Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3470/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “birgə nikah dövründə yaranmış borcun bölünməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02 aprel 2015ci il tarixli kredit müqaviləsinə əsasən qalan borcun– 1967.27 ABŞ dollarının ½ hissəsinin, yəni 983.6 ABŞ dollarının – 1672.12 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 25 iyul 2012-ci il tarixdə Salyan rayon Çuxanlı kənd İnzibati ərazi nümayəndəliyində birgə nikaha daxil olmuşdur və birgə nikahlarından iki uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən nikahın pozulması barədə iddia ərizəsi vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahda olan dövrdə ailələrinin ehtiyacları üçün "xxxx" KB ASC-nin Salyan filialından 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 18 ay müddətinə illik 32 faiz olmaqla 2200 ABŞ dolları kredit götürmüşlər. Bunun ailə ehtiyacları üçün olması cavabdehin anası X6 və dostu X2 zamin kimi müqaviləyə imza etmələrindən görmək mümkündür. Həmin krediti ailə ehtiyacları üçün götürsələr də, cavabdeh həmin pulu özü xərcləmiş və həmin pul heç ona gəlib çatmamışdır. Həmin kredit müqaviləsi üzrə ödənişlər ödənilmədiyindən Salyan Rayon Məhkəməsinin 02 sentyabr 2016-cı il tarixli 2(057)-3551/2016 saylı əmri ilə əsas borc üzrə 1398.45 ABŞ dolları, faiz borcu üzrə 316.50 ABŞ dolları, cərimə borcu üzrə 252.32 ABŞ dolları olmaqla, cəmi 1867.27 ABŞ dolları borcun ödəniş gününə olan məzənnə ilə ondan və digər cavabdehlər X4 və X1 tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, həmin borc birgə nikah dövründə yarandığından və ailə ehtiyacları üçün götürüldüyündən Ailə Məcəlləsinin tələblərinə əsasən bərabər bölünməlidir.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Pərviz Məmmədov) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 740.2-ci maddəsində göstərilən münasibətlər hazırkı mübahisədə ümumiyyətlə mövcud deyil, onunla cavabdeh arasında hər hansı bir şifahi və ya yazılı müqavilə olmamışdır və bu baxımdan qeyd edilən maddənin onların münasibətlərinə tətbiqi əsassızdır. Bundan başqa məhkəməyə təqdim etdiyi sənədlər sübut hesab olunsa da, məhkəmə təqdim edilmiş subutları mötəbər olmadıgı üçün qəbul etməmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə birgə nikahda olan dövrdə ailələrinin ehtiyacları üçün "xxxx" KB ASC-dən 2200 ABŞ dolları kredit götürmüşlər. Bunun ailə ehtiyacları üçün olmasından ailədə hər kəs məlumatlı idi. Cavabdehin adına kredit verilmədiyi üçün bankla olan kredit müqaviləsi onun adına rəsmiləşdirilmişdir. Hesab edir ki, həmin borc birgə nikah dövründə yarandığından və ailə ehtiyacları üçün götürüldüyündən tərəflər arasında bölünməlidir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikah dövründə "xxxx" KB ASC-dən kredit götürmüşlər, həmin vəsait ailə ehtiyaclarına sərf edilmişdir. Belə ki, ev üçün yataq dəsti və sair əşyalar alınmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
8. "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X7 illik 32 faiz olmaqla 18 ay müddətinə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X10 və X8, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər.
9. "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən məlum olur ki, X5 706micSLY/15 saylı kredit müqaviləsi üzrə 1494.72 ABŞ dolları borcu vardır.
10. Salyan Rayon Məhkəməsinin 2(057)-3551/2016 saylı 02 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən məlum olur ki, X3, X1 və X4 02 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1398.45 ABŞ dolları əsas, 316.50 ABŞ dolları faiz borcu, 252.32 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1967.27 ABŞ dolları borcun ödəniş gününə olan məzənnə üzrə manatla və 20 manat dövlət rüsumunun "xxxx" KB ASCnin xeyrinə tutulması müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
12. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
13. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
14. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
15. Maddə 34. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
16. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
17. Maddə 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
18. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
19. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
20. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
21. Maddə 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.
22. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
23. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
24. Maddə 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər.
25. Maddə 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
26. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq vurğulamışdır ki, ərarvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərar).
27. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı: Pasivlərin bölünməsi: 6.35.Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36.Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ərarvadın birgə borclu olması halını aradan qaldırmır. 6.37.Həmçinin nəzərə alınmalıdır ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü şəxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər. 6.38.Bu baxımdan oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kredit müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. 6.39.Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. 6.40.Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41.O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). 6.42.Ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutma isə yalnız onun başqa əmlakı borcun ödənilməsinə kifayət etmədikdə ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilə bilər. Bu cür yönəltmə kreditorun (kreditorların) tələbi əsasında Mülki Məcəllənin 224-cü maddəsində müəyyən edilmiş qaydaya və ardıcıllığa riayət edilməklə həyata keçirilməlidir. Həmin qaydalara (ardıcıllığa) riayət edilmədən ümumi əmlakın birbaşa açıq hərracdan satılması qanunsuzdur. 6.43.Eyni qaydaya ərin (arvadın) ayrıca öhdəliyi ilə bağlı tutmanın icra icraatı çərçivəsində ərin (arvadın) ümumi əmlakda olan payına yönəldilməsi zamanı da riayət edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
39. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
40. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
41. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması.
42. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
43. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlanılır. Apellyasiya Məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
45. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər 25 iyul 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahda olduqları dövrdə iddiaçı X9 ilə "xxxx" KB ASC arasında 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən X7 illik 32 faiz olmaqla 18 ay müddətinə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən X10 və X8, yəni zaminlər borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Tərəflər arasında olan nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir ki, X5 hazırki günədək həmin kredit müqaviləsi üzrə 1494.72 ABŞ dolları borcu vardır.
46. Hazırda iddiaçı G.Abuşova bankdan götürmüş olduğu kredit məbləğinin ailə ehtiyacları üçün xərcləndiyini bildirməklə həmin vəsaitin tərəflər arasında bölünməsini xahiş etmişdir.
47. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə iki hala istinad etmişdir. Birinci hal ondan ibarət olmuşdur ki, ddiaçı G.Abuşova bankdan götürmüş olduğu kredit məbləğinin ailə ehtiyacları üçün xərcləndiyini bildirsə də, həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə yalnız borcun mövcudluğunu təsdiq edən sübutları təqdim etmişdir.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri müvafiq payın qanun və ya vərəsəlik, bağışlama və ya digər əvəzsiz əqdlər üzrə keçməsidir.
50. Bununla yanaşı qeyd edilməlidir ki, öhdəliklərə münasibətdə isə şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir.
51. Bundan başqa yuxarıda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, ər-arvadın hər birinin öhdəliyi üzrə isə tərəflər yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Qanunverici ailə institutunu ərarvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ərarvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.
52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 6.40-cı bəndinə görə, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2-ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
53. Hazırki işin mübahisəsiz hallarından isə göründüyü kimi iddiaçı X9 ilə "xxxx" KB ASC arasında 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi tərəflərin nikahda olduqları dövrdə bağlanmışdır.
54. Apellyasiya baxışı zamanı da cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikah dövründə "xxxx" KB ASC-dən kredit götürmüşlər. Həmin vəsait ailə ehtiyaclarına sərf edilmişdir. Belə ki, ev üçün yataq dəsti və sair əşyalar alınmışdır.
55. Göründüyü kimi, cavabdeh məhkəmə iclasında iddiaçı ilə nikahda olduqları dövrdə götürülən həmin kredit məbləğinin ailə ehtiyaclarına sərf edildiyini etiraf etdiyindən, iddiaçı hazırda nikah vaxtı götürülən həmin kredit vəsaitinin ailə ehtiyaclarına sərf edilməsi ilə bağlı faktı sübut etmə vəzifəsindən azad olunur.
56. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
57. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi qənaəti həmçinin belə əsaslandırmışdır ki, iddiaçı borcu ödəmək iqtidarında olmadığı halda borc məbləği zaminlərdən tutulacaqdır.
58. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, rayon məhkəməsinin istinad etdiyi həmin halın hazırkı mübahisənin hüquqi həlli baxımından heç bir əhəmiyyəti yoxdur.
59. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək yanlış nəticəyə gəlmişdir.
60. Beləliklə, birgə nikah dövründə götürülmüş kredit məbləğinin ailə ehtiyacları üçün xərclənməsi müəyyən edildiyindən iddiaçı həmin vəsaitin bölünməsini tələb etməkdə haqlı olmuşdur, iddia tələbi əsaslıdır və təmin edilməlidir. "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalan borcun – 1967.27 ABŞ dolları borca münasibətdə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə, (yəni hər birinin 983.6 ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində olmaqla) payı müəyyən edilməlidir.
61. Hazırkı halda mübahisə 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürülmüş borcun birgə nikah dövründə ailə ehtiyacları üçün sərf edilməsinin eləcə də, buna uyğun olaraq tərəflər arasında qeyd edilən borca münasibətdə payların müəyyən edilməsi ilə bağlıdır.
62. Eyni zamanda müəyyən olunmuşdur ki, 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1967.27 ABŞ dolları pul vəsaitinin tutulmasına dair məhkəmə aktı hazırkı dövrdə icra edilməmişdir.
63. Belə olan halda Kollegiya izah edir ki, qeyd edilən öhdəlik iddiaçı tərəfindən icra olunduqda onun ödənilən vəsaiti hazırkı qətnamə ilə müəyyən edilmiş paya münasibətdə cavabdehdən tələb etmək hüququ yaranır.
64. Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Nəticə:
65. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi və təfsirində səhvə yol verildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilərək, "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalan– 1967.27 ABŞ dolları borca münasibətdə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə, (yəni hər birinin 983.6 (doqquz yüz səksən üç ABŞ dolları altı sent) ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində olmaqla) payı müəyyən edilməlidir.
66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
67. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (39+20=59) 59 (əlli doqquz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
68. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Binəqədi Rayon Məhkəməsinin 2(001)-1437/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin olunsun. "xxxx" KB ASC ilə X9 arasında bağlanmış 02 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalan– 1967.27 ABŞ dolları borca münasibətdə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə, (yəni hər birinin 983.6 (doqquz yüz səksən üç ABŞ dolları altı sent) ABŞ dolları (Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində olmaqla) payı müəyyən edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (39+20=59) 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.