Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3492/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), x6 və x7 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızının və onun vəkili x14, Cavabdeh x3 nümayəndəsi və vəkili x11 iştirakları ilə İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızının cavabdeh x4 qarşı “əlavə xərc tələbi”nə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-609/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Piriverdiyeva Könül Sədrəddin qızı cavabdeh x4 qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26.04.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından 07.11.2015-ci il təvəllüdlü x12 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.11.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü x8 onun himayəsində saxlanılması və onun yetkinlik yaşma çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu ildən başlayaraq cavabdehin qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh “Elekton Hökümətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsinin İT-nin infrastrukturun idarəedilməsi departamentinin verilənlər bazalarının idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışır və aylıq əmək haqqı 2900 AZN təşkil edir. Uşaqları 07 noyabr 2015-ci il təvəllüdlü x12 uşaq autizmi xəstəliyindən əziyyət çəkir. O, uşaqlarının xəstəliyi ilə əlaqədar olaraq heç yerdə işləmir. İddiaçı yüksək əmək haqqı əldə etməsinə baxmayaraq uşağı ilə maraqlanmayıb, uşağın bütün xərclərini hər zaman onun valideynləri çəkmişdir. Uşaqların müalicəsi üçün dəfələrlə “Loqos Psixoloji və x25”nə və “x16”nə müraciət etmişdir. Hər müalicə seanslarına 500-800 manat vəsait sərf olunmuşdur. O, işləmədiyi üçün bu xərcləri təkbaşına qarşılaması mümkün deyil. Xəstəliyin daha da inkişaf etməməsi üçün mütəmadi olaraq müalicə tədbirlərinin görülməsi isə şərtdir. Birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü x8 xəstəliyini, cavabdehin yüksək əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, onun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul = məbləğində = 500 = manat = pul cavabdehdən tutulub ona verilməlidir. Göstərilənlərə əsasən, birgə nikahlarından anadan olmuş 07.11.2015-ci il təvəllüdlü x8 xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 500 manat pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-609/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş x2 07 noyabr 2015-ci il təvəllüdlü x1 ilə əlaqədar əlavə xərclərə görə hər ay sabit pul məbləğində 70 manatın Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Həmçinin qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmiş, şikayətini onun iddiaçıya 700-800 manat arası alimenti ödədiyi, aliment məbləğinin uşağın müalicə xərclərini ödəməyə kifayət etdiyi, birinci instansiya məhkəməsinin isə uşağın hansı xəstəlikdən müalicə aldığını və iddiaçıya ödənilən alimentin təyinatı üzrə xərclənibxərclənmədiyini araşdırmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vərərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, onun nümayəndəsi və vəkili apellyasiya özlərinin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(007)-2401/2019 nömrəli qətnaməsindən görünür ki, x10 ilə Piriverdiyeva Könül Sədrəddin qızı arasında 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsində 26 aprel 2015-ci il tarixdə bağlanmış və 1102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü x13 anası Piriverdiyeva Könül Sədrəddin qızının himayəsində salxlanılması, tərəflərin birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü x9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu il tarixdən başlayaraq x3 qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan AZ İİİ 670018 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, x13 07 noyabr 2015-ci il tarixdə.doğulmuşdur. Atası x10, anası Piriverdiyeva Könül Sədrəddin qızıdır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli birləşmiş uşaq xəstəxanasının 20 sentyabr 2019-cu il tarixli, 209 saylı məktubundan görünür ki, 07 noyabr 2015-ci il təvəllüdlü x13 8 nömrəli birləşmiş uşaq xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində dispanser qeydiyyatdadır. İş materiallarında olan “Elektron hökumətin inkişafı mərkəzi” publik hüquqi şəxsin 09 sentyabr 2019- cu il tarixli məktubundan görünür ki, “Elektron hökumətin inkişafı mərkəzi” publik hüquqi şəxsin İT İnfrasturukturunun idarəedilməsi departamentinin Verilənlərbazalarının idarə edilməsi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışır. Əməkhaqqı 2900 manat təşkil edir. İş materiallarında olan Loqos Psixoloji və x22 04 dekabr 2019-cu il traixli arayışından görünür ki, x13 həmin mərkəzin psixoloqu tərəfindən konsultasiya olunub və terapeya keçib. Həmin seanslar üçün 480 manat pul ödənilib. İş materiallarında olan x16 tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli arayışdan görünür ki, x13 həmin mərkəzin psixoloji və klinik refleksoterapevtik seanslarına getmiş və ümumilikdə 825 manat ödəniş edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir; həmin maddi hüquq normasına görə isə, “alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər”. İşin müəyyən edilmiş hallarına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(007)-2401/2019 nömrəli qətnaməsi ilə x10 ilə Piriverdiyeva Könül Sədrəddin qızı arasında 2 saylı Bakı “ASAN xidmət” Mərkəzinin Qeydiyyat Şöbəsində 26 aprel 2015-ci il tarixdə bağlanmış və 1102 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 07 noyabr 2015-ci il təvəllüdlü x13 anası Piriverdiyeva Könül Sədrəddin qızının himayəsində salxlanılması, tərəflərin birgə nikahlarından 07 noyabr 2015-ci il təvəllüdlü x9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 noyabr 2019-cu il tarixdən başlayaraq x3 qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin Piriverdiyeva Könül Sədrəddin qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından aydı olur ki, Xəzər Pirverdiyev daimi olaraq həkim müayinəsindən keçir, tibbi yardıma və müalicəyə ehtiyacı vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi aşağıdakı kimi olmuşdur: “Ailə Məcəlləsinin 81-ci maddəsində ... valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun.Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir.Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur”. Kollegiya apellyasiya şikayətilərinə birlikdə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğunu müəyyən etdiyi məbləğ ədalətli və ağlabatandır. Kollegiya Ailə Məcəlləsinin 81-ci maddəsində istifadə olunan “tərəflərin diqqətəlayiq digər maraqları” ifadəsini vurğulayaraq onu da qeyd edir ki, cavabdehin iddiaçıya hər ay uşağın saxlanması üçün 725 manat məblləğində aliment ödəməsi cavabdehin maddi vəziyyəti, əlavə xərclərdə iştirakın həcminin müəyyənləşdirilməsi zamanı onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-609/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3492/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3492/2020
08.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver