Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8539/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə onların hər birinin 1/3, ümumilikdə 2/3 hissəsinə dair pay hüququnun tanınması, Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması, onların ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi, onlara ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, onlar tərəfindən çəkilən xərclərin 1/3 hissəsinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmini tədbiri barədə ərizə verərək, məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilin özgəninkiləşdirilməsinə, həmin mənzilə pay hüququnun hər hansı üsulla digər şəxsə verilməsinə qadağa qoyulması, mənzilin içərisindəki mebellərin və digər əşyaları mütləq əksəriyyətinin onların və mərhum oğlulları X1 tərəfindən alınmasını, əldə etdikləri məlumata əsasən həmin əşyaların mənzildən çıxarılmasını, vərəsələrinin əmlak hüquqlarının qoyunması və mühafizə edilməli olmasını nəzərə alaraq, həmin mənzildə olan bütün əşyaların siyahıya alınaraq, mənzildən çıxarılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3445/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadı qismən - “Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki 194 nömrəli evin 4-cü blok 9cu mərtəbə 355 nömrəli mənzilində olan bütün əşyaların siyahıya alınması və saxlanması üçün Cavabdeh1 təhvil verilməsi, əşyaların mənzildən çıxarılmasına və həmin əşyaların özgəninkiləşdirilməsinə qadağa qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçıların iddianın təmin tədbiri barədə ərizəsi rədd edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddadn Cavabdeh1 şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın təmin edilməsinə dair vəsatət rədd edilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki qərardaddan tərəfindən verilmiş şikayət üzrə apelyasiya baxışı zamanı cavabdeh də iştirak etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən şikayət müddəti keçirilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti olaraq ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilin özgəninkiləşdirilməsinə, həmin mənzilə pay hüququnun hər hansı üsulla digər şəxsə verilməsinin qadağan olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Bu, tərəflər arasında mübahisənin yaranmasına qədərki vəziyyətin qorunub saxlanmasına xidmət etməklə, həm də ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan iddianı təmin etmə institutunun mahiyyətinə və məqsədlərinə uyğun gəlir. Ona görə də məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3445/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8539/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8539/2020
18.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver