümumi dəyəri 640 manat pulun Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi hissəsində dəyişdirilərək 1125 manat məbləğində pulun Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəmyə təqdim edilmiş şahid ifadələrindən də məlum olur ki, ilkin iddia üzrə iddiaçı Səfərova Şərifə Elbrus qızı valideynlərinin evinə gedəndə qızıl-zinət əşyalarını da özü ilə aparmışdı. Digər tərəfdən məhkəmə qətnaməsində digər qızılların, hətta Cavabdeh hədiyyə şəklində verilmiş qızılların Səfərova Şərifə Elbrus qızı tərəfindən aparılması özü təsdiqini tapmışdır. Digər qızılları apardığı halda ağ qızıl dəstinin Şərifə Səfərova tərəfindən aparılmaması inandırıcı deyil. Digər tərəfdən 15.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis Əliyev Anar Rasim oğlunun rəyindən görünür ki, toqqanın (bel kəməri) ümumi çəkisi 39,4 qram, əyyarı 375, qiyməti isə 40 manatdır. Lakin məhkəmə həmin toqqanı 60 manat dəyərində qiymətləndirmişdir. Səfərova Şərifə Elbrus qızı gedərkən özü ilə bütün qızıllarını, o cümlədən toqqasını özü ilə aparmışdı. Cavabdeh hədiyyə edilmiş nişan üzüyü və bilərzik Cavabdeh mülkiyyətindədir və həmin əşyalar, əşyalar olmadıqda isə onların ədalətli bazar dəyəri (ən azından ekspertin rəyinə əsaən olan dəyər) ilkin iddia üzrə iddiaçıdan alınaraq cavabdehə qaytarılmalıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Cavabdeh Ş.Səfərovadan mülkiyyətçisi olduğu qızıl-zinət əşyalarını və ya ədalətli bazar dəyərini istəməkdə haqlıdır. Məhkəmə ekspert rəyini, mütəxəssis rəyini, şahid ifadələrini nəzərə almamışdır. Ekspert rəyi olduğu halda ilkin iddia üzrə iddiaçının ifadəsinə əsasən Cavabdeh qaytarılmalı olan qızılları dəyərləndirmişdi. Qarşılıqlı iddianın qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü – 470 manat və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik-170 manat olmaqla, ümumi dəyəri 640 manat pulun Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi hissəində razı deyil. Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli, 9/3521 nömrəli ekspert rəyinə əsasən, qarşılıqlı iddia ərizəsində adları sadalanan 2 adda – 585 əyarlı çəkisi 10 qram 1 ədəd kişi üçün nişan üzüyünün və 585 əyarlı çəkisi 5 qramolan 1 ədəd kişi üçün bilərziyin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1125 manat müəyyən edilmişdir. Belə olan halda qarşılıqlı iddianın qətnamə icra olunan vaxt qızıl-zinət əşyaları mövcud olmadığı halda 1 ədəd 585 əyyarlı kişi üçün nişan üzüyü – 470 manat və 1 ədəd 585 əyyarlı kişi üçün bilərzik-170 manat olmaqla, ümumi dəyəri 640 manat pulun Səfərova Şərifə Elbrus qızından alınaraq Cavabdeh verilməsi nəticəsinə gəlməsi əsassızdır. Əgər məhkəmə ilkin iddia üzrə Cavabdeh məxsus qızılların dəyəri ilə bağlı idiaçının dediyi fikri hər hansı sübut olmadan əsas kimi götürəcəkdisə onda işin ekspertizaya göndərilməsinə və 9 ay işin ekspertizada qalmasına nəehtiyac var idi?! Bu ədalətli məhkəmə araşdırmasının pozulması deməkdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızı və onun nümayəndəsi və vəkili Atakişiyeva Pərvanə İntiqam qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Səfərzadə Namiq Sahib oğlunun və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsi xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla hesab edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın rədd edilməsi və qızıl-zinət əşyalarının təmin edilməsi, eyni zamanda qarşılıqlı iddianın qızıl-zinət əşyalarının qiymətinin müəyyən edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-828/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Səfərova Şərifə Elbrus qızı arasında 15.08.2019-cu il tarixdə 2180 nömrəli akt qeydi ilə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması qət edilmişdir. - iddiaçı Ş.Səfərovaya hədiyyə edilmiş və iddia tələbində göstərilən qızıl zinət əşyalarını əks etdirən fotoşəkillər və disk; -Məhkəmə Ekspertiza Mərkəzinin 04.08.2021-ci il tarixli, 9/3521 nömrəli ekspert rəyinə əsasən, qarşılıqlı iddia ərizəsində adları sadalanan 2 adda – 585 əyarlı çəkisi 10 qram 1 ədəd kişi üçün nişan üzüyünün və 585 əyarlı çəkisi 5 qram olan 1 ədəd kişi üçün bilərziyin nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1125 manat müəyyən edilmişdir. - "xxxx" MMC-nin 13.10.2021-ci il tarixli, 260 nömrəli rəyinə əsasən, qiymətləndirməyə tədqim olunmuş qızıl-zinət əşyalarının 2021-ci il üçün birgə analojı bazar dəyəri 11530 manat müəyyən edilmişdir. - 15.10.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən mütəxəssis Əliyev Anar Rasim oğlunun rəyindən görünür ki, toqqanın (bel kəməri) ümumi çəkisi 39,4 qram, əyyarı 375, qiyməti isə 40 manatdır. Birinci instansiya məhkəməsində iştirak edən mütəxəssis A.Əliyev xüsusi üsulla cavabdeh tərəfindən (Vüsalın bacısına məxsus) məhkəməyə təqdim edilmiş toqqanı (kəməri) yoxlayaraq bildirdi ki, toqqanın tərkibi qızıl olmayan metaldan ibarətdir. Yalnızca toqqanın üst qatı qızıl suyunda (əyyar 375) rodirovka olunmuşdur. Nətivcə etibarı ilə məhkəmədə tədqiq edilən toqqa qızıl suyunda rodirovka olunmuş bijuteriyadır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Rüstəmova Nəsibə Rüstəm qızı ifadə verərək bildirmişdir ki, səhər saatlarında oğlu Vüsal Şərifəni anasıgilə aparmış, onlar getməmişdən əvvəl otaqlarından səs-küy gəlirmiş. Onların yanına getmiş, Şərifə bu zaman əşyalarını yığdığını görmüş, aralarında olan mübahisəyə müdaxilə etməyərək onların otağından çıxmışdır. Şərifə gedən zaman özü ilə böyük torba və krem rəngdə olan qotazlı çanta aparmışdır. Getməzdən əvvəl Şərifənin niyə getdiyini ondan soruşsalar da, onların bu işlərə qarışmamasını söyləmişdir. Şərifə getdikdən bir müddət sonra iddiaçının qardaşı Elmir və Elmira adlı tanışı onlara cehiz əşyalarını aparmağa gəlmişlər. Onlar cehizi aparmağa gəldiklərini bildirdikdə, həmçinin Şərifənin maşında gözlədiyini və Vüsalın qızıllarını geri gətirdiyini qeyd etmişlər. Vüsalın atası cehizlərin aparılmasına icazə vermədiyindən, Vüsalın qızılları da onlara geri qaytarılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Rüstəmova Elmira Rüstəm qızı ifadə verərək bildirmişdir ki, cavabdeh onun bacısı oğludur. Tərəflərin arasında xırda münaqişə olduğunu bilmiş və bu səbəbdən də məsələnin aydınlaşdırmaq üçün onlara getmişdir. Bacısından nə baş verdiyini soruşmuş, o, tərəflərin öz aralarında mübahisə olduğunu və qarışmadığını bildirmişdir. Şərifəni səhər anasıgilə gedərkən görmüşdür. Gedərkən özü ilə ağ torba və krem rəngində əl çantası aparmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Rüstəmova Nailə Rüstəm qızı ifadə verərək bildirmişdir ki, Şərifə evdən çıxıb getdikdən bir müddət sonra Elmira adlı şəxs Şərifənin cehiz əşyalarını aparmaq üçün gəlmiş, Şərifə isə maşında gözləmişdir. Özü ilə Vüsalın nişan üzüyünü və qolbağını gətirmişdi. Vüsalın atası üzüyü və qolbağı götürməmiş və bildirmişdir ki, boşandıqdan sonra cehiz əşyalarını apara bilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Ələsgərova Şahnaz Əmiraslan qızı ifadə verərək bildirmişdir ki, Şərifənin anası Yeganə xanım onun rəfiqəsidir. Yeganəgilə gələndə saat 11:00 radələri olardı, qan-qaraçılıq və Şərifə pərişan halda idi, səbəbini soruşanda dedilər ki, Vüsal Şərifəni küçənin başından ötürərək münasibətlərinin bitdiyini deyib. Həmin vaxt üstündə qızıl görməmişdir. Sonradan o, Yeganə və Elmira Şərifənin paltarlarını götürmək üçün Vüsalgilə getmişlər. Vüsalın valideynləri əvvəlcə narazılıq eləmiş, sonra yalnız Şərifənin ata evindən gətirdiyi paltarları aparmağa icazə vermişlər. Pərvin (Şərifənin baldızı) və Yeganə yuxarı mərtəbəyə qalxmış və bir az sonra 2 çanta yüklə qayıtmışlar. Çantalardakı paltarlara bir-bir hamının yanında yenidən baxmış, sonra qaytarıb yığdılar. Orada qızıl söhbəti olmamışdı. Daha sonra cehiz üçün gedəndə o getməmiş, bildiyinə görə cehizləri yığmağa icazə verməmişdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Bağırova Əsli Həsənxan qızı ifadə verərək bildirmişdir ki, iddiaçı onun qaynının qızıdır. Tərəflərin toyundan sonra bir dəfə Şərifənin gəlin köçdüyü evə qonaq getmiş, sonra isə cehiz əşyalarını götürməyə getmişdi. Yeganə Şərifə ata evinə qayıtdıqdan 1 ay sonra onun paltarlarını götürməyə getmiş və yalnız ata evindən apardığı paltarları götürmüşdü. Cehizləri götürməyə getməzdən əvvəl Yeganə Vüsalın xalasının əri Hüsü müəllimlə əlaqə saxlamış, cehiz əşyalarını götürməyə o, Elmira, Şərifə, Yeganə bir maşında və Şərifənin qardaşı isə digər bir maşınla getmişlər. Elmira evə girmiş, 1 saata yaxın orada qalmış, sonra o gedib qapını döymüş, Elmiranı çağırıb məsələnin nə yerdə olduğunu maraqlanmış, Elmira cehizləri aparmağa icazə vermədiklərini bildirmişdi. Cehiz üçün gedəndə qızıl söhbəti olmamışdı, sadəcə Şərifə trumonun üstündə olan qabda qızıllarının olub-olmamasına baxmalarını xahiş etmişdi. Ümumiyyətlə dəqiq hansı qızılların olduğunu bilmir, yalnız beşbarmaq, qızıl komplekt, ortası qızıl olan kəmər və sep yadına gəlir. Şərifə ata evinə qayıdan ilk günlərdə çox əsəbi idi ki, Vüsal onu küçənin başında maşından düşürüb göndərib. Amma boşanmaq niyyəti yox idi, sonra baş verənlər ona pis təsir eləmiş, bundan sonra Vüsalın ailəsi, xüsusilə də Vüsalın özü barışmaq üçün çox gəlmiş, Şərifə razı olmamışdır. Barışıq üçün gələndə orada olmamış, amma bildiyinə görə 1500 manat borc məsələsi və qızıl məsələsi danışılmışdır. Bir dəfə onların təkidi ilə Şərifə şans vermiş, onda da Vüsal yalan danışmışdı. Əsas problemləri də yalan və borc üstündə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Səfərova Pərvin Namiq qızı ifadə verərək bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Şərifə ilə münasibətləri əvvəllər yaxşı olub. Sonradan Şərifə ilə münasibətləri pozulub. Şərifə gedən zaman özü ilə böyük torba və krem rəngdə olan qotazlı çanta aparmışdır. Şərifə getdikdən bir müddət sonra iddiaçının Elmira adlı tanışı və Şərifənin qardaşı Elmir cehiz əşyalarını aparmağa gəlmişdilər. Onlar qızıllar barədə soruşduqda, Şərifə maşında gözlədiyini və Vüsalın qızıllarını geri gətirdiyini bildirmişlər. Atası boşanmadan cehizlərin aparılmasına icazə verməmiş, gətirilən qızıllara da ehtiyacları olmadığını bildirmişdir. Həmçinin bildirdi ki, anası ona və Şərifəyə eyni formada gümüş, üzərinə qızıl örtük çəkilmiş toqqa hədiyyə etmişdir (fotoşəkildə əksini tapmışdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. -225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. -34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). -37.1-ci ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyaları iddiaçıya gəlin köçərkən hədiyyə şəklində verildiyindən, mübahisə predmeti olan əşyalar yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı Ş.Səfərova göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olduğundan həmin əşyaları tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Səfərova Şərifə Elbrus qızının ilkin iddiasının qızıl-zinət əşyalarının tələbi hissəsində qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan mülki işdə iddiaçının tələb etdiyi qızılzinyət əşyalarının ona cavabdeh tərəfindən hədiyyə verilməsi, yəni iddiaçının həmin əşyaların mülkiyyətçisi olması mübahisələndirilməyən haldır. Mübahisələndirilən hal cavabdeh tərəfindən həmin əşyaların qanunsuz olaraq iddiaçıdan götürülübgötürülməməsidir, yəni qızıl-zinyət əşyaları üzərində iddiaçının faktiki sahiblikdən məhrum olub-olmaması və cavabdehin həmin əşyalara faktiki sahiblik edib-etməməsidir. Qeyd edilən mübahisələndirilən hal üzrə sübut etmə yükünü iddiaçı daşıyır. İddiaçı sübut etməlidir ki, o, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyət hüququ ilə ona mənsub olan qızıl-zinyət əşyalarından məhrum olmuş və həmin əşyalar məhz cavabdehin faktiki sahibliyindədir. Bu hallar sübut edildiyi təqdirdə sübut etmə vəzifəsi (qızıl-zinət əşyalarının iddiaçıya qaytarılması üzrə) mülkiyyətçinin xeyrinə cavabdehə keçəcəkdir. İddiaçı öz tələbini sübut etmək üçün məhkəməyə toy mərasimi zamanı çəkilmiş fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə mübahisə predmeti olan əşyaların iddiaçının üzərində olduğu aydındır. Lakin bu şəkillər həmin əşyaların hamısının iddiaçıdan alındığını və cavabdehlərdə olduğunu sübut etmir. İddiaçı Şərifə Səfərova qızıl-zinət əşyalarına dair tələb irəli sürmüş olsa da, göstərilən qızıl-zinət əşyalarının həqiqətən məhz cavabdeh tərəfindən götürülməsinə və qaytarılmamasına dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. Lakin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi disk (whatsappda olan səs yazıları) əsasında iddiaçının anası-nümayəndəsi Y.Bağırovanın Vüsala və məhkəmə iclasında şahid qismində iştirak edən Vüsalın anası N.Rüstəmovanın iddiaçının anası-nümayəndəsi Y.Bağırovaya ünvanladığı səs yazılarından aydın olur ki, Vüsalın iddiaçı tərəfə borcu olmuşdur, həmçinin Şərifənin ona toyda hədiyyə edilmiş ağ qızıldan olan komplekti və toqqası Vüsalda qalmış, digər xırda qızılları (səs yazısında “tənəkə-tünəkə”kimi qeyd olunur) isə Şərifə özü ilə anasıgilə aparmışdır. Həmçinin Vüsalın anası N.Rüstəmovanın səs yazısından məlum olur ki, iddiaçı evdən gedərkən qızılları aparmışdır. Məhkəmə sözügedən diski (whatsappda olan səs yazıları) sübut kimi qiymətləndirərək haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəf yalnız toyda hədiyyə edilmiş ağ qızıldan olan komplektin və toqqanın cavabdehdə qaldığını və gətirmədiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarını nəzərə alaraq qeyd edir ki, səs yazıları barədə disk mülki işə əlavə edilməklə, həmin disk sübut kimi qəbul edilməlidir. Belə ki, diskdə olan məlumatlar hazırkı iş üçün əhəmiyyətlidir. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Hazırkı iş üzrə səs yazışmalarını əks etdirən diskin sübut kimi qəbul edilməsinə dair məhkəmə qeyd edir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Tərəflərin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə səsli (yazılı) mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ilkin iddia tələbi qızıl-zinət əşyalarının tələbi hissəsində qismən təmin edilməli, Cavabdeh ağ qızıl komplet olan(sırğa, üzük, qolbaq, boyun bağı-kulon) və toqqa (kəmər) alınaraq iddiaçı Ş.Səfərovaya qaytarılmalıdır. Qətnamə icra olunan vaxt həmin qızılzinət əşyaları mövcud olmadığı halda ağ qızıl komplekt dəsti (sırğa, üzük, qolbaq, boyun bağıkulon)- 1550 manat, 1 ədəd toqqa (kəmər) – 60 manat ( mütəxəssis rəyinə əsasən bijuteriya olması nəzərə alınaraq) ümumi 1610 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Səfərova Şərifə Elbrus qızına ödənilməlidir. Kollegiya həmçinin hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə də haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəf V. Səfərova hədiyyə edilmiş nişan üzüyünün və bilərziyin daha yuxarı qiymətə olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin apellyasiya şikayətinin digər dəlilləri yuxarıda qeyd edilənlərlə təkzib olunmuşdur. Ona görə də kollegiya hesab edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnın apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızının apellyasiya şikayətinin dəlillərini münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı şəkillərdə göstərilən qızılların hamısının iddiaçıdan alındığını və cavabdehlərdə olduğunu sübut edə bilmir. İddiaçı Şərifə Səfərova qızıl-zinət əşyalarına dair tələb irəli sürmüş olsa da, göstərilən qızıl-zinət əşyalarının həqiqətən də məhz cavabdeh tərəfindən götürülməsinə və qaytarılmamasına dair hər hansı sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. İddiaçı tərəf apellyasiya şikayətində Ələsgərova Şahnaz Əmiraslan qızı və Bağırova Əsli Həsənxan qızının ifadələrinə istinad edərək iddia tələblərinin əsaslı olduğunu qeyd etsə də, həmin şahidlər ifadələridən qızılların kimdə olub-olmadığını ümumiyyətlə bildirməmişlər. Hər iki şahid cehizlərin götürlməsi üçün getdiklərini və orda qızıldan söhbət getmədiyini bildirmişlər. Kollegiya hesab edir ki, qeyd edilən şahidlərin ifadəsi hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin izah edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Cavabdeh Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-828/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Bağırlı (Səfərova) Şərifə Elbrus qızı və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-828/2021 saylı iş üzrə 18 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. İlkin iddia üzrə iddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3422/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3422/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver