Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7493/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “mənzilə iddiaçıların pay hüququnun tanınması, mənzilə köçürülmə, manelərin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadından İddiaçı1 verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə onların hər birinin 1/3, ümumilikdə 2/3 hissəsinə dair pay hüququnun tanınması, Cavabdeh2 MTK-nın üzərinə müqavilənin rəsmiləşdirilməsi vəzifəsi qoyulması, onların ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilə köçürülməsi, onlara ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildən istifadə etmələrinə maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, onlar tərəfindən çəkilən xərclərin 1/3 hissəsinin Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmini tədbiri barədə ərizə verərək, məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzilin özgəninkiləşdirilməsinə, həmin mənzilə pay hüququnun hər hansı üsulla digər şəxsə verilməsinə qadağa qoyulması, mənzilin içərisindəki mebellərin və digər əşyaları mütləq əksəriyyətinin onların və mərhum oğlulları X1 tərəfindən alınmasını, əldə etdikləri məlumata əsasən həmin əşyaların mənzildən çıxarılmasını, vərəsələrinin əmlak hüquqlarının qoyunması və mühafizə edilməli olmasını nəzərə alaraq, həmin mənzildə olan bütün əşyaların siyahıya alınaraq, mənzildən çıxarılmasına və özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-3445/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadı qismən - “Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki 194 nömrəli evin 4-cü blok 9cu mərtəbə 355 nömrəli mənzilində olan bütün əşyaların siyahıya alınması və saxlanması üçün Cavabdeh1 təhvil verilməsi, əşyaların mənzildən çıxarılmasına və həmin əşyaların özgəninkiləşdirilməsinə qadağa qoyulması” hissəsində ləğv edilmiş, həmin hissədə iddiaçıların iddianın təmin tədbiri barədə ərizəsi rədd edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı1 şikayət verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilərkən, cavabdehin yazılarını qəbul edərək, onları təsdiq edən hər hansı sübut tələb etməmişdir. Məsələ ilə əlaqədar bildirir ki, Cavabdeh1 tərəfindən iddiaçının oğlu Əlvan Məmmədov ilə ailə qurarkən və iddiaçı tərəfindən alınan mənzilə köçürülərkən hər hansı cehiz əşyası gətirilməyib. Həmin ev hazır vəziyyətdə olub və cavabdeh də hazır əşyalı evə gəlib. Yasamal rayon icra və probasiya şöbəsinin tərtib etdiyi aktda göstərilən əşyalar hamısı əvvəlcədən evdə olub və hamısı Əlvan Məmmədov tərəfindən əldə edilib. Bu səbəbdən də həmin əşyaların üzərinə həbs qoyulması ilə əlaqədar qərardad qəbul edilməsini xahiş etmişdilər ki, cavabdeh tərəfindən həmin əşyalar evdən çıxarılmasın. Bir daha qeyd edir ki, Cavabdeh1 tərəfindən hər hansı cehiz əşyası evə gətirilməmişdir. Əgər gətirilibsə, təsdiq etsin və sübut etsin. Bu səbəbdən də qərardadın həmin hissədə ləğv edilməsi qanunsuzdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş şikayətə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya baxışı zamanı iddiaçılar şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Cavabdeh1 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası iclasın həmin həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM)əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər (maddə 158.1.1). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hazırkı iş üzrə iddiaçılar iddianın təmini tədbiri barədə ərizədə iddianı təmin etmə tədbiri tətbiq edilməsini xahiş etdikləri ünvan 1 ünvanda yerləşən 4-cü blok 9-cu mərtəbə 355 nömrəli mənzildə yerləşən əşyalara dair tələb irəli sürməmişlər. Belə olan halda, qeyd edilən ünvanda yerləşən əşyalara dair hissədə iddianı təmin etmə tədbiri tətbiqinə dair ərizənin təmin edilməməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 67, 121, 263, 264 və 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3445/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7493/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7493/2020
06.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver