Məhkəmə qərarları › İş №2(103)-3541/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3541/2021

09.03.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3541/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Pərvanə Hacıyevanın, cavabdehlər Cavabdeh1 və Aytən Quliyevanın iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk və Cavabdeh1 cavabdehİddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi edilməsi və vurulmuş ziyanın ödənilməsi barədə” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4872/2020 saylı qərardadından ilk iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh1 cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin ləğvi edilməsi və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi vermişdir. İlk iddia ərizəsi üzrə iddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, “Changan CS-35 AT” markalı, 2012-ci buraxılışlı ili, tip universal, rəngli gümüşü, dövlət qeydiyyat nişanı 99AC613 olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, avtomobilin Cavabdeh1 və ya digər üçüncü şəxsin qanunsuz istifadəsindən alınaraq cərimə meydançasına yerləşdirilməsi və saxlanması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4872/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İlkin iddia üzrə İddiaçı MMC şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-4872/2020 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 avtomobili idarə edən zaman kobud yol hərəkəti pozuntusu edərək yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, cavabdeh yanacaq doldurma məntəqəsinə daxili olub giriş hissəsindən geri çıxaraq yol qəzası törətmişdir. Eyni zamanda cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan sərbəst yollarda idarə edir, bu da kobud qanun pozuntusudur ki, DYPİ tərəfindən aşkar edildikdə İXM-nin müvafiq qərarı ilə hüquqi şəxs böyük məbləğdə cərimələnə bilər. Cavabdeh1 şirkətə məxsus maşını qanunsuz istifadə etməsi nəticəsində ətrafdakılar üçün yüksək təhlükə mənbəyi daşıyır. Onun törədə biləcək xətalara görə şirkət hər-hansı məsuliyyət daşımamalıdır. Maşın etibarnaməsiz idarə olunduğuna görə törədiləcək yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinin və “Hüquqi şəxslərə məxsus avtomobillərin kompleks sığortası” qaydalarının pozulduğu səbəbindən sığorta şirkəti avtomobilin sığorta ödənişlərindən imtina edəcəkdir. Artıq avtomobilin həmin şəxsdə qalması iddiaçının mülkiyyətinə zərər vurma riskini çoxaldır. Yarana biləcək hər-hansı sığorta hadisəsinə görə subroqasiya hüququ cəmiyyətə qarşı yönələcəkdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-687/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehlər hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növündə iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.2). Qanunun mənasından göründüyü kimi, iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Baxılan iş üzrə ilk iddia ərizəsi üzrə iddiaçının tələbi müqavilənin ləğvi və zərərin ödənilməsidir. İddianın predmeti olan nəqliyyat vasitəsi iddiaçının mülkiyyətindədir. Bu səbəbdən əmlak üzərinə həbs qoyulması, avtomobilin cərimə meydançasına yerləşdirilməsi hissəsində tələb iddianı təmin etmə institutunun təyinatı və məqsədlərinə uyğun deyil və mülkiyyətçinin hüquqlarının qeyri-mütənasib məhdudlaşdırılmasına səbəb ola bilər. Lakin iddianı təmin etmə tədbiri qismində avtomobilin istifadəsinin cavabdehlərə qadağan edilməsi barədə tədbirin görülməməsi qeyd edilən tələb üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və (ya) qeyri-mümkün edə bilər. Ona görə də şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 4872/2020 saylı tarixli qərardadı ləğv edilsin. İddianın təmini tədbiri barədə ərizə qismən təmin olunsun. “Changan CS-35 AT” markalı, 2012-ci buraxılışlı ili, tip universal, rəngli gümüşü, dövlət qeydiyyat nişanı 99AC613 olan nəqliyyat vasitəsinin istifadəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar