Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3528/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh Bakı şəhəri Cavabdeh2 icra məmuru X4 iştirakı ilə, İddiaçı Niyazi Seyfulla oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri Cavabdeh2nə və «xxxx» Şirkətlər Qrupu MMC-yə qarşı «hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi Seyfulla oğlu cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri Cavabdeh2nə və «xxxx» Şirkətlər Qrupu MMC-yə qarşı «hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» Şirkətlər Qrupu MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 15 saylı mənzilin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi barədə 28.02.2018-ci il tarixli, 27/5 saylı yekun protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 31.05.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin ona və X3 qarşı «kredit məbləğinin qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi» barədə iddiası qismən təmin edilmiş, onlardan müştərək qaydada 29703,78 manat əsas, 1144,52 manat faiz, 266 manat cərimə borcu olmaqla, cəmi 3114,56 manat borcun və 30 manat dövlət rüsumunun tutulması, ona məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 15 saylı mənzilin açıq hərrac vasitəsi ilə satışı hesabına həyata keçirilməsi qət edilmişdir. Sonradan «xxxx» Şirkətlər Qrupu MMC-nin hərracın yekunları barədə protokolu ilə tanış olan zaman ona aydın olmnuşdur ki, qətnamənin icrası ilə əlaqədar olaraq sifarişçi Cavabdeh2 «xxxx» Şirkətlər Qrupu MMC-yə sifariş verilmiş və 28.02.2018-ci ildə hərrac keçirilmiş və ilkin satış qiyməti 45000 manat müəyyən edilmiş ilkin olaraq 15% endirim edilməklə 38250 manata satılmadığından sonradan 25% endirimlə, yəni 28687 manata iddiaçı bank tərəfindən alınmışdır. O, hesab edir ki, hərrac mərkəzi onun iştirakı olmadan və onun həmin mənzilin satılması ilə bağlı ilk olaraq ona təklif etməli olduğu halda bunu etməmiş və onun hüquqlarını pozmuşdur. Hərrac mərkəzi açıq-aşkar bankın sifarişini yerinə yetirməklə mənzilin onun və ailə üzvlərinin hüquqlarını pozmaqla mənzilini çox aşağı qiymətə banka təhvil vermişdir. Ona hərracın keçirildiyi yer və vaxtı barədə heç bir rəsmi məlumat verilməmiş, ümumiyyətlə hərracın keçirilməsindən xəbərsiz olmuşdur. «xxxx» Şirkətlər Qrupu MMC qərəzli olaraq madi və prosessual hüquq pozuntularına yol verməklə qeyri-obyektiv, qərəzli və qanunsuz hərrac keçirməklə əmlak hüquqlarını kobud surətdə pozmaqla məhdudlaşdırmış və mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsinə şərait yaratmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)- 2930/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, hərracın qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilməməsini, ona hərracın yeri və vaxtı barədə məlumat verilməməsini, icra məmuruna faktiki yaşayış ünvanı barədə məlumat verməsini, bildirişlərin həmin ünvana göndərilməsini xahiş etməsini, lakin hərrac barədə bildirişlərin əvvəlki ünvana göndərilməsi, halbuki həmin ünvanı 7 il əvvəl satmasını, orada yaşamamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Cavabdeh2 icra məmuru apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxaraq izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08.11.2016-cı il tarixli, 2(103)-7132/2016 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi onun icraatında olmuş, tərəfindən 19 iyun 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, sonradan müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Həqiqətən iddiaçı (borclu) 17 avqust 2017-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirişlərin ünvan 1 ünvanına gönlərilməsini xahiş etmiş, lakin icraatında işlərin çoxluğu səbəbindən hərrac təşkilatına 25 sentyabr 2017-ci il tarixli məktubla sifariş verərkən borclunun yeni ünvanını göstərməmiş, bu barədə hərrac təşkilatına məlumat verməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə kollegiyasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, hazırki mübahisənin obyekti olan daşınmaz əmlakın açıq hərracdan satılması qanuni qüvvədə olan məhkəmə qərarının icrası sahəsində (Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08.11.2016-cı il tarixli, 2(103)-7132/2016 saylı qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi) həyata keçirmişdir. Mübahisələndirilən hərracın keçirildiyi zaman (2017-ci ilin dekabr, 2018-ci ilin fevral ayları) qüvvədə olan «İpoteka haqqında» Qanunun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satışüsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri «İpoteka haqqında» Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 43.1-ci maddəsinə görə - hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. «İpoteka haqqında» Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. «İpoteka haqqında» Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsi onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «Poçt haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.10-cu maddəsinə görə sifarisli poçt göndərisi – göndərilmək üçün qəbul olunduguna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərisindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən hərracın qanunvericiliyin tələblərinə uyğun qaydada keçirilməsini qeyd etməklə kifayətlənmiş, lakin iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı tələbini həmçinin ona hərracın keçirilməsinin yeri vaxtı barədə məlumat verilməməsini göstərmişdir. Qeyd edilməlidir ki, mübahisə halında hərracın keçirilməsi ilə bağlı həmçinin borcluya (ipoteka qoyana) qanunla müəyyən edilmiş formada və qaydada məlumatın verilib-verilməməsi məsələsinin tam və hərtərəfli yoxlanılması xüsusi əhəmiyyət kəsb edir. Çünki, bu hərracın qanuniliyinə birbaşa təsir edən hallardan biridir. İşdə olan sənədlərdən (rabitə orqanının məlumatları və s.) görünür ki, ilk hərrac 25 dekabr 2017-ci il tarixə, təkrar hərrac isə 05 fevral 2018-ci il tarixə təyin olunmuş, həmin hərracların yeri və vaxtı barədə cavabdeh «xxxx» Şirkətlər Qrupu MMC tərəfindən borclu İddiaçı göndərilmiş bildirişlər çatdırılmadan qaytarılmışdır. İşdən həmçinin görünür ki, bildirişlər borclu İddiaçı təqdim olunması üçün ünvan 2 ünvana göndərilmiş, lakin borclu 10 iyul 2016-cı il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, həmin tarixdən sonra isə ipoteka qoyulmuş ünvana, yəni ünvan 3lınmışdır (bu barədə elektron məhkəmə informasiya sisteminin müvafiq məlumatları işə əlavə olunmuşdur). Xüsusilə qeyd edilməlidir ki, iddiaçı icra icraatı zamanı Bakı şəhəri Cavabdeh2nə rəsmi qaydada ərizə ilə müracət edərək, icra zamanı bildiriş və məlumatların ünvan 2 ünvanına deyil (həmin ünvanın satılması barədə alqı-satqı müqaviləsini ərizəsinə əlavə etmişdir), faktiki yaşadığı ünvan 1 ünvanına gönlərilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh Bakı şəhəri Cavabdeh2 icra məmuru bu faktı təsdiq edərək bildirmişdir ki, icra sənədi onun icraatında olmuş, tərəfindən müvafiq icra hərəkətləri həyata keçirilmişdir. Həqiqətən iddiaçı (borclu) 17 avqust 2017-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirişlərin ünvan 1 ünvanına gönlərilməsini xahiş etmiş, lakin icraatında işlərin çoxluğu səbəbindən hərrac təşkilatına sifariş verərkən borclunun yeni ünvanını göstərməmiş, bu barədə hərrac təşkilatına məlumat verməmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş icra işindən və onun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı (borclu) 17 avqust 2017-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək bildirişlərin ünvan 1 ünvanına gönlərilməsini xahiş etmiş, lakin icra məmuru sonradan, yəni 25 sentyabr 2017-ci il tarixli məktubla hərrac təşkilatına («xxxx» Şirkətlər Qrupu MMC) hərracın keçirilməsi barədə sifariş verərkən borclunun yeni ünvanını göstərməmişdir. Həmçinin, icra işində olan sənədlərdən də görünür ki, borclunun 10 iyul 2016-cı il tarixdən qeydiyyat ünvanının dəyişdirilərək ünvan 5rədə icra məmurunda hələ 08 avqust 2017-ci il tarixdə, yəni hərrac təşkilatına sifariş verməməmişdən əvvəl məlumat olmuşdur (Əhalinin Dövlət Reyestrinin məlumatı icra işinə əlavə olunmuşdur). «İpoteka haqqında» Qanunun həmin dövrdə qüvvədə olmuş 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Göründüyü kimi, işdə olan sübutlarla borclunun yeni qeydiyyat və faktiki yaşadığı ünvanlar barədə əvvəldən məlumat olduğu halda, hərrac zamanı bildirişlər iddiaçının yaşamadığı və qeydiyyatda olmadığı (həmin vaxtı ümumiyyətlə borcluya ümumiyyətlə aidiyyəti olmayan) ünvan üzrə göndərmiş, bu səbəbdən də bildirişlər iddiaçıya çatdırılmamış, nəticədə iddiaçının obyektiv olaraq hərracdan məlumatı olmamış, hərracda iştirak etmək və bundan irəli gələn digər hüquqları (yuxarıda qeyd edildiyi kimi hərracda alıcı qismində iştirak etmək, əmlakını almaq və s.) pozulmuşdur. İşdə olan 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokoldan və 28.02.2018-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 15 saylı mənzili 28687 manata tələbkar əldə etmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə (hərracın keçirilməsi zamanı qüvvədə olan redaksiya) hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, qanunun göstərilən, habelə «Poçt haqqında» Qanunun 1.0.10-cu maddəsinin tələblərinə riayət olunmamış və hüquqi nəticə etibarı ilə hərrac iddiaçının, yəni əmlak mülkiyyətçisinin iştirakı olmadan keçirilmiş və əmlak satılmışdır. Bu hal isə mülkiyyətin özgəninkiləşdirilməsinin qanuni əsaslarla həyata keçirilməsini istisna edir və mülkiyyətə qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamış, iddiaçının dəlillərini tam və hərtərfli yoxlamamış, maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsizlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; MM-nin 416.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmamaqla keçirilən hərrac maraqlı şəxsin iddası üzrə məhkəmə tərəfindən etibarsiz sayıla bilər. «İpoteka haqqında» Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-nin 416.2-ci maddəsinə əsasən yalniz hərracın etibarsiz sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsizlığına səbəb olur. Cavabdeh tərəf etirazının əsası kimi istinad etdiy halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Niyazi Seyfulla oğlunun cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri Cavabdeh2nə və «xxxx» Şirkətlər Qrupu MMC-yə qarşı «hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)-2930/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(006)- 2930/2020 saylı qətnaməsi ləğv olunsun, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Bakı şəhəri Cavabdeh2 sifarişi ilə iddiaçı Niyazi Seyfulla oğluna məxsus, ipoteka qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 26 ünvanında yerləşən 15 saylı mənzilin «xxxx» Şirkətlər Qrupu MMC tərəfindən keçirilmiş hərracda tələbkar Cavabdeh1 ASC-yə satılmasına dair 28 fevral 2018-ci il tarixli, 27/5 saylı hərracın nəticələri haqqında yekun protokol və 28 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3528/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3528/2021
19.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver