Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3517/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı “nəvə ilə ünsiyyətdə olmaq” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-798/2023 saylı mülki işi üzrə 12 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti haqqında müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində Bakı şəhəri Maraqlı şəxs başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb olunmaqla Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü nəvələri X3 ilə ünsiyyətlərinin şəxsi görüş formasında uşağın anasının iştirakı olmadan hər həftənin bazar ertəsi, çərşənbə və bazar günləri saat 11:00-dan 20:00-dək həyata keçirilməsinin müəyyən olunması, qeyd olunan günlərdə və vaxtlarda ünsiyyət hər hansı səbəbdən mümkün olmadıqda ünsiyyətin həftənin digər gününə keçirilməsinin təmin edilməsi, göstərilən müddətlərdə nəvələri ilə ünsiyyət hüququnu təmin etmək və uşaqla ünsiyyətin cavabdehin hazırda yaşadığı valideynlərinin evində qeyri-mümkün olduğunu nəzərə alaraq, nəvələri ilə yaşadıqları ünvan 1 ünvanında görüşə bilmək hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, o və azyaşlı övladı faktiki olaraq ünvan 3 ünvanda yaşayır. Həmçinin uşağının atası Vüqar Kətanovun uşaqla ünsiyyətlə bağlı icra işi də Yasamal rayon İcra şöbəsinin icraatındadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-798/2023 saylı işi üzrə 12 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” vəsatətin təmin edilməməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1, 35.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş aidiyyat qaydalarına uyğun olaraq icraata qəbul edilmişdir və cavabdehin qeydiyyat ünvanı Səbail rayonu ərazisində yerləşdiyindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, iş materiallarında olan AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 5 ünvanda qeydiyyatdadır. Cavabdeh şikayət vermiş, Səbail rayon Məhkəməsinin 12 aprel 2023-ci il tarixli 2(009)- 798/2023 saylı qərardadın ləğv olunması və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini, əks halda şikayəti 7 gün ərzində apellyasiya instansiya məhkəməsində baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 5.1, 6.1;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 35, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sənədə qiymət verməmişdir, cavabdehin azyaşlı uşağının olmasını nəzərə almamışdır. Gələcəkdə məhkəmə prosesslərdə iştirak etmək üçün cavabdehin özünün iştirak etmək niyyətində olsa belə, evinə yaxın, Yasamal rayon Məhkəməsində işə baxılması daha düzgün və qanuni olardı. Hesab edir ki, məhkəmə Mülki Məcəllədə xüsusi ilə vurğulanan bütün prinsiplərinə zidd olan bir qərardad qəbul etmişdir.Cavabdeh Səbail rayonunda rəsmi qeydiyyatda olmasına baxmayaraq, faktiki Yasamal rayonu ərazisində yaşayır. Məhkəmə tərəfindən bildirişlər və digər sənədlərin gondərilməsində problem yaşanır.Gələcək icra işi əvvəlki iş kimi Səbail rayonundan Yasamal rayonuna keçiriləcək. İddia cavabdehin olduğun yerə görə verməlidir.Cavabdehin da olduğu yer Səbail rayonu yox, Yasamal rayonudur. Digər mülki iş üzrə uşaqla görüşlə bağlı icra işi məhz Yasamal rayon İcra Şöbəsi tərəfindən icra olunur.Cavabdehin qeydiyyat olduğu ünvanla olduğu ünvanın fərqli olmasının, reallıqda Yasamal rayonu ərazisində yaşamağını nəzərə almamışdır və nəticədə əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-798/2023 saylı işi üzrə 20 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət əsassız olduğundan təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 33-45, 149-152, 385-398-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, ərazi aidiyyətinin müəyyən edilməsi mülki prosessual qanunvericiliyinin tələbləri ilə müəyyən edilir. İddiaçı tərəfindən qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya hesab edir ki, qanunla başqa hal nəzərdə tutulmadığından,hazırki iddia məhz cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir və iş materiallarına əlavə edilən AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh ünvan 9 ünvanda qeydiyyatdadır(iş.səh.15). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395 - 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 798/2023 saylı işi üzrə 12 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-3517/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3517/2023
15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver