Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3490/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X4 və X2 ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3805/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar “xxxx” MMC, İddiaçı2, İddiaçı3 Ağaəli qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 Ağaəli qızı cavabdeh “xxxx” ASC-yə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə kredit müqaviləsinin təminatı kimi Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev prospekti, 11 saylı ünvanda İddiaçı3 Ağaəli qızına məxsus 2-ci mənzilə və İddiaçı2 məxsus Sumqayıt şəhəri 46-cı məhəllədə mal-qara kəsilməsi və ət məhsulları istehsalı sahəsinə ipotekaya xitam verilməsi və göstərilən əmlakların geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3805/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC, İddiaçı2 və İddiaçı3 Ağaəli qızının cavabdeh “xxxx” ASC-nə qarşı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin geri qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Apelyasiya şikayəti və onun dəlilləri: İddiaçılar apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, "İpoteka haqında" AR Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Qanunvericiliyin həmin normasına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, E.Quliyev pr-ti 11 saylı evin İddiaçı3 Ağali qızına məxsus 2-ci mənzilinə ipotekaya xitam verilməli və ipoteka predmeti mülkiyətçiyə qaytarılmaqla ipoteka müqaviləsi ləvğ olunmalıdır. Sumqayıt şəhəri, 46-cı məhəllədə İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi, mal-qara kəsilməsi və ət məhsulların istehsalı sahəsinin hərraca çıxarılmasında "İpoteka haqqında" AR Qanununun normalarına əməl olunmamışdır. Belə ki, ipoteka ilə yüklü edilmiş hər iki daşınmaz əmlak məhkəmənin qətnaməsinə əsasən iki dəfə hərraca çıxarılmış, lakin alıcı olmadığına görə hərrac baş tutmamışdır. Qanunvericiliyin normalarına əməl olunmadan R.T.Əsgərova məxsus Sumqayıt şəhəri 46-cı məhəllə ərazisində yerləşən əmlak kompleksini sonuncu hərracdan sonra uzun müddət, yəni 228 gün keçdikdən sonra ipoteka saxlayan "xxxx" ASC-nin özünə götürməsini hərrac təşkilatı rəsmiləşdirmişdir. Məhkəmə bu halı istisna hal kimi hesab etmişdir. Lakin qanunvericilikdə hər hansı istisna hal nəzərdə tutulmamışdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Tərəflər arasında olan xx xxx 2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli 039/F nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı3 Ağaəli qızına xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 100000 manat məbləğində müəyyən edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev pr-ti 0,0204 ha torpaq sahəsində yerləşən, 11 saylı ünvanda, 1 mərtəbəli 70,9 kv.m ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2-ci mənzil göstərilmişdir. Tərəflər arasında bağlanmış xx xxxx 2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2008-ci il tarixli 039/F nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı kimi İddiaçı2 məxsus olan dəyəri 150000 manat məbləğində müəyyən edilmiş Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində 1065,3 kv.m ümumi, sahədən ibarət əmlak kompleksi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2018-ci il tarixli, 2(102)- 4114/2018 saylı qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya MK-nın 2(103)-649/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)-192/2011 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsindən görünür ki, X1 150.000 (yüz əlli min) manat məbləğində kredit borcu 7554,13 (yeddi min beş yüz əlli dörd manat on üç qəpik) manat faiz üzrə borcu 7500 (yedi min beş yüz) manat hesablanmış cərimə məbləği, o cümlədən ödənilmiş manat məbləğində dövlət rüsumu, cəmi 165.074,13 (yüz altmış beş min yetmiş dörd manat on üç qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-nə ödənilməsi, "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmiş, İddiaçı3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev prospekti istifadədə olan 0,0204 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 1 mərtəbəli, 70,9 kv.m. ümumi, 56 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 2 nömrəli mənzil, İddiaçı2 məxsus Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində istifadədə olan 0,12071 ha torpaq sahəsində yerləşən 1065,3 kv.m ümumi, 530,9 əsas, 534,4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (mal-qara kəsilməsi və ət məhsullarının istehsal sahəsi) açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində 1065,3 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ilkin satış qiyməti 320000 manat məbləğində, 15% endirimlə olan qiyməti 204000 manat məbləğində müəyyən edilərək “xxxx” MMC tərəfindən hərraca çıxarılmışdır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində 0,12071 ha torpaq sahəsində 1065,3 kv.m ümumi, sahədən ibarət əmlak kompleksi “xxxx” ASC-yə 204.000 manata satılmışdır Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, "İpoteka haqqında” .Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilir ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracda ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə alə bilər, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir. Qanunvericiliyin normalarından göründüyü kimi, ipotekaya o vaxt xitam verilə bilər ki, təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etməsin. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(102)-4114/2018 saylı qərarında hərrac protokolunun və eyni tarixli alqı-satqı müqavilərinin ləğv edilməsi ilə tərəflər arasında Ali Məhkəmədə mübahisəyə baxılmış və yekun qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçılar “xxxx” MMC, İddiaçı2, İddiaçı3 Ağaəli qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıların özlərinə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar “xxxx” MMC, İddiaçı2, İddiaçı3 Ağaəli qızı tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3805/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi onların apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3490/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3490/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver