Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-36/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilənin ləğv edilməsi və ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəlikləri icrası və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006 )-462/2016 saylı, 06 yanvar 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 Talib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 Talib oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı "müqavilənin ləğv edilməsi və ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin İmişli filialı ilə Cavabdeh2 arasında bağlanılmış 01 aprel 2014-cü il tarixli 14035-/443012 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 01,04.2014-cii ıl tarixli 14035- /443012 kredit müqaviləsinə əsasən ödənilməmiş 15364.62 ABŞ dolları əsas borcun, 2797,76 ABŞ dolları faiz borcunun, 137,62 ABŞ dolları penya borcunun, cəmi 18300 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması, Həmin tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 Talib oğlunun mülkiyyətində olan İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, 11 saylı ünvanda yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 60000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi. Borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 Talib oğluna qaytarılması, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, 11 saylı ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satıldıqdan sonra bir ay ərzində boşaldılması. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı 20 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayan iddiaçı bankın nümayəndəsi iddia tələbindən imtina etdiklərini bildirmiş və iş üzrə icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasından imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 Talib oğlu və qeyrilərinə qarşı müqavilənin ləğv edilməsi və ipoteka predmetinə tutma yönəldilməsi, açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəlikləri icrası və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006 )-462/2016 saylı, 06 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-36/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-36/2021
25.08.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver