Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3440/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadından maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh olmaqla, barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2022-ci il tarixli Barışıq sazişinin Cavabdeh tərəfindən könüllü icra edilmədiyi üçün məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(009)-793/2023 saylı qətnaməsinə əsasən ərizə təmin edilərək, tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli barışıq sazişinin “Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndində göstərilən X4, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı ödənilməsi; Barışıq sazişinin 5-ci bəndinin yəni birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri Cavabdeh ödəyəcəyi; Barışıq sazişinin 6-cı bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək; Barışıq sazişinin 7-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq; Barışıq sazişinin 8-ci bəndində göstərilən birgə nikah dövründə alınmış Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək; Barışıq sazişinin 9-cu bəndində göstərilən Cavabdeh adına (qeydiyyat nömrəsi **********) qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51 kv.m olan mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq” hissəsində təsdiq edilməsi qət edilmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi ilə təsdiq edilmiş barışıq sazişinin aliment hissəsinə izah verilərək, hansı dövrlər üçün tutulması məsələsinə aydınlıq gətirilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(009)-779/2021 saylı qətnaməsinin nəticə hissəsində qət edilən – “Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı (adına açılmış bank hesabına) ödəyəcək” ifadəsi “Cavabdeh, birgə nikahdan anadan olmuş övladları xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2017- ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi 2022-ci ilin oktyabr ayından 2023cü ilin fevral ayına kimi hər ay hər biri üçün 167 (bir yüz altmış yeddi) manat olmaqla ümumilikdə 501 (beş yüz bir) manat aliment İddiaçı (adına açılmış bank hesabına) ödəyəcək” kimi izah olunması qərara alınmışdır. Qərardaddan narazı qalan maraqlı şəxs Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı tam əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edildiyindən, qərardad ləğv edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərindən də göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni çıxarmış məhkəmə həyata keçirməlidir. İş materiallarından görünür ki, qətnaməyə izah verilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ilə yanaşı, iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(009)-793/2023 saylı qətnaməsindən də maraqlı şəxs Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırki mərhələdə birinci instansiya məhkəməsinin qətnaməsinə izah verilməsi barədə ərizənin təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və Bakı şəhəri şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ləğv edilməli, ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-793/2023 saylı, 07 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(009)-793/2023 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3440/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3440/2023
10.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver