Məhkəmə qərarları › İş №2(103)-3601/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3601/2023

30.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3601/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: məhkəmə xərcləri) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X4 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın açıq hərracda satılaraq bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2023 saylı 03 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)- 351/2021 saylı qətnaməsi ilə X5 ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə Astara rayon Kakalos Kənd İcra Nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları X1 yanında saxlanılmasının müəyyən edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 170 manat olmaqla, 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X3 ödənilməsi, aliment məbləğinin qətnamə qəbul edildiyi tarixdən hesablanması, ünvan 1 ünvanında yerləşən, sahəsi 48.8 kv.m olan mənzilin (Reyestr nömrəsi:**********71- 05301-093476) və “Toyota Land-Cruiser” minik markalı, 99-KD601 dövlət nömrə nişanlı(ban:JTEHJ09J6********) və “Nissan X-Trail” minik markalı, **-ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərin ½ hissəsində X1, ½ hissəsində Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi ilə aralarında bərabər paylara bölünmüş “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərin açıq hərracda satılması və əldə olunmuş pulun məhkəmə qətnaməsinə müvafiq olmaqla bərabər paylara bölünərək ikidə bir hissəsinin ona, ikidə bir hissəsinin cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, birgə nikahda olduqları dövrdə bölünmüş “Toyota Land-Cruiser” minik markalı **-KD-*** dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət nömrə nişanlı(ban:NT********) avtomobilləri almışlar. Bir müddət sonra aralarında olan münasibətlər pozulmuş və nəticədə birgə yaşamaqları mümkünsüz hal almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(001)-351/2021 saylı qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuş və birgə nikah dövründə aldıqları “Toyota Land-Cruiser” minik markalı 99-KD601 dövlət nömrə nişanlı (ban: JTEHJ09J6********), “Nissan X-Trail” minik markalı 90- ZF-977 dövlət nömrə nişanlı(ban:NT********) avtomobilləri və ünvan 1 ünvanında yerləşən sahəsi 48.8 kv.m olan mənzil bərabər paylara bölünməklə hər birinə ikidə bir hissə müəyyən edilmişdir.

4. "xxxx" MMC-nin 16 fevral 2023-cü il tarixli 0085 nömrəli Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə Hesabatından görünür ki, tələblə təklifin qarşılıqlı təsiri nəticəsində “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 26.000 manat, “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 10.000 manat və mənzilin orta bazar qiyməti 96.000 manat müəyyən edilmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 aprel 2023-cü il tarixli 2(001)-647/2023 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia təmin edilmiş, “Toyota Land-Cruiser ” minik markalı **-KD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satış qiyməti 26.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə olmaqla bölünməsi, “Nissan X-Trail” minik markalı **-ZF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə - İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə olmaqla bölünməsi, Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 700 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq adı çəkilən MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli nəqliyyat vasitələrinin iddiaçıya məxsus olan payının tənasübsüz zərər vurmadan naturada ayrılması mümkün deyildir və tərəflər arasında kompensasiyanın ödənilməsi və onun məbləği ilə bağlı da razılıq əldə edilməmişdir. İddiaçının mübahisəsi gedən nəqliyyat vasitələrinin hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin ona verilməsini istəməkdə haqlı olduğu qənaətinə gələn məhkəmə, mübahisəli nəqliyyat vasitələrinin keçiriləcək hərracdakı ilkin satış qiyməti ilə bağlı "xxxx" MMCnin 16 fevral 2023-cü il tarixli 0085 nömrəli hesabatını əsas götürməklə “Toyota Land- Cruiser ” minik markalı 99-KD601 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti 26.000 (iyirmi altı min) manat, “Nissan X-Trail” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 10.000 (on min) manat olaraq müəyyən etmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.2, 213.4, 215.1, 215.2, 215.4, 220-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin dövlət rüsumu və ekspertiza xərcinin ödənilməsi hissəsində ləğv edilməsini, dövlət rüsumu və ekspertiza xərcinin iddiaçıdan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulmuş tarixdən öncə aralarında razılıq əldə edilmiş, həmçinin barışıq sazişi bağlamaq qərarına gəlmişlər, son anda iddiaçı imtina etdiyini və məhkəməyə müraciət etmək istədiyini bildirmiş, buna görə mediasiya sessiyasına getməmişdir. Nəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş və icrası "xxxx" MMC-yə tapşırılmışdır. Bundan öncə o, nəqliyyat vasitələrinin bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmələri barədə "xxxx" müraciət etmiş, müraciəti nəticəsində əldə etdiyi aktları dəfələrlə məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə aktları mötəbər qəbul etməmiş və yenidən ekspertiza təyin etmişdir. Qeyd olunan hala məhkəmə tərəfindən qətnamədə heç bir münasibət bildirilməmişdir. O, həmin ekspertizanın keçirilməsi üçün 200 manat məbləğində xərc çəkmiş, buna baxmayaraq mübahisəli nəqliyyat vasitələrinin qiymətləndirilməsi üçün təyin edilmiş və dəyəri 700 manat məbləğində olan ekspertizanın xərcinin tərəfindən ödənilməsi qət edilmişdir. Hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən dövlət rüsumu və ekspertiza xərcinin ödənilməsi hissəsində qərəzli olmuşdur. Tərəfindən verilmiş nəqliyyat vasitələrinin qiymətləndirmə aktlarını heç bir əsas göstərmədən qəbul etməkdən imtina etmiş, yenidən xərclərin onun hesabına ödənilməli olması qənaətinə gələrək nəticədə həmin hissədə qərəzli, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun hüququnu kobud şəkildə pozmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. İddiaçı isə apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Mülki Prosessual Məcəllə

13. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

“Dövlət rüsumu” haqqında Qanun

16. Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdır.

17. Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Apelyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Qətnamə yalnız məhkəmə xərclərinə aid hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmə xərclərinə aid hissədə dəyişdirilməlidir.

22. Göründüyü kimi iddiaçının əvvəl tələbi üç əmlaka - birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən, sahəsi 48.8 kv.m olan mənzil (Reyestr nömrəsi:**********71-05301-093476), “Toyota Land-Cruiser” minik markalı, 99-KD601 dövlət nömrə nişanlı (ban:JTEHJ09J6********) və “Nissan X-Trail” minik markalı, **- ZF-*** dövlət nömrə nişanlı (ban:NT********) avtomobillərə münasibətdə olmuş, buna görə də məhkəmənin 12 dekabr 2022-ci il tarixli qərardadı ilə həmin üç əmlakın qiymətləndirilməsi təyin edilmiş və "xxxx" MMC tərəfindən həmin üç əmlakın qiymətləndirilməsi keçirilmiş və qiymətləndirilmə xərci 700 manat təşkil etmişdir.

23. İddiaçı bundan sonra iddia tələbinn həcmini azaltmış və yalnız nəqliyyat vasitələrinə aid hissədə iddia tələbini müdafiə etmişdir.

24. Buna görə də Kollegiya hesab edir ki, qiymətləndirilmə hər üç əmlaka münasibətdə keçirildiyindən, qiymətləndirmə xərcini təşkil edən 700 manat tərəflər arasında bölünməli, 300 manat iddiaçıdan, 400 manat isə cavabdehdən tutularaq MMC-nin hesabına ödənilməlidir.

25. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, "xxxx" MMC-yə müraciət etmiş, müraciəti nəticəsində əldə etdiyi aktları dəfələrlə məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə aktları mötəbər qəbul etməmiş yenidən ekspertiza təyin etmişdir.

26. Bununla bağlı Kollegiya qeyd edir ki, əvvəla iş materiallarından belə bir rəyin təqdim edilməsi görünmür, digər tərəfdən isə cavabdehin hər hansı qiymətləndirmə şirkətinə müraciət etməsi və rəy alması, məhkəmənin öz təşəbbüsü ilə qiymətləndirmə keçirməsinə mane olan hal deyildir.

27. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində isə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə hazırki iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun məbləği 100 manatdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci Mediasiya Təşkilatına ödənilmiş, 50 manat dövlət rüsumu isə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmişdir. Buna görə də məhkəmə haqlı olaraq dövlət rüsumunun 50 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənəatinə gəlmişdir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-647/2023 saylı iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən - məhkəmə xərclərinə aid hissədə dəyişdirilsin və "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyəri olan 700 manat məbləğində pul vəsaitinin 300 manatı İddiaçı, 400 manatı isə Cavabdeh tutularaq adıçəkilən MMC-nin hesabına (hesab: VÖEN **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, “S.W.İ.F.T. PAHAAZ22 kod:505141, Bankın VÖEN: **********) köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə (50 manat dövlət rüsumuna aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar