Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3603/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və valideynin uşaqlara görə əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-875/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin uşaqlara görə əlavə xərclərdə iştiraka cəlb edilməklə, ondan hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat, habelə uşaqlar 3 yaşına çatanadək, ondan hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat, bütövlükdə hər ay 1000 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuş və birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Töhfə, xx.xx.2018-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və uşaqlar onun yanında saxlanılmışlar. Cavabdeh ona və uşaqlara heç bir maddi və mənəvi kömək göstərməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona ödənilməsi qət edilmişdir. Lakin Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və xx.xx.2019-cu il tarixdən başlayaraq ondan hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən verdiyi kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin sözügedən qərarında eyni zamanda ona izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olarsa, yəni onun qazancı və başqa gəlirləri barədə yeni sübutlar əldə edərsə, ona qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla, alimentin məbləğinin artırılmasını, eyni zamanda xx.xx.2018-ci il tarixdə doğulmuş Dənizin doğulduğu gündən 3 il ərzində keçmiş əri Cavabdeh aliment ödəməyi tələb edə bilər. Hazırda himayəsində yaşayan uşaqların hər ikisi azyaşlı olmaqla, tez-tez xəstələnirlər və onları mütəmadi olaraq ayrı-ayrı tibb müəssisələrinə müayinə və müalicəyə aparmaq məcburiyyətində qalır. Məhkəmənin müəyyən etdiyi aliment hesabına isə uşaqları saxlamaqda, onları normal şəkildə qidalandırmaqda çətinlik çəkir. Dəfələrlə Cavabdeh uşaqların müayinə və müalicəsinə görə pul ödəməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamış və cavabdeh öz doğma uşaqlarına hər hansı maddi yardım etməkdən və əlavə xərclərdə iştirak etməkdən boyun qaçırmışdır. Bundan başqa, özü ali təhsilli olsa da, uşaqlar azyaşlı olduqları və ondan ayrı qalmadıqları üçün işləyib qazanc əldə edə bilmir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, halhazırda rəsmi olaraq işləmir, əvvəllər aptekdə ixtisasına uyğun olaraq əczaçı işində işləmiş, əmək haqqı 250 manat olmuşdur. Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur və avtomaşını da tamam köhnəlib. İddiaçı onun xəstə olmasına baxmayaraq məhkəməyə verərək iştirakı olmadan aliment kəsilmişdir və necə dəfə müraciət etməsinə baxmayaraq uşaqları görməsinə imkan yaratmamışdır. Az pul qazansa da, qardaşının və valideyinlərinin köməkliyi ilə hər ay vaxtlı-vaxtında uşaqların pulunu göndərir. İddiaçının məqsədi sadəcə onu məhkəmələrdə süründürmək, alimentin məbləğini artırmaqla onu həbsxanaya saldırmaq və bundan zövq almaqdır, amma qarşı tərəf üç dəfə fərqli-fərqli vəkillərlə müqavilə bağlamış və təbii olaraq onlara pul ödəmişdir. Göndərdiyi pulları ancaq məhkəmə yollarında xərcləyir. Onun məqsədi onu uşaqlarla təhdid etmək və mənəvi zərbə vurmaqdır. Qarşı tərəf iddia edir ki, uşaqlar xəstə olublar. Bu tamam yanlış sözlərdir, uşaqlarının elə bir əsaslı xəstəlikləri yoxdur və yeni nə olubsa, bu haqda ona heç vaxt məlumat verilməyib. Qarşı tərəfin iddiasına görə əgər uşaqları saxlaya bilmirsə, o, valideynlərinin köməkliyi ilə uşaqların hər ikisini və ya birini saxlaya və onların qayğısına qala bilər və o istədiyi vaxt uşaqları ilə görüşə bilər. İddiaçı tərəf Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında hakimin tövsiyəsini əsas tutaraq onun maddi vəziyyətinin dəyişməsi ilə alimentin artırılmasını iddia edir, amma onun maddi vəziyyəti nəinki yaxşılaşıb, hətta çörək pulu qazandığı maşının texniki xərcləri onu tamamilə pis vəziyyətdə qoyub. Pul qazana bilən kimi məhkəmə qərarını gözləmədən körpələrinin təhsil və ya ehtiyac olarsa, tibbi xərclərini ödəyəcəkdir. İddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 875/2020 saylı qətnaməsi ilə qismən təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, habelə Cavabdeh birgə nikah dövründə anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü Abdullayeva Töhfə Rəşid qızının və xx.xx.2018-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib aliment məbləğinin əvvəlki qaydada 220 manat məbləğində olmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti cavabdehin iddia ərizəsinə verdiyi etirazla eyni məzmunludur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-875/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Mülki iş materiallarında olan sənədlərdən görünür ki, tərəflərin birgə nikahlarından xx xxxxxx 2015-ci il təvəllüdlü Abdullayeva Töhfə Rəşid qızı və xx xxxxxx 2018-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. İş materiallarında olan məhkəmə qərarlarının surətindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan reseptlərin surətindən görünür ki, xx xxxxxx 2015-ci il təvəllüdlü Abdullayeva Töhfə Rəşid qızı və xx xxxxxx 2018-ci il təvəllüdlü X4 mütəmadi olaraq müxtəlif xəstəliklərdən müalicə almışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2018-ci il təvəllüdlü X3 3 yaşına çatana qədər hər ay 150 manat sabit pul məbləğində aliment tutulması və iddiaçının himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü Abdullayeva Töhfə Rəşid qızının və xx.xx.2018-ci il təvəllüdlü X3 xəstəliyi ilə əlaqədar, valideynlərin ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla cavabdehin əlavə xərclərə cəlb olunaraq ondan hər ay hər uşağa görə 50 manat sabit pul məbləğinin iddiaçının xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı Ailə Məcəlləsinin 81.3 və 85.1.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etməkdə haqlıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-875/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3603/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3603/2020
09.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver