Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3535/2022 28.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(006)-152/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində 25.10.2013cü il tarixdə “X1” ASC-nin xeyrinə edilmiş ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “X1” ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “X2” ASC-nin (hazırkı Premium Bank) 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı ərizə ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilmə müddətinin buraxılmasını üzürlü hesab edərək, bərpa edib apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 08 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş Nəsimi rayon məhkəməsinin 2(006)-152/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzrlü hesab edilərək bərpa olunması və mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı şikayət verərək ləğv edilməsini və cavabdehlərin müddətin bərpa edilməsi haqqında ərizələrinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10.03.2022-ci il tarixli, 2(006)-152/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-152/2021 saylı, 03.09.2021-ci il tarixli qətnaməsi 10.09.2021-cı il tarixdə rəsmi qaydada tərəflərə göndərilmiş və Cavabdeh3 ASC-nin nümayəndəsi qətnaməni 07.10.2021-ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi isə 27.10.2021-ci il tarixdə almış, Cavabdeh3 ASC apellyasiya şikayətini ilk dəfə 05.11.2021ci il tarixdə, Azərbaycan Respublikası Mərkəzi Bank isə 17.11.2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, iş üzrə cavabdehlər rayon məhkəməsinin qətnaməsini aldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürmədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri MPM-də nəzərdə tutulmuş forma tələblərinə uyğun verilmədiyindən qeyri-mümkün hesab edilmiş, şikayətlər iş materialları ilə birlikdə rayon məhkəməsinə qaytarılmışdır. Bundan sonra, cavabdehlər tərəfindən apellyasiya şikayətləri MPM-nə 2 saylı Əlavədə göstərilmiş formada tərtib edilərək elektron məhkəmə sisteminə yüklənmiş, lakin bu müddət ərzində apellyasiya şikayətinin verilməsi üçün bir aylıq müddət keçdiyindən, müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəyə baxmış Bakı şəhəri Nəsimi rayon məhkəməsi müddətin buraxılmasınının səbəblərini üzrlü hesab edərək ərizələri təmin etmişdir. Məhkəmə kollegiyası işin sadalanan hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdehlər tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü səbəblərdən baş vermiş, rayon məhkəməsinin bu məsələ ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(006)-152/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3535/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3535/2022
28.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver