Məhkəmə qərarları › İş №2(103)-3476/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3476/2020

17.06.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3476/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X3 və X1 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4991/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış olan xx.xx.2018-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4991/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmiş, hakim tərəfindən iş üzrə heç bir araşdırma aparmadan qısa vaxt ərzində əsassız qətnamə qəbul edilmiş, onun tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki işdə olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Həsənov X2 Zaur Zakir oğluna 25000 manat məbləğində pulu borc vermişdir. Borcalan krediti xx.xx.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işdə olan xx xxxx 2018-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı 8500 manat məbləğində ödəniş etmişdir. Bakı şəhəri 16 saylı notariat kontoru tərəfindən “xxxxxxxxx” ASC-nin Bakıxanov filialına ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., 4090/94 məh., ev 1/5, mən. 16-da qeydiyyatda olan (borcalan) İddiaçı 3M-14 saylı xx.xx.2018 11 tarixli 16 NK-da təsdiq edilən kredit müqaviləsi üzrə olan borcun ümumi məbləğindən 8500 manatı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsi, ev 86b-da qeydiyyatda olan (borc verən) Cavabdeh1 verilməsi üçün bankınızda olan AZ93MUGA**********04927AZM18 N-li depozit hesabına qəbul olunmasını xahiş edilmişdir. Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Həsənov X2 Zaur Zakir oğluna xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 25500 manat məbləğində borc vermiş, borc alan İddiaçı krediti həmin tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 16 saylı notariat kontorunun xx xxxxxx 2017-ci il tarixli 53 nömrəli məktubu ilə İddiaçı kredit müqaviləsində göstərilmiş 4000 (dörd min) manatın ödənilmədiyi səbəbindən Cavabdeh1nın notariat kontoruna müraciət etməsi və icra qeydinin aparılmasını xahiş etməsi ilə əlaqədar 30 gün ərzində notariat kontoruna müraciət etməsi bildirilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilən apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyasının araşdırmaları nəticəsinə müəyyən edildi ki, Bakı şəhəri 16 saylı notariat kontorundabağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 25500 manat məbləğində borc vermiş, borc alan krediti həmin tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 16 saylı notariat kontorunun xx xxxxxx 2017-ci il tarixli 53 nömrəli məktubu ilə İddiaçı kredit müqaviləsində göstərilmiş 4000 (dörd min) manatın ödənilmədiyi səbəbindən Cavabdeh1 notariat kontoruna müraciət etməsi və icra qeydinin aparılmasını xahiş etməsi ilə əlaqədar 30 gün ərzində notariat kontoruna müraciət etməsi bildirilmişdir. Kollegiya bildirir ki, işə baxan rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 16 saylı notariat kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərmədiyinə görə icra qeydinin ləğv edilməsini əsas gətirsə də, iş materialında olan icra qeydinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya bu barədə yazılı bildiriş göndərilmiş və 30 gün müddətinə riayət edildikdən sonra icra qeydi icra edilməsi üçün göndərilmişdir. Bundan əlavə, iddiaçı ödəniş müddətinin keçirilməsinə dair yazılı bildiriş almadığına görə məlumatsız olduğunu bildirsə də, kredit müqaviləsinin 2-ci bəndində aldığı kreditin xx xxxxx 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürməsi, eləcə də müqavilənin 8-ci bəndində müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə şərtlər dəqiq, aydın və anlaşılan şəkildə göstərildiyindən o, bu öhdəliklərindən məlumatlı olmuşdur. Beləliklə, Məhkəmə kolegiyasının araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçının apellyasiya şikayəti əsasız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4991/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu idiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar