Məhkəmə qərarları › İş №2(103)-3581/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3581/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3581/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavadehin nümayəndəsi və vəkili X3, nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi yardım” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh əmək haqqı və digər gəlirlərinin 1/4 hissədə pul məbləğinin tutulub maddi yardım olaraq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apelyasiya şikayəti və ona əlavə verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət və ona əlavənin dəlilləri ondan ibarətdir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə Ailə Məcəlləsinin 84.2.1-ci maddəsinə istinad etmişdir. Lakin həmin maddəyə əsasən, maddi yardımı yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyac olan ər və ya arvad üçün nəzərdə tutulan prinsipi nəzərə almamışdır. Halbuki, iddiaçı Günay Əliyev həm hamiləlik dövründə, həm də hal hazırda “Shafa Studio” gözəllik salonunda işləyir. Məhkəmə cavabdehin iddaçıya ödəməli olduğu alimenti bəlli bir müdddət müəyyən etməmişdir. İddiaçı apelyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı gözəllik salonunda işləmişdir. Lakin sərt karantin rejiminə görə salonlar aylarla bağlanmış və heç bir yerdən gəliri olmamışdır.Salonlar açıldıqdan sonra səhhəti ilə bağlı işləyə bilməmişdir. xx.xx.2021-ci il tarixdə əməliyyatla övladı dünyaya gəlmişdir. Həmçinin qeyd edir ki, cavabdeh qətnamədə alimentin müddətinin müəyyən edilmədiyini qeyd edir, lakin bunun mübahisələndirilməsi absurt və lazımsızdır. Cavabdehin məqsədi maksimum dərəcədə prossesual gecikmələr yaradaraq iş üzrə çıxarılmış qətnamənin qanuni qüvvə almasına suni maneələr yaradaraq alimenti ödəməkdən yayınmadqır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Hüseynova Sevda, nümayəndəsi və vəkili Nurlanə Quliyeva apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı və Cavabdeh xx.xx.2020-ci il tarixdə nikah bağlamışlar.Lakin sonradan tərəflərin münasibətləri pozulmuşdur. Bakı şəhəri 2 nömrəli qadin məsləhətxanası tərəfindən verilən xx.xx.2020-ci il tarixli 109 saylı arayışa əsasən, İddiaçı Yasamal rayonu 2 nömrəli qadın məsləhətxanasında qeydiyyatdadır və 24 həftəlik hamilədir. İddiaçı gözəllik salonunda kosmetikaçı vəzifəsindı çalışır və aylıq əmək haqqı 250 manat təşkil edir. Cavabdeh X5 Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətində arxivçi vəzifəsində çalışır və aylıq əmək haqqı 699 manat təşkil edir. Qeyd edilənlər iddia ərizəsi, nikah haqqında şəhadətnamə və işdə olan digər sənədlərlə təsdiqlənir. Kollegiya, aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin Cavabdeh əmək haqının və gəlirlərinin ¼ hissəsində aliment tutulması əsasızdır. Belə ki, Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci və 84.2-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Normaların məzmunundan aydın olur ki, tərəflərin maddi vəziyyəti və digər diqqətə layiq halları nəzərə almaqla sabit pul məbləğində aliment məhkəmə tərfindən müəyyən oluna bilər. İşdə olan tərəflərin iş yerləri və aylıq əmək haqları barədə sənədələrə əsasən azyaşlı uşağın saxlanılması üçün 80 manat aliment uyğundur. Qeyd olunanlara əsasən Kollegiya, hesab edir ki, cavabdehin və iddiaçının iş yeri və sabit əmək haqqı olduğundan xx.xx.2021 ci il təvəllüdlü uşağın saxlanılması üçün uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Bu qənaətə gələrkən Kollegiya, onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Qeyd olunanlara əsasən, Kollegiya, hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci və 385.1-ci maddələrinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3873/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh uşaq 3 yaşına çatanadək 80 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar