Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3460/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və müalicə xərclərinin dəqiqləşdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-4674/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment və müalicə xərclərinin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 489/2011 saylı, xx.xx.2011-ci il tarixli 489/2011 saylı, xx.xx.2017-ci il tarixli 4074/2017 saylı, xx.xx.2018-ci il tarixli 2948/20187 saylı qətnamələri ilə müəyyən edilmiş aliment və müalicə pulunda iştirak payı üzrə xx.xx.2006-cı ildə anadan olmuş X1 üçün ödənilmiş pul məbləğləri nəzərə alınmaqla xx xxxxxx 2021-ci tarixə ödənilməmiş qalan borc məbləği barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 4674/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment və müalicə xərclərinin dəqiqləşdirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4674/2020 nömrəli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarlarının icrasına nəzarəti icra sənədini vermiş məhkəmə tərəfindən həyata keçirilir. İcra sənədləri Nərimanov Rayon Məhkəməsi tərəfindən verildiyindən, məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(005)-4674/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iddia ərizəsini məhkəmənin icraatına götürməkdən imtina edərkən qərarını belə əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnamələri ilə müəyyən edilmiş aliment və müalicə pulunun xx xxxxxx 2021-ci tarixə ödənilməmiş qalan hissəsinin hesablanması barədə tələbi məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələ müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə daxildir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.) Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə nəzərdə tutulmuş müddəalar, məhkəmə qətnaməsinin icrası qaydasında düzgün və vaxtında icra edilməsini ehtiva edir. Nəzərə almaq lazımdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməsi məqsədi ilə yeni məhkəmə qətnaməsinin qəbul edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə görə yolverilməzdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-4674/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmasın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3460/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3460/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver