Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3609/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4408/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 704/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-704/2020 saylı saylı qətnaməsindən həmin mülki iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadının ləğv edilməsini və ödənilmiş 5 (beş) manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 2(004)-704/2020 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı məhkəmə kollegiyasının iclasına üzrlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3544/2020 saylı qərardadı ilə İddiaçı Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-704/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan, qətnamədən apelyasiya şikayəti verərkən İddiaçı ödəməli olduğu rüsum məbləği 15 manat olmuş, lakin o, 5 manat rüsum ödəmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.1 -ci maddələrinə əsasən, apelyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 3.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1,2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması tam nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, apelyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq apelyasiya şikayətini geri qaytarmışdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, İddiaçı şikayətində 2-ci Qarabağ müharibəsində iştirak etdiyini və dövlət rüsumdan azad olunduğunu qeyd etsə də, bu hal onun hazırki vəziyyətdə dövlət rüsmu ödəməkdən azad olunmaq üçün əsas deyildir. Belə ki, iddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsində sadalanan kateqoriya şəxslər siyahasına aid olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçının müharibə veteranı olması faktı yalnız qanunvericiliklə ona verilmiş sənəd (vəsiqə) əsasında təsdiq olunur. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş şikayətə müharibə veteranı olmasını təsdiq edən sənəd (vəsiqə) əlavə edilmədiyindən şikayətdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-704/2020 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3609/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3609/2021
21.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver