Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3512/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X6 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması, öhdəliyin cavabdehin üzərinə qoyulması və pul” tələbinə dair mülki iş üzrə QƏRARİ İş №2(103)-3512/2022 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(004)-53/2022 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum oğlu X11 xx.xx.2013-cü ildə Cavabdeh2 MTK-dan Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən mənzil almış, 2018-ci ildə cavabdeh İddiaçı2 ilə ailə qurmuş, xx.xx.2019-cu ildə vəfat etmişdir. 2.Birinci instansiya məhkəməsində iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, manelərin aradan qaldırılması və öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. 3.Birinci instansiya məhkəməsində işə baxılarkən İddiaçı1 vəfat etdiyi üçün, X12 hüquq varisi kimi tanınaraq, işə cəlb olunmuşdur. a) Birinci instansiya məhkəməsində icraat 4.İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, manelərin aradan qaldırılması və öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə onların hər birinin 1/3, ümumilikdə 2/3 hissəsinə dair pay hüququnun tanınması, Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması; onların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok, 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi; onlara Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması; onlar tərəfindən çəkilən xərclərin 1/3 hissəsinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X11 2018-cu ilin noyabr ayında ailə həyatı qurmuşlar. Həmin ailə həyatı boyunca onların övladları olmamışdır. 2013-cü il tarixdə onların hesabına X11 ilə "Şərur” MTK arasında payın alğı-satqısı müqaviləsi imzalanmışdır. Muqaviləvə görə bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir. Həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yeni tikilən yaşayış binasında 4-cü blok, 9-cu mərtəbə 355 saylı mənzil X2 verilmişdir. Evin içərisindəki əşyaların mütləq çoxluğu şəxsən Məmmədov Əlvan və valideynləri tərəfindən alınmışdır. Lakin, Cavabdeh2 MTK tərəfindən bu günədək binanın qeydiyyatı işləri tam bitmədiyindən, mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmək mümkün olmamışdır. 2019-cu ilin oktyabr ayının 20-də X11 qəflətən rəhmətə getmişdir. O, rəhmətə gedəndən bir müddət sonra vərəsəliyin açılması ilə əlaqədar iddiaçılar və cavabdeh notariat orqanına müraciət etmişlər. Lakin X1 olmuş evin dövlət reyestrindən çıxarışı olmadığına görə, notarius həmin əmlakı miras siyahısına daxil edə bilməmşdir. X7 "xxxx" ASC-yə ümumilikdə 7051,73 manat, "xxxx" ASC-yə ümumilikdə 1900 manat, "xxxx" ASC-yə 14000 manat bocu vardır. Qafqaz Müsəlmanları İdarəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən mərasim üçün ümumilikdə 7240 manat pul məbləği xərclənmişdir. "xxxx" Firmasının xx.xx.2020-ci il tarixli arayışına əsasən məzar daşı və ərazi ətrafın üzlük daşı ilə örtülməsi üçün ümumilikdə 4000 manat pul məbləği xərclənmişdir. Hesab edir ki, çəkilmiş və çəkiləcək bütün xərclər və X7 borcları əldə edilmiş vəsaitlərdən bərabər şəkildə hər tərəfin üzərinə düşən paya uyğun olaraq bölünməlidir. X11 rəhmətə gedən gündən bugünədək hər ay binaya qulluq ilə əlaqədar MTK-ya 50 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Bu maddələrdən də göründüyü kimi, Cavabdeh1 hal-hazırda mübahisə predmeti olan mənzildən istifadə etmək, onun orada yaşamaq hüququ yoxdur. Belə ki, Konstitusiya MƏhkəməsinin Plenumunun qərarından və Mənzil Məcəlləsinin müvafiq maddəsindən də göründüyü кimi, ailə münasibətlərinə xitam verilərkən ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək hüququ saxlanmır. Belə ki, nikah münasibətləri 2009-cu ilin oktyabr ayından sonrakı dövrə düşür. Həmin yaşayış sahəsinə ünvan üzrə qeydiyyatı mövcud deyil və onun orda yaşaması üçün evin mülkiyyətçisi tərəfindən buna dair notarial qaydada hər hansı razılıq verilməmişdir. Aİlə Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, X11 öldüyünə görə, nikaha xitam verilmişdir. (Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.) 6.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-252/2021 nömrəli qərardadı ilə İddiaçı2 vəsatəti əsasında xx.xx.2021-ci ildə vəfat etmiş İddiaçı1 hüquq varisi müəyyən edilənə kimi mülki iş üzrə icraat dayandırılmışdır. 7.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-53/2022 nömrəli qərardadı ilə mülki işin icraat təzələnməsi və X6 İddiaçı1 hüquqi varisi kimi tanınması qərara alınmışdır. 8.Daha sonra, iddiaçılar X12 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok, 9-cu mərtəbə 355 nömrəli mənzilə X6 1/6, İddiaçı2 3/6 hissədə pay hüquqnun tanınması və Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması; onların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi; iddiaçıların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok, 9-cu mərtəbə, 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması; onlar tərəfindən çəkilən xərclərin, yəni 27140 manat pul məbləğinin Cavabdeh1 tutularaq idiaçılar X12 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 9.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 mart 2022-ci il tarixli, 2(004)-53/2022 saylı qətnaməsi ilə (hakim-Kərim Xudayev) iddianın rəmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 aid edilməsi qət edilmişdir. 10.Belə ki, Cavabdeh2 MTK ilə X11 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 355 nömrəli Kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən satıcı Cavabdeh2 MTK Çinar Həsən oğlu ilə Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda inşa ediləcək binanın 4-cü blok 11-ci mərtəbə 355 nömrəli mənzili “payçı” X8 təhvil verməyi öhdəsinə götürür. Payçı müqavilə bağlanan gün mənzilin dəyərini tam ödəyir. 11.Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 303491 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 857 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra qadına “İsgəndərova” soyadı verilmişdir. 12.Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ 040370 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X11 xx.xx.2019-cu il tarixdə ürək dayanması Bakı şəhərində ölmüşdür. 13.Məhkəmə Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 355 nömrəli mənzilə dair mübahisə ilə bağlı qeyd etmişdir ki, həmin mənzil daşınmaz əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyərək üzərində heç bir hüquq rəsmiləşdirilməmişdir. Qanunverici daşınmaz əşyaya mülkiyyət hüququnun əmələ gəlməsini dövlət reyestrində qeydiyyatdan asılı etmiş, həmçinin mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqları daxil edilmişdir. Odur ki, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən əmlak miras əmlaka daxil edilə və vərəsələrin payı müəyyən edilə bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində vərəsəliyin açılması ilə əlaqədar notariat orqanına müraciət etdiklərini, mənzilin dövlət reyestrindən çıxarışı olmadığına görə, notariusun həmin əmlakı miras siyahısına daxil edə bilməməsini qeyd etsə də, notariat orqanına müraciət ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, iddia tələbi əmlak üzərində payların müəyyən edilməsi hissəsində təmin edilmədiyindən, əlavə olaraq da iddiaçılar həmin mənzildə yaşamadığından iddiaçıların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi və iddiaçıların Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi 194 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə, 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması hissəsində də təmin edlilə bilməz. 15.Məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən çəkilən xərclərin, yəni 27140 manat pul məbləğinin Cavabdeh1 tutularaq idiaçılar X12 və İddiaçı2 ödənilməsi tələbi mənzil üzərində payların müəyyən edilməsi tələbi ilə bağlı olduğundan və iddia tələbi həmin hissədə təmin edilmədiyindən cavabdehdən pulun tutulması hissəsində də təmin eidlə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçılar X7 iddia ərizəsində qeyd edilən banklara borcu olması, mərasim və dəfn xərclərinə, həmçinin binaya qulluq ilə bağlı MTK-ya ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Yas mərasiminin keçirilməsi və bununla bağlı xərclər isə könüllü həyata keçirilir, həmin xərclər paylara münasib olaraq bölünə bilməz. 16.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 178.1, 178.2, 178.8-ci, Mənzil Məcəlləsinin 30.1, 112.1, 113.2-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 17.Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(004)-53/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasa təkcə mülkiyyət hüququ deyil, digər əmlak hüquqları da daxildir və əmlak hüquqları təkcə mülkiyyət hüquqları deyil. Cavabdeh2 MTK ilə rəhmətə getmiş X11 arasında bağlanmış müqavilə isə kooperativdən əmlak payının əldə edilməsi ilə bağlı idi və bu özü də əmlak hüquqlarıdır. Mülki Məcəllənin tələblərinə görə, bu əmlak hüququ pay haqqını ödəyən kimi əldə edilmiş hesab edilir. Buna görə də X7 ünvan 2 ünvanında yeni tikilən yaşayış binasında 4-cü blok, 9-cu mərtəbə, 355 saylı mənzilə dair pay hüququ əmlak hüququ hesab edilir və mirasa daxil edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c) Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə kollegiyasının iclasında iddaçı İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. 21.Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi X5 apellyasiya şikayətini qismən qəbul edərək izahzatında bildirdi ki, o, evdən payların müəyyən edilməsinə etirazı yoxdur. Digər hissələrdə iddianı əsassız hesab edir. 22.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 23.Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 24.Maddə 152.2.Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 25.Maddə 152.3.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 26.Maddə 152.4.Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 27.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 28.Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 29.Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 30.Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 31.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 33.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 34.Maddələr 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 36.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin iddianın pay hüququnun müəyyən edilməsinin təmin edilməyən hissəsində tələb bölünməz olduğundan tam, iddianın təmin edilməyən qalan hissəsinin apellyator İddiaçı2 aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı X12 qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv olunmalıdır. 38.Belə ki, Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, №********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi ev 194,196,198,200, mənzil 355, (yeni qaydada Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 194, M11, mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında X8 məxsusdur. 39.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2022-ji il tarixli, 2(102)-4688/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7 mülkiyyətində olan 2006-cı il buraxılışlı “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərin hər birinin payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsi ilə cavabdehlər Cavabdeh1 və İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X7 mülkiyyətində olan “BMW X-5” markalı, ** VS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində onun vərəsəlik hüququnun tanınması və tərəflərin hər birinin həmin avtomobildə payının 1/3 hissədə müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 24 dekabr 2021-ci il tarixli, 2(004)-685/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X12 və İddiaçı2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, “Nissan Altima” markalı, 10VB197 dövlət qeydiyyat nişanlı avtomobildə Cavabdeh1 payı 1/3 hissədə, İddiaçı2 payı 3/6, X6 payı 1/6 hissədə müəyyən edilmişdir. İddiaçılar X12 və İddiaçı2 Cavabdeh1 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, həmin iddia üzrə Cavabdeh1 iddiaçılar X12 və İddiaçı2 qarşı mirasda payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. “BMW X-5” markalı, 90VS505 dövlət qeydiyyat nişanlı avtomobildə Cavabdeh1 payı 1/3 hissədə, İddiaçı2 payı 3/6, X6 payı 1/6 hissədə müəyyən edilmişdir. İddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)-2330/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər X9 və İddiaçı2 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, “Nissan Altima” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 2/6 hissədə, İddiaçı2 3/6 hissədə və X6 1/6 hissədə miras payları müəyyən edilmişdir. İddiaçılar X6 və İddiaçı2 Cavabdeh1 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin edilmiş, həmin iddia üzrə Cavabdeh1 cavabdehlər X9 və İddiaçı2 qarşı “mirasda payların müəyyən edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. “BMW X-5” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 8/12 (on ikidə səkkiz) hissədə, İddiaçı2 3/12 (on ikidə üç) hissədə və X6 1/12 (on ikidə bir) hissədə miras payları müəyyən edilməsi qət edilmişdir. Cavabdehlər İddiaçı2 və X12 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)- 2330/2022 nömrəli qətnaməsi “BMW X-5” markalı 90VS505 dövlət qeydiyyat nişanlı avtomobilə dair hissədə dəyişdirilmiş, həmin hissədə Cavabdeh1 payı 2/6 hissədə, İddiaçı2 payı 3/6 hissədə, X6 payı 1/6 hissədə müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 40.Göründüyü kimi, iddiaçılar X12 və İddiaçı2, Cavabdeh1 miras əmlak olan avtomobilə payları müəyyən edilmişdir. 41.Kollegiya qeyd edir ki, miras əmlakın bir hissəsinə tərəflərin payları müəyyən edildiyindən, hazırki mübahisə üzrə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi ev 194,196,198,200, mənzil 355, (yeni qaydada Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 194, M11, mənzil 2 üzərində tərəflərin paylarının müəyyən edilməsinin təmin edilməyən hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qeyd olunan hissədə təmin olunmalı, iddiaçılar X6 1/6 hissədə, İddiaçı2 3/6 hissədə, Cavabdeh1 1/3 hissədə tərəflərin payları müəyyən olunmalıdır. 42.Kollegiya qeyd edir ki, qətnamə iddianın İddiaçı2 mübahisəli mənzilə köçürülməsi; onun həmin mənzildən istifadə etməsinə maneənin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasının təmin edilməyən hissəsində ləğv edilməli, iddia qeyd olunan hissələrdə təmin edilməlidir. 43.Belə ki, mübahisəli mənzil hal-hazırda Cavabdeh1 istifadəsində olmaqla, apellyator həmin mənzilə buraxılmır. 44.Apellyator olan İddiaçı2 mülkiyyətçi kimi mübahisəli əmlaka pay huququ olduğundan, onun mülkiyyət hüququnun üç elementi olan əmlaka sahiblik, istifadə və sərəncam hüququnun olması nəzərə alınmaqla, o, mənzilə köçürülməli, onun həmin mənzildən istifadə etməsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr qadağan edilməlidir. 45.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyatora aid hissədə çəkilən xərclərə görə iddianın təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyator banklara borcu olması, mərasim və dəfn xərclərinə, həmçinin binaya qulluq ilə bağlı MTK-ya ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. 46.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 47.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 48.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 49.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 50.Kollegiya hesab edir ki, qətnamə ödənilmiş dövlət rüsumunun İddiaçı2 aid edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qbul edilməli, Cavabdeh1 İddiaçı2 Məjid qızının xeyrinə 15 (on beş) manat dövlət rüsumu tutulmalıdır. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(004)-53/2022 saylı qətnaməsi iddianın mənzilə payın müəyyən edilməsi, İddiaçı2 mənzilə köçürülməsi və məzildən istifadəyə maneələrin aradan qaldırılmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi ev 194,196,198,200, mənzil 355, (yeni qaydada Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 194, M11, mənzil 2 üzərində iddiaçılar X6 1/6 hissədə, İddiaçı2 3/6 hissədə, Cavabdeh1 1/3 hissədə payları müəyyən edilsin. İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi ev 194,196,198,200, mənzil 355, (yeni qaydada Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 194, M11, mənzil 2-yə köçürülsün, onun həmin mənzildən istifadə etməsinə Cavabdeh1 tərəfindən yaradılan maneələr qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə ödənilmiş dövlət rüsumunun İddiaçı2 aid edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qbul edilsin. Cavabdeh1 İddiaçı2 Məjid qızının xeyrinə 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3512/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3512/2022
05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver