Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3590/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı "pul tələbi"nə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(004)-341/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42.000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Alavutdinovaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda AN-İ ******* nömrəli 11 avqust 2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında İddiaçı mülkiyyət hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 29.01.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında qeydə alınmışdır. Cavabdeh İddiaçı sözügedən alğı-satqı əsasında 0,6 ha torpaq sahəsini 376 milyon köhnə əsginasla, yəni 84.000 ABŞ dollara satmışdır. İddiaçı sözügedən 0,06 ha sahənin DƏDRX-də qeydə alınmasına dair müraciət edən zaman ona məlum olmuşdur ki, Xasiyev Ariz satdığı torpaq sahəsinin 0,03 ha hissəsi yüksək gərginlikli elektrik xəttinin altından keçdiyi üçün DƏDRX-də qeydiyyata alınmayacağını bildiyi halda alıcı İddiaçı aldatmış, qeydiyyata alınmayacaq və istifadəsi alıcı tərəfindən qeyri-mümkün olan sözügedən 0,03 ha üçün də 42.000 ABŞ dolları pul almışdır. Sözügedən torpaq sahəsi (Xasiyev Ariz tərəfindən satılan) 2014-cü ildən başlayaraq məhkəmə mübahisələrinin predmetinə çevrilmiş və İddiaçı torpağa dair hüquqları məhdudlaşdırılmışdır. İddiaçı bu günə qədər Cavabdeh aldığı və 84.000 ABŞ dolları ödədiyi torpaq sahəsindən istifadə edə bilməmiş, mülkiyyət hüququ pozulmuşdur. X1 torpağa dair mülki məhkəmə mübahisəsi ərəfəsində 14.06.2016-cı il tarixində Bakı şəhər 6 saylı Notariat Kontorunda İddiaçı sözügedən torpaq sahəsini satmaq müqabilində 84.000 ABŞ dolları almasını etiraf etmiş və sözügedən pulu qısa müddətdə ödəmə öhdəliyi götürmüşdür. Lakin bu günə qədər onun tərəfindən heç bir ödəniş olmamış, razılaşma üzrə öhdəlik pozulmuşdur. Xasiyev Arizin etdiyi məsələlərə dair İddiaçı şikayət ərizəsi Səbail RPİ 41-ci PB-də araşdırılmış, məsələ mülki xarakter daşıdığı üçün CPM-nin 39.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(004)-341/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində qeyd olunan dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinə etiraz etdiyini, şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan JN-17227D saylı Torpaq şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi 36 saylı Dövlət Notariat Kontorunun 30.10.2004-cü il tarixli, 4Ə-03-561 saylı sərəncamı ilə X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan MN ******* saylı Çıxarışdan görünür ki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi İddiaçı Alavutdinovanın mülkiyyətindədir. İş materiallarında olan 14.06.2016-cı il tarixli Razılaşmadan görünür ki, X7 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə görə İddiaçı 84.000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan iş üzrə qətnamə elan edildiyi gündən sonra 7 gün ərzində 84.000 ABŞ dollarını S,Zakaryayevaya qaytarmağı öhdəsinə götürmüş, İddiaçı isə 11 avqust 2005-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş AN-1 seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh satın aldığı, hazırda AR DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa (Seriya MU; N2 0090683) əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha-dan ibarət torpaq sahəsini məhkəmə mübahisələri bitdikdən sonra Cavabdeh və ya onun təqdim etdiyi üçüncü şəxsin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmanı X3 əvəzinə etibarnaməyə əsasən X2 imzalamışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail RPİ-nin İŞ-nin 30.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan, bu məsələ ilə bağlı məhkəmənin qüvvədə olan qətnaməsi olduğundan və cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılan təhqiqat araşdırması zamanı X7 izahatında bildirmişdir ki, 2002-ci ildə Bakı şəhəri, Badamdar qəsəbəsin 1-ci yaşayış massivi ərazisində özü üçün Rafiq adlı şəxsdən şəhadətnamə sənədi ilə 3 sot torpaq sahəsi almış, 2005-ci ildə pul lazım olduğu üçün həmin torpaq sahəsini satışa çıxarmışdır. Torpaq sahəsi ilə sonradan bildiyi İddiaçı həyat yoldaşı olan Rizvan adlı şəxs maraqlanmış və vasitəçi ilə gələrək torpaq sahəsinə baxmışlar. O, izah etmişdir ki, torpaq sahəsinin qarşı tərəfində, yəni darvazanın önündə olan təxminən 1.5 sot boş ərazini abadlaşdırmışdır, lazım olsa, həmin torpaq sahəsindən də abadlaşdırıb istifadə edə bilərlər, amma onun torpaq sahəsi 3 sotdur və 3 sota sənədi vardır. Həmin torpaq sahəsini Rizvan adlı şəxslə razılaşaraq 2005-ci ildə satmış, onlar Notariat kontoruna gedərək orada onunla İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və o, 3 sot torpaq sahəsinə görə pulunu almışdır. Təxminən 11 il sonra Rizvan ona zəng edərək ona satdığı torpağa görə başqa bir şəxsin sərəncamı olduğunu bildirmiş, o, torpağa görə sənədin olub-olmadığını soruşduqda, Rizvan həmin 3 sot torpaq sahəsinə görə Cəmilənin adına “Çıxarış” sənədi olduğunu bildirmişdir. O, Rizvana sərəncam alan şəxs barəsində şikayət etməsini bildirmiş, sonra Rizvan bildirmişdir ki, “yaxşı, oldu, səninlə mənim aramda heç bir problem qalmadı”. Son 4-5 gün olar ki, ona zəng ediləndən sonra məlum olmuşdur ki, ondan şikayət edilmiş ki, guya o, onlara 6 sot torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin 3 sotuna sənədi olduğunu, 3 sotunu isə sənədsiz olaraq ümumilikdə 84.000 ABŞ dollarına satmışdır. İndi isə onlar 3 sota sənəd çıxarmışlar və qalan 3 sota görə ondan 42.000 ABŞ dolları tələb edirlər. Onların onun barəsində məhkəməyə şikayət etdiklərindən də xəbəri olmadığını bildirmiş, onun bildirdiyinə görə Cəmiləgil Namiq adlı şəxsi məhkəməyə vermişlər. Sonradan bilmişdir ki, o da ifadə verməlidir, buna görə də onun yerinə məhkəmədə çıxış etməsi üçün tanıdığı Cəmilə Mirzəliyeva adlı şəxsə etibarnamə vermişdir. Suallara cavab verən Cavabdeh bildirmişdir ki, o, İddiaçı Alavutdinovaya 2005-ci ildə özünə məxsus olan və Badamdar qəsəbəsində yerləşən 3 sot torpaq sahəsini “Şəhadətnamə” sənədi əsasında rəsmi olaraq alqı-satqı müqaviləsi əsasında satmış və İddiaçı sənəd üzrə olduğu kimi cəmi 3 sot torpaq sahəsi həmin dövrdə onların yazdıqları kimi təxminən 84.000 ABŞ dollarına satmış, darvazanın önündə olan abadlaşdırdığı torpaq sahəsinə görə onlardan pul almamış, vergiyə pul ödəməyə görə qalan torpaq sahəsini sənədləşdirməməyi barədə söhbət isə qəti şəkldə olmamışdır. Onların 6 sot ərazini sənədləşdirmək istədiklərini də bilməmiş və onun satdığı torpaq elektrik xəttinin altında olmamışdır. Həmçinin o, qeyd etmişdir ki, İddiaçı ilə onlara 3 sot torpaq sahəsinə görə 42.000 ABŞ dolları pul qaytarmağı barədə Razılaşma sənədini imzalamamış, onun bu barədə heç bir məlumatı olmamış, sənədi məhkəmədə əvəzinə çıxış etmək üçün etibarnamə verdiyi Cəmilə Mirzəliyeva onun icazə və xəbəri olmadan imzalamış və bu barədə ona məlumat verməmişdir. O, bildirmişdir ki, əgər torpaq sahəsini satdığı İddiaçı torpaq sahəsinə görə verdiyi pulu, yəni onun dediyi 3 sota görə 42.000 ABŞ dolları pulu geri istəyirsə, İddiaçı sənədlə satdığı 3 sot torpaq sahəsini özünə qaytarsın. İddiaçı aldığı hesablamalara görə 84.000 ABŞ dolları pulun hamısını torpaq sahəsini satıb ona qaytarmağa hazırdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.11.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi JN 24079D, KOD 00400016 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 01.02.2008-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı tələbini cavabdehin ona 0,06 ha torpaq sahəsi satması, bunun müqabilində ondan 376.000.000 AZM (84.000 ABŞ dolları) pul alması, DƏDRX-nə müraciət edən zaman satılan torpağın 0,03 ha hissəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin altında yerləşməsi, bununla da cavabdehin onu aldadıb, qeydiyyata alınmayacaq və istifadəsi onun tərəfindən mümkün olmayacaq sahə satması, bu səbəbdən 0,03 ha üçün alınmış 42.000 ABŞ dolları pulu qaytarmalı olması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün özü və cavabdehin nümayəndəsi Cəmilə Mirzəyeva tərəfindən imzalanmış 14.06.2016-cı il tarixli razılaşmanı təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin əsasını Mülki Məcəllənin əsassız varlanmaya dair münasibətləri nizamlayan normaları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, əsassız varlanmanın baş verməsi üçün iki şərt mövcud olmalıdır: bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmasın; varlanan şəxs mərhum olan şəxsin hesabına əmlak əldə etsin. Hazırkı işin hallarından müəyyən edilir ki, tərəflər arasında 2005-ci ildə 0,03 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqavilə bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmiş, iddiaçı torpaq sahəsinə görə 376.000.000 köhnə Azərbaycan manatı (75.200 AZN) məbləğində pulu cavabdehə həmin müqavilə əsasında vermişdir. Deməli, iddiaçının iddia etdiyi məbləğ cavabdehə qanuni surətdə bağlanmış müqavilə əsasında verilmişdir, belə olan halda, əsassız varlanma halı mövcud olmamışdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz iddia ərizəsində cavabdehin ona 0,06 ha torpaq sahəsi satdığını, lakin sonradan həmin torpaq sahəsinin 0,03 ha hissəsinin sənədsiz olduğunu müəyyən etdiyini göstərmişdir. Lakin iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında müqavilə 0,06 ha deyil, 0,03 ha torpaq sahəsinin özgəninkiləşdirilməsina dair bağlanmışdır. Belə olan halda, iddiaçının müqavilə bağlanarkən onun aldadılmasını qeyd etməsini məhkəmə işin həqiqi hallarına uyğun hesab etmir. Həmçinin, iş materiallarından cavabdehin həmin sənədsiz torpaq sahəsinin gələcəkdə iddiaçının mülkiyyətinə veriləcəyi ilə bağlı cavabdehin hər hansı öhdəlik götürməsi müəyyən edilmir. Deməli, iddiaçı sənədsiz 0,03 ha torpaq sahəsinə dair cavabdehin heç bir hüququnun olmadığını bildiyini, buna baxmayaraq həmin sahəni cavabdehdən alqı-satqı yolu ilə əldə etdiyini etiraf edir. Hazırda isə həmin sənədsiz torpaq sahəsinə görə verdiyi pulu alqı-satqı müqaviləsi əsasında vermiş olduğu ümumi məbləğin yarısı kimi qiymətləndirərək cavabdehdən tələb edir. Halbuki, həmin müqavilədən pulun 0,03 ha torpaq sahəsinin əldə edilməsi üçün verildiyi görünür. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2.1-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, qaytarma tələbi istisna edilir. Hazırkı işin hallarını və mülki qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq belə qənaətə gəlmək olur ki, iddiaçının 2005-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən pul məbləğini 0,03 ha sahəyə görə deyil, 0,06 ha sahəyə görə verdiyi halı təsdiq olunsa belə, onun hazırda həmin məbləği geri tələb etmək hüququ mövcud olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası 14.06.2016-cı il tarixli razılaşmanı əsaslı şübhədən kənar sübut saymır. Həmin sənəd daşınmaz əmlakın alqı-satqısı halının təsdiqində müəyyən sübutetmə vasitəsi də sayılmır. Belə ki, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Daşınmaz əmlakın alqı-satqısı halının təsdiqində müəyyən sübutetmə vasitəsi olan AN-İ ******* saylı alqı-satqı müqaviləsi ilə isə cavabdehin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən yalnız 0.03 ha topaq sahəsini 84.000 ABŞ dollarına iddiaçıya satdığı təsdiq edilmişdir. Həmin alqı-satqı müqaviləsi mübahisələndirilməmişdir və hal-hazırda da qüvvədədir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.02.2021-ci il tarixli, 2(004)-341/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-3590/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3590/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver