Məhkəmə qərarları › İş №2(103)-3610/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3610/2024

14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3610/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Həmin qətnamə ilə iddia qismən təmin olunub, atalıq müəyyən edilib və uşağın saxlanması üçün hər ay 235 manat aliment tutulması qət olunub. Apellyasiya şikayətində qətnamənin bir hissəsi – alimentin miqdarına aid hissəsi mübahisələndirilib, tələb olunub ki, qətnamə dəyişdirilərək alimentin miqdarı 500 manat müəyyən edilsin. Apellyasiya icraatı zamanı iddiaçının vəkili və nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə könüllü razılıq əldə edildiyi üçün iddiadan və apellyasiya şikayətində imtina edir, xahiş edir ki, icraata xitam verilsin. Ərizədə iddiadan və apellyasiya şikayətində imtina edildiyi qeyd olunsa da, yalnız apellyasiya şikayətindən imtina qəbul olunmalıdır. Əgər iddiadan imtina qəbul olunsa, qətnamə ləğv ediləcək və iş üzrə icraata xitam veriləcək. Bu isə uşağın mənafeyinə uyğun deyil, çünki qətnamədə atalığın müəyyən edilməsi və aliment tutulması qət olunub. İcra sənədi üzrə icraat zamanı aliment tələbindən imtina və ya icra sənədinin icra edilmədən məhkəməyə qaytarılması mümkündür. Əgər tələbkar (ana) aliment tutulmasını istəmirsə, həmin hüququndan istifadə edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilsin. Mülki iş Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar