Məhkəmə qərarları › İş №2(103)-3443/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3443/2021

04.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3443/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1975/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2-(060)- 1297/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin müəyyən edilən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq hər uşağa hər ay 160 manat, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin alınıb xx xxxx 2004-cü il təvəllüdlü X4, xx xxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxxxx 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanıması üçün Cavabdeh ödənilsin hissəsi ləğv edilərək, hər uşağa har ay sabit pul məbləğində 40 manat ümumilikdə 120 manat alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1975/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, İddiaçı hazırki iddia ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 1975/2021 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilməklə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh Ağdam şəhəri üzrə pasport qeydiyyatına alınmasını əsas gətirərək, hazırkı iddia ərizəsinin qeri qaytarılması nəticəsinə gəlmişdir İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri Binəqədi rayon sektoru tərəfindən verilmiş 7356 nömrəli xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, keçid 1285, Su Meliorasiya idarəsinin binasıdır və hazırda da orada məcburi köçkün kimi statusu ilə qeydiyyata alınmaqla orada yaşayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılarkən, Cavabdeh faktiki yaşayış yeri müəyyən etməklə, nəticəsindən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyəti münasibətlərini tənzimləyən 35.1-ci maddəsinə əsasən, qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar