Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3503/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərdə iştirak” tələbinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılmasıvə əlavə xərclərdə iştirak) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X18 və X5 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(009)-448/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ana cavabdehlə birgə nikahlarından doğulan övladları X3 böyrəyində olan xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müayinə və müalicələr təyin olunduğunu, 2022-ci ilin yanvar ayında əməliyyat olunduğuna görə Medistyle Hospitala 1400 (bir min dörd yüz) manat, müayinə üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 199,42 manat olmaqla ümumilikdə 1.649,42 manat ödəniş olununduğunu bildirərək, çəkilmiş xərclərin cavabdeh olan atadan tutulmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərdə iştirak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 235 manat-cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi, X12 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manat müəyyən edilərək ödənilməsi, Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin və mediasiya prosesi üçün ödənilmiş 50 manatın cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan övladları onun yanında saxlanması və Cavabdeh xx.xx.2021- ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay, hər uşağa görə 175 manatcəmi 525 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Günay Abdullayvanın 18 yaşı tamam olduğundan ona ödənilən aliment dayandırılmışdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Repubiikasının Qanununa əsasən 2024- cü il üçun yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılmalı, alimentin məbləği hər uşağa görə 235 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlədən başqa övladı X7 böyrəyində olan xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müayinəvə müalicələr təyin olunmuş, 2022-ci ilin yanvar ayında əməliyyatolunduğuna görə Medistyle Hospitala 1400 (bir min dörd yüz) manat, müayinə üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 199,42 manat olmaqla ümumilikdə 1.649,42 manat ödəniş olunmuşdur. 4.Cavabdeh tərəf iddiaya qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddia tələbləri aşağıdakılardan ibarət olmuşdur: xx.xx.2007-ci il təvəllüdlü X17 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay tutulan alimentin həcminin artırılaraq, hər ay hər uşağa görə 235 manat – cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi; X12 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manatın müəyyən edilərək ödənilməsi; Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin ödənilməsi; Mediasiya prosesi üçün ödənilmiş 50 manatın ödənilməsi. 1. Sabit pul məbləğində hər ay tutulan aliment məbləğinin artırılaraq hər uşaq üçün aylıq 235 manat, cəmi 470 manat müəyyən edilməsi tələbi ilə bağlı cavabdeh bildirir ki, o, uşaqlarının maddi cəhətdən qayğısına qalmağını özünün valideynlik borcu kimi dərk edir və ona görə də əvvəlki məhkəmə qətnamələri əsasında müəyyən edilmiş alimenti vaxtlı-vaxtında könüllü şəkildə ödəmişdir. Aliment məbləğninin artırılması ilə bağlı hazırkı iddia tələbi üzrə də hər hansı bir etirazı yoxdur və bu hissədə iddia tələbini qəbul edir. 2. İddiaçı yetkinlik yaşına çatmamış X12 müayinə və müalicəsi üçün gələcəkdə çəkilən xərclərə görə hər ay sabit pul məbləğində 250 manat tələb etsə də, gələcəkdə həqiqətən də həmin xərcə ehtiyacın yaranacağını, eləcə də həmin ehtiyacın təmin edilməsi üçün göstərilən məbləğdə xərcin zəruriliyini sübut edə bilməmiş, ümumiyyətlə bununla bağlı iddia ərizəsində hər hansı əsaslandırma aparmamışdır. 3. Yetkinlik yaşına çatmamış Əfsəl Abdullayevin müalicəsinə çəkilmiş 1.649,42 manat xərcin ödənilməsi barədə tələbin zəruriliyi də iddiaçı tərəfindən əsaslandırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş “Medistyle Hospital”ın verdiyi epikrizdən görünür ki, xəstə X17 xx.xx.2022- ci il tarixində “Kəskin appendisit. Yerli peritonit” diaqnozu ilə “Medistyle Hospital”a daxil olmuş, xx.xx.2022-ci tarixində ümumi anesteziya altında “Laparoskopik appendektomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatları icra olunmuş, əməliyyat və əməliyyat sonrakı dövr fəsadsız keçmiş və o, xx.xx.2022-ci il tarixində kafi vəziyyətdə evə ambulator müalicəyə yazılmışdır. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə görə onu tərəfindən 1 400 manat xx.xx.2022-ci il tarixində “Medistyle Hospital”a, 199,42 manat xx.xx.2023-cü il tarixində və 50 manat pul isə xx.xx.2023-cü il tarixində X13 ödənilmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının tibbi sığorta qanunvericiliyinə müvafiq olaraq icbari tibbi sığorta 2016- cı ildən etibarən mərhələli şəkildə həyata keçirilməyə başlamış, 01 aprel 2021-ci ildən isə bütün ölkə ərazisini əhatə etmişdir. Nəzərə alınmalıdır ki, müəyyən xərc əsasında iddiaçının uşağına göstərilmiş tibbi xidmət – “Laparaskopik appendektomiya” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli, 5 №li qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə 2.6.675-ci sırada 47.01 xəstəlik kodu ilə nəzərdə tutulmuş, eləcə də həmin “Zərf”in 1-ci qeydinə əsasən əməliyyat önü müayinə və həkim konsultasiyası xidmətin tarifinə daxildir. İstinad olunan qanunvericlikdən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları tibbi yardım almaq kimi konstitutsion hüquqlarını reallaşdırılmaq üçün istədiyi dövlət yaxud özəl tibb müəssisəsinə müraciət etmək, eləcə də tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrində icbari tibbi sığorta fondunun hesabına yaxud tibbi sığorta sisteminə daxil olmayan tibb müəssisələrində öz şəxsi vəsaiti hesabına tibbi yardım almaq hüququ vardır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququndan istifadə etməyərək özəl tibb müəssisəsində öz şəxsi hesabına tibbi yardım almışdır. Lakin iddiaçı tibbi yardım almaq üçün tibbi sığortadan faydalanmadan özəl tibb müsəsisəsi hesab olunan məhz “Medistyle Hospital”da öz şəxsi vəsaiti hesabına tibbi yardım almasının zəruriliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu da onu göstərir ki, iddiaçı ödənişsiz tibbi yardım almaq imkanlarının olmasına baxmayaraq, hər hansı obyektiv zərurət olmadan uşağı üçün tibbi yardımı lüzumsuz olaraq ödənişli əsaslarla, yəni öz şəxsi vəsaiti hesabına almışdır. Belə olduğu halda sözü gedən iddia tələbi iddiaçının istinad etdiyi ailə qanunvericliyində nəzərdə tutulmuş valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyən normanın məqsəd və dispozisiya şərtlərinə uyğun olmamışdır ki, buda cavabdehin həmin xərcdə iştirak etmək öhdəliyini istisna etmişdir. 199,42 manat pulun labaratoriya müayinəsi üçün xx.xx.2023-cü il tarixində və 50 manat pulun isə uroloq müayinəsi üçün xx.xx.2023-cü il tarixində X13 ödənilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ödəniş qəbzləri ilə bağlı nəzərə alınmalıdır ki, həmin tibbi sənədlər əsasında qeyd olunan müayinələrin zəruriliyini, eləcə də müyainələrin nəticələri üzrə qoyulmuş diaqnozu müəyyən etmək mümkün deyildir. Eləcə də sənədin mətnini əks etdirən yazı şriftləri keyfiyyətsiz olduğundan labaratoriya müayinələrinin adlarının oxunması və qavranılması mümkün deyildir. Bu da həmin sənədin sübut qismində tədqiqini və sübut qismində nəzərə alınmasını mümkünsüz etmişdir. 4. Mediasiya xərci olan 50 manatın ödənilməsi tələbinin çıxarılacaq yekun məhkəmə qərarına mütənasib olaraq həllini cavabdeh, məhkəmənin mülahizəsinə buraxır. Nəhayət, cavabdeh iddiaçı ilə arasında olan şəxsi münasibətlərə toxunaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə rəsmi nikahda olduğu dövrdə onların arasında ailə-məişət münasibətləri zəminində dəfələrlə mübahisə yaranmış, bu mübahisələrin nəticəsində ər-arvad münasibətləri dəfələrlə faktiki olaraq kəsilmişdir. Həmin vaxtlar – 2007-ci ildə iddiaçı məhkəməyə müraciət edərək məhkəmə qaydasında əsassız və qanunsuz olaraq onun atasına məxsus mənzildən istifadə hüququ əldə etmiş və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. O, bir müddət sonra iddiaçı ilə aralarında yaranan mübahisələrin səngimədiyini və normallaşmadığını görüb, iddiaçının nikahın pozulmasına razı olmamasına baxmayaraq ailənin qorunub saxlanılmasının mümkünsüz olduğunu hesab etdiyi üçün onun müraciəti əsasında aralarında olan nikah məhkəmə qaydasında pozulmuş, atasının vermiş olduğu apellyasiya şikayəti əsasında isə iddiaçıya onun atasına məxsus mənzildən əsassız və qanunsuz olaraq istifadə hüququ verən məhkəmə qətnaməsi ləğv edilərək iddiaçı həmin mənzildən pasport qeydiyyatından çıxarılmışdır. Məhz bundan sonra iddiaçı ona qarşı qərəzli mövqe nümayiş etdirərək ondan pul tələbinə dair məhkəmədə əsassız iddialar qaldırmış, guya cavabdehin onun atası evindən oğurluq etməsi barədə hüquq mühafızə orqanına həqiqətə uyğun olmayan, yalan məzmunlu şikayət vermişdir. Təbii ki, iddiaçının verdiyi pul tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmiş, cinayət təqibi qaydasında verdiyi yalan məzmunlu şikayəti əsasında toplanmış material üzrə isə cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq o, əmlak bölgüsü məsələsində barışdırıcı mövqe tutaraq iddiaçının dediyi şərtlərlə barışıq sazişini imzalamış, hətta məhkəmənin müəyyən etdiyi 1/2 hissədən artıq miqdarda payı iddiaçıya vermişdir. Beləliklə də, şərh olunanlara əsasən hesab edir ki, iddia tələbləri aliment məbləğinin artırılması hissəsində qismən təmin edilməklə, qalan, yəni etiraz edilən hissədə təmin edilməməlidir. 5.Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, uşağın məhz əməliyyatına 1400 manat ödəmişlər, qalan məbləğlər analiz və s. xərcləridir, uşağın mütəmadi müalicəyə ehtiyacı var. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak etmiş Cavabdehu nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etirazı müdafiə edərək iddia tələbini qismən alimentin artırılması hissəsində qəbul etdiklərini, çəkilən xərclərin zəruriliyinin əsaslandırılması barədə sübutların təqdim edilmədiyini, odur ki, iddia tələbinin əlavə xərclər və əməliyyata çəkilmiş xərclərlə bağlı hissədə iddianın rədd edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 29 mart 2024-cü il tarixli, 2(009)-448/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Rəna Qafarova) iddia qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsi əsasında Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manatsabit pul məbləğində tutulan alimentin həcmi artırılaraq hər uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, əlavə xərclərin əvəzi olaraq 824,71 (səkkiz yüz iyirmi dörd manat yetmiş bir qəpik) manat, ödənilmiş dövlət rüsumunun 84.60 (səksən dörd manat altmış qəpik) manat hissəsi və mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi iddianın qalan hissədə təmin edilməməsi qət edilmidir. İş materiallarında olan: 8.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən qeydə alınmış 19 sentyabr 2004-cu il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X6 anaları - İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2021- ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü Abdullayeva XədicəAnar qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 9.Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-819/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-179/2021 saylı 18 yanvar 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 10.“Medistyle Hospital”ın X12 adına yazılmış epikrizdən və “Medistyle Hospital”ın arayışından görünür ki, xəstə X17, Medi Style hospitala xx.xx.2022-ci tarixində qəbul olunub. Daxil olarkən şikayətləri: Qarnın sağ aşağı kvadratında (sağ qalça çuxurunda) ağrı, ağrının bütün qarın boşluğuna irradiyasiyası şikayətləri ilə daxil olub. Klinik, laborator və instrumental müayinələrdən sonra xəstəyə “Kəskin appendisit. Yerli peritonit” diaqnozu qoyuldu. xx.xx.2022-ci il tarixində ümumi anesteziya altında ..Laparoskopik appendektomiya. Qarın boşluğunun sanasiya və drenə edilməsi” cərrahi əməliyyatları icra olundu. Əməliyyat və əməliyyat sonrakı dövr fəsadsız keçdi. xx.xx.2022-ci il tarixində kafi vəziyyətdə evə ambulator müalicəyə yazıldı. 11.xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, xəstə X14 görə “Medistyle Hospital”ın kassasına 1400 manat məbləğində ödəniş edilmişdir. 12.Kassa qəbzindən görünür ki, xəstə X12 uroloq müayinəsinə görə 50 manat məbləğində ödəniş edilmişdir. 13.Kassa qəbzindən görünür ki, xəstə X12 laborotoriya müayinəsinə görə 199,42 manat məbləğində ödəniş edilmişdir. 14.Medical Plazanın stasionar xəstənin tibbi kartasından çıxarışından görünür ki, X4 böyrəyinin ləyən sidik axarı seqmentinin daralması İİ dərəcə sol tərəfli hidronefroz diaqnozu qoyulmuşdur. 15.Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 918461 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X17 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. 16.Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 192888 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X15 Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. 17.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(009)-179/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 19 sentyabr 2004-cu il tarixli, 2279 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X6 anaları - İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 819/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X9, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 18.Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X16 yetkinlik yaşına çatdığından ona ödənilən aliment dayandırılmışdır. 19.Məhkəmə alimentin tutulmasına dair qətnamənin çıxarılmasından müəyyən müddət keçməsini, hazırkı dövrədək müddət ərzində yaşayış səviyyəsinin müəyyən dərəcədə artmasını, uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, respublikada 2024-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini, eyni zamanda hər iki tərəfin ailə və maddi vəziyyətini və cavabdehin bu barədə mövqeyini nəzərə alaraq hesab etmişdir ki, tərəflərin uşaqları xx.xx.2007-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması məqsədəuyğundur. 20.Məhkəmə, iddianın əlavə xərclərin tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X2 problemlər olduğu üçün “Medistyle” Hospitalda əməliyyat olunmasına və səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac olmasına istinad edərək cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay sabit pul məbləğində 250 manat, həmçinin onun əməliyyatına və müayinəsinə çəkilmiş ümumilikdə 1.649,42 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. 21.Cavabdeh tərəf isə iddiaya əlavə xərclərin tutulması hissəsində etiraz edərək iddiaçının yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququndan istifadə etməyərək özəl tibb müəssisəsi hesab olunan “Medistyle Hospital”da öz şəxsi vəsaiti hesabına tibbi yardım almasının zəruriliyini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədiyini, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakını tənzimləyən normanın məqsəd və dispozisiya şərtlərinə uyğun olmamasını, bu səbəbdən cavabdehin həmin xərcdə iştirak etmək öhdəliyinin istisna edilməsini, eyni zamanda iddiaçının yetkinlik yaşına çatmamış X12 müayinə və müalicəsi üçün həqiqətən də gələcəkdə xərcə ehtiyacın yaranacağını, eləcə də həmin ehtiyacın təmin edilməsi üçün göstərilən məbləğdə xərcin zəruriliyini sübut edə bilməməsini, ümumiyyətlə bununla bağlı iddia ərizəsində hər hansı əsaslandırma aparmamasını bildirərək həmin hissədə təmin edilməməsini xahiş etmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflərin uşağı X14 “Kəskin appendisit. Yerli peritonit” diaqnozu qoyulmuş, xx.xx.2022-ci il tarixində əməliyyat olunmuş,bununla bağlı iddiaçı tərəfindən 1400 manat ödəniş edilmiş, həmçinin 2023-cü ilin mart ayında müayinədən keçmiş və bununla bağlı da 50 manat və 199,42 manat, cəmi 1649.42 manat ödənişlər edilmişdir. 23.Məhkəmə, cavabdeh tərəfin iddiaçının yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququnun olduğu halda bu hüququndan istifadə etməməsi ilə əlaqədar dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı övladının sağlamlıq vəziyyəti ilə əlaqədar “Medistyle Hospital”a müraciət etmiş və zəruri müayinələrdən keçmiş və cavabdehin də öz etirazında göstərdiyi kimi iddiaçının şəxsi vəsaiti hesabına zəruri hesab edilən əməliyyat faktiki icra edilmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X12 qeyd edilən əməliyyatına və daha sonrakı müayinələrinə ümumilikdə 1649,42 manat məbləğində iddiaçı tərəfindən vəsait sərf edilməsi işin mübahisəsiz halıdır. Odur ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir. 25.Məhkəmə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğunu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğunu nəzərə alaraq, çəkilmiş ümumilikdə 1649,42 manatın deyil, həmin məbləğin 1/2 hissəsinin, yəni 824,71 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab etmişdir. 26.Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü X2 mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə daimi ehtiyac olması səbəbindən cavabdehdən müalicə xərcləri üçün hər ay sabit pul məbləğində 250 manatın tutulmasını xahiş etsə də, bu hissədə hər hansı bir mötəbər və tutarlı sübutları məhkəməyə təqdim etməmiş, hansı əlavə xərclərə cavabdehin cəlb edilməli olmasını və ondan hər ay sabit pul məbləğində pul tutulmasının zəruriliyini əsaslandıra və sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qeyd olunan hissədə təmin edilməməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu; Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2, 81.1, 81.2, 112.1-ci; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 112.1.3, 119.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 28.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin “əlavə xərclərin əvəzi olaraq 824,71 (səkkiz yüziyirmi dörd manat yetmiş bir qəpik) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə, cavabdehi əlavə xərclərə cəlb edərkən, cavabdehin etirazında göstərilən dəlilləri nəzərə almamış, həmin dəlilləri əsaslandırılmış şəkildə təkzib edə bilməmiş, sadəcə olaraq “Məhkəmə cavabdeh tərəfin iddiaçının yetkinlik yaşına çatmayan övladının müalicəsi üçün icbari tibbi sığortadan faydalanmaq hüququnun olduğu halda bu hüququndan istifadə etməməsi ilə əlaqədar dəlilləri ilə razılaşmayaraq....” ifadəsini şablon formada qeyd etməklə kifayətlənmişdir.Məhkəmə nəzərə almamışdır ki, cavabdehin etirazında göstərildiyi kimi, Azərbaycan Respublikasının tibbi sığorta qanunvericiliyinə müvafiq olaraq icbari tibbi sığorta 2016-cı ildən etibarən ölkənin müxtəlif ərazilərində mərhələli şəkildə həyata keçirilməyə başlamış, 01 aprel 2021-ci ildən isə bütün ölkə ərazisini əhatə etmişdir. İddiaçının uşağı xx.xx.2022-ci il tarixdə özəl tibb müəssisəsində ödənişli əsaslarla tibbi yardım alarkən, icbari tibbi sığorta ölkənin bütün ərazisində, o cümlədən Bakı şəhərində tətbiq edildilməyə başlamışdır. Belə olduğu halda iddiaçının hansı zərurətdən uşağı üçün tibbi yardımı icbari tibbi sığorta hesabına deyil, ödənişli əsaslarla öz şəxsi vəsaiti hesabına özəl tibb müəssisəsində alması barədə suala məhkəmə prosesində iddiaçının nümayəndəsi, eləcə də məhkəmə öz qətnaməsində cavab verə bilmişdir.Məhkəmə nəzərə almalı idi ki, ailə və uşaq qanunvericiliyinin bir çox normaları uşağın təminat məsələsi ilə bağlı münasibətləri “təminatın, xərclərin zəruriliyi prinsipi”ndən çıxış edərək tənzimləmişdir. Təsadüfi deyildir ki, Ailə Məcəlləsinin 81-ci maddəsi həmin prinsipə uyğun olaraq “zəruri olan xərclər” ifadəsini işlətmişdir. Ona görə də məhkəmə, istinad olunan normanı tətbiq edərkən ilk növbədə iddiaçının öz uşağı üçün tibbi yardımı icbari tibbi sığorta hesabına deyil, şəxsi vəsaiti hesabına özəl tibb müəssisəsində almasının zəruriliyini iş materiallarında olan sübutlara istinad etməklə əsaslandırmalı idi. Qanunvericlikdən göründüyü kimi, Azərbaycan Respublikasının vətəndaşları tibbi yardım almaq kimi konstitutsion hüquqlarını reallaşdırılmaq məqsədilə istədiyi dövlət yaxud özəl tibb müəssisəsinə müraciət etmək, eləcə də tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrində icbari tibbi sığorta fondunun hesabına yaxud tibbi sığorta sisteminə daxil olmayan tibb müəssisələrində öz şəxsi vəsaiti hesabına tibbi yardım almaq hüquqları vardır.İş materaiallarından görünür ki, iddiaçı yetkinlik yaşına çatmayan övladı üçün tibbi yardım alarkən icbari tibbi sığortadan faydalanmaq hüququndan deyil, özəl tibb müəssisələrində öz şəxsi vəsaiti hesabına tibbi yardım almaq hüququndan istifadə etmişdir. O da nəzərə alınmalıdır ki, iddiaçı uşağına özəl tibb müəssisəində ödənişli əsaslarla tibbi yardım almaq istəyini digər valideyn olan cavabdehlə razılaşdırmamış və cavabdeh iddiaçının bu seçimindən xəbərsiz olmuşdur. Uşağına ödənişli əsaslarla tibbi yardım almaq hüququndan istifadə etməmiş digər valideynincavabdehin üzərinə həmin hüququn sonradan vəzifə kimi qoyulması ən azından valideynlərin hüquq və vəzifələrinin bərabərliyi prinsipinə zidd olmuşdur.İstinad olunan ailə-hüquq normasının dispozisiyasına görə qanun valideynin uşaq üçün çəkilmiş digər xərclərdə məcburi iştirakını yalnız müstəsna hallarda çəkilmiş yaxud çəkiləcək zəruri xərclərlə əlaqələndirərək “müstəsnalıq” və “zərurilik” əlamətlərini vacib hüquqi şərt kimi təsbit etmişdir. Söhbət tibbi yardıma ehtiyacı olan uşaqdan getdiyi halda, valideynin ilk növbədə borclu olduğu zəruri vəzifəsi onun icbari tibbi sığorta sisteminə daxil olan tibb müəssisəsinə aparılmısını, həkim müayinəsindən keçirilməsini və müvafiq müalicə almasını təmin etməkdən ibarətdir. Bu halda valideynin çəkməyə borclu olduğu zəruri xərclər yalnız uşağın tibb müəssisəsinə aparılıb gətirilməsi, evdə ona qulluq edilməsi və s. ilə bağlı ola bilərdi. İcbari tibbi sığorta hesabına ödənişsiz tibbi yardım almaq imkanı olduğu halda, qanunla valideynin üzərinə, uşaq üçün ödənişli tibbiyardım almaq vəzifəsinin qoyulması, başqa sözlə valideyindən onun imkanı xaricində olan davranışın tələb edilməsi ailə hüququnun ümumi prinsiplərinə uyğun deyildir.Bundan başqa, məhkəmə qətnaməsində digər diqqəti cəlb edən məqam ondan ibarətdir ki, məhkəmə, iddiaçı tərəfindən X13 xx.xx.2023-cü il tarixində ödənilmiş 199,42 manat və xx.xx.2023-cü il tarixində ödənilmiş 50 manat pulu “Kəskin appendisit. Yerli peritonit” diaqnozu üzrə xəstəliyin müalicəsinə çəkilmiş xərclərə əlavə etmişdir. Həmin ödənişlərə dair tibbi sənədlərdən görünür ki, ödənişlər sözü gedən xəstəliyin müayinə və müalicəsi üçün deyil, uroloji müayinələrə görə digər tibb müəssisəsinin - X10 hesabına mədaxil edilmişdir. Bu ödənişlər məhkəmənin öz mülahizəsinə görə zəruri hesab etdiyi “Medistyle Hospital”da “Kəskin appendisit. Yerli peritonit” diaqnozu üzrə aparılmış müayinə və müalicə ilə bağlı olmamışdır. Digər tərəfdən iş materiallarında həmin müayinələrin məqsədi və nəticəsini, hər hansı müstəsna haldan irəli gəlməsini, eləcə də zəruriliyini, yəni həmin müayinələrin icbari tibbi sığorta hesabına deyil, məhz ödənişli əsaslarla X11 aparılmasının zəruriliyini təsdiq edən sübutlar iş materiallarında mövcud olmamışdır.Beləliklə də, iddiaçının uşağının müalicəsi üçün pulsuz, yəni icbari tibbi sığorta hesabına tibbi yardım almaq üçün icbari tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrinə deyil, özünün hüquqlarından istifadə edib ödənişli əsaslarla fəaliyyət göstərən tibb müəssisələrinə müraciət edərək çəkdiyi xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinin nəzərdə tutduğu mənada zəruri xərclər hesab edilə bilmədiyi üçün tərəflərin münasibətinə həmin maddi hüquq norması tətbiq edilməməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini mübahisələndirilən hissədə qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnaməni mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 32.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəməyə gəlməmiş, gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 33.Maddə 17-ci maddə İİ hissə.Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 34.Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 35.Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla(ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqınınödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydasımüəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərinödənilməsinə cəlb oluna bilər. 36.Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir.Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddivəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ayödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 37.Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdəçəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Uşaq Hüquqları haqqında Qanun: 38.Maddə 5.Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeləriniüstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə: 39.Maddə 6.Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. 40.“Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əlavə xərclərlə bağlı iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 46.Belə ki, mübahisələndirilən hissədə işin mahiyyəti ondan ibarətdir ki, iddiaçı ana cavabdehlə birgə nikahlarından doğulan övladları X3 böyrəyində olan xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq müayinəvə müalicələr təyin olunduğunu, 2022-ci ilin yanvar ayında əməliyyat olunduğuna görə Medistyle Hospitala 1400 (bir min dörd yüz) manat, müayinə üçün xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 199,42 manat olmaqla ümumilikdə 1.649,42 manat ödəniş olununduğunu bildirərək çəkilmiş xərclərin cavabdeh olan atadan tutulmasını xahiş etmişdir. 47.İş materiallarından mübahisəsiz qaydada müəyyən olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X12 qeyd edilən əməliyyatına və daha sonrakı müayinələrinə ümumilikdə 1649,42 manat məbləğində iddiaçı tərəfindən vəsait sərf edilmişdir. 48.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyini qanunvericiliyin qeyd olunan müddəaları baxımından əsaslı hesab edərək qeyd edir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğu nəzərə alınmaqla, çəkilmiş ümumilikdə 1649,42 manatın deyil, həmin məbləğin 1/2 hissəsinin, yəni 824,71 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması qanuni hesab edilməlidir. 49.Cavabdehin apellyasiya şikayəti üzrə dəlili ondan ibarətdir ki, iddiaçının uşağının müalicəsi üçün pulsuz, yəni icbari tibbi sığorta hesabına tibbi yardım almaq üçün icbari tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrinə deyil, özünün hüquqlarından istifadə edib ödənişli əsaslarla fəaliyyət göstərən tibb müəssisələrinə müraciət edərək çəkdiyi xərclər Ailə Məcəlləsinin 81-ci maddəsinin nəzərdə tutduğu mənada zəruri xərclər hesab edilə bilmədiyi üçün tərəflərin münasibətinə həmin maddi hüquq norması tətbiq edilməməli idi. 50.Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 51.Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 52.Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 53.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 54.Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 55.Məhkəmə kollegiyası istinad olunan qanunvericiliyin normalarına əsasən milli və beynəlxalq qanunvericiliklə uşaqların mənafeyinə və onlarının sağlamlığına verilən dəyəri nəzər alaraq caabdehin dəlillərini əsassız hesab edir. 56.Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərar). 57.Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. 58.Belə ki, işdən müəyyən olunduğu kimi iddiaçı övladının sağlamlıq vəziyyəti ilə əlaqədar “Medistyle Hospital”a müraciət etmiş və zəruri müayinələrdən keçmiş və cavabdehin də öz etirazında göstərdiyi kimi iddiaçının şəxsi vəsaiti hesabına zəruri hesab edilən əməliyyat faktiki icra edilmişdir. 59.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin əsassız hesab edərək qeyd edir ki, məhkəmə işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən mübahisələndirilən hissədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. 60.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 61.Beləliklə məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 62.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 63.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 64.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli, 2(009)-448/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3503/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3503/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver