Məhkəmə qərarları › İş №2(103)-3447/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3447/2025

10.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3447/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasına qarşı mülki iş (Açar sözlər: «pul tələbi, iddia müddəti») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə* iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-25/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: *. İddiaçı 09.*0.2002-ci il tarixdən Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri işləyir.

2. Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının 05.0*.20**-ci il tarixli əmrinə əsasən, bağçanın musiqi rəhbəri İddiaçı əmrin verildiyi tarixdən * vahid iş yükü ilə işləməsi qərara alınmışdır.

3. 2022-ci ildən etibarən İddiaçı *.25 ştat vahidi ilə əmək haqqı ödənişi həyata keçirilir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20*0-cu ildən hal-hazıradək alınmamış əmək haqqının müəyyən hissəsinə, yəni 0.25-ə görə kompensasiyanın hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilib ki, əvvəllər Bakı şəhəri İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərmiş, hal-hazırda isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 269 saylı Körpələr evi və uşaq bağçasının və adı çəkilən idarələrin rəhbərliyi tərəfindən onun hüquqları pozulmuş, dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir tədbir görülməmişdir. Belə ki, o, pedaqoji fəaliyyətə 04.09.*992-ci ildə Sabirabad rayon uşaq musiqi məktəbində fortepiano müəllimi, 09.*0.2002-ci ildən isə Suraxanı rayonu 269 saylı körpələr evi uşaq bağçasında musiqi rəhbəri kimi fəaliyyətə başlamış və hal-hazırda davam etdirir. 20*0-cu ilə qədər 269 saylı körpələr evi-uşaq bağçasında 4 qrup, *3.**.20*0-cu ildən isə Təhsil Nazirliyinin 290 saylı əmrinə əsasən 5-ci qrup əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996-cı il tarixli, 6* nömrəli qərarı ilə təsdiq edilmiş büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatları cədvəlinə uyğun olaraq məktəbəqədər uşaq müəssisələrinin xərclər smetasında musiqi rəhbərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi uşaq bağçalarının 2 yaş və daha böyük yaşdan olan qruplarının hər birinə 0.25 stavka əlavə əmək haqqı xərci tutulmuşdur. Lakin 20*0-cu il tarixində yazılmış arxiv məktubundan görünür ki, 269 saylı körpələr evi-uşaq bağçasının həmin dövrdə rəhbəri işləmiş Xalidə Əhmədova tərəfindən Əmək Məcəlləsinin *6-cı maddəsinin tələblərinə zidd ayrı-seçkiliyə yol verilmiş, fəaliyyətini tam həcmdə yerinə yetirməsinə baxmayaraq, yuxarı təşkilata təsərrüfat müdiri və tibb bacısının əmək haqqlarının qaldırılması üçün vəsatət qaldırmış, onun əmək haqqında heç bir əlavə edilməmişdir. Bakı şəhəri Məktəbəqədər Təhsil müəssisələri və Uşaq evləri İdarəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra bir neçə dəfə müraciət etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən 269 saylı körpələr eviuşaq bağçasının müdiri Nailə Hümbətovanın ünvanına daxil olmuş cavab məktubunda *5.09.2022-ci il tarixdən etibarən 2022-2023-cü tədris ili üzrə komplektləşdirmə zamanı Bakı şəhəri 269 saylı körpələr evi uşaq bağçasının ştatında musiqi rəhbərinin əməyinin ödənilməsi *.25 ştat vahidi kimi nəzərdə tutulacağı qeyd edilmişdir. Lakin sentyabr ayında alınmış maaşda heç bir dəyişiklik baş verməmişdir. Beləliklə, bütün bunlarla əlaqədar dəfələrlə edilmiş müraciətlərə məhəl qoyulmamış və ona qarşı edilmiş qanun pozuntuları aradan qaldırılmamış və işlədiyi əmək haqqının bir hissəsi - 0.25 ödənilməmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-25/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbinin təmin edilməməsi və 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı 09.*0.2002-ci ildən iş üzrə cavabdeh Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasında musiqi rəhbəri işləyir. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı iddia etmişdir ki, onun əməkhaqqı 0.25 stavka əlavə ilə hesablanmalı olmasına baxmayaraq, bu əlavə hesablanmamış, nəticədə işəgötürən tərəfindən ona maddi ziyan vurulmuşdur. Bu səbəbdən o, hazırkı iddia ərizəsi ilə müvafiq dövr üçün əməkhaqqına ödənilməmiş əlavələri tələb etmişdir. Cavabdeh tərəf isə öz növbəsində iddianı qəbul etməmiş, həmçinin iddiaçının müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürdüyünü iddia etmiş, məhkəməyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsinə dair ərizə təqdim etmişdir. Cavabdeh tərəf mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə iddianın əsaslılığı ilə bağlı halları iddianı rədd etsə belə araşdırmalıdır. Belə ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Yuxarıda da istinad edilmiş “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996-cı il tarixli, 6* nömrəli qərarının 7 (a) bəndinə əsasən, musiqi rəhbərlərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi-uşaq bağçalarının 2 yaş və daha böyük yaşdan olan qrupların hər birinə 0,25 stavka hesabı ilə əlavə əməkhaqqı nəzərdə tutulur. İş materiallarından görünür ki, İddiaçı 05.0*.20**- ci il tarixdən həmin bağçada * vahid iş yükü ilə musiqi rəhbəri kimi işləyir. Yenə iş materiallarından görünür ki, sözügedən bağçada iki yaş və daha böyük yaşdan olan uşaq qrupları var. Bu isə o deməkdir ki, iddiaçının həqiqətən də iddia etdiyi kimi Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş əməkhaqqına 0.25 stavka hesabı ilə əlavəni almağa hüququ olmuşdur. Cavabdeh tərəfindən onun bu hüququnun pozulub-pozulmaması məsələsinə gəldikdə isə yenə iş materiallarına istinadla qeyd edilməlidir ki, iddiaçıya Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq əlavə 0.25 stavka nəzərə alınmaqla, ümumilikdə *.25 stavka hesabı ilə əməkhaqqı ödənilməsinə 2022-ci ilin sentyabr ayından etibarən başlanmışdır. Belə ki, iddiaçıya daha əvvəl *.25 stavka hesabı ilə əməkhaqqı ödənildiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş, təqdim edilmiş sənədlərdən isə müvafiq əlavənin yalnız 2022-ci ilin sentyabr ayından etibarən nəzərə alındığı müəyyən edilmişdir. Belə olan halda, cavabdeh tərəfindən müvafiq dövr üçün iddiaçının əməkhaqqına əlavə almaq hüququ pozulmuşdur. Bu hissədə, iddiaçıya əmək haqqının, eləcə də ona əlavələrin hesablanması və ödənilməsi iddiaçının iş yeri olan Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının səlahiyyətində olmadığından bağça bu iş üzrə iddiaya cavab verməli olan şəxs deyil. Odur ki, iddianın həmin cavabdehə qarşı olan hissədə təmin edilməsi istənilən halda istisna edilir. Hüququn pozulması ilə bağlı nəticəyə gəldikdən sonra iddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Əmək Məsəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Məhkəməyə müraciət etmişdir. Hansı ki, həmin tarixdə onun əməkhaqqına əlavə ilə bağlı hüququnun pozulması artıq on ildən uzun müddətdir ki, davam edirdi və aydındır ki, həmin vaxtdan da iddiaçı bu pozuntunu bilirdi (bilməli idi). Bu baxımdan, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir və bu da cavabdeh tərəfin ərizəsi əsasında iddianın rədd edilməsi üçün əsasdır. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya on ildən uzun bir müddətdə haqqı çatan əməkhaqqına əlavə ödənilməmiş, bununla da işçi kimi iddiaçının hüquqları pozulmuşdur. Lakin iddiaçı hüquqlarının pozulduğunu bildiyi (bilməli olduğu) gündən bir il müddətində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, iddia təmin edilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

*0. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməsini xahiş etdilər. **. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə* apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. *2. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə digər cavabdeh Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

*3. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

*4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə *54(*-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə *57(3-cü hissə). Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Maddə *77(4-cü hissə). Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin *57-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Maddə *77(5-ci hissə). Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, *23, *70, *72, *79, *8*, *98, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir. Maddə *77(6-cı hissə). Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə*95(“d” bəndi).İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (*ci hissə). İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə)(*2.08.2024-cü ilə kimi olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(3-cü hissə) (*2.08.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

*5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.*. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 375.*. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.*. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380.*. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

*6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Əmək Məcəlləsinin *72-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair» **.04.2023-cü il tarixli Qərarına əsasən,.. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən * il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

*7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 2*7.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.*. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.*. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

*8. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. *9. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 20**-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.* və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının *4 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 2*. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyündən iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmuşdur.

24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.

25. Tərəflər arasında bu gün də əmək münasibətlərinin olması və davam etməsi işin mübahisəsiz halıdır, yəni tərəflərin heç biri bu faktı mübahisələndirmir.

26. Mübahisələndirilən hal iddiaçının “Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.05.*996-cı il tarixli, 6* nömrəli qərarının 7 (a) bəndinə əsasən, musiqi rəhbərlərinin əməyinin ödənilməsi uşaq bağçalarının hər qrupuna və körpələr evi-uşaq bağçalarının 2 yaş və daha böyük yaşdan olan qrupların hər birinə 0,25 stavka hesabı ilə əlavə əmək haqqı nəzərdə tutulduğundan cavabdehin 20*0-cu ildən bəri həmin əlavəni ödəməmzsi ilə bağlıdır.

27. Əslində cavabdehlər də iddiaçıya əmək haqqına qeyd olunan əlavənin 2022-ci ilə kimi ödənilmədiyini qəbul edir və bunu hər hansı bir formada mübahisələndirmir. Yalnız cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi də digər cavabdeh Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının 20*4-cü ildən 2022-ci ilə kimi Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olduğunu, 2022-ci ildən yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra həmin əlavənin ödənildiyini, buna baxmayaraq Əmək Məcəlləsinin 296.4-cü maddəsi ilə nəzərdə tutulan * illik iddia müddətini ötürməsinə görə iddianın rədd edilməsini istəyib, məhkəmə də cavabdehin bu istəyini təmin edib.

28. Belə ki, iddiaçı əmək haqqına əlavənin 20*0-cu ildən hesablanaraq ödənilməsini tələb edib. Ancaq birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq iddianın rədd edilməsini qət etmişdir. Demək ki, cavabdehin hüquqi müdafiə vasitəsi kimi iddia müddəti institutunun imkanlarından istifadə etməsi ona faydalı olmuşdur. Əks halda ən azından mübahisələndirmədiyi dövr üzrə iddiaçıya - 20*0-cu ildən 20*4-cü ilə kimi yuxarıda qeyd olunan əlavəni ödəməyə borclu idi.

29. Çünki cavabdeh tərəfindən iddiaçıya bu əlavə faktiki olaraq 2022-ci ildən başlayaraq ödənilmişdir. İddia ərizəsi isə məhkəməyə 22 may 2023-cü ildə daxil olmuşdur. Əlavənin 2022-ci ilin aprel ayından, yəni Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının yenidən Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra ödənilməsi faktını apellyasiya baxışı zamanı da tərəflər öz məlumatları ilə təsdiq etdilər. Deməli iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan ən azı əvvəlki * il üçün qeyd olunan əlavənin ödənildiyi işin mübahisəsiz halına çevrildi. Düzdü iddia müddətinin tətbiqinə dair ərizə verilməsə idi əvvəlki illərə görə(20*0-20*4) də qeyd olunan əlavələr ödənilməli idi. Burada Bakı şəhəri 269 saylı körpələr evi-uşaq bağçasının 20*4-cü ildən 2022-ci ilə kimi Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olması da iddiaçıya həmin əlavənin ümumiyyətlə ödənilməli olmadığı anlamına gəlmir.

30. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində bu cür üzrlü səbəblərin olmasına dair nəinki sübut təqdim edib, ümumiyyətlə hansısa arqument də gətirməyib. Yalnız məhkəməyə vaxtında müraciət etməməsinin səbəbi kimi bu cür əlavənin ona ödənilməli olmasından məlumatsız ilə əlaqələndirir. Bu cür vəziyyətdə iddiaçının düşdüyü vəziyyət başadüşülən olsa da ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi. 3*.Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-25/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.*, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-25/2025 saylı, 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar